“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                     Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün .....                     Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı .....                     Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb .....                     Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... .....                     Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? .....                     Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." .....                     "Araz-2024" birgə taktiki təlimi başa çatıb .....                     Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? .....                     “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? .....                     İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib .....                     İrəvanla Moskvanın “küsülülüyü" .....                     Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır .....                     Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə .....                     Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi .....                     Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub .....                     Asiya İnkişaf Bankına yeni prezident seçilib .....                     Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” .....                     Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, .....                     Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb .....                     Bayden Putini “qızıl nimçədə” Trampa verdi .....                     Qərbin radikal anti-Azərbaycan bəyanatlarının .....                 

Görüşdülər, amma Rusiya və Amerika barışmadı... - NƏ BAŞ VERİR?
Tarix: 10-12-2021, 08:34 | Çap et
Görüşdülər, amma Rusiya və Amerika barışmadı...
Bayden - Putin görüşündən sonra Vaşinqtonla Moskva arasında vəziyyət daha da gərginləşib. Hesab olunur ki, Ukrayna səhnə olmaqla, Rusiya-NATO arasında hər an hərbi əməliyyatlar başlaya bilər. Moskva NATO-dan Şərqə doğru genişlənməyəcəyinə hüquqi qarantiya olacaq saziş tələb edir. Moskvanın Birləşmiş Ştatlara ünvanladığı notanın ardınca, dekabrın 10-da NATO-Rusiya görüşünün anonsu verilib. Ekspertlər deyir ki, razılıq əldə olunmasa, 1962-ci ilin Kuba böhranı təkrarlana bilər.

Lakin məsələnin çox maraqlı bir cəhəti var. Bu da ondan ibarətdir ki, bu gərginlik Azərbaycanın xeyrinədir. Əvvəla, ona görə ki, Ermənistana sahib duracaq güclərin hamısının başları qarışıb. Ermənistandakı məlum təşviş ən çox buna görədir. Ermənilər Azərbaycanın Laçın dəhlizini bağlayacağından və ya Zəngəzur dəhlizini Ermənistansız açacağından ehtiyat edirlər. Prezidentimizin xəbərdarlığı erməniləri ciddi qorxuya salıb. İkincisi, Azərbaycanın müxalifət liderlərindən birinin də dediyi kimi, Ukrayna ikinci dəfə Azərbaycanın �?’qanının arasına’’ girib...

Bəs görəsən, durumun məhz bu cür dəyərləndirilməsinə ekspertlər nə deyirlər? Ukraynada böhran olarsa, bu, Qarabağdakı və Güney Qafqazdakı prosesləri necə təsirləndirəcək?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Tofiq Abbasov bildirdi ki, Rusiya ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər daim böhranla müşayiət edilir: “Bəzi hallarda isə ilginc bir ilıq münasibətlər çıxır. Rəhbərlər görüşürlər, müxtəlif beynəlxalq tədbirlərin meydanlarında da onların münasibətlərində bəzi hallarda bir konsensus yaranır. Ancaq bunlar hamısı epizodik xarakter daşıyan göstəricilərdir. Çünki bu iki dövlətin arasında antaqonizm münasibətləri hökm sürür. Yəni orada barışmazlıq hər şeydən üstündür və hər şeyin fövqündədir. Ona görə də mən, sadəcə, təəccüb edirəm ki, bəzi mənbələr, bəzi mətbuat, media orqanları, eləcə də siyasi ekspertlər güman edirdilər ki, Baydenlə Putinin görüşü nəyisə köklü şəkildə dəyişə bilər. Heç nə dəyişilən deyil, burada bir xüsusi göstəriş var. Bu da ondan ibarətdir ki, Qərb və xüsusilə də anqlo-sakson siyasi elitası əgər bir məqsədi öz qarşılarına qoyurlarsa, sona qədər gedirlər. Heç vaxt arxayınlaşmırlar. Necə ki, Sovet İttifaqı çökəndə ata Buş konqresdə çıxış elədi və bütün amerikanları təbrik etdi ki, biz soyuq müharibədə qalib gəldik, bu, hər bir amerikalının qələbəsidir. Onunla bərabər bütün Qərb dövlətlərinin öncülləri, siyasi liderləri, siyasi elitasının üzdə olan personaları bu məsələdən ləzzət aldılar. Çünki bu mübarizə uzun müddət çəkdi və əsas hesablamalar Sovet İttifaqının iqtisadi baxımdan çökməsi üçün aparılmışdı. İndi də Rusiya Federasiyasının parçalanması artıq Qərb institutlarının ən aktual gündəliklərindəndir. Bu, sirr deyil, çünki əgər həqiqətən də indi bu münasibətlərdə sərtləşmə davamlı olsa, istisna etmirəm ki, məhz Ukrayna zəminində orada KTMT ilə BMT qüvvələri və ya ABŞ-Rusiya qüvvələri üz-üzə gəlsinlər. Bu olmayacaq, ancaq hər halda, Rusiyanın B planı var. Açıq şəkildə Ukraynaya müdaxilə etməsə də, daxildən prosesləri qaynadacaq, onları öz məcrasından çıxaracaq ki, artıq özünün bufer zonasını təmin etsin. Vaxtilə Qorbaçovla Reyqan danışanda, sonra böyük Buş da bu proseslərə qatıldı, orada razılıq əldə edilmişdi ki, Sovet ölkəsi Avropanın mərkəzindən və şərqindən öz silahlı qüvvələrini çıxarır, o ölkələrə azadlıq, sərbəstlik və suverenlik verir ki, onlar azad inkişaf etsinlər. Əgər bu baş verəcəksə, onda NATO heç bir addım belə Şərqə doğru atmayacaq. Ancaq biz bundan sonra şahidi olduq ki, postsovet respublikalarının ən azı üçü artıq NATO-nun üzvüdür. Keçmiş sovet müttəfiqləri Bolqarıstan, Rumıniya indi NATO-nun fəal üzvləridir və bu prosesdə Polşa ən böyük canfəşanlıq göstərir. Ona görə də mən burada kompromis üçün əsas görmürəm. Çünki bunlar barışmaz mövqedən çıxış edən rəqiblərdir, onların hamısının hədəfləri var. Təbii ki, burada silah-sursat və arsenallar əsas rolu oynayacaq”.

Azərbaycanla bağlı baş verəcəklərə gəlincə, politoloq bildirdi ki, Ermənistan nəinki ciddi şəkildə dəstəklənmir, bir subyekt belə hesab edilmir: “Mən əminəm ki, orada proseslər lap belə gözlənilməz tərzdə inkişaf etməyə başlasa belə, Azərbaycanın burada mövqeləri zəifləməyəcək. Çünki Ermənistan bir subyekt kimi artıq heç bir tərəfdən adekvat qarşılanmır. Onlar Ermənistana sivil dövlət kimi, təsir göstərmə qabiliyyəti olan bir subyekt kimi baxmırlar. Ermənistanın müdafiəsinə duranlar ayrı-ayrı qruplardır. Fransanın özündə belə mən deməzdim ki, sərasər bütün qüvvələr hamısı Ermənistanı dəstəkləyir. Xeyr, belə deyil, Amerikada və digər ölkələrdə olduğu kimi orada bəzi lobbiçi qüvvələr var, onlar dəstəkləyirlər. Ermənistan artıq özünü doğrultmayan bir dövlət kimi ən pis göstəricini nümayiş etdirir. Çünki Ermənistan kimi bir vəziyyətdə olan ikinci bir dövlət yoxdur. Birincisi, bunlar, ömür boyu qışqırırdılar, bağırırdılar ki, blokadadırlar, indi Azərbaycan və Türkiyə onlara yaxşı inteqrasiya formatları təklif edir. Bunlar yenə də umu-küsü edirlər. Özlərini elə aparırlar ki, sanki müharibəni Azərbaycan yox, onlar udublar. Ona görə də Ermənistanla bağlı burada elə bir ciddi dəyişikliklər olmayacaq. Yaddan çıxartmayaq ki, hər halda, Türkiyə NATO-nun üzvüdür. NATO-nun daxilində də hər hansı bir hərəkətlər olarsa, mən əminəm ki, Türkiyə bu prosesdə Azərbaycanı ayağa verməyəcək. Digər tərəfdən, Türkiyənin orada özünün də mətin bir mövqeyi, səsi var”.

Politoloq Ukrayna sərhədlərində dəyişikliklər baş verə biləcəyini istisna etmir: “Bu prosesdə çox təəssüf və təəccüb doğuran odur ki, Nuland kimi siyasətçilər yenidən Ukraynanın milli maraqlarını hərraca çıxardırlar. Ukraynanın daxilində çox təzadlı , çox ağrılı proseslər gedir. Ukrayna xalqı bu işlərin hamısından əziyyət çəkir. Biz kənardan baxırıq, bəli, orada demokratiya var. Demokratiyanın ən bariz göstəricisi işgüzarlıq sərbəstliyidir, Ukraynada bu cüzi şəkildə var. Amma Ukrayna bütövlüklə oliqarxlarla idarə olunur. Biz görürük ki, Zelenskinin hakimiyyəti nə dərəcədə güclüdür və ya özünü doğruldur. Zelenskinin vəziyyəti çox ağırdır, ona artıq lətifə obrazı kimi baxırlar. Ona görə də bu oliqarxların əlində olan ölkədə vahid idarəçilik yoxdur deyə, müxtəlif bölgələrdə özünəməxsus siyasət aparırlar. Yerlərdə oliqarxlarla kriminal ünsürlər də birləşiblər. Bu bəlkə də üzə çıxmır. Amma Ukrayna mən deyərdim ki, postsovet respublikaları içərisində bu baxımdan ən əlverişsiz vəziyyətdə olan respublikadır. Çünki orada daxildə mal və varidat sona qədər bölüşdürülməyib. Onların bədbəxtliyi bundadır. Bu bölüşdürmə ətrafında da amansız mübarizə gedir. O oliqarxların da bəziləri artıq xarici qüvvələrlə əlaqədədirlər, oradan təlimat alırlar. Rusiyadan təlimat alan qüvvələr də var. Amma Qərb də demokratiya alətini işə salanda heç vaxt o millətlərin, xalqların vəziyyətini fikirləşmir, bunu özünə dərd eləmir. Onların fəaliyyəti ən sıx şəkildə Rusiyanın sərhədlərinə yaxınlaşmaqdır. Təbii ki, orada proseslər kritik bir tərzdə cərəyan edə bilər”.

T.Abbasov əminliklə qeyd etdi ki, Qərblə Rusiya arasındakı gərginlikdən Ermənistan heç nə udmayacaq: “Çünki Ermənistan heç bir plan əsasında xüsusi nəzərdən keçirilmir. Normal dövlət hesab olunmur. Düzdür, orada amerikalılar işləyirlər, qərbpərəst qüvvələr var. Ancaq Ermənistanın özünün də daxildəki vəziyyəti son dərəcə acınacaqlı və kritikdir. Çünki birincisi vahid hakimiyyət yoxdur. Nikol Paşinyan hətta son parlament seçkilərində udsa da, o, prosesləri cilovlaya bilmir, nəzarəti bütünlüklə əlində saxlaya bilmir. Ölkənin idarəçiliyi, ümumiyyətlə, İrəvanda deyil, İrəvandan kənarda baş verir. Nikol Paşinyan özü də təlimatlar alır. Ona görə də hesab edirəm ki, burada Azərbaycanın mövqeyi həqiqətən də güclüdür”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08
Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10
Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02
"Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00
Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58
FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33
Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08
Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06
Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00
Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57
Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50
“Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39
Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru