Türkiyədə Azərbaycan Prezidentini təhqir edən telekanala inzibati cəza verilib
Tarix: 28-10-2021, 08:10 |
Çap et
Türkiyənin Ali Radio və Televiziya Şurası Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının müraciəti əsasında Qüds TV-də yayımlanan “Üçüncü Göz” proqramını araşdırıb.
Bu barədə “Report” "Milliyyet"ə istinadən xəbər verir.
Məlumata görə, Şura Azərbaycan Prezidenti İlham Əliyevin efirdə təhqir olunmasının müəyyən edilməsindən sonra kanal cərimə edilib.