Belarusa yeni sanksiya “sürprizləri” - Diktator Avropanı özünə qarşı birləşdirdi
Tarix: 16-11-2021, 08:37 | Çap et
Belarus ətrafında proseslər yenidən canlanmağa başlayıb. Bu ölkə hökuməti tərəfindən Avropa sərhədlərinə doğru qaçqın dalğası təşkil edildikdən sonra Avropa Birliyi Belarusa beşinci paket sanksiyaların tətbiqinə dair ABŞ-la razılığa gəlib. Diktator Lukaşenko hər nə qədər öz rəqiblərinə qarşı radikal bəyanatlara üstünlük versə də, onun indiki ritorikası daha çox gülüşə səbəb olur. Məsələn, o, bir neçə gün əvvəl qonşularını hədələyərək demişdi ki, lazım olsa, Belarus və Rusiyanın birləşmiş qoşunları Avropanın içərilərinə doğru irəliləyə bilər.
Rəqiblərə kömək
Əlbəttə, Avropa siyasi baxımdan vahid orqanizm deyil və orada Rusiyaya, onun müttəfiqlərinə qarşı qəti siyasətdən çəkinən bir çox ölkələr var. Buraya biz ilk növbədə Avropa Birliyinin iqtisadi və coğrafi nəhəngi olan Almaniyanı aid edə bilərik. Fransanın da müəyyən tərəddüdlərini nəzərə alsaq, məlum olacaq ki, AB-də Rusiya əleyhinə ciddi addımlardan çəkinən iki mühüm güc var. Amma Lukaşenkonun sonuncu bəyanatı tərəddüd edən qüvvələrə açıq kömək etdi ki, onlar da mövqelərini qətiləşdirsinlər. Burada mövqenin qətiləşməsinə həm də Lukaşenkonun bu bəyanatına Rusiyadan hər hansı şərh və ya təkzibin gəlməməsi oldu.
Qərbi Avropanın sınaq görməmiş (demokratiyanı və təhlükəsizliyi atalarından miras almış) nəsilləri üçün bu bəyanat bir ayıltma effekti də verə bilər. Təbii ki, onlar özlərini qəsdən yatmışlığa vurmayıblarsa və ayılmaq istəyirlərsə… Lukaşenko ola bilsin ki, bu bəyanatı Rusiya ilə razılıq əsasında verməmişdi. Amma şübhə yoxdur ki, bu, Putinlə onun ikilikdə səsləndirdikləri arzuların şüuraltında bərkimiş tezisləri idi.
Sanksiyalar nəyə yarayır?
Bir çox analitiklər son illərin iqtisadi sanksiyalarını elə də səmərəli saymırlar. Onların fikrinin ana tezisi və əsas arqumenti budur ki, bir çox hallarda sanksiyalar ölkə iqtisadiyyatını zəiflədir və bununla da xalqı daha zəif salaraq hər şəraitdə varlanan diktatordan daha da asılı vəziyyətə gətirir. Düzdür, diktator üçün də idarəetmə əvvəlki kimi əsan olmur, amma bununla belə, o, xalqı daha çox kasıb salmağa və onun gündəlik həyat uğrunda mübarizə ilə başını qatmağa imkan tapır. Belə olan halda, AB və ABŞ-ın növbəti paket sanksiyalarının effekti də müzakirə və mübahisə mövzusudur.
Lakin burada bir çox xüsusi nümunəni gözdən qaçırmaq olmaz. Məsələn, daha çox enerji ehtiyatları olan və Çin kimi ciddi bazarı olan İrana Qərbin qoyduğu sanksiyalar öldürücü olmasa da, onu yarımcan etməyə kifayət etmişdi. Belarus isə xammal bazarında ciddi payı olmayan təsərrüfat ölkəsidir. Onun inkişaf etməmiş hərbi sənayesinin özündən daha qüvvətli Rusiya və Ukrayna kimi rəqibləri var. Nəzərə alsaq ki, Rusiyanın hərbi sənayesinin hər “qəpiyə” ehtiyacı var, deməli, orada Belarusa ciddi bir nəfəslik olmayacaq. İrandan fərqli olaraq, Belarusda narazı kəsim həm də etirazçıdır. Bu isə “Batka” üçün yeni sürprizlərin ola biləcəyindən xəbər verir. Müəllif: Seymur Həzi //PRESSKLUB.AZ//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
|