Putinin “bir millət, iki dövlət” mesajı qəzəb doğurdu - İki çarpaz baxış...
Tarix: 31-07-2021, 08:32 | Çap et
Rusiya prezidenti Vladimir Putinin rusların və ukraynalıların eyni xalq olması barədə məqaləsi Ukraynada hiddət doğurub. “Yeni Müsavat” bildirir ki, Ukrayna prezidenti Zelenski buna cavab yazısı dərc etdirib.
Bəzi müşahidəçilərin fikrincə, Putinin bu addımı Ukraynaya barış əli uzatması kimi qiymətləndirilməlidir. Putin qeyd edib ki, 2014-cü ildə Qərbin Ukraynanın daxili işlərinə birbaşa müdaxiləsindən sonra Kiyevin siyasətini radikal millətçilərin təcavüzkar rusofobiyası müəyyənləşdirməyə başlayıb. Prezident xalqlar arasında yaranan divarı böyük fəlakət adlandırıb və Ukraynanın həqiqi suverenliyinin yalnız Rusiya ilə tərəfdaşlıqda mümkün olduğunu bildirib.
Zelenski isə cavabında bildirib ki, nədənsə faşizm üzərindəki qələbə haqda danışanda, on minlərlə ukraynalının həlak olduğu İkinci Dünya müharibəsi xatırlananda unuduluruq, amma digər məqamlarda yada düşürük və qardaş xalq adlandırılırıq: “Mənə elə gəlir ki, bu, daha çox Qabillə Habilin qardaşlığını xatırladan bir hekayədir”.
Əslində eyni soydan gələn millətlərin bir-birilə vuruşması, düşmənçiliyi dünyaya və regiona böyük bəlalar gətirib. Vaxtilə türklər də bir-birilə müharibə edib - məsələn, Çaldıran döyüşü. Amma bu gün türk dünyasında bir konsolidasiya, mərkəzləşmə, eyni ideya ətrafında cəmləşmə var. Artıq Turan ideyası gerçəyə çevrilir. Türkiyə ilə Azərbaycan vahid maraqlar, strategiyalar üçün birləşib. Şuşa Bəyannaməsi imzalanıb, Türkiyə lideri Ərdoğan Bakıda Qələbə paradında İlham Əliyevlə eyni məqamda, eyni məkanda dayanıb. Bununla da dünyaya mesaj verilib ki, bu zəfərin müəllifi həm də Türkiyədir və eyni millətlərin müharibə aparması yox, dost-qardaş olması lazımdır.
Bəstəkar, kulturoloq Elmir Mirzəyev bu mövzuda yazıb ki, iki əsr öncə rus cəmiyyətində “slavyanofil” ideyaları dolaşmaqda idi. Bu ideya bütün slavyan xalqlarının yek bir dövlətdə, yəni rus imperatorluğu altında birləşməsini ehtiva edirdi. Onun fikrincə, bunun təsirləri çox tezliklə rus xarici siyasətində də təzahürünü tapdı, 1877-78-ci ilin Balkan müharibəsində Osmanlı yenildi, nəticədə müstəqil Serbiya və Bolqarıstan quruldu. Bununla sanki həmin ideyanın reallaşması üçün ilk addımlar atılmış oldu, lakin zaman sübut etdi ki, qurbanlar əbəs yerə imiş.
E.Mirzəyev qeyd edir ki, elə həmin Bolqarıstan hər iki dünya müharibəsində süngüləri Rusiyaya qarşı çevirdi, I Dünya müharibəsindən sonra balkanlarda yaranmış böyük slavyan dövləti Yuqoslaviya da Sovet İttifaqı ilə yaxşı münasibətlərdə deyildi, hətta II Dünya müharibəsindən sonra Yuqoslaviya formal olaraq sosialist olsa belə, bu vəziyyət dəyişmədi, Polşa və Çexoslovakiya barədə heç danışmağına belə dəyməz - orada Rusiyaya münasibət tarixi səbəblərdən nifrətə yaxın bir həddə olub.
E.Mirzəyev hesab edir ki, hazırda növbə Ukrayna və Belarusa çatıb: “Ukraynanın məsələsi aydındır, əgər Krım hadisələrinə kimi orada kimdəsə hansısa illüzor yaxınlıq hissi qalmışdısa da, 2014-dən sonra artıq münasibətlər hamıya gün kimi aydın oldu. Belarusda da hazırda bu proseslər getməkdədir, orada insanlar artıq bir ildən çoxdur ki, faktiki Rusiyanın tarixi düşməni olmuş Rzeczpospolita bayraqları altında üsyan edir - bu da ruslar üçün çox konkret mesajdır. Belə görünür ki, bu proseslər qarşısıalınmazdır”.
E.Mirzəyevin fikrincə, bu ilin əvvəlində elanı verilmiş “Turan” layihəsi, şükür ki, hansısa illüziyalar yox, konkret sırf logistika və qarşılıqlı maraqlar üzərində qurulub, bütün iştirakçılarının da məsələlərə çox gerçəkçi baxışları var.
Siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, istər Rusiya, istər Ukrayna, istərsə Belarus olsun - slavyan xalqlarıdırlar: “Onların adət-ənənələri, dini etiqadları eynidir. Amma böyük dövlətlər bu münasibətləri parçalamaqdadır. Ukrayna bir alətə çevrilib və ABŞ slavyan xalqlarını bölməklə Rusiyanı təkləməkdədir. Putin bunu yaxşı anlayır və məqalədə də qeyd edir ki, ukraynalılarla eyni soydanıq. Putin məqalədə onu da deyir ki, Ukrayna xalqı dövlətin idarəçiliyini böyük dövlətlərin əlinə verib. Təbii ki, həmin güclər ictimai rəydə antirus təbliğatını artırır, mətbuatda anti-Rusiya əhval-ruhiyyəsi hiss olunur”.
A.Məsiyev hesab edir ki, xalqların siyasi məqsədlər üçün istifadə edilib parçalanması yolverilməzdir: “Biz bunun tarixi nümunələrini görmüşük. Putinin məqaləsi Ukrayna xalqına xitabdır, dostluq əhval-ruhiyyəsi sezilir. Amma açıq deməsə də eyham vurur ki, Ukrayna dövlətini Amerika idarə edir. Bu gün Putin slavyan xalqlarının birliyinin qorunmasında maraqlıdır. Sadəcə, bunu qəbul etmək istəməyən Qərbyönümlü siyasətçilər var”.
Ekspertin fikrincə, slavyan xalqları ilə türk xalqlarının birliyi bir qütb deməkdir: “Bu yöndə proses gedir, Türkiyə və Rusiya münasibətlərinin yaxşılaşması iki xalqın yaxınlaşması deməkdir. Amma Qərb həm türkdilli, həm slavyan xalqlarının birliyinə mane olmaq istəyir. Putinin bu məqaləsi də slavyan xalqlarının birliyini yaratmağa hesablanıb”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11 |
|
|
|
• Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03 |
|
|
|
• Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02 |
|
|
|
• Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00 |
|
|
|
• Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52 |
|
|
|
• Ermənistan ordusunda skandal: - Əsgərləri “zəhərləyirlər”
Bu gün, 11:44 |
|
|
|
• Aİ səfiri dezinformasiya yayır - “Gürcü Arzusu”
Bu gün, 11:43 |
|
|
|
• Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi -“Bild”
Bu gün, 11:41 |
|
|
|
• Avropa İttifaqı: üzüqara Borrel gedir - gələn Kallasdan nə gözləməli?
Bu gün, 11:40 |
|
|
|
• “CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28 |
|
|
|
• FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO
Bu gün, 11:25 |
|
|
|
• Bir tərfədən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
Bu gün, 11:23 |
|
|
|
• Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ - hələlik sədr yoxdur, amma...
Bu gün, 11:17 |
|
|
|
• Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:10 |
|
|
|
• Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR
Bu gün, 11:08 |
|
|
|
• Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb - SİYAHI
Bu gün, 11:03 |
|
|
|
• BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:00 |
|
|
|
• Lalə Şövkət siyasətə GERİ QAYIDIR?
Bu gün, 10:55 |
|
|
|
• "Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Bu gün, 10:54 |
|
|
|
• Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
Bu gün, 10:49 |
|
|
|
• "Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" - REAKSİYA
Bu gün, 10:48 |
|
|
|
• Rus ordusu Donetskdə irəliləyib - “DeepState”
Bu gün, 10:43 |
|
|
|
• Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər - Arif Hacılı
Bu gün, 10:40 |
|
|
|
• Ağdaş sakini Mehriban Əliyevaya MÜRACİƏT ETDİ - "Ümidimiz tək Sizsiniz..."
Bu gün, 10:37 |
|
|
|
• Naxçıvan rəhbərliyinin “B” planı - İki qəlibçiyə görə elan veriblər
Bu gün, 10:25 |
|
|
|
• Zəngəzura nəzarət belə olacaq - Əsas mexanizm açıqlandı
Bu gün, 10:12 |
|
|
|
• Cəlilabadda iki məktəbin bir direktoru var?! - BU NƏDİ BELƏ?..
Bu gün, 10:10 |
|
|
|
• Ermənilər YENİ SAVAŞ tədarükündə... - NƏ ETMƏLİ?
Bu gün, 10:06 |
|
|
|
• Dövlət qurumu 2,6 milyon manata işıqfor və ehtiyat hissələri aldı - QALİB ŞİRKƏT
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycanda dörd universitetə akkreditasiya verilib - SİYAHI
Bu gün, 09:58 |
|
|
|
• Bakı ilə Varşava arasında Arazdəyən gərginliyi - DETALLAR məlum oldu
Bu gün, 09:53 |
|
|
|
• Naxçıvanda qanunsuz əməllər törətməkdə ittiham olunan vəkilin cinayət işi məhkəməyə göndərilib
Bu gün, 09:51 |
|
|
|
• Zaur Mikayılovun Biləsuvardakı adamları BELƏ SUVARIR... - İTTİHAM VAR...
Bu gün, 09:49 |
|
|
|
• Performans qiymətləndirmə nəticələri NƏDƏN gizli saxlanılır? - ETİRAZ VAR...
Bu gün, 09:45 |
|
|
|
• AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... - maləsəf... BU FAKTDIR...
Bu gün, 09:32 |
|
|
|
• Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ? - “Binokl şousu”nun növbəti QONAĞI
Bu gün, 09:27 |
|
|
|
• Fransa artıq bütün körpüləri yandırıb... - BU, FAKTDIR...
Bu gün, 09:17 |
|
|
|
• Məhkəmə Ukraynada qətl törədən Azərbaycan çempionu ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:09 |
|
|
|
• Zəngəzur dəhlizi... NƏDƏN VACİBDİR... - ŞƏRH
Bu gün, 09:00 |
|
|
|
• “Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir? - AKTUAL
Bu gün, 08:52 |
|
|
|
• Sərdar Əsədova ağır itki üz verib
Bu gün, 08:49 |
|
|
|
• Məktəblərin qapısına ASILACAQ QIFIL... - AXI NİYƏ?..
Bu gün, 08:44 |
|
|
|
• Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI
Bu gün, 08:37 |
|
|
|
• Heç bir sosial platformada təmsil olunmayan iki partiya... - ARAŞDIRMA
Bu gün, 08:33 |
|
|
|
• “Kredit Servis BOKT”-nin rəhbərliyində DƏYİŞİKLİK - BUNDAN SONRA...
Bu gün, 08:32 |
|
|
|
• “Anadolu Event” ölkədən külli miqdarda PUL ÇIXARIB - BAŞI CƏNCƏLDƏ...
Bu gün, 08:28 |
|
|
|
• Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:20 |
|
|
|
|