Həm maaş, həm də pensiya alan deputatlar .....                     Qonşu ölkədə dollar kəskin bahalaşdı .....                     Xankəndidə ölən erməni qadının qızı: “Bura gətirə bilmədik” .....                     Bakıya getməyə məcburuq .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir .....                     "Hüseynoglu Residence" YAŞILLIĞA QƏNİM KƏSİLİB .....                     BRİKS Qlobal Cənub üçün "yapışdırıcı" ola bilər .....                     Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: .....                     Aİ Rusiya əleyhinə sanksiyaları gücləndirir: .....                     “Ermənistan və Türkiyə nümayəndələrinin görüşü olacaq” .....                     Saleh Məmmədovun müşavirinin oğlu da ölkədən pul çıxarıb? .....                     Tuneldə ölən Elnurun ailəsi fəryad edir: Günahkarlar cavab versin! .....                     Təbrizdə divarlara bu cümlələr yazıldı .....                     Tehran-İrəvan uçuşları Təbrizdən həyata keçiriləcək .....                     Qarabağ separatçısı bəraət aldı .....                     “Çalışırlar yuxarıdakıların xoşuna gəlsin, amma…” .....                     Nazim Quliyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb .....                     İki ildir pensiyasından qanunsuz olaraq PUL TUTULUR... .....                     Qərbin Bakıya yeni hücumları: bu dəfə COP29 hədəfdədir .....                     Dönərlərin təhlükəsizliyinin SÜBUTU .....                     Suvarma suyuna görə alınan rüşvət üçqat artırılıb .....                     Etibar Məmmədov 50 millyondan şox soydaşımızın yaşadığı İranın bombalanması ehtimalından danışdı... .....                     “Özünü Aygünə oxşadır” deyənlərə Xatundan REAKSİYA .....                     Əliyev-Paşinyan dialoqu BRICS-ə damğa vurub .....                     “Avtoqol”la uduzanlar… .....                     2024-cü ildə dünya superdövlətləri: .....                     “Ola bilsin ki, yaxınlarda, ilin sonunadək hansısa aralıq sənəd imzalansın” .....                     “Bakıya getməyə məcburuq! – 32 ailə, 32 qız…” .....                     Vətəndaşlar "AccessBank"dakı pullarını geri çəkirlər .....                     Nazirlik “Azərmaş”dan 828 min manata 3 ədəd avtobus alır .....                     Nazirin vəzifə verdiyi komandiri Beyləqanda qalmaqal yaradıb... .....                     4 il əvvəl evinin yanına raket düşdü, hələ də təmir edilmir .....                     Türkiyədə polislərlə terrorçular arasında atışma olub, .....                     BRICS nəhəng iqtisadi güc mərkəzinə çevrilib .....                     Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də yeni İXTİSAR DALĞASI .....                     Hüseynbala Mirələmov Hadı Rəcəbli ilə bağlı .....                     Sevgili roluna girib hamını aldatdılar, qadın özünü PARTLATDI .....                     "Bu kəşfiyyatın bir hissəsi ABŞ-ın İrəvandakı səfirliyindədir, bir hissəsi isə Avropa İttifaqının Azərbaycanla olan sərhədindədir" .....                 

Daha bir problem minalardır: partlayıcı qurğular suda qalır və bütün canlılar üçün böyük təhlükə yaradır... - UKRAYNA FƏLAKƏTİ
Tarix: 10-06-2023, 08:01 | Çap et
Daha bir problem minalardır: partlayıcı qurğular suda qalır və bütün canlılar üçün böyük təhlükə yaradır...
İşğal, atəşlə davamlı terror, indi də genişmiqyaslı daşqın... Xerson əhalisinin rusların Kaxovka Su Elektrik Stansiyasını (SES) partlatmasından sonrakı həyatı, xilasetmə əməliyyatı, insanların və heyvanların təxliyəsi, insanların hazırda ən çox nəyə ehtiyacı olduğunu UNİAN araşdırıb. AYNA faciə ilə bağlı reportajı istinadla təqdim edir:

Xerson vilayəti rus işğalçılarından əziyyət çəkməkdə davam edir. “Dünyanın ikinci ordusu” ötən ilin noyabrında “xoşməram jest” edərək Ukrayna regional mərkəzindən geri çəkildikdən sonra işğalçılar “münasibətlərin” yeni mərhələsinə başlayıblar – minaatanlardan və artilleriyadan atəşə tutmaq öz yerində... Və bu, Xersonun yerli sakinləri üçün son sınaq deyildi. Xersonlular Dnepr çayının sağ sahilində rusların Kaxovka SES-də törətdiyi terror aktının nəticələrini ilk hiss edənlərdən oldu. Məlumata görə, Xersonun bəzi ərazilərində suyun səviyyəsi 5 metrdən çox olub.

Ukrayna Qızıl Xaç Cəmiyyətinin Xersondakı Dnepr rayon təşkilatının rəhbəri Nataliya Şatilova-Poqasiy şəhərin su basmış ərazilərinin Ostriv, Riçport və Korabelnı, habelə Antonivka, Sadove şəhər icmasının yaşayış məntəqələri olduğunu deyib.

Bununla belə, könüllülər deyir ki, bu vəziyyət bir daha Xerson əhalisinin mütəşəkkil və həmrəy olduğunu təsdiqlədi: “Könüllülər, qayğıkeş Xerson sakinləri haradansa qayıqlar tapırlar, həyətləri, evləri yoxlayırlar, insanları axtarırlar. Bəzi yerlərdə qocalar və hərəkət qabiliyyəti məhdud insanlar, həmçinin bağlı ev heyvanları qalıb. İnsanlar maşınları ilə, qayıqları ilə, yəni ki, kimin nəyi varsa, köməksiz insanları xilas edirlər”.

Qadının sözlərinə görə, hadisə baş verən gün səhər su məntəqələrə tez gəlməyib, insanlar arasında xüsusi çaxnaşma olmayıb: “Mağazalarda növbə yox idi, şəhər camaatı artıq heç nə almırdı. Hər şey normal işləyirdi, su basmış ərazilərdən gələnlərin yerləşdirilməsi üçün yerlər hazırlanırdı. Təxliyyə həm Xersonun daha təhlükəsiz bölgələrində, həm də digər şəhərlərdə, xüsusən Nikolayev və Odessada həyata keçirilib”.

Nataliya xanım qeyd edir ki, “evakuasiya edilmiş insanlar yataq yerləri və hər cür şəraiti olan xəstəxanalarda və ya təhsil müəssisələrində hazırlanmış sığınacaqlarda yerləşdirilib”.

Lakin iyunun 6-da axşama yaxın vəziyyət dəyişməyə başlayıb: "Su gəlib-gedirdi. Evləri çox aktiv şəkildə su basmağa başladı. Ona görə də əvvəlcə təxliyyə olunmaq istəməyənlər axşam saatlarında evlərini tərk etməyə başladılar. Xilasetmə əməliyyatı davam edir, bizim könüllülər insanları evlərindən çıxarır, xilas edir və ev heyvanlarını aparırlar”.

Nataliya xanımın sözlərinə görə, zərərçəkmiş Xerson əhalisinin “fast food”a, quru paltara, alt paltarları, yastıqlar, adyallar, döşəklər, gigiyena vasitələri, dəsmallar, silindrli qaz sobaları, birdəfəlik qablar və dərmanlara ehtiyacı var.

"Daşqın həm təmizləyici qurğuları, həm də qəbiristanlıqları yuyub aparır. Düşünürəm ki, Dnepr çayı və qrunt suları çirklənəcək. Bu ekoloji vəziyyəti pisləşdirir. Sabah nə olacağını bilmirik”, - könüllü deyir.

İnsanların təxliyəsi ilə məşğul olan digər yerli könüllü Yuliya Smirna bildirib ki, şəhərin su basmış ərazilərində kommunikasiya yoxdur. Bununla belə, Xersonun əksər hissəsində işıq, qaz və su var.

O qeyd edir ki, çayın yaxınlığında yerləşən ərazilər çox tez su altında qalıb: “Çərşənbə günü məntəqələrin çoxunu su basdı, su hələ də gəlməkdədir. Amma nədənsə xəbərlərdə bu barədə artıq heç bir məlumat yoxdur”.

Yuliya xanımın sözlərinə görə, Xerson əhalisi ilk dəfə belə böyüklükdə sellə üzləşməsinə baxmayaraq, imkanı olan hər kəs kömək etməyə başlayıb. Onlar tez və mütəşəkkil şəkildə hərəkət etdilər. Şəhərdə küçələrdə asayişə nəzarət edən hüquq-mühafizə orqanlarının əməkdaşları və əsgərlər var.

"İlk növbədə, evlərdə qalan insanları xilas etməliyik. Çünki təəssüf ki, hadisə baş verən gün hamı evini tərk etmədi. İndi biz insanları xilas edirik, sonra onların nəyə ehtiyacı olduğunu anlayacağıq", - deyə bildirib: "İindi bəlkə də evində qalan kimsə var və o, acından ölür. Xersondan başqa şəhərlərə evakuasiya edən çoxlu avtobuslar var. Mənzillə təmin etməyə hazır olan çoxlu sayda insan var. Bununla bağlı hələ heç bir problem yoxdur. Amma hələ evakuasiya bitməyib.Biz bu fəlakətin miqyasını hələ də anlamırıq...”.

Juliya və digər könüllülər Riçport bölgəsində olub, insanları xilas ediblər. Qadın qeyd edib ki, Rusiya işğalçılarının daim atəşə tutmasından əziyyət çəkən Ostriv mikrorayonunda vəziyyət çox gərgindir: “Yardım gözləyən çoxlu şəhər əhalisi var. Könüllülər çərşənbə axşamı ora çatmağa çalışdılar, lakin güclü su axını səbəbindən hərbçilər könüllüləri əraziyə buraxmadılar”.

"Xersonda qayıqlarla bağlı böyük problem var. Rusiya ordusu sol sahilə keçəndə xersonluların su nəqliyyatı vasitələrini əlindən aldı və ya məhv etdi. Qayıqlar hərbçilər, xilasedicilər, könüllülər üçün lazımdır. Təəssüf ki, maşınla hər yerə çata bilmirsən”, - Yuliya xanım deyib.

Daha bir problem isə minalardır. Partlayıcı qurğular suda qalır və bütün canlılar üçün böyük təhlükə yaradır...
//AYNA//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həm maaş, həm də pensiya alan deputatlar - SİYAHI
Bu gün, 13:09
Qonşu ölkədə dollar kəskin bahalaşdı – Azərbaycanı nə gözləyir?
Bu gün, 13:01
Xankəndidə ölən erməni qadının qızı: “Bura gətirə bilmədik” - "Bir müddətdir anamla danışmırdım"
Bu gün, 12:59
Bakıya getməyə məcburuq - Erməni jurnalist
Bu gün, 12:57
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:55
Payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir - VİDEO
Bu gün, 12:53
"Hüseynoglu Residence" YAŞILLIĞA QƏNİM KƏSİLİB - cəzasız qalmadı...
Bu gün, 12:51
BRİKS Qlobal Cənub üçün "yapışdırıcı" ola bilər - İndoneziya xarici işlər naziri
Bu gün, 12:47
Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: - “Apple" və “NVIDIA”ya yatırımlar kəskin artıb
Bu gün, 12:42
Aİ Rusiya əleyhinə sanksiyaları gücləndirir: - ABŞ-da siyasət dəyişikliyi gözlənilir
Bu gün, 12:37
“Ermənistan və Türkiyə nümayəndələrinin görüşü olacaq” - “News.am”
Bu gün, 12:30
Saleh Məmmədovun müşavirinin oğlu da ölkədən pul çıxarıb? - “Siracoglu” MMC hakim qarşısında
Bu gün, 12:26
Tuneldə ölən Elnurun ailəsi fəryad edir: Günahkarlar cavab versin! - VİDEO
Bu gün, 12:23
Təbrizdə divarlara bu cümlələr yazıldı - FOTO
Bu gün, 12:20
Tehran-İrəvan uçuşları Təbrizdən həyata keçiriləcək
Bu gün, 12:18
Qarabağ separatçısı bəraət aldı - FOTO
Bu gün, 12:14
“Çalışırlar yuxarıdakıların xoşuna gəlsin, amma…” – Əkrəm Əylisli
Bu gün, 12:09
Nazim Quliyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb - DETALLAR
Bu gün, 12:02
İki ildir pensiyasından qanunsuz olaraq PUL TUTULUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 12:00
Qərbin Bakıya yeni hücumları: bu dəfə COP29 hədəfdədir - NƏ ETMƏLİ?
Bu gün, 11:48
Dönərlərin təhlükəsizliyinin SÜBUTU – Kafe və restoranlardakı qidalar AQTA nəzarətindən keçirmi?
Bu gün, 11:47
Suvarma suyuna görə alınan rüşvət üçqat artırılıb - İTTİHAM VAR...
Bu gün, 11:45
Etibar Məmmədov 50 millyondan şox soydaşımızın yaşadığı İranın bombalanması ehtimalından danışdı... - “Olacağa çarə yoxdur”...
Bu gün, 11:35
“Özünü Aygünə oxşadır” deyənlərə Xatundan REAKSİYA - “Mən o qədər…”
Bu gün, 11:33
Əliyev-Paşinyan dialoqu BRICS-ə damğa vurub - “Nezavisimaya qazeta”
Bu gün, 11:31
“Avtoqol”la uduzanlar… - REPLİKA
Bu gün, 11:26
2024-cü ildə dünya superdövlətləri: - ilk 10-luğa hansı ölkələr daxildir?
Bu gün, 11:21
“Ola bilsin ki, yaxınlarda, ilin sonunadək hansısa aralıq sənəd imzalansın” - GƏLİŞMƏ
Bu gün, 11:09
“Bakıya getməyə məcburuq! – 32 ailə, 32 qız…” - Akopyan
Bu gün, 11:07
Vətəndaşlar "AccessBank"dakı pullarını geri çəkirlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:57
Nazirlik “Azərmaş”dan 828 min manata 3 ədəd avtobus alır - TƏFƏRRÜAT
Bu gün, 10:50
Nazirin vəzifə verdiyi komandiri Beyləqanda qalmaqal yaradıb... - İLGİNC İDDİALAR
Bu gün, 10:44
4 il əvvəl evinin yanına raket düşdü, hələ də təmir edilmir – “Adımdan akt tərtib ediblər ki, guya, evin xərcini özüm çəkəcəm...”
Bu gün, 10:39
Türkiyədə polislərlə terrorçular arasında atışma olub, qırmızı bülletenlə axtarılan PKK üzvü öldürülüb
Bu gün, 10:28
BRICS nəhəng iqtisadi güc mərkəzinə çevrilib - İsrafil Kərimovun yazısı
Bu gün, 10:26
Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb - RƏSMİ
Bu gün, 10:23
“Azərbaycan Dəmir Yolları” QSC-də yeni İXTİSAR DALĞASI - NARAHATÇILIQ VAR...
Bu gün, 10:22
Hüseynbala Mirələmov Hadı Rəcəbli ilə bağlı heç yerdə olmayan məlumatları açıqladı
Bu gün, 10:11
Sevgili roluna girib hamını aldatdılar, qadın özünü PARTLATDI - TƏFƏRRÜAT
Bu gün, 10:05
"Bu kəşfiyyatın bir hissəsi ABŞ-ın İrəvandakı səfirliyindədir, bir hissəsi isə Avropa İttifaqının Azərbaycanla olan sərhədindədir" - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:01
Avropa Parlamentindən anti-Azərbaycan teatrı... - “Bakı ilə qaz sazişini...”
Bu gün, 09:58
Kazan görüşünün ARDINDAN... - İrəvan artıq anlayır ki...
Bu gün, 09:57
Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır - Xarici KİV
Bu gün, 09:53
“Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:52
Cavid Qurbanovun obyektlərinə CƏRİMƏ KƏSİLİR - FOTO
Bu gün, 09:47
İtaliya XİN başçısının müavini Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini pisləyib
Bu gün, 09:39
Fuad Nəcəfli səhiyyə nazirini HƏDƏFƏ ALIB - FAKT BUDUR!
Bu gün, 09:37
Bayden Əliyev və Paşinyana konkret hansı təklifləri edib? - Ağ Evdən cavab...
Bu gün, 09:25
Gürcü Arzusu qalib gəlsə... Qərb hansı addım atacaq?
Bu gün, 09:21
Yusif Təhməzovun Sumqayıt gömrüyündəkı yadiğarları - KÖHNƏ HAMAM... KÖHNƏ TAS...
Bu gün, 09:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru