Benzinin qiymətini kimə həvalə etməli? .....                     Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? .....                     Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə .....                     Yeni lizinq şirkəti təsis edilib .....                     Azərbaycan Ukraynaya soğan göndərə bilər? .....                     Tiflis məhkəməsi qərar verdi: .....                     Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib .....                     Suriyada müxalif qüvvələr Hələbə daxil oldu .....                     Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib .....                     Qərbin “erməni sevgisi”: .....                     "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı .....                     Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır .....                     Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                     Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün .....                     Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı .....                     Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb .....                     Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... .....                     Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? .....                 

İsraillə İranın müharibəsi hər an başlaya bilər: fitil çəkilib? - ŞOK GƏLİŞMƏ
Tarix: 21-10-2021, 08:52 | Çap et
İsraillə İranın müharibəsi hər an başlaya bilər: fitil çəkilib?
İsrail hökuməti İranın nüvə obyektlərinə qarşı potensial hücuma hazırlıq üçün 1.5 milyard dollar ayırıb. “Yeni Müsavat”yazır ki, bu haqda İsrailin “Channel 12" telekanalı bildirir. Məlumata əsasən, ordunun İrana qarşı potensial hücuma hazırlaşdırılması üçün vəsaitin 1 milyard dolları bu ilin büdcəsindən, 500 milyon dolları isə gələn ilin büdcəsindən xərclənəcək. Vəsait müxtəlif tipli təyyarələrə, pilotsuz uçan aparatlara, kəşfiyyat məlumatlarının toplanılmasına, o cümlədən peyklərlə kəşfiyyatın aparılmasına, nüvə obyektlərinə zərbələrin endirilməsi üçün əlavə vasitələrin və unikal silahların əldə edilməsinə xərclənəcək.

Amma İsrail-İran müharibəsi başlasa, bölgə qan çanağına çevrilə bilər. Bu, bəlkə də üçüncü dünya müharibəsinin başlanması sayıla bilər. Çünki bu savaşda iki tərəf savaşmayacaq, bölgədəki güclər də müharibəyə qoşulacaq. Məsələn, Fələstin, oradakı “Həmas” qüvvələri, Livanda mənzillənmiş “Hizbullah” İran tərəfinə dəstək verə bilər, eyni zamanda Suriyada Əsəd rejimi də müəyyən qədər kömək göstərəcək, həmçinin Yəməndə husilər İranın yanında yer alacaq. İsrailə isə İranla yola getməyən bəzi ərəb dövlətləri gizli şəkildə, kollektiv Qərb isə aşkar şəkildə dəstəyini verə bilər. Bütün bu faktorlar isə İsrail-İran müharibəsi başladığı halda regionun fəlakətə çevrilməsini qaçılmaz edir. Bundan başqa, sərhəd ölkələr, o cümlədən Azərbaycan da bu müharibənin olmasında maraqlı deyil. Əvvəla, bizim İsraillə yüksək səviyyədə münasibətlərimiz var, İranla da hazırda əlaqələr gərgin olsa da, qonşumuzdur və onun müharibə aparması təbii ki, regiona hərtərəfli - iqtisadi, humanitar, qaçqın axını və s. təsirlərini göstərəcək.

Ona görə illərdir ki, bir-birini hədələyən İsrail və İranın müharibəyə başlamasını heç özləri də arzulamazlar. Lakin belə görünür ki, savaşın fitili çəkilməkdədir və əgər yayılan məlumatlar səhihdirsə, İsrail 1.5 milyard vəsait ayırıbsa, deməli, qeyri-müəyyən gələcək üşün hazırlıq gedir. Bəs bu xəbər İranın bizə qarşı aqressiyasını heç olmasa azaldacaqmı, yoxsa daha da artıracaq? İsrail İrana hücuma başlasa, Tehranın Azərbaycana qarşı davranışı necə olacaq? Bu müharibə ölkəmizə necə təsir edəcək?

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, İsrailin İrana qarşı nəzərdə tutduğu nüvə obyektlərinə hücumun fitili çoxdan çəkilib: “Sadəcə, bu günə qədər İsraili dayandıran və hərəkətlərindən çəkindirən Amerika olub. Hər iki ölkənin İranla bağlı fərqli baxışları var. Birləşmiş Ştatlar İranın nüvə silahına yiyələnməsinə xeyli vaxt qaldığını söyləyir, İsrail isə tez zamanda əldə edəcəklərini bildirir. Ancaq ABŞ-ın altılıq sazişindən çıxmasından sonra Tehran uranın saflaşdırılması istiqamətində xeyli addımlayıb və müəyyən nailiyyətlər də əldə edib. Ona görə İsrail hesab edir ki, nüvə obyektlərinə hücumun çox ciddi nəticələri ola bilər”.

Q.Hüseynli İrana hücum ediləcəyi halda növbəti dünya müharibəsinin başlanacağı ehtimalını az sayır: “İrana havadan hücumlar mülki əhaliyə zərər vurmayacaq. Bu mənada lokal xarakterli hərbi əməliyyatların icrasından söhbət gedir. Sözsüz ki, SEPAH-ın ”Qüds" qərargahına və rəhbər heyətinə zərbə endirilə bilər. Bundan sonra İranın hərbi potensialında ciddi zəifləmələrin şahidi olacağıq, amma mülki sənayesi öz yerində qalacaq, dünyada təhlükəli rezonans yaradacağını da güman etmirəm. Dünyanın bir hissəsi sükutla qarşılayacaq, bir hissəsi isə İranın nüvə silahı əldə etmək imkanından məhrum edilməsini dəstəkləyəcək". Politoloqun sözlərinə görə, Azərbaycana təsirləri mümkündür: “Qonşuda olan yanğının digər qonşuya sıçraması təhlükəsi var. Ona görə bunu arzulamırıq. Çünki bölgədə humanitar problemlər başlaya bilər. Panikaya düşmüş əhali qaçmağa başlayacaq. Amma biz bölgəmizdə, qonşumuzda müharibənin olmasını istəmirik”.

Politoloq Azad Məsiyevin sözlərinə görə, İrana qarşı Qərb, İsrail və ABŞ birgə fəaliyyətdədir: “Hətta bəzi siyasətçilər İranı yeri üzündən silmək bəyanatı verirdilər. İsrail və İran arasında böyük düşmənçilik var. Bu konfliktin olmaması üçün diplomatik danışıqlar aparılırdı. Hətta ABŞ və Rusiya təhlükəsizlik şurası rəhbərlərinin görüşü də baş tutmuşdu. Ancaq İsrail öz təhlükəsizliyini təmin etmək üçün İranı neytrallaşdırmaq istəyir və Tehranın nüvə bombası əldə etməsini əngəlləməyə çalışır. Ona görə İranı vurmaq üçün məqam axtarırlar”.

A.Məsiyev qeyd etdi ki, artıq nüvə danışıqları dayanıb və İran bu müzakirələri bərpa etməsə, Tehrana fayda verməyəcək: “Həmçinin müharibə baş versə, Azərbaycana da zərər edəcək. Milyonlarla soydaşlarımız yaşayır, kütləvi şəkildə qaçqın ola bilər. Bəşəriyyət bu münaqişənin qarşısını almalıdır, ABŞ və Rusiya regionda yeni qaynar ocağın yaranmasına imkan verməməlidir. Çünki tək bizə yox, Türkiyəyə də təsir göstərəcək. Odur ki, belə bir fəlakətin baş verməməsi üçün dünya gücləri səylərini artırmalıdırlar”.

Siyasi şərhçi Ramiyə Məmmədova yaxın zamanda irimiqyaslı hərbi əməliyyatlar gözləmir. Onun fikrincə, İsrail tərəfi 1.5 milyard ayrılması haqda informasiyaları sızdırmaqla İranın gözünün odunu almağa və onu nüvə silahı əldə etmək təşəbbüslərindən çəkindirməyə çalışır: “Zənnimcə, əsas strategiya buna hesablanıb. Əlbəttə, İranı vurmaq İsrailin köhnə arzusudur. Lakin hər şey göründüyü qədər primitiv deyil, yaxşı bilirlər ki, bu zərbələr sonra hansı nəticələrə gətirib çıxara bilər. Amma bir müddət əvvəl İranın kimya aliminin sui-qəsdi kimi əməliyyatlar, hansısa nüvə obyektlərinin hədəfə alınması istisna deyil”.

Ekspertin sözlərinə görə, hətta İsrail İrana planlaşdırdığı kimi zərbələr endirsə belə, nüvə proqramına ciddi zərər gətirməyəcək: “Söhbət yalnız 1-2 illik gecikmədən gedə bilər. Amma dünya gücləri genişmiqyaslı əməliyyatları dəstəkləmir. Azərbaycan da bölgədə müharibə istəmir. Biz 44 günlük savaşdan sonra regionda sülh, kommunikasiyaların bərpası niyyətindəyik. İsrail-İran müharibəsi isə planlarımızı uzunmüddətli ertələyə bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28
Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25
Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05
Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02
Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27
Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38
Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03
Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58
"Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Dünən, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Dünən, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Dünən, 15:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru