DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi .....                     Bakıdan Makrona göndəriləsi “hədiyyə” .....                     Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? .....                     Tovuzun kəndlərində məktəblər niyə boşalır? .....                     "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" .....                     Benzinin qiymətini kimə həvalə etməli? .....                     Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? .....                     Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə .....                     Yeni lizinq şirkəti təsis edilib .....                     Azərbaycan Ukraynaya soğan göndərə bilər? .....                     Tiflis məhkəməsi qərar verdi: .....                     Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib .....                     Suriyada müxalif qüvvələr Hələbə daxil oldu .....                     Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib .....                     Qərbin “erməni sevgisi”: .....                     "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı .....                     Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır .....                     Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                 

Kreml özünə “ikinci Ermənistan” yaratdı: NATO və Rusiya arasında döyüş meydanı - TƏHLİL
Tarix: 13-09-2021, 18:19 | Çap et
Kreml özünə “ikinci Ermənistan” yaratdı: NATO və Rusiya arasında döyüş meydanı
Belarus Rusiyadan ümumi dəyəri 1 milyard dollardan artıq olan silah-sursat almağı planlaşdırır.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib. O, həmçinin, Rusiyadan “S-400” zenith-raket komplekslərinin alınması məsələsinin müzakirə olunduğunu bildirib. Dövlət başçısının sözlərinə görə, hazırda “S-300” sistemləri ölkənin Qərb istiqamətini tam olaraq qoruyur. Lakin artıq cənub istiqamətindən də təhdidlər meydana çıxıb. “Bizi cənubdan qızışdırmağa başlayırlar. Başqa nə olacaq? Hazırlaşmalıyıq, Ukrayna ilə sərhəd 1200 kilometrdir. Ona görə də bu perimetri də bağlamalı olacağıq. Sadəcə “S-400”-ün bizim üçün uyğun olacağından danışırdıq. Müdafiə nazirinə bu kompleksləri bizə çatdırmaq üçün həmin məsələləri bizimlə birlikdə həll etməyi tapşırdı”-dedi.

Lukaşenko ölkəyə onlarla təyyarə, vertolyot, hava hücumundan müdafiə sistemi və ehtimal ki, “S-400”-lərin gətiriləcəyini bildirib. Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, general-mayor İqor Qolub ölkəyə “C-400” və “Pantsir-S” zenit raket komplekslərinin yerləşdirilməsi ilə bağlı saziş üzərində iş aparıldığını deyib. Belarus həmçinin, 2021-ci ildə “Protivnik-G" və “Vostok” radarlarının yenisini qəbul etməyi planlaşdırır. Bundan başqa, “SU-30 SM” qırıcılarının ikinci hissəsinin, eləcə də “Mi-35” çoxfunksiyalı helikopterlərin tədarükünə dair müqavilələr bağlanıb. Aleksandr Lukaşenkonun Ukrayna ilə sərhəddə ağır silahlar yerləşdirilməsi ilə bağlı açıqlaması təbii ki, Belarusun hər hansı müharibəyə və hücumdan müdafiəyə hazırlıq məqsədi daşımır. Belarus Prezidentinin Rusiya ilə razılaşması daha çox siyasi məzmun daşıyır. Bu mesajlar isə həm Qərbə, həm də Ukraynaya ünvanlanıb.

Lukaşenko Ukrayna ilə sərhədi bağlamaqla rəsmi Kiyevin Belarusa “məxməri inqilab” ixracının qarşısını almağa çalışır. Bu, həm də Belarus müxalifətinə dəstək verən Zelenski administrasiyasına qarşı siyasi və iqtisadi təzyiq məqsədi ilə edilir. Lukaşenko rejimi Kiyevi Svetlana Tixanovskayanın liderlik etdiyi müxalifət qüvvələrinə siyasi dəstəyini dayandırmasa, Ukraynanın təhlükəsizliyinə problem yaradacağı ilə təhdid edir. Tərəflər arasında birgə təhlükəsizlik sisteminin yaradılmasına dair razılaşma əslində, Ukraynaya və Qərbə Rusiyadan gələn təhlükəni artırır. Ukrayna ilə sərhəddə yerləşdiriləcək “S-400”, “Pansir-S” sistemləri və müasir hərbi aviasiya Rusiya generallarının tabeliyində olacaq. Rusiya 2015-ci ildən bəri Belarus ərazisində hərbi hava bazası yerləşdirməyə çalışsa da, Lukaşenkonun ölkənin müstəqilliyini qoruyub saxlamaq cəhdi buna mane olurdu.

Hətta buna görə 2018-ci ildə Rusiya müxtəlif bəhanələrlə Belarusa sanksiyalar tətbiq etmişdi. Lakin 2019-cu ildə keçirilmiş prezident seçkilərindən sonra Qərbin Lukaşenko rejiminə tətbiq etdiyi sanksiyalar Belarus Prezidentinin Rusiya qarşısında manevr imkanlarını tükətdi. Lukaşenkonun Vahid İttifaq Dövlətinə daxil olmağa, o cümlədən Rusiya ilə birgə hərbi sistem yaratmağa razılaşması daha çox onun Putinə təslim olması kimi qiymətləndirilə bilər.

Eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrin Rusiya ilə birgə vahid hava hücumundan müdafiə sisteminin yaradılması haqqında qərar Belarus üzərində Moskvanın hərbi üstünlüyünü qaçılmaz edəcək. Bu isə Ukraynanın ətrafında Rusiyanın hərbi əhatə həlqəsinin genişlənməsi deməkdir. Vaxtilə Belarusun Rusiya və NATO arasında döyüş meydanına çevrilməyəcəyini deyən Lukaşenko indi hakimiyyətini qoruyub saxlamaq üçün Moskvanın təklifini seçməli olub. Bu da perspektivdə Ukraynanın təhlükəsizliyinə ciddi problem yarada bilər. Belarusun sərhədləri bağlaması nəticəsində Ukraynanın Rusiyanın işğalı altında olan 400 kilometrlik hissəsinə 1200 kilometrlik zona da əlavə oluna bilər. Yəni Rusiya Ukrayna-Belarus sərhədini şimaldan, əks tərəfdən nəzarətə götürmək imkanı əldə edər. Bu da perspektivdə Donbas probleminin Ukraynanın xeyrinə həllini çətinləşdirəcək.

Qərbin sanksiyaları qarşısında valyuta defisiti problemi yaşayan Belarusun aldığı silahların pulunu ödəmək imkanları çox məhduddur. Rusiya Ermənistanda olduğu kimi Belarusu da silahların dəyəri müqabilində müxtəlif siyasi və iqtisadi güzəştlərə vadar etməyə çalışacaq. 2014-cü ildə Ukraynada baş vermiş müharibədən sonra Rusiya ilə NATO arasında neytral zonaya çevrilmiş Belarus artıq Kremlin təsir dairəsinə keçir. Bundan istifadə edən Rusiya Şəqri Avropadakı NATO və ABŞ hərbi bazalarına qarşı Belarus ərazisində bufer zona formalaşdırmaq planını reallaşdırmaq imkanı əldə edib. Rusiyanın planına Babruyskda hərbi bazasının yaradılması, həm Polşada, həm də Litvadakı NATO və ABŞ bazalarına qarşı yaxın, ortamənzilli raketlərin yerləşdirilməsi daxildir.

Lukaşenkonun “Biz və Rusiya Federasiyası, NATO qoşunları tərəfindən birbaşa həmsərhəd olduğumuz qərb istiqamətini çox ciddi qəbul edirik”deməsi də məhz Belarus Prezidentinin Qərbin təzyiqlərindən müdafiə olunmaq üçün Moskvanın hərbi dəstəyinə ümid etdiyini göstərir. Yəni Lukaşenko Qərbə sanksiyaları və müxalifətə dəstəyi dayandırmasa, Rusiyanın vasitəsilə regiondakı maraqlarına ciddi problem yaradacağına dair mesaj verir. Bu təhdidlər Rusiyanın Ukraynaya qarşı daha geniş müdaxilə imkanının verilməsindən, Avropanın təhlükəsizlik sisteminin təhlükə altına düşməsindən ibarətdir. Ancaq ABŞ, NATO və Avropa Birliyi çox güman ki, Lukaşenkonun bu addımını cavabsız qoymayacaq və Rusiya-Belarus İttifaq Dövlətinə qarşı alternativ addımlar gözlənilir. Bu addımlar müxalifətə dəstəyin artırılması və Belarusda hakimiyyət dəyişikliyinə cəhd göstərilməsi, Lukaşenko rejiminə qarşı sanksiyaların gücləndirilməsi, Ukraynanın NATO-ya bərbərhüquqlu tərəfdaş statusunun verilməsi ilə ABŞ hərbi bazalarının bu ölkədə yerləşdirilməsi şəklində ola bilər.

Cebhe.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32
Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23
Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36
Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34
"Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30
Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28
Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25
Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05
Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02
Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27
Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38
Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03
Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58
"Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru