Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib .....                     Suriyada müxalif qüvvələr Hələbə daxil oldu .....                     Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib .....                     Qərbin “erməni sevgisi”: .....                     "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı .....                     Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır .....                     Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                     Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün .....                     Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı .....                     Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb .....                     Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... .....                     Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? .....                     Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." .....                     "Araz-2024" birgə taktiki təlimi başa çatıb .....                     Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? .....                     “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? .....                     İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib .....                     İrəvanla Moskvanın “küsülülüyü" .....                 

“Rusiya Ukraynada hakimiyyət dəyişikliyinə cəhd edir” - Görünəni budur...
Tarix: 5-11-2021, 08:51 | Çap et
“Rusiya Ukraynada hakimiyyət dəyişikliyinə cəhd edir”
Ukrayna Ali Radası müdafiə naziri də daxil olmaqla, beş naziri istefaya göndərib. “Yeni Müsavat” bildirir ki, Donbasda vəziyyətin kəskinləşdiyi bir vaxtda ən mühüm postlardan olan istefalar diqqət çəkir. Belə ki, baş nazirin birinci müavini, iqtisadiyyat naziri Aleksey Lyubçenkodan başqa, nəzarətdə olmayan ərazilər üzrə nazir Aleksey Reznikov, müdafiə naziri Andrey Taran, strateji sənaye sahələri məsələləri üzrə nazir Oleq Uruski və ətraf mühit və təbii ehtiyatlar naziri Roman Abramovski istefa verib. Bunun səbəbi nədir: Ukrayna prezidenti Vladimir Zelenskiyə etimadsızlıq, yoxsa...

Ukraynalı siyasətçi Vladimir Oleynik bildirib ki, bu vəzifəyə Aleksey Reznikovun təyinatı mümkündür. Bu qərarı 341 deputat dəstəkləyib. Fraksiyalar; “Xalqın xidmətçisi” - 220, OPZZh - 18, “Avropa Həmrəyliyi” - 24 , “Batkivşçina” - 17, “Gələcək üçün” - 12, “Səs” - 16, “Güvən” - 19, fraksiya olmayan - 15 lehinə səs verərək müdafiə nazirini vəzifədən kənarlaşdırıblar.

Ali Radada “Xalqın qulluqçusu” fraksiyası hazırda baş nazirin müavini və müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir vəzifəsində çalışan Aleksey Reznikovun namizədliyini dəstəkləyib. Ukrayna mətbuatının yazdığına görə, prezident Vladimir Zelenski Reznikovun namizədliyini təsdiqləyib, çünki o, “susan” Taranın əvəzinə “danışan” müdafiə naziri görmək istəyir. Ekspert Oleynik isə deyir ki, Taran kifayət qədər qapalı şəxsdir: “Açığını desəm, o, iki sözü birləşdirib normal cümlə qura bilmir. Ukraynada Rusiyanın ”aqressivliyinə" qarşı aktiv çıxışlar və qəti qərarlar verəcək müdafiə nazirinə ehtiyac var".

Bu arada Rusiya siyasi dairələri hadisəyə ciddi reaksiya veriblər. Siyasətçilər ölkə mətbuatında bunu Ukraynanın Rusiya ilə müharibəyə başlamasına işarə kimi dəyərləndiriblər.

ReAl Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a söylədi ki, Ukraynada bəzi mənbələrin sözlərinə inansaq, Zelenskinin Donbasla bağlı yumşaq siyasəti komanda daxilində narazılıq doğurub: “Digər yanaşma isə ondan ibarətdir ki, Rusiya ilə hansısa anlaşmanın mümkünlüyü haqda danışıqlar gedir və ona görə Zelenski komandasının içində etirazlar baş qaldırıb. Elə ilk etiraz da spikerdən gəldi və istefa verdi. Son hadisələr də bunun davamı kimi dəyərləndirilir”.

N.Cəfərli hesab edir ki, hakimiyyət içində “şahin qanad” da var, yumşaq siyasəti dəstəkləyənlər də: “Zelenski komandasının bir qismi Rusiya ilə anlaşmanın tərəfdarıdır, amma radikal mövqe sərgiləyən qüvvələr də mövcuddur. Onların sayı kifayət qədər çoxdur, söhbət millətçilərdən gedir. Əgər bu istefalar davam edərsə, Zelenskinin partiyasının parçalanması baş verə bilər. Burada Rusiyanın öz oyunlarının olması da istisna deyil. Donbasda gərginliyin artması ya prosesi genişləndirəcək, ya danışıqlara gətirib çıxaracaq”.

Siyasi şərhçi Züriyə Qarayeva “Yeni Müsavat”a dedi ki, Rusiyanın Ukrayna ilə sərhədə qoşun topladığı vaxtda bu cür güc strukturlarının rəhbərlərinin istefaya göndərilməsi Zelenskiyə etimadsızlığı göstərməklə, Kremlin Kiyevdə pərdəarxası təsir imkanlarının da üzə çıxması deməkdir: “Nəzərə alsaq ki, Ukrayna Radasında deputatlar rusyönümlü və qərbyönümlü olmaqla iki yerə ayrılıb və bu qərarın lehinə səs verənlər rusyönümlü qrupa məxsusdur, o zaman ehtimal oluna bilər ki, Rusiya Ukraynada hakimiyyət dəyişikliyinə cəhd edir. Ümumiyyətlə, son dövrlər Ukraynanın Rusiyaya qarşı siyasi ritorikasında əvvəlki dövrlərə nisbətən sərtləşmələr var”.

Təhlilçi bildirdi ki, rus dilinin ölkədə qadağan edilməsi, Putinin şəxsi dostlarına qarşı sanksiyaların tətbiqi, rusiyameylli mətbuat orqanlarının sıxışdırılması, üstəlik, müxtəlif şəxslər səviyyəsində Moskva ilə diplomatik əlaqələrin kəsiləcəyinə dair ultimatumların səsləndirilməsi Kremli daha da qıcıqlandırıb: “Bu baxımdan, ehtimal etmək olar ki, Gürcüstandakı ssenarinin Ukraynada da təkrarlanması üçün işlər aparılır və nazirlərin istefaya göndərilməsi də bu addımların tərkib hissəsidir”.

Ekspert Ramiyə Məmmədova isə qeyd edir ki, Donbas hadisələrinin fonunda istefalar Zelenski iqtidarında qopmalardan və daxili intriqalardan xəbər verir. Müsahibimiz güman edir ki, Ukrayna prezidenti hakimiyyətini gücləndirmək siyasətini həyata keçirməlidir: “Xüsusən burada diqqət çəkən müdafiə nazirinin istefasıdır, digər nazirlər humanitar sahələrə rəhbərlik edir. Əgər müdafiə naziri istefa veribsə, görünür, Donbas döyüşləri ilə bağlı hansısa fikir ayrılıqları olub. Bundan sonra ordunun başına Zelenskiyə sadiq kadr gətirilməlidir və Rusiya ilə bağlantılarının olub-olmadığı dəqiqləşdirilməlidir. Əgər Ukrayna separatizmə qarşı savaş açıbsa, Donbasdakı qüvvələri Kreml dəstəkləyirsə, o zaman Kiyevin müdafiə siyasəti dəyişməlidir. Çünki istefaya gedən müdafiə naziri Ukrayna hakimiyyətini qane etmirdi”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38
Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03
Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58
"Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08
Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10
Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru