Putinin Ukrayna planı: NATO Rusiyanı yerində oturda biləcək? - TƏHLİL
Tarix: 1-12-2021, 16:18 | Çap et
Ukraynanın Rusiya ilə sərhəddində yaranmış qarşıdurma bütün Şərqi Avropaya yayıla bilər.
NATO rəhbərliyi və ABŞ Ukraynaya qarşı istənilən hərbi təcavüz aktını Şərqi Avropa ölkələrinə hücum kimi qiymətləndirir. Ona görə də son günlər Ukraynanın müdafiəsi üçün NATO çərçivəsində müzakirələrin sayı artıb.
“Biz Ukraynanı NATO-ya gedən yolda, Avroatlantik məkana inteqrasiya yolunda dəstəkləyirik, onun islahatlarını, korrupsiya ilə mübarizəsini, müdafiə və təhlükəsizlik sistemini gücləndirməsini dəstəkləyirik. NATO standartlarına riayət etmək lazımdır. Bu, 30 üzv dövlətin qərarı ilə olmalıdır, alyansın genişləndirilməsi ilə bağlı konsensus lazımdır”.
NATO-nun baş katibi Yens Stoltenberq belə deyib.
Stoltenberq vurğulayıb ki, Ukrayna suveren və müstəqil dövlətdir, heç kim bu məsələyə qarışa bilməz, bunu ancaq Ukrayna və NATO ölkələri həll edə bilər.
NATO rəhbəri, eyni zamanda gələcəkdə Ukraynaya qarşı hər hansı hücumunun fəsadlarının ağır ola biləcəyini deyib. O, bunun siyasi və iqtisadi bədəlinin ağır olacağını vurğulayıb.
Yens Stoltenberqin bu açıqlaması Rusiyaya xəbərdarlıq mesajı olmaqla yanaşı, iki mühüm məqamı özündə ehtiva edir. Birincisi, Baş katib Ukraynanın Avroatlantik məkana inteqrasiyası ilə bağlı 30 dövlətin qərarının vacib olduğunu bildirir.
Bununla da Yens Stoltenberq NATO üzvü olan ölkələri ən azı alyansın bərabərhüququlu tərəfdaşı statusuna dəstək verməyə çağırıb. Bu isə NATO və ABŞ hərbi bazalarının Ukrayna ərazisində yerləşməsi ilə nəticələnə bilər. Ukrayna NATO-ya daxil olmaq üçün zəruri islahatları və Uzunmüddətli Müdafiə Planını (MAP) yerinə yetirməyib. Eyni zamanda, Ukrayna ərazisində və sərhədlərində münaqişə olan ölkədir. Ona görə də ekspertlər Ukraynanın yaxın perspektivdə NATO sıralarına qəbul olunacağını real hesab etmir.
Lakin 2015-ci ildən bəri Ukrayna Silahlı Qüvvələri NATO standartlarına uyğun xeyli modernləşdirilib. Ukrayna ABŞ-ın strateji müttəfiqi olmaqla yanaşı, NATO ilə Rusiya arasında gedən “soyuq müharibə”də hər iki tərəf üçün bufer zona rolunu oynayır. Yəni Ukraynanın NATO tərəfindən itirilməsi Rusiya Ordusunun Rumıniya, Macarıstan, Slovakiya və Polşa sərhədlərində dayanması deməkdir.
Bu həmçinin, Moldovanın işğalı ilə bağlı Kremlin planlarının işə düşməsinə səbəb ola bilər. Nəzəri cəhətdən belə bir vəziyyətin yaranması Qara dənizin şimal hövzəsində və Azov dənizində Rusiyanın şəriksiz üstünlüyünü təmin edə, Gürcüstanın NATO-ya inteqrasiyasına son qoya bilər. Ukraynanın işğalı Belarusun bütövlükdə Rusiyanın tərkibinə daxil olması, rus neoimperializminin daha təhlükəli şəkil alması və Cənubi Qafqazın tamamilə Kremlin nəzarətinə keçməsi deməkdir.
Bu halda Rusiyanın geosiyasi təsir dairəsinin Şərqi Avropa sərhədlərinə qədər genişlənməsi ilə yanaşı, cənubda Qara dəniz - Cənubi Qafqaz region kimi böyük bir coğrafiyanı əhatə etmiş olar.
Eləcə də Ukraynanın Şimali Atlantika Alyansına daxil olması ABŞ və NATO hərbi bazalarının Rusiyanın şərq sərhədlərində yerləşməsi ilə nəticələnə bilər. Bu isə Putin iqtidarının düşmənləri Rusiya sərhədlərindən kənarda qarşılamaq strategiyasının iflasa uğraması deməkdir.
Analoji vəziyyətdə Ukraynanın Donbası hərbi yolla geri qaytarmaq imkanları artacaq. Çünki Rusiya təkbaşına NATO ilə hərbi qarşıdurmaya getmək iqtidarında olmadığı kimi, bunda maraqlı da deyil. Ukraynanın NATO üzvlüyünə qəbul olunması təbii ki, Rusiya ilə hərbi, geosiyasi, iqtisadi sahələrdə qarşıdurmanı artıracaq.
Lakin Ukraynanın tamailə NATO-nun hərbi-siyasi təsir zonasına keçməsi şimalda Rusiya ilə alyans arasında buffer zona rolunu oynayan Belarusun Qərbin nəzarətinə keçməsi ilə sonuclana bilər. Eyni zamanda, cənubda Qara dənizdə mövqelərini gücləndirən ABŞ Gürcüstanın NATO-ya daxil olmasını həyata keçirmək üçün əlverişli imkan əldə edəcək. Bu isə Qara dənizdə və Cənubi Qafqazda hərbi güc balansının NATO-nun xeyrinə dəyişməsinə səbəb ola bilər.
Təbii ki, qeyd edilənlər daha çox Ukraynanın hər iki tərəf üçün geostrateji əhəmiyyətini izah etmək üçün aparılan və məsələnin müəyyən qədər də nəzəri müqayisəsidir. Amma Yens Stoltenbergerin 30 dövlətin birgə qərar qəbul etmək çağırışındakı ikinci məqam NATO üzvləri ilə yanaşı, həm də Avropa Birliyinə ünvanlanmış ismarıcdır. Baş katib bununla Ukraynanın Avropanın təhlükəsizliyi üçün qapı rolu oynadığını xatırladır. Yəni Rusiyanın Ukraynaya təcavüzü Avropanın təhlükəsizlik sistemi üçün ciddi təhdiddir.
Ona görə də Avropa ölkələri Rusiya raketlərinin hədəfinə çevrilməmək üçün Ukraynanın müdafiəsi naminə birləşməlidir. Stoltenbergerin verdiyi mesaj bundan ibarətdir. Artıq Türkiyə bu çağırışa müsbət cavab verib. Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin NATO-nun genişlənməsinin tərəfdarı olduğunu deyib. NATO üzvü olan ölkələrin xarici işlər nazirlərinin Riqada baş tutan toplantısı çərçivəsində keçirilən brifinqdə çıxış edən Çavuşoğlunun sözlərinə görə, Türkiyə digər qonşu ölkələrin Alyansa üzvlüyünü dəstəkləyir. Qonşu ölkələr deyərkən, nazirin Gürcüstanı və Ukraynanı nəzərdə tutduğu şübhə doğurmur. Çünki hər iki ölkə ölkə Türkiyənin yüksək səviyyəli hərbi strateji tərəfdaşıdır. Ukraynanın və Gürcüstanın NATO-ya daxil olması Türkiyənin Qara dəniz və Cənubi Qafqaz bölgələrində geosiyasi nüfuz dairəsini genişləndirə bilər.
Digər ehtimal isə Türkiyənin Donbas münaqişəsinin həllində vasitəçilik təklifinə Rusiyanın etiraz etməsilə bağlı ola bilər. Kremlin bu davranışına cavab olaraq rəsmi Ankaranın Rusiya ilə düşmən münasibətdə Ukraynanın və Gürcüstanın NATO-ya qəbul edilməsinə dəstək verdiyi istisna deyil.
Riqadakı sammitə qatılan ABŞ-ın Dövlət katibi Entoni Blinken isə Rusiyanın Ukraynaya qarşı hər hansı yeni təcavüzünə ciddi cavab veriləcəyini bildirib. O, latviyalı həmkarı Edqars Rinkeviçlə keçirdiyi mətbuat konfransında deyib: “Rusiyanın istənilən eskalasiyası həm ABŞ, həm də Latviya üçün ciddi narahatlıq yaradacaq və istənilən təcavüzün ciddi nəticələri olacaq”.
Dövlət katibi mümkün cavabın mahiyyəti barədə danışmayıb. Çünki o, əvvəlcə Latviyanın paytaxtında ABŞ-ın NATO müttəfiqləri ilə məsləhətləşmək istəyib. Bununla belə, o, bir daha vurğulayıb ki, ABŞ Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə hərəkətindən çox narahatdır. “Biz bir neçə dəfə Rusiyanın strategiyasını izləmişik” - deyən Blinken əlavə edib ki, bu strategiya növbəti təxribatlar üçün bəhanələr uydurmaqdan ibarətdir. Dövlət katibinin sözlərinə görə, indi də bu təxribatlardan Moskvanın hərəkətlərinə haqq qazandırmaq üçün istifadə olunur.
NATO-nun Baş katibi isə Rusiyaya qarşı daha sərt cavab tədbirinin görüləcəyi barədə xəbərdarlıq edib: “Lazım gələrsə, qısa müddət ərzində Latviyaya 40 mindən çox əsgər göndərmək mümkün olacaq” - deyə Yens Stoltenberq Prezident Eqil Levitslə görüşdən sonra bəyan edib.
Stoltenberq NATO-nun Latviyada fəaliyyətin genişlənməsini Rusiyanın 2014-cü ildə Krımı qanunsuz ilhaq etməsindən sonra təxribatlar törətməsi və Ukraynanın şərqindəki Donbas separatçılarına dəstək verməsi ilə izah edib. “Biz “soyuq müharibə”dən bəri ümumi müdafiə sisteminin ən böyük genişlənməsini ardıcıl olaraq davam etdiririk. Döyüş qrupları Baltikyanı ölkələrdə və Polşada yerləşdirilib. Həm dənizdə, həm də havada mövcudluğumuzu gücləndirmişik. Biz həmçinin müttəfiqlərə, xüsusən də alyansın şərq cinahında - Baltikyanı bölgədə hər hansı təhlükənin qarşısını almaq məqsədi ilə təlim sahəsində sıx əməkdaşlıq edirik”.
Stoltenberq qeyd edib ki, NATO Latviya, Litva və Polşa sərhədində vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün Baltikyanı regionda müttəfiq qoşunlarının olmasını təmin edəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
|