"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                     Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün .....                     Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı .....                     Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb .....                     Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... .....                     Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? .....                     Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." .....                     "Araz-2024" birgə taktiki təlimi başa çatıb .....                     Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? .....                     “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? .....                     İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib .....                     İrəvanla Moskvanın “küsülülüyü" .....                     Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır .....                     Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə .....                     Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi .....                     Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub .....                     Asiya İnkişaf Bankına yeni prezident seçilib .....                     Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” .....                     Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, .....                     Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb .....                     Bayden Putini “qızıl nimçədə” Trampa verdi .....                     Qərbin radikal anti-Azərbaycan bəyanatlarının .....                     "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" .....                 

Moskvadan gürcülərə təəccüblü jest: “Onsuz da oğurluq pullardır...” - TƏFƏRRÜAT
Tarix: 10-12-2021, 08:36 | Çap et
Moskvadan gürcülərə təəccüblü jest: “Onsuz da oğurluq pullardır...”
Moskva tezliklə 10 milyon avro ödəyəcək. Belə ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2006-cı ildə Rusiyadan deportasiya olunmuş Gürcüstan vətəndaşlarına təzminat təyin edib. “Exo Kavkaza”nın verdiyi məlumata görə, bu, Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) nazir müavinləri səviyyəsində keçirilən iclasının yekunları üzrə məlum olub.

Avropa Şurasının saytında dərc olunan qərarda deyilir ki, ödəniş “istənilən halda ilin sonuna qədər” borclar üzrə hesablanmış faizlərlə birlikdə Avropa Şurasının bank hesabına ödənilməlidir. Təşkilat bildirir ki, Rusiya müvafiq anlaşma memorandumunu imzalamağa razılaşıb, lakin hələlik imzalamayıb. Eyni zamanda, Gürcüstan tərəfi artıq Avropa Şurasının Baş katibi ilə memorandum da hazırlayıb.

Nazirlər Komitəsi bu məsələni 2022-ci ilin martında, 1428-ci iclasında müzakirə etmək üçün toplanacaq. Bu ilin iyununda xəbər verildiyi kimi, AŞNK Rusiyanı bu ilin sentyabrın 6-dək öz vətəndaşlarına verilən kompensasiyanı birbaşa Gürcüstana ödəməyə və ya vəsaitlərin köçürülməsinə imkan verən anlaşma memorandumu imzalamağa çağırıb.

Bu ilin fevralında o zaman Gürcüstanın Ədliyyə Nazirliyinə rəhbərlik etmiş Qoça Lortkipanidze demişdi ki, Moskva 2006-cı ilin payızında Rusiyadan deportasiya edilmiş vətəndaşlara kompensasiya ödənilməsi məsələsinə baxılmasına qoşulmağa hazırdır. O, Moskvanın mövqeyini “irəliyə atılmış kiçik addım” adlandırıb.

AİHM Moskvanı 2019-cu ilin əvvəlində gürcü tərəfinə 10 milyon avro ödəməyə məcbur edib. Bir neçə gün əvvəl ədliyyə nazirinin müavini Beka Dzamaşvili bildirib ki, Rusiya deportasiya olunanların işində ilin sonuna qədər pul ödəməyə yazılı şəkildə razılaşıb: “Biz ümid edirik ki, o, bu dəfə öz öhdəliyini yerinə yetirəcək”.

Dzamaşvilinin sözlərinə görə, Rusiya öz öhdəliyini yerinə yetirdikdə, bu məbləğin birbaşa zərərçəkənlərə çatması üçün ictimaiyyətə əlavə prosedurlar ətraflı izah ediləcək: “Deportasiya edilənlərin işi ilə bağlı qərar 2019-cu ilin yanvarında Strasburq Məhkəməsi tərəfindən qəbul edilib və Rusiya o vaxtdan bu öhdəliyi yerinə yetirməyib. Bütün bu müddət ərzində Gürcüstanın Ədliyyə Nazirliyi Xarici İşlər Nazirliyi ilə birlikdə bu qərarın icrasını təmin etmək üçün fəal iş aparır. Biz Nazirlər Komitəsindəki avropalı həmkarlarımızla fəal əməkdaşlıq edirik və bu problemi həll etmək üçün praqmatik yol müəyyən etmişik - o, Rusiya tərəfindən Avropa Şurası Nazirlər Komitəsinin hesabına pul köçürməkdən və sonradan bu məsələ ilə bağlı bu məbləğin paylanması işindən ibarət olacaq”.

“Noyabr ayında bu məsələnin həlli ilə bağlı görüş keçirildikdən sonra biz bu məsələdə yaxşı irəliləyiş əldə etdik. Rusiya Federasiyası yazılı şəkildə bu öhdəliyi yerinə yetirməyə razılıq verdi. Artıq dekabr sessiyasında konkret müddət müəyyən edilib və Nazirlər Komitəsi Rusiyaya öhdəliklərini yerinə yetirmək üçün ilin sonuna qədər möhlət verib. Ümid edirik ki, heç olmasa, bu dəfə Rusiya bu öhdəliyi yerinə yetirəcək, bu isə o deməkdir ki, bu istiqamətdə bizim kifayət qədər irəliləyişimiz olacaq. Rusiya bu öhdəliyi yerinə yetirdikdə, bu məbləğin birbaşa zərərçəkənlərə çatması üçün hansı əlavə prosedurların olacağını ictimaiyyətə ətraflı izah edəcəyik”, - deyə Dzamaşvili bildirib.

Maraqlıdır, Rusiya niyə bu öhdəliyin yerinə yetirilməsinə yazılı razılıq verib? Onun AŞ-dakı yeri özü üçün bu qədər əzizdirmi? 10 milyon avro o qədər də kiçik məbləğ deyil, amma başqa bir şey daha vacibdir - onu ödəməklə Moskva Gürcüstana münasibətdə səhv və qanun pozuntusuna yol verdiyini etiraf edir və bunun əvəzini pulla ödəməyə hazırdır. Bu, Putinin açıq şəkildə qəbul etdiyi “fövqəlgüc” ideyası üçün alçaldıcıdır. Yəni Moskva AİHM-in bu qərarına əməl edəcək, yoxsa Avropa Şurası ilə münasibətləri gərginləşdirməyə üstünlük verəcək? Bir dəfə orada onun hüquqları artıq məhdudlaşdırılmışdı.

AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Rusiyalı analitik, “Qaydar” İqtisadi İnkişaf İnstitutunun baş eksperti Sergey Javoronkov:

“Rusiya adətən AİHM-in qərarlarına (o cümlədən Navalnı kimi səs-küylü işlərə) uyğun olaraq ödəniş edir, lakin AİHM qərarlarının icrasını, yəni müvafiq qərarların avtomatik ləğvini tanımır. Bir neçə il çəkmiş Rusiyanın Avropa Şurasında səsvermə hüququnun bərpası Putin üçün böyük diplomatik uğur oldu, o, eyni zamanda Rusiya vətəndaşlarının AİHM-in hüquqi müdafiəsini itirə biləcəyi ilə Avropa Şurasını şantaj etdi. Mənə elə gəlmir ki, indiki iş Rusiya Federasiyası üçün o qədər prinsipial əhəmiyyət kəsb edir ki, onun xatirinə yenidən Avropa Şurasından çıxa biləcəyini göz altına alsın”.

Gürcüstanlı politoloq, “Azad Rusiya” Fondunun Cənubi Qafqaz üzrə nümayəndəliyinin direktoru Yeqor Kuroptev:
“Bildiyimiz kimi, Putin Rusiyasında beynəlxalq müqavilələr, şifahi və ya yazılı razılaşmalar, Avropa Şurası və ya digər beynəlxalq qurumlar tamamilə heç nə demək deyil. Əgər buna baxmayaraq, Kreml Gürcüstana bu məbləği ödəyirsə, bu, təbii ki, Gürcüstan vətəndaşlarının Rusiya Federasiyasından deportasiyasındakı pozuntunun etirafına çevriləcək və deməli bu, Moskva üçün niyəsə sərfəlidir. Neft və digər resursların satışından nə qədər oğurladıqlarını nəzərə alsaq, onlar üçün bu məbləğ qəpik-quruşdur. AŞ-nin Putinə qarşı sanksiyaları da ağcaqanadın dişləməsi deyil, zəhlətökən səsinə bənzəyir. Ona görə də biz Moskvanın bu məsələdə xeyrini axtarıb tapmalıyıq.

Moskvada düşünüldüyü kimi xırda məsələlərdən ötrü Avropa ilə yenidən mübahisə etməyəcək? “Nord Stream 2”-də işlər gözlənildiyi üçün dalaşmaq istəmir? Moskva “3+3” formatını reallaşdırmaq naminə Kremlin işğal etdiyi Gürcüstanı buraya cəlb etmək üçün müəyyən “xeyirxahlıq” nümayiş etdirir? Oliqarx İvanişvilinin başçılıq etdiyi hazırkı Gürcüstan hökumətinə heç olmasa, bir uğurlu nəticə əldə etməyə kömək edir? Bəli, Moskva görür ki, bugünkü Gürcüstan Aİ və NATO-dan son 20 ildə heç vaxt olmadığı qədər uzaqdır, ona görə də Kremldən xırda güzəştlər tamamilə mümkündür.

Bu məqamlardan əsas olan hansısa birini seçməyə hazır deyiləm. Düşünürəm ki, ödəniş baş tutsa, bütün bu komponentlərin payı var və buna görə 10 milyon xərcləməyə dəyər. Onsuz da həmin pul oğurluqdur və bir-iki yeni ev tikintisinə xərcləyə bilərdirlər. Ödəniş olmasa, təəccüblənəcək və təhlil ediləcək bir şey də yoxdur. Amma bu, baş verərsə, Gürcüstan bunu bayram etməməli, bunun arxasında nələrin dayandığından ehtiyatlanmalıdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08
Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10
Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02
"Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00
Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58
FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33
Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08
Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06
Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00
Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57
Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50
“Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39
Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35
Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru