Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb .....                     Həm maaş, həm də pensiya alan deputatlar .....                     Qonşu ölkədə dollar kəskin bahalaşdı .....                     Xankəndidə ölən erməni qadının qızı: “Bura gətirə bilmədik” .....                     Bakıya getməyə məcburuq .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir .....                     "Hüseynoglu Residence" YAŞILLIĞA QƏNİM KƏSİLİB .....                     BRİKS Qlobal Cənub üçün "yapışdırıcı" ola bilər .....                     Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: .....                     Aİ Rusiya əleyhinə sanksiyaları gücləndirir: .....                     “Ermənistan və Türkiyə nümayəndələrinin görüşü olacaq” .....                     Saleh Məmmədovun müşavirinin oğlu da ölkədən pul çıxarıb? .....                     Tuneldə ölən Elnurun ailəsi fəryad edir: Günahkarlar cavab versin! .....                     Təbrizdə divarlara bu cümlələr yazıldı .....                     Tehran-İrəvan uçuşları Təbrizdən həyata keçiriləcək .....                     Qarabağ separatçısı bəraət aldı .....                     “Çalışırlar yuxarıdakıların xoşuna gəlsin, amma…” .....                     Nazim Quliyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb .....                     İki ildir pensiyasından qanunsuz olaraq PUL TUTULUR... .....                     Qərbin Bakıya yeni hücumları: bu dəfə COP29 hədəfdədir .....                     Dönərlərin təhlükəsizliyinin SÜBUTU .....                     Suvarma suyuna görə alınan rüşvət üçqat artırılıb .....                     Etibar Məmmədov 50 millyondan şox soydaşımızın yaşadığı İranın bombalanması ehtimalından danışdı... .....                     “Özünü Aygünə oxşadır” deyənlərə Xatundan REAKSİYA .....                     Əliyev-Paşinyan dialoqu BRICS-ə damğa vurub .....                     “Avtoqol”la uduzanlar… .....                     2024-cü ildə dünya superdövlətləri: .....                     “Ola bilsin ki, yaxınlarda, ilin sonunadək hansısa aralıq sənəd imzalansın” .....                     “Bakıya getməyə məcburuq! – 32 ailə, 32 qız…” .....                     Vətəndaşlar "AccessBank"dakı pullarını geri çəkirlər .....                     Nazirlik “Azərmaş”dan 828 min manata 3 ədəd avtobus alır .....                     Nazirin vəzifə verdiyi komandiri Beyləqanda qalmaqal yaradıb... .....                     4 il əvvəl evinin yanına raket düşdü, hələ də təmir edilmir .....                     Türkiyədə polislərlə terrorçular arasında atışma olub, .....                     BRICS nəhəng iqtisadi güc mərkəzinə çevrilib .....                     Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də yeni İXTİSAR DALĞASI .....                     Hüseynbala Mirələmov Hadı Rəcəbli ilə bağlı .....                     Sevgili roluna girib hamını aldatdılar, qadın özünü PARTLATDI .....                 

Priqojin üsyanının səbəbləri: Rusiya ya Putini qurban verməli, ya da nüvə müharibəsinə başlamalı idi - İNCƏLƏMƏ...
Tarix: 24-06-2023, 11:23 | Çap et
Priqojin üsyanının səbəbləri: Rusiya ya Putini qurban verməli, ya da nüvə müharibəsinə başlamalı idi
Vaqner silahlı qruplaşmasının dünən gecədən başlatdığı üsyan hərəkatı kritik mərhələsini arxada qoydu. Rostovdakı Cənub Hərbi Dairəsinin qərargahını, FSB və polis orqanlarını, habelə hərbi aeroportu ələ keçirən vaqnerçilərin komandanı Yevgeni Priqojin Moskvadan gələn heç bir təlimatı yerinə yetirməyəcəyini, son damla qanlarına qədər Rusiyanın xilası üçün vuruşacağını açıqladı. Maraqlıdır ki, 25 min könüllü ilə üsyana başladığını bildirən Yevgeni Priqojinin bu qiyamına rus ordusu tərəfindən adekvat reaksiya verilmədi və rus generalları sadəcə asiləri sülhə çağırmaqla kifayətləndilər.
Bir çoxları Vaqner liderinin bu cür asanlıqla öz istəyinə nail olmasına təəccüblənirlər. Fikrimizcə isə, bu nailiyyət əslində gözlənilən idi və Priqojin əldə etdiyi uğurun səbəbini rus hərbçilərinin böyük əksəriyyətinin də onunla həmrəy olması ilə əlaqələndirir. “Əsgərlər bizi sevinclə əllərini yelləyərək qarşılayırlar və çoxları deyirlər: “Biz də sizinlə getmək istəyirik”. Artıq 60-70 nəfər bizə qoşulub, baxmayaraq ki, biz hələ az yol qət etmişik. Düşünürəm ki, ordunun yarısı bizimlə getməyə hazırdır”, - Priqojin yaydığı səsyazısında bildirib.
“Vaqner” liderinin bu sözləri Rusiya ordusunun da Ukraynadakı savaşdan artıq bezdiyini, qarşıdurmanın bir an öncə bitməsini istədiyini göstərir. Belə çıxır ki, asilər təkcə “vaqner”çilərdən ibarət deyil və hərbçilərin böyük əksəriyyəti onlarla razıdır. Zənnimizcə, bu da səbəbsiz deyil. Ukraynada gedən son döyüşlər Rusiya Ordusunun bu sahədə heç bir uğur qazana bilməyəcəyini ortaya qoydu. Baxmayaraq ki, Ukrayna ordusu da bu ayın əvvəlində başlatdığı əks-hücum əməliyyatında bir çoxumuzun gözlədiyi uğuru qazana bilməyib. Fəqət bunun səbəbi heç də onun belə bir imkana malik olmamasından qaynaqlanmır. Ukrayna hərbi rəhbərliyi öz açıqlamalarında açıq şəkildə bildirirlər ki, onlar biz düşündüyümüz kimi, əsl hücuma başlamayıblar. Son döyüşlər sadəcə rus müdafiə xətlərini yoxlamağa xidmət edir. Bu müdafiə xəttində ən zəif nöqtə müəyyənləşdirildikdən sonra bütün zərbələr həmin nöqtəyə vurulacaq və istehkam xətti yarıldıqdan sonra əks hücumun əsl mərhələsinə qədəm qoyulacaq.
Xarici media qurumlarının və düşüncə mərkəzlərinin dilə gətirdiyi faktlar da Ukrayna rəsmilərinin bu iddialarını təsdiqləyir. Məlumata görə, Ukraynanın hərbi qüvvələri arasında NATO dövlətləri tərəfindən təlim keçmiş 12 hərbi diviziya var. Həmin diviziyadan yalnız 2-i və ya 3-ü son döyüşlərdə iştirak edir. Qalan 9 və ya 10 diviziya isə əks-hücumun həlledici mrhələsi başlayandan sonra meydana atılacaq. Ruslar isə hətta bu az qüvvəyə qarşı doğru-düzgün müqavimə göstərə bilmirlər. Bütün qüvvələrin iştirak edəcəyi əks-hücumda təbii ki, rus işğalçılarının heç bir şansı olmayacaq.
Sual oluna bilər: O zaman Ukrayna ordusu niyə bütün qüvvələrini savaşa sürüb ruslara həlledici zərbə vurmur?
Ukrayna prezidenti Vladimir Zelenski bunun səbəbini daha az itki ilə məqsədə çatmaq niyyətilə izah edir. Onun sözlərinə görə, Ukrayna bütün qüvvələrini meydana sürsə, yenə qələbə qazanar, amma itkiləri də çox olar. Məhz bu cür ağır itkilərdən yayınmaq üçün Kiyev tədrici irəliləmək xəttini tutub. Ukrayna Müdafiə nazirinin müavini Anna Malyarın iddiasına görə, təmkinli irəliləmə taktikası nəticəsində gündə təxminən 200-500 metr qabağa gedə bilirlər. Amma bunun nəticəsində düşmən xeyli itki də verdirirlər.
İddialara inansaq, Rusiya Silahlı Qüvvələri məsələni kökündən həll etmək üçün Ukraynanı gözləmədən özü Limansk və Kupyansk istiqamətlərindən hücuma keçib. Ağır döyüşlərin getdiyi bu cəbhədə belə sayca xeyli az olan Ukrayna ordusuna qarşı heç bir uğur əldə edilməyib. Ukrayna özünə o qədər arxayın olub ki, ehtiyatda tutduğu peşəkar diviziyalarını da cəbhə xəttinə göndərməyib. Nəhayət, dünən rusların Limansk və Kupyansk istiqamətində başlatdığı bu hücum dayandırılıb. Hər halda Anna Malyarın yaydığı açıqlamadan belə anlaşılır. Maraqlıdır ki, dünən Ukrayna müdafiə naziri müavininin yaydığı bu açıqlamadan sonra “vaqner”çilərin üsyanı başlayıb. Görünən budur ki, ruslar müharibədə heç bir uğur qazanmayacaqlarını bu hücumdan sonra anlayıblar və boş sevdadan çəkilmək qərarına gəliblər. Priqojinin üsyanı bu mənada rus hərbi elitasının xeyir-duası ilə həyata keçirilə bilər.
Zənnimizcə, Ukrayna ordusunun bütün qüvvələrinin meydana çıxarmamasının digər səbəbi Putinin nüvə təhdidlərini nəzərə almaları ilə əlaqədardır. Məlum olduğu kimi, Putin bu yaxınlarda verdiyi açıqlamada Ukrayna ordusunun Krımı və Rusiyanın digər bölgələrini ABŞ-dan və Böyük Britaniyadan aldığı uzunmənzilli raketlərlə vuracağı təqdirdə, nüvə silahlarını işə salacağını və hədəfinin Ukrayna yox, onu silahla təchz edən ölkələr olacağını bildirmişdi. Ukrayna isə bu təhdidi qismən nəzərə alaraq Böyük Britaniyadan aldığı Storm Shadow raketi ilə Krım yarımadasını Ukraynaya bağlayan Çondar körpüsünü vurmuşdu. Körpünün tam olaraq Krım yarımadasına aid olmadığını hesaba qatsaq, sanki Ukrayna bununla “sənin təhdidlərin mənim üçün əhəmiyyətli deyil, sadəcə özünü daha çox rəzil etmədən Ukraynadan çıxmaq şansı verirəm” demişdi. Zənnimizcə, Priqojinin üsyanı da məhz bu “centlemen mesaj”a cavabdır.
Məsələ burasındadır ki, Ukraynanın bir ucu Krımda olan körpünü hədəfə almasından sonra Rusiya çətin durumda qalmışdı: ya Ukraynanın mesajını qəbul edib döyüşdən çəkilməli, ya da Putinin təhdidimi yerinə yetirib Böyük Britaniyanı vurmalı idi. Hər iki qərar Kreml üçün olduqca böyük risk daşıyırdı. Təsadüfi deyil ki, Ukrayna qüvvələri Çondar körpüsünü vurduqdan sonra Rusiya Müdafiə Nazirliyinin bir çox generalının məzuniyyətə çıxıb Dubaya getdiyi, hətta nazirliyin dəhlizlərinin tamamilə boş qaldığı, Dubaya təyyarə reyslərinə bilet tapılmadığı bildirilirdi.
Görünür, Kremlin simasını qorumaq üçün rus generalitetinə Priqojin üsyanı kimi bəhanə lazım idi. Böyük ehtimalla, Putini bu yolla istefaya məcbur etmək istəyən generalitet bütün günahları onun, Soyqunun və Gerasimovun boynuna yıxaraq müharibədən çəkilmək istəyir. Dünən üsyandan əvvəl Priqojinin yaydığı son video-müraciətində bu istəyin təzahürləri öz əksini tapmışdı. Həmin video-müraciətin sətirbaşları belə idi:
Ukrayna 8 ildir Donetski deyil, yalnız rusların mövqelərini bombalayıb. Ukrayna Silahlı Qüvvələri və NATO Rusiyaya hücum etmək fikrində deyildi. Donbass 2014-cü ildən Putin administrasiyası, FSB və oliqarxlar tərəfindən talan edilir.
Zelenski razılaşmalara hazır idi. Sadəcə Olimp zirvəsindən düşmək, gedib onunla danışıqlar aparmaq lazım idi.
Rusiyanı idarə edən oliqarx klana Medvedçuku Ukrayna prezidenti təyin etmək üçün "xüsusi hərbi əməliyyat" lazım idi.
Müharibənin əvvəlində Şoyqu gizləndi. Qostomel yaxınlığında 1000 rus əsgərini güdaza verdi, ordunun döyüşə ən hazır hissəsini sıradan çıxardı.
Qoşunlara sursat verilmir, çünki Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi hesab edir ki, Moskvanın müdafiəsi üçün onlara mərmi lazım olacaq, Moskva yaxınlığındakı anbarlar isə bu mərmilərlə partlayır.
60 "Leopard"ın vurulması barədə deyilənlər yalandır. Rus ordusu bütün istiqamətlərdə geri çəkilir və çoxlu itkilər verir”.
Göründüyü kimi, Priqojin Ukrayna savaşından tutmuş rus ordusunun məğlubiyyətinə qədər bütün günahları Putinin və hərbi rəhbərliyin boynuna yıxır, Kiyevlə danışıqlar aparmaq lazım olduğunu bildirir. Kiyev isə indiki üstün mövqeyində Kremlə hansısa torpaq güzəştini ehtiva edən danışıqlara oturmaz və Zelenski hətta ən zəif zamanında bunu gizlətməyib.

Heydər OĞUZ - DİA.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb - SƏBƏB
Bu gün, 13:16
Həm maaş, həm də pensiya alan deputatlar - SİYAHI
Bu gün, 13:09
Qonşu ölkədə dollar kəskin bahalaşdı – Azərbaycanı nə gözləyir?
Bu gün, 13:01
Xankəndidə ölən erməni qadının qızı: “Bura gətirə bilmədik” - "Bir müddətdir anamla danışmırdım"
Bu gün, 12:59
Bakıya getməyə məcburuq - Erməni jurnalist
Bu gün, 12:57
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:55
Payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir - VİDEO
Bu gün, 12:53
"Hüseynoglu Residence" YAŞILLIĞA QƏNİM KƏSİLİB - cəzasız qalmadı...
Bu gün, 12:51
BRİKS Qlobal Cənub üçün "yapışdırıcı" ola bilər - İndoneziya xarici işlər naziri
Bu gün, 12:47
Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: - “Apple" və “NVIDIA”ya yatırımlar kəskin artıb
Bu gün, 12:42
Aİ Rusiya əleyhinə sanksiyaları gücləndirir: - ABŞ-da siyasət dəyişikliyi gözlənilir
Bu gün, 12:37
“Ermənistan və Türkiyə nümayəndələrinin görüşü olacaq” - “News.am”
Bu gün, 12:30
Saleh Məmmədovun müşavirinin oğlu da ölkədən pul çıxarıb? - “Siracoglu” MMC hakim qarşısında
Bu gün, 12:26
Tuneldə ölən Elnurun ailəsi fəryad edir: Günahkarlar cavab versin! - VİDEO
Bu gün, 12:23
Təbrizdə divarlara bu cümlələr yazıldı - FOTO
Bu gün, 12:20
Tehran-İrəvan uçuşları Təbrizdən həyata keçiriləcək
Bu gün, 12:18
Qarabağ separatçısı bəraət aldı - FOTO
Bu gün, 12:14
“Çalışırlar yuxarıdakıların xoşuna gəlsin, amma…” – Əkrəm Əylisli
Bu gün, 12:09
Nazim Quliyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb - DETALLAR
Bu gün, 12:02
İki ildir pensiyasından qanunsuz olaraq PUL TUTULUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 12:00
Qərbin Bakıya yeni hücumları: bu dəfə COP29 hədəfdədir - NƏ ETMƏLİ?
Bu gün, 11:48
Dönərlərin təhlükəsizliyinin SÜBUTU – Kafe və restoranlardakı qidalar AQTA nəzarətindən keçirmi?
Bu gün, 11:47
Suvarma suyuna görə alınan rüşvət üçqat artırılıb - İTTİHAM VAR...
Bu gün, 11:45
Etibar Məmmədov 50 millyondan şox soydaşımızın yaşadığı İranın bombalanması ehtimalından danışdı... - “Olacağa çarə yoxdur”...
Bu gün, 11:35
“Özünü Aygünə oxşadır” deyənlərə Xatundan REAKSİYA - “Mən o qədər…”
Bu gün, 11:33
Əliyev-Paşinyan dialoqu BRICS-ə damğa vurub - “Nezavisimaya qazeta”
Bu gün, 11:31
“Avtoqol”la uduzanlar… - REPLİKA
Bu gün, 11:26
2024-cü ildə dünya superdövlətləri: - ilk 10-luğa hansı ölkələr daxildir?
Bu gün, 11:21
“Ola bilsin ki, yaxınlarda, ilin sonunadək hansısa aralıq sənəd imzalansın” - GƏLİŞMƏ
Bu gün, 11:09
“Bakıya getməyə məcburuq! – 32 ailə, 32 qız…” - Akopyan
Bu gün, 11:07
Vətəndaşlar "AccessBank"dakı pullarını geri çəkirlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:57
Nazirlik “Azərmaş”dan 828 min manata 3 ədəd avtobus alır - TƏFƏRRÜAT
Bu gün, 10:50
Nazirin vəzifə verdiyi komandiri Beyləqanda qalmaqal yaradıb... - İLGİNC İDDİALAR
Bu gün, 10:44
4 il əvvəl evinin yanına raket düşdü, hələ də təmir edilmir – “Adımdan akt tərtib ediblər ki, guya, evin xərcini özüm çəkəcəm...”
Bu gün, 10:39
Türkiyədə polislərlə terrorçular arasında atışma olub, qırmızı bülletenlə axtarılan PKK üzvü öldürülüb
Bu gün, 10:28
BRICS nəhəng iqtisadi güc mərkəzinə çevrilib - İsrafil Kərimovun yazısı
Bu gün, 10:26
Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb - RƏSMİ
Bu gün, 10:23
“Azərbaycan Dəmir Yolları” QSC-də yeni İXTİSAR DALĞASI - NARAHATÇILIQ VAR...
Bu gün, 10:22
Hüseynbala Mirələmov Hadı Rəcəbli ilə bağlı heç yerdə olmayan məlumatları açıqladı
Bu gün, 10:11
Sevgili roluna girib hamını aldatdılar, qadın özünü PARTLATDI - TƏFƏRRÜAT
Bu gün, 10:05
"Bu kəşfiyyatın bir hissəsi ABŞ-ın İrəvandakı səfirliyindədir, bir hissəsi isə Avropa İttifaqının Azərbaycanla olan sərhədindədir" - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:01
Avropa Parlamentindən anti-Azərbaycan teatrı... - “Bakı ilə qaz sazişini...”
Bu gün, 09:58
Kazan görüşünün ARDINDAN... - İrəvan artıq anlayır ki...
Bu gün, 09:57
Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır - Xarici KİV
Bu gün, 09:53
“Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:52
Cavid Qurbanovun obyektlərinə CƏRİMƏ KƏSİLİR - FOTO
Bu gün, 09:47
İtaliya XİN başçısının müavini Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini pisləyib
Bu gün, 09:39
Fuad Nəcəfli səhiyyə nazirini HƏDƏFƏ ALIB - FAKT BUDUR!
Bu gün, 09:37
Bayden Əliyev və Paşinyana konkret hansı təklifləri edib? - Ağ Evdən cavab...
Bu gün, 09:25
Gürcü Arzusu qalib gəlsə... Qərb hansı addım atacaq?
Bu gün, 09:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru