Ərdoğan Soçiyə “əliboş” getməyəcək: - “Kremli sıxışdırmaq mümkün olacaq”
Tarix: 28-09-2021, 15:01 | Çap et
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ədoğanın sabah Soçidə baş tutacaq görüşündən danışıb. O, bildirib ki, liderlər bir çox məsələləri, xüsusilə, Suriyada, Əfqanıstanda və Liviyada yaranmış vəziyyəti geniş müzakirə edəcəklər: "Düşünürəm ki, ilk növbədə Suriya mövzusu gündəlikdə olacaq, əlbəttə, Əfqanıstan, Liviya barədə və başqa beynəlxalq məsələlər üzrə ənənəvi fikir mübadiləsi aparılacaq", - Kremlin nümayəndəsi vurğulayıb. Putinlə Ərdoğan arasında danışıqların sentyabrın 29-da Soçidə keçiriləcəyi gözlənilir. Daha əvvəl Ərdoğan bildirib ki, həmkarı ilə Türkiyə-Rusiya əlaqələrini və Suriyada vəziyyətin necə olduğunu, bundan sonrakı mərhələdə atılacaq addımları geniş şəkildə müzakirə edəcək. İki prezidentin son üzbəüz görüşü 2020-ci ilin martında Kremldə olub. Koronavirus pandemiyası səbəbindən yaranmış vəziyyətə görə sonrakı danışıqlar ya telefonla, ya da videokonfrans rejimində keçirilib.
“Sherg.az” olaraq görüş və bunun regionumuza təsiri barədə BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli ilə söhbətləşdik:
- Görüşü labüd edən nədir?
- Tərəflər arasında müzakirə ediləcək xeyli mövzu var Məlum olduğu kimi, Ərdoğan Rusiya və ABŞ-la münasibətlər səviyyəsi barədə ictimaiyyəti məlumatlandırıb. O, həmçinin rusiyalı həmkarı ilə “dil tapacağına” ümidini ifadə edib. Tərəflər bir çox nöqtələrdə, o cümlədən Suriyada, belə demək mümkünsə, iş ortağıdırlar. Həmçinin onların Qafqazda da ortaq maraqları var. Nəzərə almaq lazımdır ki, ABŞ-ın Suriyadakı addımları Türkiyənin ürəyincə deyil. Putin suriyalı həmkarı Bəşər Əsədlə söhbətində onun ölkəsinin 90 faizinə nəzərət edə bildiyini söyləmişdi. Maraqlıdır, Putin nə demək istəyirdi? Həmin görüşdən sonra Bəşər Əsəd ordusu İdlibə doğru irəliləməyə başladı. Və ardınca Ərdoğan İdlibə 4 min türk əsgəri, habelə texnika yeritdi. Yəni Ankara Moskvanın qarşısından geri çəkilmədiyini göstərdi. Bir sözlə, Suriyada “düyünləşmiş” vəziyyət var. Oradakı durum tərəflərin əsas müzakirə mövzusu olacaq. Eyni zamanda xatırladım ki, tərəflər arasında Liviyadakı maraqlarda dəyişib. Əvvəl Türkiyəyə qarşı Rusiya- Misir tandemi yaranmışdı. Sonradan isə Misir geri addım atdı və situasiya dəyişdi. Deməli, Ərdoğan Soçiyə “əliboş” getməyəcək.
- Bəs Cənubi Qafqazla bağlı hansı razılıqlar ola bilər?
- Putin koronavirusla əlaqədər təcrid olunub və kimsə ilə görüşmür. Ərdoğan yeganə istisna olacaq. Deməli, bu görüş hər ikisi üçün çox vacibdir. Cənubi Qafqazla bağlı masaya yatırılacaq xeyli məsələ var. Bunlardan ən başlıcası isə Zəngəzur dəhlizidir. Ərdoğan İğdırdan Azərbaycana yol çəkiləcəyini, prezident İlham Əliyev Zəngəzur koridoru ilə bağlı işlərin sürətləndiyini nəzərə çatdırıb. Eyni zamanda qeyri-rəsmi məlumatlara görə Horadizdən Zəngilana doğru geniş, altı zolaqlı yol çəkilir. Hər halda Ərdoğan dəhlizlə bağlı Putindən müsbət adımlar gözləyir.
- Ermənistan baş naziri Nikol Paşinyan son vaxtlar Türkiyə ilə yaxınlaşmaqdan danışır. Bu, görüşün gündəmində nə qədər yer tutacaq?
- O, yol ayırıcındadır. Çünki Avropa İttifaqından külli miqdarda maliyyə yardımı alır. Ölkə iqtisadiyyatı, o cümlədən dəmiryolları isə Rusiyadan asılıdır. Eyni zamanda revanşistlər Moskva ilə yaxınlıq edirlər. Yəni Paşinyanın iki tərəf arasında gedib-gəlməyi təəccüblü deyil. Aİ Ermənstanı Rusiyanın “caynağından qoparmaq” və dolayısı ilə bölgədə sabitlik yaratmaq istəyir. BMT-nin Baş Assambleyasında ABŞ rəsmiləri bildirdilər ki, məhz Türkiyə vasitəsilə Qərbin Cənubi Qafqazdakı mövcudluğu güclənəcək. Həmçinin diplomatlar bildiriblər ki, Vaşinqton Azərbaycan- Türkiyə- Ermənistan arasındakı üçtərəfli məsələlərin həllinə dəstək verəcək. Yəni ABŞ Türkiyənin Cənubi Qafqaz siyasətini qəbul edir. Əlbəttə, bu məsələdə Böyük Britaniyanın da rolu var. Paşinyanın indiki şəraitdə Türkiyə ilə yaxınlaşmaqdan başqa yolu yoxdur. Ərdoğan isə deyib ki, baş nazirin təklifinin qəbul olunması üçün əvvəlcə kommunikasiya xətləri açılmalıdır.
- Sizcə, Qərb bunu bacaracaq?
- Əlbəttə, İrəvan məhz Moskvadan çəkindiyinə görə açıq danışa bilmir, bəzi hallarda “nala-mıxa vurur”. Paşinyan bu yaxınlarda Köçəryanın Moskvaya çağırılmasından da narahatdır. Amma Qərb Ermənistanın Türkiyə ilə yaxınlaşmasında maraqlıdır. Bu mənada, fikrimcə, Kremli sıxışdırmaq mümkün olacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|