ABŞ 6-cı Donanma flaqmanını və esminesini Qara dənizə göndərir – Ukrayna-Rusiya gərginliyi bloklararası müharibəyə çevrilir?
Tarix: 30-10-2021, 10:25 | Çap et
ABŞ Altıncı Donanmasının flaqman gəmisi “Mount Whitney” ilə “USS Porter” esminetsini Qara dənizə yollayır. Ovqat.com-un məlumatına görə, ABŞ Dəniz Qüvvələri Komandanlığının bəyanatında belə deyilir. Qeyd olunur ki, “Mount Whitney” gəmisinin göyərtəsində ABŞ Altıncı Donanmasının qərargahının və NATO Hücum və Dəstək Qüvvələrinin (STRIKFORNATO) komandanlığının zabitləri də olacaq. “Mount Whitney” və onun üzərində yerləşən qərargah zabitləri NATO müttəfiqləri və tərəfdaşları ilə birlikdə Aralıq dənizi və Qara dənizlərdə fəaliyyət göstərəcək, regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə çalışacaqlar”, - bəyanatda vurğulanır. Altıncı Donanma həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Porter” esminetsini də Qara dənizə göndərildiyini açıqlayıb. "USS Porter NATO müttəfiqlərimiz və regiondakı tərəfdaşlarımızla birgə əməliyyatlar aparmaq üçün şimala Qara dənizə doğru hərəkətə başlayıb", - komandanlığın bəyanatında deyilir. ABŞ hərbi gəmilərinin hansı məqsədlə Qara dənizə göndərildiyi tam açıqlanmasa da, bu dislokasiyanın Ukrayna-Rusiya arasındakı gərginliyin kulminasiya nöqtəsinə çatdığı bir zamana dəng gəlməsi təsadüfi görünmür. Mümkündür ki, ABŞ və NATO qüvvələri Rusiyanın Ukraynaya hərbi təhdidlərinin qarşısını almaq üçün bu cür addım atsın. Altıncı Donanmanın bəyanatından anlaşılır ki, ABŞ hərbi gəmiləri Qara dənizdə tək olmayacaqlar, NATO qüvvələri ilə birgə fəaliyyət göstərəcəklər. Bu zamanadək Qara dənizdə hər hansı əməliyyatın keçiriləcəyi barədə heç bir məlumatların yayılmaması ABŞ-ın bu addımının öncədən planlaşdırılmadığını göstərir. Belə məlum olur ki, Pentaqonun bu qərarı anidən verilib. Bəs bu plansızlığın və tələskənliyin səbəbi nə ola bilər? Zənnimizcə, ötən gün Rusiya XİN-nin Ukrayna ilə bağlı yaydığı bir məlumat bu suala aydınlıq gətirə bilər. Rusiya XİN dünən bəyanat verərək bildirmişdi ki, Ukrayna hərbçiləri son zamanlar tez-tez Donbassa hərbi müdaxilə edir və hətta 37 rus vətəndaşını saxlayıblar. Bəyanatda bu gərginliyə son qoyulmasa Moskvanın başqa tədbirlərə əl ata biləcəyinə eyham vurularaq deyilirdi: “Biz öz tərəfimizdən Rusiya vətəndaşlarının harada olmalarından asılı olmayaraq, Donbass da daxil olmaqla onların hüquq və mənafelərini qorumaq üçün mümkün olan hər şeyi edəcəyik”, - XİN-in məlumatında bildirilirdi. Bu isə Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaya biləcəyinə işarə idi. Moskva həmçinin “Normand formatı”nın tərəflərini və ATƏT-i Kiyevi yerli sakinlərə qarşı zorakı hərəkətlərə son qoymaq üçün müraciət etməyə çağırmışdı. Diplomatik ritorikada bu əslində Kiyevə geri addım atması üçün müəyyən müddətə qədər zaman verilməsi anlamına gəlirdi. Görünür, ABŞ da bu mesajı ciddi qəbul edib və Ukraynanı müdafiə etmək üçün Aralıq dənizindəki gəmilərini Qara dənizə göndərib. Sirr deyil ki, Rusiya tərəfindən enerji blokadasına məruz qalan Ukrayna böhranın silahlı qarşıdurmaya çevrilməsində maraqlı tərəf kimi görünürdü. Çünki özünə qarşı qaz müharibəsinin başladığını anlayır, soyuq mövsümdə enerji ilə sınağa çəkilərək zəifləyə-zəifləyə isti savaşa sürükləndiyini düşünürdü və bəri başdan başının çarəsinə baxmağa qərar vermişdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Bu gün, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Bu gün, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
|