Finlandiya NATO-ya rəsmi üzv olub
Tarix: 4-04-2023, 15:01 | Çap et
Finlandiya NATO-ya rəsmi üzv olub.
DİA.AZ “Report”a istinadla xəbər verir ki, Finlandiyanın Alyansa qəbulu ilə bağlı rəsmi mərasim bu gün təşkilatın Brüsseldəki mənzil-qərargahında keçirilib. Finlandiya NATO-ya İsveçlə birgə daxil olmaq niyyətində olsa da, Stokholm Ankaranın Türkiyədə terrorçuluqda ittiham olunan şəxslərin ekstradisiyası ilə bağlı bütün tələblərini hələ də yerinə yetirmədiyi üçün Türkiyə krallığın Alyansa girişini əngəlləməkdə davam edir. İlk olaraq alyansın bütün ölkələrinin xarici işlər nazirləri Finlandiyanın qəbul protokollarının ratifikasiya olunmuş əsillərini ABŞ-nin dövlət katibi Entoni Blinkenə (ABŞ NATO-nun bütün sənədlərinin saxlancıdır) təhvil verəcəklər, daha sonra mənzil-qərargahın qarşısındakı 31-ci bayraq dirəyində Finlandiya bayrağı qaldırılacaq, təntənəli çıxışlar ediləcək. Qeyd etmək lazımdır ki, Finlandiyanın NATO-ya üzvlüyü hərbi blokun yaxın keçmişində ən mühüm hadisələrdən biridir. Finlandiya Rusiyanın Ukraynaya hərbi təcavüzünə cavab olaraq neytrallıqdan əl çəkib və Alyansa üzv olmaq qərarına gəlib. İsveç də NATO-ya üzv olmaq üçün ərizə verməklə uzunmüddətli neytrallıq öhdəliyindən imtina edib. Rusiyanın Ukraynaya təcavüzü 1949-cu ildə sovet təhlükəsindən müdafiə məqsədilə yaradılan Şimali Atlantika Müqaviləsi Təşkilatına yeni təkan verib. ABŞ-nin keçmiş prezidenti Donald Trampın dövründə Əfqanıstandakı uğursuzluqlar və daxili ixtilaflardan, eyni zamanda Fransa Prezidenti Emmanuel Makronun NATO-nun “beyinləri ölür” iddialarından və Çinin artan ambisiyalarından sonra Rusiyanın işğalı durğunluqda olan ittifaqın özünəgüvənini, deyəsən, qaytarıb. Finlandiyanın NATO-ya qəbulu hansı dəyişiklərə yol açacağı məsələsinə gəldikdə, demək olar, çox şey yerində qalacaq. Köklü yeniliklər olmayacaq: Finlandiya 1994-cü ildə NATO-nun rəsmi tərəfdaşı olub, Alyansın orduları ilə sıx əlaqə saxlayır, onun bütün texniki və institusional tələblərinə cavab verir. Əsas dəyişiklik Şimali Atlantika Müqaviləsi üzrə NATO-nun bir dövlətinə hücumu bütün alyansa hücum kimi qiymətləndirən beşinci maddədir. “Prezident Putinin ən mühüm siqnallarından biri... NATO-nun daha da genişlənməsinə qarşı olması idi. O, daha kiçik bir NATO istəyirdi. İndi prezident Putin öz sərhədlərində daha çox NATO əldə etmiş oldu”, - NATO-nun Baş katibi Stoltenberq qeyd edib. Şübhəsiz ki, Baş katibin fikirləri mübahisə olunmazdır: Finlandiya ilə Rusiya arasındakı quru sərhəd 1 300 km-dən çoxdur. Üstəlik, məhz Finlandiya ilə həmsərhəd ərazilərdə Rusiyanın qitələrarası ballistik raketlərinin strateji bazaları və Şimal Donanmasının bazaları cəmləşib. Bundan başqa, bu bazaların təminatı bir dəmir yolu xətti və bir magistral yolu ilə gerçəkləşdirilir. Bu, Alyansın qüvvələrinə bu təchizat xəttini təqribən 500 km məsafədə istənilən yerdə kəsmək üçün nəzəri imkan verir. 2022-ci ilin yanvarında Moskva NATO-dan Şərqə doğru genişlənmədən imtina etməyi, keçmiş sovet ölkələrini, o cümlədən Ukraynanı alyansa qəbul etməməyi, onlarla hər hansı hərbi əməkdaşlıqdan vaz keçməyi, həmçinin NATO qoşunlarını Mərkəzi və Şərqi Avropa, həmçinin Baltikyanı ölkələrin hələ Alyansa qoşulmadığı 1997-ci ildəki mövqelərə qaytarmağı tələb edib. Lakin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi əks-effekt verdi. Bununla belə, Rusiyanın baş verənlərə reaksiyası gözləniləndən daha sakit olub. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Finlandiya və İsveçin NATO-ya daxil olmasına Rusiyanın cavabı alyansın infrastrukturunun genişlənməsindən asılı olacaq. Putinin sözlərinə görə, “heç nədən problemlər yaradılsa da”, Rusiyanın Ukraynadan fərqli olaraq İsveç və Finlandiya ilə “problemi yoxdur”. “Bizim nə Finlandiya, nə də İsveçlə ərazi mübahisəmiz var, halbuki Ukrayna potensial olaraq NATO-ya üzv ola bilər və o zaman Rusiya ittifaqda olan dövlətlə ərazi mübahisəsi yaşayar ki, bu da bütün qitə üçün nəhəng risklər daşıyır”, - Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb. Ekspertlərin fikrincə, Putin üçün NATO həmişə hərbi-strateji yox, mahiyyətcə geosiyasi-tarixi problem olub. Belə ki, Putin NATO-nun Rusiyanın təsir məkanı və ya “tarixi” saydığı ərazilərdə (hazırkı dönəmdə söhbət başda Ukrayna olmaqla Gürcüstan və Moldovadan gedir) genişlənməsini qəbuledilməz hesab edir. Bununla belə, mütəxəssislərin qənaətincə, Rusiya liderini hərbi blokun Qərb daxilində genişlənməsi o qədər də narahat etmir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
|