Saakaşvilinin baş tutmayan planı və Qərbdən gəlməyən dəstək – İNQİLAB OLMAYACAQ
Tarix: 3-11-2021, 11:28 | Çap et
Gürcüstanda bir ildir davam edən siyasi böhran bu günlərdə yenidən aktiv fazaya keçib. Ötən həıftə qonşu ölkədə yerli özünüidarəetmə orqanlarına ikinci tur keçirilən seçkilərdə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası qalib gəldi. Paytaxt Tiflis də daxil olmaqla 5 böyük şəhərin merliyi uğrunda seçkilərdə hakim partiyanın qələbə qazanması Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin qurucusu olduğu əsas müxalifət təşkilatının - Vahid Milli Hərəkat Partiyasının tərəfdarları arasında etirazı gücləndirdi. Müxalifət artıq seçkilərin saxtalaşdırılmasına qarşı noyabrın 7-nə mitinq təyin edib.
Hazırda Rustavi şəhər həbsxanasında cəza çəkən sabiq Prezident M.Saakaşvili də həbsxanadan öz tərəfdarlarını hazırkı Gürcüstan hakimiyyətinə qarşı mübarizəyə çağırıb. Tərəfdarlarına məktubunda Saakaşvili bildirib ki, onlar seçkilərdə qalib gəlib: “Biz bu seçkilərdə qalib gəldik, Gürcüstan hakimiyyəti bu qələbəni bizim əlimizdən aldı. Biz nə etməliyik? Seçkilərin saxtalaşdırılmasına görə hakimiyyətin ödəməli olduğu hesabı onlara ödətməliyik”.
“Vaxtımız yoxdur, hər yerdə və kütləvi şəkildə hərəkətə keçməliyik. Təbii ki, paralel olaraq seçki komissiyalarında və MSK-da seçkinin nəticələrinə etiraz etməliyik. İndi bizim küçə aksiyaları keçirmək və zorakılığa müqavimət göstərmək üçün tam legitimliyimiz var”, - Saakaşvili bildirib.
Gürcüstandakı siyasi proseslərin ciddi kataklizmlərə gətirib çıxaracağını, inqilabi proseslərin başlanğıcının qoyulduğunu iddia edənlərin sayı kifayət qədərdir. Lakin bunun əksini düşünənlər də var.
Qonşu ölkədəki proseslərlə bağlı AYNA-nın suallarını cavablandıran siyasi icmalçı Şahin Cəfərli deyib ki, Gürcüstanda ötən ilin payızında keçirilən parlament seçkilərindən bu yana siyasi böhran müşahidə edilir:
- Müxalifət seçkilərin nəticələrini tanımamışdı, parlamenti boykot etmişdi. Lakin Avropa Birliyinin vasitəçiliyi ilə hakimiyyətlə müxalifət arasında kompromis əldə olundu, razılaşma imzalandı. Bundan sonra müxalifət parlamentə getməyə razılıq verdi. Hakimiyyət də öz növbəsində bəzi islahatlar keçirəcəyinə söz verdi. Həm seçki komissiyalarının yenidən formalaşdırılması, həm məhkəmə-hüquq sistemindəki təyinatlarda tərəfsizliyin təmini və s. islahatlara getməyə razılaşdı. Lakin bir müddət sonra hakim “Gürcü Arzusu” bu razılaşmalardan imtina etdi. O razılaşmalarda bir bənd də vardı ki, yerli özünüidarəetmə orqanlarına seçkilərdə hakim partiya 43 faizdən artıq səs almasa, erkən parlament seçkiləri keçiriləcək. Hakimiyyət razılaşmalardan imtina etsə belə, müxalifətdə, Qərb dairələrində gözlənti vardı ki, cəmiyyət “Gürcü Arzusu”nu erkən parlament seçkilərinə məcbur edəcək. Amma hakim partiya bələdiyyələrə seçkilərdə istəyinə nail oldu, 43 faizdən çox səs topladı.
- Beləliklə, müxalifətin və Qərb dairələrinin gözləntiləri özünü doğrultmadı...
- Bəli, demək olar ki, özünü doğrultmadı. Yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turunda – paytaxt Tiflis də daxil olmaqla, nəticəsi tanınmayan böyük şəhərlərin merliyinə təkrar seçkilərdə hakim partiya qələbə qazandı. Açıq demək lazımdır ki, “Gürcü Arzusu”nun dayaqları olsa da, Gürcüstanda seçkilərin tam ədalətli keçirildiyini söyləmək mümkün deyil. Ümumiyyətlə, “Gürcü Arzusu”nun hakimiyyəti dövründə demokratikləşmədə geriləmə qeydə alınıb. Seçkilərdə hakim partiya dövlətin resurslarından geninə-boluna istifadə edir. Eyni zamanda, seçkilərdən əvvəl seçicilərin pulla ələ alınması, insanların iradəsinə qeyri-qanuni üsullarla təsir göstərilməsi adi hala çevrilib. Belə deyək, bizdəki kimi genişmiqyaslı saxtakarlıq olur, qutuların topa bülletenlərlə doldurulması halı baş vermir, amma seçki qanunlarına zidd əməllər törədilir. “Gürcü Arzusu” seçkiləri xeyirinə dəyişmək siyasətində ustalaşıb. Gürcüstanda hakimiyyət seçkinin taleyini seçkidən qabaq həll edir. Əsasən də yerlərdə yoxsul insanların səsinin pulla, natura ilə alınması - ərzaq məhsullarının paylanması ilə - formasında seçkini xeyirlərinə dəyişə bilirlər. Ədalət naminə demək lazımdır ki, “Gürcü Arzusu”nun xalqdan da müəyyən dəstəyi var. Çatışmayan dəstəyi isə dediyim üsullarla qazanırlar. Bidzina İvanişvili və onun komandası bu məsələdə çox ustalaşıb. Və o, pərdə arxasında dayanaraq Gürcüstandakı seçkiləri məharətlə idarə etməkdədir. Müxalifətin saxtakarlıqla bağlı iddialarında həqiqət payı var, amma bunun inqilaba gətirib çıxaracağı inandırıcı deyil.
- Yəni inqilab gözlənilmir...
- Açığı, Gürcüstandakı hazırkı proseslərin inqilabi ssenari üzrə inkişaf edəcəyini gözləmirəm. Əvvəla, inqilab üçün xalqın total narazılığı olmalıdır. Bir növ sosial sifariş lazımdır. Amma hazırda Gürcüstanda belə bir sosial sifariş müşahidə etmirəm. Düzdür, müxalifətin də əhali arasında dayaqları var. Mixail Saakaşvilinin də nüfuzu böyükdür. Amma inqilab üçün bunlar yetərli deyil.
Bir mühüm amil isə Qərbin proseslərə yanaşmasıdır. Biz bilirik ki, Qərbin Gürcüstan daxilindəki proseslərə ciddi təsiri var. Lakin bu gün Gürcüstanın Qərbdəki tərəfdaşları inqilabi prosesləri dəstəkləmək əhvalında deyil. Qərb Gürcüstanda yeni inqilabın baş verməsində maraqlı deyil, ona görə də “Gürcü Arzusu”nun qeyri-qanuni əməllərinə, şıltaqlıqlarına dözümlü yanaşır. Məlumdur ki, hazırkı hakimiyyətin alternativi yenə də Saakaşvilidir. Qərbdə ehtiyyatlılıq, qorxu var ki, bugünkü hakimiyyət getsə, yerinə Saakaşvilinin komandası gələ bilər ki, bununla da Gürcüstanda sabitlik yenidən pozula bilər. Eyni zamanda, Qərbin, xüsusən də Avropa Birliyinin əsas qorxusu odur ki, Saakaşvili qayıdıb yenidən Rusiya ilə münasibətləri gərginləşdirə, 2008-ci ildəki kimi hərbi toqquşma yaradar. Avropa bu vəziyyəti istəmədiyindən, Saakaşvilinin hakimiyyətə qayıdışında maraqlı deyil. Bu baxımdan, hesab edirəm ki, Gürcüstanda inqilabın baş verəcəyinə, bunun Qərbdən dəstəklənəcəyinə inanmıram.
- Lakin Saakaşvilinin ölkəyə gələcəksə, həbsə atılacağını bildiyi halda Gürcüstana qayıtmasının Qərbin planı olduğu söylənilir. Belə hesab edilir ki, Saakaşvilini Gürcüstana qaytaran güc onun hakimiyyətə gəlməsində maraqlıdır...
- Bilirsiniz, Qərbi bütöv orqanizm şəklində hesab etmək düzgün deyil. Qərbin Amerika və Avropa qanadı var ki, bunların maraqları heç də həmişə üst-üstə düşmür. Bu qanadlar hər məsələdə ortaq hərəkət etmirlər. Amerikanın ayrı maraqları var, Avropa Birliyinin lider ölkələrinin – Almaniyanın, Fransanın, Böyük Britaniyanın ayrı maraqları mövcuddur. Bunlar vahid şəkildə hərəkət etmirlər. Məsələn, Amerikada Saakaşviliyə rəğbət daha çoxdur, nəinki Avropada. Avropa Birliyi, xüsusilə, Almaniya, Fransa Saakaşvilinin Gürcüstanda hakimiyyətə qayıdışında maraqlı deyil. ABŞ-dakı müəyyən çevrələr, tutaq ki, Konqresdə müxalifətə daha çox rəğbət var, nəinki “Gürcü Arzusu”na.
- Dediyinizdən belə anlaşılır ki, Saakaşvilinin və onu hakimiyyətə qaytarmaq istəyən gücün planları baş tutmadı. Və hazırda sabiq Prezident həbsdədir. Sizcə, Saakaşvilinin taleyi necə olacaq?
- Hazırkı mərhələdə Saakaşvilinin planları baş tutmadı. Onun ssenarisi bundan ibarətdir ki, seçki ərəfəsində ölkəyə qayıtmaqla tərəfdarlarını ruhlandırsın. Xalq arasında müəyyən həyacan yaratmaqla, həbsi ilə seçkilərin nəticələrinə təsir edəcəyini hesablamışdı. Əsas məqsəd o idi ki, “Gürcü Arzusu”nun 43 faizdən az səs toplamasına nail olunsun, sonra erkən parlament seçkiləri tələbi ilə kütləvi aksiyalar başlasın. Amma bu plan baş tutmadı, Saakaşvilinin dönüşünün ciddi effekti olmadı. Lakin o demək deyil ki, təsirsizlik qalacaq. İndiki mərhələ üçün, bəli, təsirsizlik var. Amma yaxın gələcək üçün Saakaşvili faktoru proseslərə təsir göstərəcək. Keçmiş Prezident hər situasiyadan çıxmağı bacaran siyasətçidir. Məsələn, deyirlər ki, “artıq Saakaşvili bitdi, onun erası tamamlandı”, amma baxırsan, elə bir oyun quraraq ortaya çıxır ki, yenidən siyasi proseslərin tam mərkəzində dayanır. Saakaşvilinin bu istedadı və qabiliyyəti var. Hesab edirəm ki, yaxın gələcəkdə də Saakaşvili amili proseslərə təsir göstərməkdə olacaq. Məncə, Gürcüstan müxalifətinin əsas hədəfi qarşıdakı parlament seçkiləri olmalıdır. Bu seçkilər 2024-cü ildə keçiriləcək və tam proporsional sistem olacaq. Bu baxımdan müxalifətin şansları var ki, “Gürcü Arzusu”na qalib gələ bilsin. Məsələ burasındadır ki, Gürcüstandakı qütbləşmə siyasəti hakimiyyətə daha çox sərf edir, nəinki müxalifətə. Siyasi qütbləşmə baxımından Gürcüstan və Türkiyə cəmiyyəti bir-birinə çox bənzəyir. Gürcü müxalifləri Türkiyə müxalifətindən örnək götürüb koalisiya qura bilsə, seçkilərdə uğur qazanmaları realdır. İnqilab, ölkədə sabitliyin pozulması aşağı olmaqla yanaşı, ölkənin maraqlarına da uyğun deyil. Yeni bir inqilab, təlatüm Gürcüstanı geriyə salır. Yeganə optimal yol seçkilərdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
|