Dünən Donbassda ağır döyüşlər baş verib - Müharibəqabağı nəbz yoxlanışı?
Tarix: 27-10-2021, 08:27 | Çap et
Dünən Donbassda rus separatçıları ilə Ukrayna ordusu arasında şiddətli döyüşlər baş verib. Gecə yarısından axşama qədər davam edən döyüşlər zamanı Ukrayna Ordusunun Staromaryevka kəndini ələ keçirsə də, sonradan yaşayış məntəqəsini tərk etdiyi bildirilir. Ovqat.com-un məlumatına görə, faktı rus separatçıları da təsdiqləyiblər. "Colonelcassad" adlı Telegram səhifəsi separatçı qaynaqlara istinadən xəbər verib ki, Staromaryevka kəndi əslində Donbass döyüşçüləri ilə Ukrayna Silahlı Qüvvələri arasındakı “boz zona” adlanan ərazidə yerləşir. “DXR döyüşçülərinin mövqeləri orada yox, Staromaryevkanın şərqində yer alır. Bundan istifadə edən Ukrayna Silahlı Qüvvələri gecə saatlarında kəndə daxil olaraq yaşayış məntəqəsinin mərkəzinə öz bayraqlarını asıb”. Məlumatda bildirilir ki, kənddə 180 nəfər yaşayır, onlardan 37-si Rusiya vətəndaşıdır: “Bundan sonra kəndin ərazisində indiyə qədər (dünən axşamadək) davam edən döyüşlər başlayıb. Hər iki tərəf minaatanlardan və 122 mm-lik artilleriyadan istifadə edir. Telmanovo kəndindən Staromaryevkaya tankların keçməsini təsdiqləyən videolar da var. Bu, daha bir eskalasiyanın mümkünlüyünə işarədir”.
Qranitnoye və Telmanovoya artilleriya zərbələri endirildiyini bildirən Telegram səhifəsi tərəflərin itkiləri və Staromaryevka ərazisində mövcud taktiki vəziyyət barədə hələ də çox az məlumat olduğunu vurğulayıb. Digər bir məlumata görə, Ukrayna hərbçiləri separatçılarla mübarizədə Türkiyənin “Bayraktar TB-2” silahlı dronlarından da istifadə ediblər. Hesab olunur ki, bu, Kiyevin Türk dronlarından ilk istifadəsidir. Bir çox Telegram səhifələri “Bayraktar TB-2” ilə separatçıların artilleriya silahlarının vurulduğunu əks etdirən video da yayımlayıb. “Əslində, hərbi ekspertlərin hamısının proqnozlaşdırdıqları baş verir. Ukrayna Silahlı Qüvvələri təmas xəttində Donbass döyüşçülərini öz hava hücumundan müdafiə vasitələri ilə hücumlara cavab verə bilmədiyi məsafədən idarə olunan silahlarla zərbələr endirir, Türkiyəyə məxsus hücum PUA-larından istifadə etməyə başlayıb. Bununla da Donbassın bütün kuratorlarını təbrik edirəm", - deyə hərbi ekspert Vladimir Orlov öz Telegram səhifəsində yazıb. Rəsmi Kiyev də Donbass separatçıları ilə dünən döyüşlərin başladığı faktını təsdiqləyiblər. Ukrayna Ordusunun Birləşmiş Əməliyyat Qüvvələrinin məlumatına görə, günah “Rusiya muzdlu”larında olub. “Separatçılar gün boyu atəşkəs rejimini 7 dəfə pozublar. Onlardan 4-də Minsk razılaşmaları ilə qadağan olunmuş silahlardan istifadə olunub”, - Birləşmiş Əməliyyat Qüvvələrinin Facebook səhifəsində bu barədə məlumat verilib. Məlumata görə, separatçılarla dünənki döyüşlərdə Ukraynanın 1 əsgəri ölüb, 1 əsgəri isə yaralanıb. Qarşı tərəfin itkiləri barədə heç bir məlumat verilmir. “Müdafiə qüvvələrimiz cavab atəşi açaraq düşməni Minsk razılaşmaları ilə qadağan olunmuş silahlardan atəşi dayandırmağa məcbur ediblər”, - məlumatda vurğulanır.
Bildirilir ki, yeddi hücumdan üçü Donetsk vilayətinin Volnovaxski rayonunun Qranitnoe kəndi ərazisində baş verib: “Düşmən həmçinin yaxınlıqdakı Pavlovol Qranit kəndini, Luqansk vilayətinin Popasnyanskiy rayonunun Novozvanovka kəndini, Novoaydarskiy rayonunun Krımskoe kəndini, Donetsk vilayətinin Yasinovatskiy rayonunun Troitskoe kəndini atəşə tutub. Atışma zamanı düşmən 122 mm-lik artilleriyadan, avtomatik ağır qumbaraatanlardan və iriçaplı pulemyotlardan, tank əleyhinə raket sistemindən, həmçinin VOG-17 mərmilərinin atıldığı pilotsuz uçuş aparatından istifadə edib”. Birləşmiş Əməliyyat Qüvvələri qərargahı separatçıların bəzi iddialarını təkzib edib: “Ukrayna hərbçiləri Donetsk vilayətinin Qranitnoe kəndi ərazisində müvəqqəti işğal olunmuş ərazilərində neytral zonanı tutmayıb. Birləşmiş Əməliyyat Qüvvələri komandanlığı bu məlumatın yalan olduğunu bəyan edir. Bu, Rusiya Federasiyasına bağlı qeyri-qanuni silahlı birləşmələrinin Ukraynanı gözdən salmaq və demarkasiya xəttini pozmaqda ittiham etmək üçün növbəti cəhdidir. Ukrayna tərəfi Minsk razılaşmaları ilə qadağan olunmuş silahlardan atəş açmayıb", - mesajda vurğulanır. Bəyanatda o da bildirilir ki, Ukrayna hərbçilərinin mövqeləri dəyişməz olaraq qalır. Hərbi ekspertlərin fikrincə, dünən Donbassda baş verən bu toqquşma müharibəqabağı nəbz yoxlanışı da ola bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Bu gün, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Bu gün, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
|