“İki əsas böhran əlamətindən biri Çində, digəri ABŞ-dadır” - TƏHLİL
Tarix: 5-10-2021, 08:36 | Çap et
Dünyada ən böyük iqtisadiyyata malik ABŞ-da baş verən maliyyə-iqtisadi həyəcanlanma qlobal səviyyədə ciddi kataklizmlərə gətirib çıxarır. Buna görə də bu ölkənin iqtisadiyyatı, maliyyə sistemi daim ən ciddi diqqət mərkəzindədir. Son illərdə ABŞ-da dövlət borcunun sürətli artımı beynəlxalq iqtisadi çevrələrdə kəskin böhranın əsas təkanverici amili kimi qiymətləndirilməkdədir. Ölkənin dövlət borcu artıq icazə verilən həddə çatıb və hazırda bu həddin artırılması müzakirə olunmaqdadır.
ABŞ-ın maliyyə naziri Canet Yellen hesab edir ki, borclanma limiti artırılmasa ölkə defolta gedəcək: “Əgər ABŞ-ın dövlət borcunun ödəniş öhdəlikləri ilə bağlı zirvəsi artırılmasa, hər şey defoltla nəticələnəcək”. O, bu halda ABŞ-da durğunluğun başlayacağını bildirib.
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauel defoltun qarşısını almaq üçün tədbirlər görüləcəyini söyləyib. Lakin bu tədbirlərin ciddi nəticələrə gətirəcəyi böyük sual altındadır.
Son aylarda isə ABŞ iqtisadiyyatının başqa sahələrində də böhrana gətirəcək durum yarandığı bildirilir. Məsələn, britaniyalı tanınmış maliyyəçi Geremi Qrentem ABŞ-ı 1929-cu ildəki Böyük Depressiyadan böyük yeni bir iqtisadi böhran gözlədiyini deyir. Milyarder proqnozunu CNBC-yə müsahibədə açıqlayıb. Onun sözlərinə görə, ABŞ-ın fond birjasında 1929-cu ildəkindən “daha böyük sabun köpüyü” yaranıb. Xatırladaq ki, 1929-cu ildə qiymətli kağızlar bazarı bir neçə il böyüyəndən sonra çökdü və ardınca iqtisadiyyatda “Böyük Depressiya” kimi tanınan tənəzzül başladı. Həmin dövr üçün Birləşmiş Ştatların ÜDM-i 1929-cu ildəki 103,9 milyard dollardan 1933-cü ildə 56 milyard dollara enib və sənaye istehsalı 40 faiz azalıb. İşsizlik 25 faizə çatıb. “Bu köpük ABŞ-da hər zamankından daha böyükdür. Daşınmaz əmlakın, istiqrazların, səhmlərin və malların qiymətləri həddən artıq şişirdilir”, - maliyyəçi bildirib.
Belə bir iqtisadi böhran ehtimalı nə dərəcədə ciddidir və onun regiona, Azərbaycana hansı təsirləri mümkündür?
İqtisadçı-ekspert Elman Sadiqov deyir ki, bir tərəfdə ABŞ-ın maliyyə sektorunda və monetar siyasətində ciddi qayğılar, risklər və suallar meydana gəlib, digər tərəfdə isə Çində enerji böhranı yaşanmağa başlayır: “Bunun ən azı ilkin təzahürləri mövcuddur. Çindən başlayaq. Bu ilin 8 ayında kömür istehlakı 4.6 faiz artıb. Eyni dövrdə istehsal artımı isə 4.4 faiz olub. Digər sektor və sahələrdə də eyni vəziyyət müşahidə edilməyə başlayır. Yəni istehlak artımının sürəti istehsal artımının sürətini üstələyir. Bu isə bazarda məhsul, xidmət çatışmazlığına, sonra qiymət artımına və ya inflyasiyanın sürətlənməsinə səbəb olur. Çində başlayan bu enerji böhranının qısa müddətə həlli ehtimalı azdır. Çünki istehsal artsa da istehlakın daha yüksək templə artımı davam edəcək. Bu səbəbdən Çin neft, elektrik, kömür sahələri də daxil olmaqla, ölkəsinin bütün böyük enerji şirkətlərini nəyin bahasına olursa-olsun, tədarükdə qənaət etməyə, ehtiyat saxlamağa çağırıb. Çinin bəzi əyalətlərində elektrik enerjisinə qənaət rejiminə keçiblər. Bu kimi məsələlər qlobal iqtisadiyyatı ciddi narahat edir. Çünki inflyasiyanın iqtisadi bərpa sürətini keçməsi staqflyasiya təzahürlərini artırır. Yəni tələbin daha sürətlə artımı təklifin yaranmasını üstələyir. Qiymət artımı isə bu vəziyyətdə daha çox narahatlıq doğurur”. Ekspert bildirir ki, alıcılıq qabiliyyətinin aşağı düşməsi qazancın ilkin tələbat mallarına xərclənməsi, digər xidmət və əmtəə satışlarına olan tələbin aşağı düşməsinə səbəb olur: “O halda digər sektorlarda ciddi problemlər başlayır. Məsələn, Çinin ən böyük əmlak şirkəti olan “Evergrande Group” şirkətlər qrupu. 2021-ci ilin iyun ayında 367.3 milyard dollar aktivi, 200 minə yaxın işçisi olan Çinin ən böyük daşınmaz əmlak şirkəti hazırda öz borclarını ödəməkdə çətinlik çəkir. Şirkətin 300 milyard dollar öhdəliyi mövcuddur. İldə 600 min ev tikən bu şirkət digər sektorlara da investisiyalar qoyub. İçməli su, idman, elektrik avtomobilləri sahələri və sair. “Evergrande Group” şirkətlər qrupunun ilin əvvəlində 1.8 dollar dəyəri olan səhmləri hazırda 30 sentə satılır. Nə üçün bu məsələ ciddi narahatlıq doğurur? Çünki “Evergrande Group” şirkətlər qrupu səhmdarları arasında dünyanın böyük investisiya şirkət və bankları mövcuddur. Çünki şirkətin ən böyük investorları “Ashmore Group PLC”, “HSBC Holdings PLC”, “Black Rock Inc.”, “UBS Group AG” kimi nəhəng investisiya holdinqləri və banklardır. Riskin yoluxması prizmasından baxdıqda yaranan problemin ABŞ və Avropaya keçə biləcəyi ehtimalı ciddi narahatlıq doğurur”.
Dünya iqtisadiyyatına problem gətirəcək daha bir proses ABŞ-da izlənilir: “ABŞ-ın fond birjasında baş verənlər qlobal iqtisadiyyatla bağlı qayğıları daha da artırır. S&P500 birja indeksi 4540-dan 4357-yə qədər geriləyib. Geriləmədə narahatlıq doğuran və diqqət çəkən məsələ geriləmə ilə paralel olaraq əməliyyatların həcminin artmasıdır ki, bu da geriləmənin artacağı ehtimalını gücləndirir.
Xüsusilə ABŞ fond birjalarında indekslərin son illərdə durmadan artması ciddi suallar və narahatlıq doğurur. Bu artımın dövriyyəyə daxil olan əlavə pul kütləsinin yaratdığı köpük, yoxsa real artım olması məsələsi müzakirə və mübahisə mövzusudur. 1929-cu ilin 29 oktyabrına qədər ABŞ-da Wall Street qiymət indeksi 380-ə qədər yüksəlmişdi. 29 oktyabrda birja çöküşündən sonra bu indeks 50-dən aşağı həddə qədər gerilədi. ABŞ, öz tarixinin ən böyük iqtisadi çöküşünü yaşadı. Bu çöküş 5 ilə yaxın davam etdi (1929-1933). ABŞ bu böhrandan tam olaraq II Dünya müharibəsində çıxa bildi. ÜDM, iş yerləri, istehsal və sair göstəricilər üzrə itkilər 40-60 faiz ətrafında idi. 29 oktyabr 1929-cu il tarixindən bir neçə il öncə isə vəziyyət belə idi. ABŞ iqtisadiyyatı sürətlə böyüyür, istehsal artır, birjada səhmlər elə bir sürətlə dəyər qazanırdı ki, hamı səhm alırdı. ABŞ əhalisində belə bir fikir formalaşmışdı ki, səhm alıb gözləmək işləməkdən daha çox gəlir gətirir. Bütün göstəricilər sürətlə artırdı. 28 oktyabrda işsizlik, ÜDM, istehsal, səhm qiymətlərinin indeksləri ABŞ tarixində ən yüksək hədlərinə çatmışdı. Oxşar vəziyyəti 2019-cu ildə müşahidə etmişdik. İndi isə real sektordan daha çox maliyyə sektoruda oxşar vəziyyətin şahidi olmaqdayıq. Bu səbəbdən bir çox iqtisadçı və maliyyəçilər yeni böhran siqnallarının mövcud olması ehtimallarını səsləndirirlər. Zənnimcə, hazırda vəziyyəti təhlükəli edən əsas məqamlardan biri də yuxarıda qeyd etdiyim “Evergrande Group” şirkətlər qrupu və ona oxşar məsələlərin müxtəlif ölkələrdə (hazırda bütün iqtisadi güc mərkəzlərində ciddi risklər formalaşmaqdadır) təzahür etməyə başlaması, pandemiya, inflyasiya və müxtəlif sahələrdə (çip, enerji, kömür və sair) yaranmaqda və dərinləşməkdə olan çatışmazlıqlar, qıtlıqlardır. Bu isə risklərin əhatə dairəsinin genişlənməsi və həm də dərinləşməsidir. Bu, böhranların eyni vaxtda müxtəlif ölkə və sektorlarda yaranması kimi ciddi təhlükənin dərinləşməsi ehtimalını gücləndirir".
E.Sadiqov hesab edir ki, dünyanın iri maliyyə mərkəzləri arasındakı fikir ayrılıqları bu riskləri gücləndirsə də, müasir maliyyə alətləri və təcrübələr onları yumşaltmaq imkanlarının artacağı ilə bağlı pozitiv düşünməyə əsas verir: “Həm də böyük ehtimalla, böhran zamanı ölkələri rəqabət və intriqa deyil, dünya maliyyə sistemini ciddi kataklizmlərdən qorumaq daha çox düşündürəcək”.
Maliyyəçi-alim, sabiq maliyyə naziri Saleh Məmmədov isə bildirir ki, ABŞ fond birjaları və maliyyə sistemində böhran ehtimalı yaradan amillər var: “Lakin onların böyük böhrana gətirib çıxarması fantastika qədər qeyri-realdır. Əvvəla, ona görə ki, indi iqtisadiyyat 1929-cu ildəki üsullarla idarə olunmur, hər sahədə müasir texnologiyalar önə çıxıb. Hər şey - hesablamalar, proqnozlaşdırmalar - xüsusi proqramlarla həyata keçirilir. Yəni indi bir əsr öncəki kimi, iqtisadiyyatda bütün prosesləri insan başı ilə yönləndirmirlər, bunu xüsusi hazırlanmış IT proqramlar həyata keçirir. Bu baxımdan, dəhşətli böhran olacağına dair dedikləri Gereminin bəlkə də maliyyəçi olaraq hansısa maraqlarından irəli gəlir. Düzdür, ABŞ-da borclar ifrat həddə qədər şişib, partlama ola bilər görüntüsü yaranır. Amma bu vəziyyətin də qarşısının alınması imkanları var. Bu gün qlobal ÜDM təxminən 85 trilyon dollara, qlobal borc isə 430 trilyon dollara yaxındır. Dünya bunun üzərində inkişaf edir. Borclar əsasən inkişaf etmiş ölkələrdədir”.
S.Məmmədovun sözlərinə görə, ABŞ-ın fəzada kəşf etdiyi qızıl asteroidin dəyəri dünya əhalisinin hər birinə 97 trilyon dollar ödəməyə imkan verəcək səviyyədədir: “Belə bir əmlakı olan ölkə necə iflasa uğraya bilər? Dünyanın ən inkişaf etmiş elminə, texnologiyasına sahib olan ölkədə sizcə, böhran əlamətlərini görmürlər? Görüb onu önləmək üçün tədbirlər hazırlamırlar, həyata keçirmirlər? Əlbəttə, hər şeyi görür və bütün hallara hazırlıq görürlər”.
Alimin fikrincə, qlobal böhran yaransa belə, onun Azərbaycana ciddi təsirləri olmaya bilər: “Azərbaycanın maliyyə ehtiyatları kifayət qədər yüksək səviyyədədir. Bu ehtiyatlar imkan verməyəcək ölkəyə ciddi bir təsir olsun. Biz bunu 2008-2009-cu illər qlobal maliyyə böhranında da gördük. Azərbaycanın dövlət rəhbərliyi bu rezervləri yalnız Ermənistanla müharibə üçün yaradılmayıb. Onlar daha böyük güclər qarşısında duruş gətirməyə imkan verəcək həddədir və məhz bunun üçün də formalaşıb. Dünyada maliyyə ehtiyatları öz ÜDM-indən çox olan cəmi 3 ölkə var: Norveç, Sinqapur və Azərbaycan. Bu halda hansısa böhran Azərbaycana nə edə bilər ki? Bizim əsas problemimiz ərazilərimizin işğalı faktı idi. Onu Müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında həll edib. Bundan sonra Azərbaycan böyük sürətlə inkişaf edəcək”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|