Saakaşvili ikinci inqilabı reallaşdıra biləcəkmi - Qonşuda təzyiq qalxır
Tarix: 18-10-2021, 10:21 | Çap et
Xəbər verdiyimiz kimi, Tiflisdə Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin tərəfdarları aksiya keçiriblər. Onminlərlə insanın qatıldığı izdihamlı mitinqin iştirakçıları təcili olaraq hökumətdən Saakaşvilini azadlığa buraxmağı tələb ediblər.
Mişa isə öz növbəsində həbsdən tərəfdarlarına məktub yollayıb. O, gürcü xalqını və bütün siyasi qüvvələri birliyə çağırıb. Ardınca əlavə edib ki, indi nə partiya, nə də bölünmə zamanıdır: “Gürcüstanı xilas etməyin əsl vaxtıdır”.
Gürcüstanda baş verənlər dünya gündəmini məşğul edən əsas mövzulardan biridir. Bəzi ekspertlər hesab edirlər ki, Saakaşvili həbsdən buraxılarsa və ya tərəfdarlarının aksiyaları davamlı olarsa, bu halda Gürcüstanda yenidən hakimiyyət dəyişikliyi qaçılmaz olacaq.
Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının üzvü, Marneuli bələdiyyəsinin üzvü Nərgiz Əliyeva AYNA-ya açıqlamasında deyib ki, Gürcüstanda siyasi böhran hökm sürür: “Bunun da əsas səbəbi hökumətin son dövrlər uğursuz siyasət yürütməsi ilə bağlıdır. Bu gün Gürcüstanda vətəndaşların hüquqları pozulur, insan haqları qorunmur, kriminal meyllər artıb, ölkədə təhlükəsizlik lazımi səviyyədə təmin edilmir, demokratik dəyərlər baxımından irəliyə yox, geriyə gedirik. Eyni zamanda sosial-iqtisadi problemlər dərinləşib. Bütün bunlar Gürcüstanı keçmişə qaytarır. Sözsüz ki, Gürcüstan ictimaiyyəti bununla barışmaq niyyətində deyil”.
“Mixail Saakaşvilinin hakimiyyətə gəlişi Gürcüstanda keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Bu, ölkəmizin qarşısında böyük imkanlar açdı. Biz onun dövründə sabitlik və inkişafı bütün mənalarda dada bildik. Gürcüstanda korrupsiyanın kökü kəsildi, məmur özbaşınalığı halları aradan qalxdı, Avropaya inteqrasiya siyasəti gücləndi, ölkədə sabitlik hökm sürürdü. Lakin Saakaşvili gedəndən sonra hər şey geriyə getməyə başladı. Bu səbəbdən əhali yenidən Saakaşvilinin iqtidara qayıdışını istəyir. Son seçkilərdə də biz bunu aydın şəkildə gördük”, - deyə həmsöhbətimiz bildirib.
Onun dediyinə görə, Gürcüstanda hakimiyyət dəyişikliyi qaçılmazdır: “Hökumət əsassız və qanunsuz olaraq Saakaşvilini həbs edib. Ona qarşı respressiya siyasəti həyata keçirilir. Lakin Gürcüstan vətəndaşları bununla barışmayacaq. Keçirilən son izdihamlı aksiyalar bir daha bunun təsdiqi oldu. Saakaşvilinin azad olunması üçün əlimizdən gələni edəcək. Heç kimə bizə mane ola bilməyəcək. Çünki, Saakaşviliyə qarşı hörmətsizlik xalqa qarşı hörmətsizlikdir. Gürcüstan xalqı əlində gələni edəcək ki, o, azadlığa çıxsın”.
“Hesab edirəm ki, beynəlxalq birlik, demokratik dünya təsisatları da xalqa dəstək verəcək. Bütün bunların fonunda Gürcüstanda hakimiyyət dəyişikliyi labüddür. Həm də qaçılmazdır. Bir daha deyirəm, iqtidarın respressiv siyasəti və Saakaşvilini həbsdə saxlaması bunun qarşısını ala bilməyəcək. Saakaşvilinin dövründə biz “demokratiya zənciri”ni qırmışıq. Daha heç kim bizi o “zəncir”ə bağlaya bilməz. Gürcüstanın hazırkı rejimi xalqın tələblərini nəzərə almalıdır. Artıq güc və zorakılıq yolu ilə prosesi nəzarətdə saxlamaq mümkün deyil və bu əks effekt verəcək. Böyük ehtimalla, Gürcüstanda yeni seçkilər keçirləcək və bu seçkilərin qalibini xalq seçəcək. Bu qalib isə güman ki, Vahid Milli Hərəkat Partiyası və müttəfiqləri olacaq”, - deyə Əliyeva vurğulayıb.
“Turan” İnformasiya Agentliyinin rəhbəri, politoloq Mehman Əliyev də AYNA-ya şərhində söyləyib ki, son dövrlər Gürcüstan cəmiyyətində Mixail Saakaşvilinin nüfuzu yenidən yüksəlməyə başlayıb: “Baxmayaraq ki, hakim koalisiya qalib gəldi, lakin seçkilər gərgin rəqabət şəraitində keçdi. Əldə etdiyim məlumata görə, altı partiya seçkilər zamanı seçki qanunvericiliyinin tələblərini pozaraq, seçiciləri şirnikləndirici vədlərlə ələ almağa çalışıb. Tiflisə son səfərim zamanı bu ölkə vətəndaşları da bu faktı təsdiq etdilər. Seçicilərin pulla ələ alınması seçkilərin iddia edildiyi kimi, tam şəffaf və demokratik keçirilmədiyini söyləməyə əsas vermir. Təbii ki, Saakaşvilini özü də bunları bilirdi”.
“Burada söhbət təkcə seçkilərin nəticələrindən yox, insan haqlarının qorunmasından da gedir. Saakaşvili bu ölkənin rəhbəri olub, dövlətin inkişafı üçün müəyyən işlər görüb. Onu həbsdə saxlamaq yolverilməzdir. Təbii ki, bunu gürcü iqtidarı da anlayırdı. Lakin düşünürdü ki, özləri üçün gözlənilən siyasi təhlükəni bu yolla aradan qaldıra biləcəklər. Görünən odur ki, onlar buna nail ola bilmədilər. Saakaşvilinin azadlığı üçün keçirilən aksiyalar Gürcüstan iqtidarı üçün yaxşı heç nə vəd etmir”, - deyə analitik qeyd edib.
Onun fikrincə, Gürcüstanda yeni seçkilər keçirilə bilər: “Bu, artıq aydın görünür. Bu seçkilərdə isə çox güman ki, müxalif qüvvələr qalib gələcək. Hər şey aksiyaların davamından və Saakaşvilinin azadlığa buraxılmasından asılı olacaq. Gürcüstanda artıq hakimiyyəti dinc yolla dəyişmək ənənəsi mövcuddur. Ehtimalım ondan ibarətdir ki, gürcü iqtidarı etirazçı kəsimin tələblərini yerinə yetirməyə və erkən seçkilər keçirməyə məcbur olacaq. Beynəlxalq birlik də bu məsələdə Gürcüstan müxalifətinə dəstək verəcək”.
“Saakaşvilinin özünün dövlət rəhbərliyinə gəlməsi isə mümkün deyil. Heç onun özü də bunu arzulamır. Necə ki, İvanişvili heç bir rəsmi status daşımasa da, bu gün faktiki olaraq ölkəni idarə edir, Saakaşvili qalib gəlsə də, bu, yenə belə olacaq. Onun əsas məqsədi hakimiyyətə gəlmək yox, narazı elektoratı yenidən siyasi mübarizəyə təşviq etməkdir. Artıq müəyyən mənada buna nail olub”, - deyə Əliyev fikrini yekunlaşdırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|