Rusiya ilə Səudiyyə Ərəbistanı nefti niyə ucuzlaşdırdı?
Tarix: 10-03-2020, 10:25 |
Çap et
OPEK+ formatından imtina dünya bazarlarında neftin son 30 ildə ən kəskin ucuzlaşması ilə yadda qaldı.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, formatın dağılmasına görə Rusiya ittiham olunsa da, əslində, razılaşmanın Səudiyyə Ərəbistanı tərəfindən pozulduğu məlum olub.
Belə ki, koronavirusun yayılması fonunda Səudiyyə Ərəbistanı OPEK-ə daxil olmayan ölkələrin neft hasilatını azaltmasını istəyirdi. Kremlə yaxın mənbə OPEK-lə sazişin müəyyən məqamda dağılmasının vaxt məsələsi olduğunu deyirdi.