Qərb Qərbə qarşı: NATO, yoxsa BAO? - GƏLİŞMƏ
Tarix: 6-10-2021, 08:55 | Çap et
Avropa İttifaqı (Aİ) müdafiə olunmaq üçün öz ordusunu qurmaq niyyətindədir. Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bəyan edib. Söhbət Birləşmiş Avropa Ordusundan (BAO) gedir.
Onun sözlərinə görə, Əfqanıstanda baş verən son hadisə təkcə NATO bloku üçün deyil, həm də Aİ-yə daxil olan ölkələr üçün də ciddi suallar doğurur: “Avropa Müdafiə İttifaqının yaradılmasını sürətləndirmək lazımdır. Yeni bölmələrin də yaradılmasına ehtiyac yoxdur. ABŞ və NATO-nun köməyi olmadan beynəlxalq işlərdə hərbi vasitələrdən istifadə etmək üçün kifayət qədər siyasi iradəyə malik olması lazımdır. Artıq növbəti mərhələyə keçmək vaxtıdır”.
Poltioloq Qabil Hüseynli AYNA-ya açıqlamasında deyib ki, bunu həyata keçirmək asan olmayacaq: “Bu məsələ uzun müddətdir Avropa kluarlarında müzakirə olunur. Hətta deyərdim ki, ötən əsrin 80-ci illərindən gündəmə gəlib. Hesab edirlər ki, öz ordusunun olmaması Avropanı ABŞ-ın iradəsindən asılı vəziyyətə gətirib. Çünki NATO-ya nəzarət fakitiki olaraq Vaşinqtondadır və Avropa həlledici məsələlərdə ABŞ-ın diqtəsi ilə qərar vermək məcburiyyətində qalır. Bu ideyanın əsas tərəfdarı isə Fransadır. Almaniya da bu məsələdə fəallıq nümayiş etdirir. Görünür artıq başa düşürlər ki, Avropa öz ordusu olmadan dünyada baş verən hadisələrə real təsir göstərə bilməyəcək”.
Politoloqun sözlərinə görə, bu ideyanın yenidən gündəmə gəlməsi ABŞ-ın təzyiqlərinə qarşı alternativ yaratmaq niyyətindən qaynaqlanır: “Məlumdur ki, Rusiya son zamanlar Avropaya qarşı aqressiv addımlar atır. Belə bir vəziyyət demokratik Qərb üçün arzuolunan deyil. NATO-nun xərclərinin yarıdan çoxunu Avropa çəkir, lakin həlledici qərarlar ABŞ tərəfindən verilir. Amm bu, qeyd edildiyi kimi, heç də asan məsələ deyil. Həm ABŞ, Həm Britaniya, həm Rusiya, həm də digər dünya gücləri buna imkan verməyəcək. Əgər asan olsaydı, bu 30 ildə vahid ordunu ərsəyə gətirərdilər. Sadəcə ABŞ-a mesaj verirlər ki, Avropanı oyundankənar vəziyyətə qoymaq olmaz. Yəni, müəyyən təzyiq üsuludur”.
Hüseynli vurğulayıb ki, bu hadisə baş verərsə - birləşmiş Avropa Ordusu yaranarsa, NATO-nun mövcudluğu sual altına düşəcək: “Bu isə öz növbəsində Amerikanın rəqiblərini gücləndirən faktora çevriləcək. Təbii ki, buna imkan verməyəcəklər. Bütün hallarda bu təşəbbüsün irəli sürülməsi labüd addımdır və dünyanı öz istədiyi kimi idarə edən qüvvələrə mesaj sayıla bilər”.
Politoloq Zaur Məmmədov isə AYNA-ya şərhində qeyd edib ki, ilkin mərhələdə yalnız kiçik ordunun yaranmasından söhbət gedə bilər: “Sözsüz ki, burada böyük ordudan söhbət getmir. Bilirsiniz ki, bu məsələ müzakirə olunanda yalnız bir neçə ölkə bunun əleyhinə səs verdi. Digər Avropa dövlətləri isə bu təşəbbüsü dəstəklədi. İndi hamını düşündürən sual isə budur: Bu ordu kiminlə müttəfiqlik edəcək, birləşmiş Avropa Ordusunun yaranmasından sonra NATO-nun taleyi necə olacaq? Bu məsələdə ABŞ və Britaniya hansı mövqeni nümayiş etdirəcək? Onlar ümumiyyətlə, bunda maraqlıdırmı? Buna imkan verəcəklərmi? Göründüyü kimi, bütün bu suallar açıq qalıb”.
Analitikin bildirdiyinə görə, indiyə qədər bununla bağlı dəfələrlə müzakirələr aparılsa da, heç zaman reallaşmayıb: “Yəni, hər dəfə nəzəri mərhələdən o yana keçə bilməyiblər. Faktiki olaraq ötən əsrin 90-cı illərindən bəri aparıcı Avropa dövlətlərinin beynəlxalq siyasətdə təkbaşına həlledici fəaliyyəti nəzərə çarpmayıb. Sözsüz ki, Fransa, Almaniya kimi aparıcı Avropa dövlətləri bu vəziyyətlə barışmaq istəmir. İddialar var ki, bu addımı atmaqla Avropa 120 milyard dollar vəsaitə qənaət edəcək. Bu, kifayət qədər ciddi rəqəmdir. Buna qədər Avropanın müstəqillik təşəbbüsünə Britaniya əngəl olmağa çalışırdı. İndiki vəziyyətdə isə Britaniya artıq Avropa İttifaqının üzvü deyil və London proseslərə nəzarət imkanlarını itirib”.
Məmmədov əlavə edib ki, bu, diplomatik müstəvidə keyfiyyətcə yeni mərhələnin başlanğıcı olacaq: “Yeni struktur formalaşarsa, Avropa ölkələri artıq silah dalınca okeanın o tayına və yaxud qitənin başqa ölkələrinə üz tutmayacaq, özlərinin hərbi potensialı üzərində işləyəcəklər. Yaxın gələcək Paris və Berlinin nə dərəcədə öz məqsədlərinə çatmaq üçün iradə nümayiş etdirəcəklərini göstərəcək. Hər halda belə sazişin reallaşması üçün ən azı 15-20 ilə ehtiyac var”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putini xilas edəcək əsgərlər: Yoxsa sadəcə səs- küy? - NƏ BAŞ VERİR?
Bu gün, 00:05 |
|
|
|
• Tuneldə boğulan şəxslərin ailələrinə kompensasiya verilməlidir - ÇAĞIRIŞ
Bu gün, 00:02 |
|
|
|
• MDB rəhbərliyi Güney Qafqazda sülhdə maraqlıdır - AÇIQLAMA
Dünən, 19:05 |
|
|
|
• Gürcüstandakı seçkilərin son nəticələri AÇIQLANDI - BUNDAN SONRA...
Dünən, 19:00 |
|
|
|
• Separatçıların azad olunması... - Bu axmaq ideyanı kim gündəmə gətirir?
Dünən, 18:00 |
|
|
|
• Legitimliyini itirmək yolunda növbəti addım - Görünəni odur ki...
Dünən, 17:52 |
|
|
|
• ATƏT PA missiyasından Gürcüstandakı seçkilər barədə AÇIQLAMA
Dünən, 17:50 |
|
|
|
• Rəsmi Tiflis də soydaşlarımıza BORCLANDI - FAKT BUDUR!
Dünən, 17:43 |
|
|
|
• Aliment davaları böyüyür: Çıxış yolu tapılmır - NƏ ETMƏLİ?
Dünən, 17:40 |
|
|
|
• İki nişanın yanaşı olması sizi çaşdırmasın – 60 manat cərimə oluna bilərsiz
Dünən, 17:38 |
|
|
|
• Xalq sözünü dedi, Gürcüstanda inqilab olmayacaq - ŞƏRH
Dünən, 17:32 |
|
|
|
• Deputatdan AXCP-dəki istefaya REAKSİYA - “Fərqli düşüncələrə yol verilmir”
Dünən, 17:30 |
|
|
|
• “Türkiyə bilir ki, bu savaş olacaq...” - Orta Doğu ilə bağlı qorxulu planlar...
Dünən, 17:26 |
|
|
|
• "Özünüzü saf aparmayın, bilmirsiniz ki, efir gecikmə ilədir?"
Dünən, 17:23 |
|
|
|
• Gürcü Arzusu qalib gəldi, bizim üçün çətin olacaq – Duqin
Dünən, 17:21 |
|
|
|
• Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Dünən, 15:26 |
|
|
|
• Təhlükəli hadisələr olacaq: Ermənistan bu ölkə ilə birləşəcək – Qriqoryan
Dünən, 15:14 |
|
|
|
• Gürcüstanda seçkilər: müharibə üzərində qələbə - Bahəddin Həzi yazır...
Dünən, 14:53 |
|
|
|
• ABŞ-ı iflas gözləyir - Mask xəbərdarlıq etdi
Dünən, 14:48 |
|
|
|
• 2025-ci ildə dünyanın sonu olacaq: - Vanqa və Nostradamusun qorxulu proqnozları
Dünən, 14:43 |
|
|
|
• Fuad Nəcəfli Talıbovun yolunu gedir, YOXSA?.. - DÖVLƏT... DÖVLƏTÇİLİK nədir... bilməyəndə belə olur...
Dünən, 14:37 |
|
|
|
• Nikol dayanmır: 5 saata 100 km yol sürdü - özü açıqladı
Dünən, 14:31 |
|
|
|
• Paşinyan da “Gürcü Arzusu”nu təbrik edib
Dünən, 14:28 |
|
|
|
• Mehdiyevlə yanaşı Həbibbəyli də MÖVQEYİNİ İTİRİB
Dünən, 13:07 |
|
|
|
• Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur - Mikaelyan
Dünən, 13:04 |
|
|
|
• İran BMT TŞ-dən təcili iclası keçirməyi tələb edib - GƏLİŞMƏ
Dünən, 12:51 |
|
|
|
• "FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb..." - ETİRAZ VAR!
Dünən, 12:48 |
|
|
|
• Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... - yarım milyon manata yaxın vergi borcu var
Dünən, 12:40 |
|
|
|
• “Xain deputatlar”ın lənətlənməsi – “Yada düşər xatirələr” silsiləsindən
Dünən, 12:37 |
|
|
|
• Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi
Dünən, 12:26 |
|
|
|
• Rusiyada evlənmək istəyən azərbaycanlıların DİQQƏTİNƏ
Dünən, 12:21 |
|
|
|
• Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı – 1999-cu ilin bu günü baş verənlər
Dünən, 12:14 |
|
|
|
• "Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" - Bakıdan REAKSİYA
Dünən, 12:10 |
|
|
|
• “Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər - SİYAHI
Dünən, 12:07 |
|
|
|
• BMT-nin cümə axşamı: meyit ortada qalıb - Ölünü basdırmağın zamanıdır...
Dünən, 12:03 |
|
|
|
• Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... - FOTO
Dünən, 10:35 |
|
|
|
• Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında - Yüksək məbləğdə cərimə gözləyir
Dünən, 10:30 |
|
|
|
• Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... BAKIYA DƏVƏT ETDİ
Dünən, 10:24 |
|
|
|
• Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq - Çalıy
Dünən, 10:20 |
|
|
|
• Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? - AKTUAL
Dünən, 10:17 |
|
|
|
• Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? - Səfir DETALLARI AÇIQLADI
Dünən, 10:06 |
|
|
|
• Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır - AHİK necə dəyişir
Dünən, 10:03 |
|
|
|
• İcra başçısının oğlu məhkəməyə verildi - BUNA GÖRƏ
Dünən, 10:01 |
|
|
|
• “Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur - MÜHÜM XƏBƏR ÜNVANI...
Dünən, 09:53 |
|
|
|
• "Xəzər RİH bizi yola verir" - Şəhid ailəsini ƏLƏ SALIRLAR?
Dünən, 09:48 |
|
|
|
• Ukraynaya kimin qalib gələməsi sərfəlidir? - İNCƏLƏMƏ
Dünən, 09:43 |
|
|
|
• Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? - İLGİNC
Dünən, 09:35 |
|
|
|
• İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib - KİV
Dünən, 09:32 |
|
|
|
• "Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" - Normadan artıq "məsuliyyətsizlik"...
Dünən, 09:27 |
|
|
|
• O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... - İLGİNC FAKTLAR
Dünən, 09:24 |
|
|
|
|