Polşa üçün “Vaqner” təhlükəsi: “Hücum ssenarisi mümkündür, amma...” - NƏ BAŞ VERİR?
Tarix: 5-08-2023, 09:01 | Çap et
Polşalı politoloq, Varşava Universitetinin professoru və “Strategiya 2050” İnstitutunun eksperti Anjey Şeptiçki UNİAN-a müsahibəsində Putin və Lukaşenkonun Polşa səmasında “itirdiyi” Belarus helikopterləri ilə bağlı təxribatlar törətməklə hansı məqsədlər güddüklərini və digər məsələləri şərh edib. DİA.AZ müsahibəni AYNA-ya istinadla təqdim edir:
- Müşahidələrinizə görə, Polşada “Vaqner” terrorçularına nə dərəcədə diqqət yetirilir? Onlarla bağlı xəbərlər çoxdur, yoxsa bu xəbər sosial şəbəkələrdə müzakirə olunur?
- Kütləvi informasiya vasitələrində bu mövzu var, sosial şəbəkələrdə isə ümumiyyətlə, bundan danışan yoxdur. Mütəxəssislər bu barədə danışır, lakin bu, bütün cəmiyyəti maraqlandıran məsələ deyil.
- Yəni ki, polyaklar bu təhlükənin real olmadığını düşünürlər?
- Məncə, bu çətin sualdır. Əvvəla, “Vaqner” düşərgəsi Polşa sərhədinin o tayında yerləşir. İkincisi, Polşa NATO-nun üzvüdür. Ona görə də mənə elə gəlir ki, həm də hökumətimizə və cəmiyyətin əksəriyyətinə elə gəlir ki, "Vaqner” tərəfindən hansısa təhlükə ola bilməz.
- Ancaq müsbət məlumatların bitdiyi və şübhələrin başladığı yerdəyik. Açıq sual var: “Vaqner” muzdluları Belarusda nə edirlər və ya edəcəklər?
- Onların Belarus hərbçiləri üçün təlim keçdikləri barədə məlumatlar var. Qoy etsinlər, bu bizim problemimiz deyil. Amma “Vaqner” qrupunun bütün üzvlərinin avqustun 5-də Belarusa çağırıldığı barədə məlumat yayılıb. Onların bundan sonra nə edəcəkləri ilə bağlı konkret məlumat, proqnoz və ya ssenari görmürəm. Onların hamısı bir yerə çağırılıbsa, o zaman nəsə baş verməlidir.
“Vaqner” qrupu bir məsələdir, lakin bizim ümumiyyətlə, Belarusla bağlı çətinliklərimiz var. İki ildən artıqdır ki, miqrasiya böhranı yaşanır. Bundan başqa, iki Belarus helikopteri Polşa ərazisi üzərində peyda oldu. Təbii ki, Lukaşenkonun kimisə öz ölkəsinə dəvət etməsi bizim problemimiz deyil. Amma sərhədi hərbi helikopterlər keçirsə, bu, artıq bizim böyük problemimizdir.
- Sizcə, niyə onlar sadəcə olaraq sərhədi keçib Belarusa qayıtdılar?
- Belarusun müxtəlif təxribatları ilə bağlı sadəcə ssenari yox, reallıq var. Onların “Vaqner” qrupundan olub-olmaması isə başqa məsələdir.
- Siz bu ssenariyə necə baxırsınız: miqrant qiyafəsində olan terrorçular sərhədi keçərək hansısa silahı “ələ keçirib”, neft anbarını və ya hərbi anbarı yandırıb, yenidən Belarusa qayıdırlar. Sizcə, realdırmı və bunun cavabı nə ola bilər?
- Haqqında danışdığınız hücum ssenarisi mümkündür. 2014-cü ildən bəri biz bütün ssenarilərin mümkün olduğunu bilirik. Heç vaxt heç vaxt deməməliyik... Bu barədə ətraflı düşünməmişəm, amma belə ssenari mümkündür. Üstəlik, iki il əvvəl sərhədçilər ilə miqrantlar arasında toqquşmalar olub.
Əgər onlar doğrudan da miqrantdırlarsa, onlara qarşı güc tətbiq etmək çətin olacaq. Bunların miqrant deyil, özünü qaçqın kimi təqdim edən “Vaqner” muzdluları olduğunu tez sübut etmək də çətin olacaq. Ona görə də, sual çox sadədir, lakin cavab mürəkkəbdir. Bizdə Şimali Atlantika Müqavilənin 5-ci maddəsi var, lakin biz həm də sübut etməliyik ki, həqiqətən də təcavüz var, NATO üzvü olan dövlətə qarşı güc tətbiqi var. Açığı, BMT-nin qəbul etdiyi təcavüzün tərifi var. Orada deyilir ki, təcavüz həm də başqa ölkəyə göndərilən hərbi və ya qeyri-hərbi birləşmələrdən istifadə etməkdir. 2014-cü ildə Strelkov (Qirkin) Donbasa gələndə Ukraynada baş verənlər aqressiya idi. Biz bilirik ki, bu, Rusiya tərəfindən dəstəklənib. Amma bunun necə sübut olunacağını anlamaq üçün bir az vaxt lazımdır. Məsələ burasındadır ki, sərhəddə bəzi insanlar peyda olanda onların miqrant, yoxsa “Vaqner” muzdlusu olduqlarını hazırda bilmək mümkün deyil.
- Sizcə, niyə indi təxribatlar güclənir?
- Polşada daxili siyasi konteksti nəzərə almaq lazımdır. Məsələnin birinci tərəfi indiki iqtidarımız, ikincisi parlament seçkiləridir.
Düzdür, hər kəs bununla razılaşmayacaq, amma mənim fikrimcə, hazırda bizdə mövcud problemlərlə necə uğurla məşğul olacağını bilməyən bir hökumət var. Və eyni zamanda, bu cür problemlərdən istifadə etməyi xoşlayan hökumətimiz var. Əvvəlcə hökumətdən eşitdik ki, helikopter sərhədimizi keçməyib. Amma onları gözləri ilə görən sakinlər var... Bizim səlahiyyətlilər əvvəlcə deyirlər ki, problem yoxdur, sonra: “Sizi qoruyacağıq” dedilər. Müdafiə sektorunun gücləndirilməsinə və inkişafına nə qədər vəsait qoyulduğu açıqlandı. 2025-ci il seçkilərində Hüquq və Ədalət partiyasının prezidentliyinə namizəd olacağı deyilən müdafiə naziri Mariuş Blaşçak var. O, öz reytinqini artırmaqda şəxsən maraqlıdır.
Bu ilin payızında parlament seçkiləri keçiriləcək. Və belə bir ehtimal var ki, Belarus Putinin köməyi ilə seçkilər ərəfəsində Polşada sabitliyi pozmağa çalışacaq. Bu mühüm amil olacaq. Əlbəttə, bu, seçkinin nəticələrinə təsir edə bilər.
- İndi Polşada rusiyapərəst adlandırıla bilən partiyalar var, hansı ki, Ukraynaya dəstəyi azaltmaqla sülh danışıqları təklif edirlər?
- Belə insanlar var, amma bu heç də sizin düşündüyünüz kimi deyil. “Konfederasiya” siyasi partiyası var ki, onun bəzi liderləri açıq şəkildə rusiyapərəstdirlər və Ukraynanı tənqid edirlər. Partiya populyarlaşır, lakin bu, Rusiya-Ukrayna müharibəsi ilə bağlı deyil. Rusiyanın bu təxribatları sayəsində partiyanın reytinq qazanması mümkünsüzdür. Vəziyyət bir az daha mürəkkəbdir. Lukaşenko və Putinin planına görə, təxribatlar göstərməlidir ki, Polşa hakimiyyəti sadəcə olaraq öz ölkəsini effektiv müdafiə etməyi, ölkəni necə idarə etməyi bilmir. Hökuməti belə gözdən salmaq istəyirlər.
Yeri gəlmişkən, indiki Polşa hökumətinin parlament seçkilərini daha sonra keçirmək üçün belə təxribatlardan istifadə edəcəyinin başqa bir ssenarisi də var. Nəzəri cəhətdən fövqəladə vəziyyət tətbiq etmək, seçkiləri 2024-cü ilədək təxirə salmaq olar... Niyə belə? Birincisi, deyə bilərik ki, bizim hökumət Macarıstan, Türkiyə ilə eyni siyasi modeldir. Bu, populizmdir, mülayim avtoritarizmdir. Reytinqlər isə elədir ki, qələbə o qədər də real deyil. Onlar yenidən qalib gələcəklərinə əmin deyillər. Güclərini itirəcəkləri təhlükəsi varsa, o zaman bu təxribatlardan istifadə etməyə çalışacaqları təhlükəsi də olacaq.
Yəni, söhbət təxribatların rusiyayönlü qüvvələri hakimiyyətə gətirməsindən getmir. Təxribatlar ölkədə sabitliyi pozmalıdır. Onlar Polşada daxili siyasi münaqişəni gücləndirməlidirlər. Putin isə Ukraynaya yardımı məhdudlaşdırmağa, onun çatdırılmasının qarşısını almağa çalışır. Və bundan əlavə, o, Qərb tərəfdaşlarının gözündə Polşanı nüfuzdan salmaq, Aİ və NATO-nu zəiflətmək istəyir.
- İnformasiya müharibəsinin təzahürləri müşahidə edilir. Ruslara aid saxta profillərlə sosial şəbəkələrdə anti-Ukrayna, müharibə əleyhinə əhval-ruhiyyəni gücləndirmək cəhdlərini görürsünüzmü?
- Çox qısa cavab verim ki, bəli. Rusiya belə mesajlardan istifadə etməyə çalışır: “Bu, bizim müharibəmiz deyil”, “Siz bilmirsiniz bu müharibə nə qədər baha başa gəlir” və s. təbliğat gedir. Bundan əlavə, qaçqınlarla bağlı hekayələr var. Məsələn: "Bir dostum var, arvadının bacısı xəstəxanaya getdi. Və orada ukraynalı qaçqınlara kömək etdikləri üçün müalicə olunmadı. Buna görə də dostumun arvadının bacısı öldü. .". Yaxud da yazırlar: "Volında nə baş verdiyini xatırlayırsınız?”.
Demək istəyirəm ki, indi rusların yanaşması bir qədər dəyişib, bütün mümkün ağrılı məsələlərdən istifadə edirlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|