Lavrovdan almaniyalı nazirə sərt cavab - "Qoy pərəstişkarlarını sevindirsin..."
Tarix: 26-10-2021, 08:09 |
Çap et
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauerin “Rusiyanı nüvə silahı ilə hədələməyə hazır olmalıyıq” ifadəsini fantaziya adlandırıb.
Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.
“Reallığa diqqət yetirmək lazımdır. Qoy onun (Almaniyanın müdafiə naziri - Red) xoşuna gəlsin, pərəstişkarlarını sevindirsin. Ancaq ümid edirəm və bilirəm ki, norveçlilər praqmatik insanlardır. NATO üzvü olarn Norveç öhdəlikləri ilə bağlı addımlarını əminəm ki, Rusiya ilə əlaqələrin əhəmiyyətini nəzərə alaraq atacaq”, - Lavrov norveçli həmkarı Anniken Hyuitfeld ilə danışıqlardan sonra bildirib.