İki supergücün Ukraynada toqquşması nə ilə nəticələnəcək? - Bayden-Putin görüşünə proqnoz
Tarix: 9-12-2021, 09:15 | Çap et
Rusiyanın Ukrayna ilə sərhədə qoşun toplaması fonunda ABŞ prezidenti Co Baydenlə rusiyalı həmkarı Vladimir Putin arasında yüksək səviyyəli zirvə görüşündən sonra gərginliyin azalacağı gözlənilir. “Yeni Müsavat” xəbər verir ki, iki saatdan çox videoformatda regional məsələlər ətrafında müzakirə aparılıb.
Hələlik isə bunun əlamətləri görünmür və deyəsən, tərəflər hansısa ciddi anlaşma əldə etməyiblər. Danışıqlar barədə Kremlin yaydığı məlumatda deyilir ki, prezidentlər İkinci Dünya müharibəsi illərindəki müttəfiqlik münasibətlərini yada salıblar. Və 2 saatlıq danışıqların əsas hissəsi Ukraynadaxili böhranla bağlı problem olub. Putin Kiyevin “destruktiv xətt” yürütdüyünü bildirib, eyni zamanda NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair möhkəm təminat tələb edib.
Ağ Evin yaydığı məlumatda isə deyilir ki, prezident Bayden Rusiyanın Ukrayna sərhədləri boyu hərbi fəallığından narahatdır. Əlavə edib ki, baş verənlər Avropanı da həyacanlandırır. “Bayden aydın şəkildə mesaj verib ki, Birləşmiş Ştatlar və müttəfiqləri hərbi eskalasiya baş verərsə, buna qarşı qətiyyətli iqtisadi və digər tədbirlərlə cavab verəcəklər”,- məlumatda deyilir. Eyni zamanda danışıqların ardınca Dövlət Departamenti bəyan edib ki, prezident Bayden NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair Rusiya tərəfinə heç bir təminat verməyib.
Hazırda hərbi hazırlıqlar davam edir və ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bəyan edib ki, iki ölkə prezidentləri arasında aparılmış danışıqlara baxmayaraq, Vaşinqtonda Rusiyanın Ukrayna sərhədlərinə yeni ordu birlikləri cəmləşdirmək planları barədə məlumat var.
Bundan başqa, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi təqdirində Baydenin Rusiyanı beynəlxalq maliyyə ödənişləri sistemi olan SWIFT-dən kəsməklə hədələməsi də gözləntilər arasındadır.
Amerikanınsesi-nin şərhindən görmək olur ki, ABŞ Rusiyanın Ukraynaya hücum edəcəyindən ciddi şəkildə qorxur və bunun olmaması üçün Putinə yalvarmağa belə hazırdır. Çünki Ukrayna Rusiya üçün qaladır, Amerika üçünsə qapı. Putin Ukraynanı tam olaraq nəzarətə götürməsə, Amerika və NATO onu çökdürəcək, içdən parçalayacaq. Zatən 2004-cü ildən bəri Amerikanın Ukraynada qurduğu “demokratiya teatrları” Rusiyanı ciddi zədələmişdi.
Yuşşenko kimi bivec bir siyasətçinin narıncı inqilab yolu ilə hakimiyyətə gətirilməsi, 2014-cü ildə növbəti Maydan hərəkatı teatrı qurub Petro Poroşenkonu prezident seçdirmək Rusiyanın MDB məkanındakı nüfuzuna, xarizmasına böyük zərbə idi. Putin Ukraynadakı demokratiya teatrının dekorasiyası arxasında rejissor kürsüsünü - hansı ki, o kürsüdə ABŞ oturub - darmadağın etməyi qarşısına məqsəd qoyub. 2014-cü ildə Krımın ilhaqından sonra Qərbdən Rusiyaya, Putinə, onun komandasına xeyli təzyiq oldu, sanksiyalar tətbiq edildi, neftin dünya bazar qiyməti az qala 10 dəfə aşağı salındı, rubl dəyərdən düşdü, Rusiya iqtisadiyyatı iflic halına gəldi, lakin Putin Ukrayna ilə bağlı tutduğu mövqeyindən geri çəkilmədi.
Qərb bunun fərqindədir. Bu cür israrçı və ölkəsi üçün prinsipial mövqeyindən geri çəkilməyən liderlə - Putinlə dil tapmağa çalışır. Sanksiyalar işə yaramır, neftin dünya bazar qiymətini ucuzlaşdırmaqla Putini zəiflətmək olmur, inqilab ssenariləri işə yaramır. Bəs bu iki nəhəng dövlətin Ukraynada toqquşması nə ilə nəticələnəcək?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, Kremlin məntiqindən belə çıxır ki, Ukrayna və ya Gürcüstan NATO-ya üzv olsalar, bu iki ölkə Rusiya tərəfindən yenidən cəzalandırılacaq: “ABŞ və Avropa Ukraynanın müdafiəsini gücləndirmək istəyirsə, bu ölkənin NATO-ya üzvlüyü məsələsini sürətləndirməlidir. NATO-nun 2008-ci ilin aprel ayında Buxarest sammitində Gürcüstanın və Ukraynanın Şimali Atlantika Blokuna üzvlüyü qərarı verilsəydi, Rusiya nə Gürcüstana müdaxilə edib Abxaziya və Cənubi Osetiyanı işğal edər, nə də Krımı ilhaq etməklə Ukrayna ərazisində növbəti separatçı bölgə yaradardı. O zaman Vaşinqton Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyərkən Fransa və Almaniya bunun əleyhinə çıxdılar”.
Politoloq hesab edir ki, Ukraynanı qorumağın başqa bir variantı da var: “ABŞ və müxtəlif Avropa ölkələri Ukraynada hərbi bazalar yaradırlar. Bu amil də Rusiyanı Ukraynaya hərbi müdaxilədən çəkindirə bilər. Ukrayna müxtəlif ölkələrdən modern silahlar və hərbi texnika alıb. Rusiyada şübhələnirlər ki, Ukrayna prezidenti orduya Donbasa daxil olmağa əmr verə bilər. Rusiya buna cavab olaraq Ukrayna ilə sərhədə qoşun toplayıb. Bu, Kremlin Kiyevə qarşı həm də psixoloji savaşıdır. Kreml bu yolla Kiyevə mesaj yollayır ki, əgər Ukrayna ordusu Donbasda genişmiqyaslı hərbi əməliyyata başlasa Rusiya ordusu Donbasa daxil olacaq və burada pasport payladığı vətəndaşlarını qoruyacaq. Bəzi mülahizələrə görə, Rusiya Donbasla kifayətlənməyəcək, Ukraynanın Mariupol və Odessa şəhərlərini də ələ keçirəcək”.
Siyasi ekspert Ramiyə Məmmədova Bayden-Putin görüşünü qeyri-müəyyənlik adlandırır və nəticəsiz hesab edir. Onun qəzetimizə dediyinə görə, Rusiya üstün tərəfi kimi görünməkdədir: “Amerika Ukrayna üçün bundan artığını edə bilmədiyini göstərdi. Düzdür, Kiyevə dəstəyini nümayiş etdirdi və müharibəyə rəvac verilmədi, amma tərəflər anlaşa bilmədilər. Yəni Putin qoşunlarını Ukrayna sərhədlərindən çəkmək öhdəliyi götürmədi. Əksinə, hələ bir müddət də gərginlik yaşanacaq. Rusiya qulağının dibində bütün sanksiyalara tab gətirərək Ukraynanı əldən verməməyə çalışacaq. Necə ki, Suriyada Əsəd rejimini axıra qədər müdafiə etdi. Ona görə Ukrayna prezidenti Zelenskinin Putinlə danışıqlar apararaq vəziyyəti sakitləşdirməsi daha uyğun seçim olardı”.
Təhlilçi hesab edir ki, ümumilikdə ABŞ Ukrayna məsələsində acı bağırsaq kimi uzanan siyasətindən vaz keçməlidir: “Konkret qərar qəbul etmək zamanıdır. Bayden ya bu ölkəni tam müdafiə edir, onu birdəfəlik Rusiyanın caynağından qurtarır, ya da ukraynalılara deyir ki, gedin, ruslarla dil tapın. Çünki ABŞ bu ritorika ilə Rusiyanı geriə oturda bilməyəcək. Hərçənd Putin də müharibə etmək istəmir, amma qabarma-çəkilmə siyasəti yürüdür, hərbi müdaxilə adı ilə xox gələ bilir”.
Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Bayden Putinə Ukraynaya hərbi müdaxilə olacağı təqdirdə, güclü iqtisadi sanksiyaların tətbiq ediləcəyini deyib, Moskvanı diplomatiyaya qayıtmağa" dəvət edib: “Vaşinqton da bilir ki, Rusiya Ukraynaya hərbi müdaxilə etməyəcək. Lakin gərginlik davam edəcək. Rusiya davamlı hərbi müdaxilə görüntüsü yaradacaq, ABŞ sanksiyalar və digər addımlarla xəbərdarlıqlar edəcək. Ukrayna sərhədlərinə ordu toplayan Putin bununla Kiyevin separatçılara hücumunu əngəlləmək, Baydenin ”rus təhlükəsi"nə qarşı avropalı müttəfiqlərini toplamaq siyasətini izləyəcək. Hələ ki hər ikisi istədiyini alır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
|