“Bizim Azərbaycanda nə işimiz var” deyən Kılıçdaroğlu Bəşər Əsədlə görüşə gedir - ŞƏRƏFSİZLİK!
Tarix: 25-09-2021, 09:42 | Çap et
Suriya Prezidenti Bəşər Əsəd Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu ikitərəfli görüş üçün Suriyaya dəvət edib. Bu iddia ilə CHP-dən olan keçmiş deputat Barış Yarkadaş çıxış edib.
Türkiyə hökumətinin Suriya ilə bağlı atdığı hər addımını tənqid edən Kamal Kılıçdaroğlu Bəşər Əsəddən görüş təklifi alıb. Beləliklə, Kılıçdaroğlunun Ankaraya Dəməşqlə yenidən danışıqlar aparmaq çağırışına Bəşər Əsəd cavab verib. Suriya lideri CHP sədrini ikitərəfli görüş üçün Dəməşqə dəvət edib. Hələlik CHP-dən iddiaya cavab verilməyib. Türkiyə Suriyaya (İdlibə) yeni qüvvələr yeritdiyi, Ərdoğan Putin görüşü ərəfəsində Bəşər Əsəd CHP başqanı Kamal Kılıçdaroğlunu dəvət etməsi birmənalı qarşılanmayıb.
Sual yaranır ki, Bəşərin indi nə kələyi var? Bəllidir ki, CHP lap əvvəldən Suriyaya qoşun yeritmək məsələsində əleyhinə olmaqla nəinki Ərdoğan hakimiyyətinə, bütövlükdə Türkiyə dövlətinə müxalif mövqe tutub. Halbuki, qardaş ölkə BMT Nizamnaməsinə uyğun olaraq öz sərhədlərinin təhlükəsizliyi təmin eləmək, o sıradan terror hücumlarını önləmək üçün Suriyaya girib. Bunun üçün isə həmsərhəd Suriyanın razılığına gərək yoxdur.
Bunu da yada salaq ki, az öncə Bəşər Əsəd Moskvada Putinlə görüşüb. Hədəf rusun hərbi dəstəyi ilə İdlibdə zorla öz qanunsuz hakimiyyətini bərqərar eləməkdir. İdlibdə isə Türkiyə qoşunları var. Ərdoğanla Putinin qarşıdakı görüş gündəliyi də bəllidir. Bəs Bəşər Əsəd Kılıcdaroğlu ilə nədən danışacaqlar? CHP-nin bu məsələyə hansısa təsir imkanları varmı və ya hansısa gizli anlaşma mümkünmü?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirdi ki, Bəşər Əsəd Ankaradakı mərkəzdənqaçma qüvvələrini özünə cəlb etməyə çalışır: “Bundan əvvəl də Kamal Kılıçdaroğlu Dəməşqə dəvət edilmişdi və xalqın etirazlarından sonra o bundan çəkinərək getmədi. Bundan sonra onun başçılıq etdiyi Cümhuriyyət Xalq Partiyası çox səfeh fikirlər səsləndirməyə başladı. Bizim Liviyada nə işimiz var, Suriyada nə işimiz var, hətta bizim Azərbaycanda nə işimiz var kimi sözlər dillərinə gətirdilər və bunu parlament üzvləri də səsləndiriblər. Vaxtilə Osmanlı dövləti imperiya idi və bu imperiyanın tərkibindən 26 müstəqil dövlət çıxdı. Kamal Kılıçdaroğlunun babası yəqin ki, həmin imperiyanın təbəəsi, vətəndaşı olub. Bu gün əgər Türkiyə müəyyən beynəlxalq güclərin əlindən çətinliklə özünü hazırki ərazisində qoruyub saxlaya bilibsə, bu, Mustafa Kamal Atatürkün qəhrəmanlığı və rəhbərliyi altında baş verib. Ancaq təəssüf ki, artıq onun yaratdığı partiyanın idarəçiliyi bu gün tamamilə kosmopolit bir ideologiyaya köklənib və hazırda bunu həyata keçirirlər”.
Politoloqun sözlərinə görə, Türkiyənin Suriyadakı varlığı terrorçuluğa da mühüm zərbə oldu: “Mən Liviyanı bir kənara qoyuram. Suriyada Türkiyənin çalışmaları olmasaydı, hərbi əməliyyatları olmasaydı, indi PKK və PYD orada özünün bir muxtar qurumunu yaratmışdı. Vaxtilə Türkiyənin İstanbuldan tutmuş müxtəlif ərazilərinə qədər terrorçular müxtəlif terror aktlarını həyata keçirirdilər və bu gün də keçirirlər. Lakin artıq onların gücü, qüdrəti çox zəifləyib və Türkiyə ərazisində bu gün 4 milyondan çox Suriya qaçqını yaşayır. Onların əksər hissəsi kürddür. Türkiyə hər il dövlət büdcəsindən 8 milyard dollar bu 4 milyonluq qaçqını saxlamaq üçün ayırır. Türkiyəyə kömək də vəd etmişdilər, lakin onu da etmədilər. Ərdoğan həm cənubda terrorçu qruplaşmaları zərərsizləşdirdi, həm də Suriya müxalifətinin bir hissəsini qoruyub saxladı. Həmin Suriya müxalifətinin demokratik yönümlü hissəsi bu gün də İdlibdən tutmuş digər şəhərlərə qədər böyük bir əraziyə nəzarət edirlər. Suriyanın təxminən 12-15 faizinə nəzarət edirlər”.
Q.Hüseynli vurğuladı ki, indi Rusiyanın da yaxından dəstəyi ilə, bəlkə də Rusiyanın layihəsinə uyğun olaraq Bəşər Əsəd Suriya demokratik müxalifət partiyasını sıradan çıxarmaq istəyir: “Sentyabrın 29-da Soçidə Ərdoğan-Putin görüşü baş tutacaq və bu məsələlər də müzakirə olunacaq, Qarabağ məsələsi də gündəlikdədir. Mən Ərdoğanın bu qədər Türk Birliyini sevdiyini, bu qədər Azərbaycanı sevən olduğunu əvvəllər bilmirdim. Yalnız indi kəşf etdim ki, dil boğaza qoymadan millətçilikdən danışan insanlar bir yanadır, ancaq bu işi həyata keçirən, gerçəkdən reallaşdıran insan başqadır. Ərdoğan sübut etdi ki, o türk dünyasını sevir, türk sevdalısıdır və türk dünyası üçün də əlindən nə gəlirsə, onu edir. Gələn ilin əvvəllərində Türkdilli Dövlətlər Şurasının İstanbulda toplantısı keçiriləcək və türk dövlətlərinin birliyi adı altında tədbir keçiriləcək. İndiyədək həmin tədbirlərə müşahidəçi Türkmənistan da həmin Türk Dövlətləri Birliyinə qatılacaq və 6 müstəqil türk dövlətindən ibarət birlik yaranacaq. Bu dünyada hərbi və siyasi qüvvələr nisbətinin dəyişməsinə gətirib çıxarmalıdır. Bununla türk dünyası yenidən ayağa qalxacaq. Onlar hamısı Azərbaycanın haqq işinə dəstək verəcək. Biz 44 günlük müharibə dövründə Azərbaycanın haqq işində, ədalətli qələbə çalmasında özünün maddi- mənəvi köməyi ilə, dünyaya yönəlik təbliğatlarıyla Türkiyə dövlətinin nə qədər yaxından iştirak etdiyinin şahidi olduq. Tək olmadığımızı, arxamızda böyük bir qüvvənin dayandığını hiss etdik. Əlbəttə, ordumuz, əsgələrimiz də düşmənin işğal edilmiş ərazilərimizdən çıxarılması üçün əlindən gələni etdi. Bundan sonra da türkdilli dövlətlərin mənəvi və siyasi dəstəyi ilə qalan məsələlər həllini tapacaq”.
Politoloqun fikrincə, Kamal Kılıçdaroğlu Dəməşqə səfər etməyəcək: “Əgər Kamal Kılıçdaroğlu oraya səfər etsə, o, əli öz xalqının qanına batmış Bəşər Əsədə əl uzadıb onunla görüşsə, geri qayıdanda çox çətin ki, Cümhuriyyət Xalq Partiyasının və Atatürk kimi böyük bir şəxsiyyətin yaratdığı partiyanın başında qala bilsin. Əgər sən siyasi rəqabət aparmaq üçün düşmənə əl uzadırsansa, onun dəstəyindən istifadə edirsənsə, bu artıq millətə, xalqa, dövlətə qarşı xəyanətdir. Türk xalqı güclü xalqdır və bu baş verərsə, onlar Kamal Kılıçdaroğlunu Məhşər ayağına çəkəcəklər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|