Ermənistan-KTMT: mehriban düşmənçilik - AKTUAL
Tarix: 15-09-2023, 15:26 | Çap et
Hazırda Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması üçün heç bir proses yoxdur. Bu barədə sentyabrın 7-də jurnalistlərə parlamentin xarici əlaqələr komissiyasının rəhbəri, hakim “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndəsi Sarqis Xandanyan bildirib.
Parlamentari eyni zamanda, KTMT-nin özünün “Əllərini yuyub, Ermənistanı tərk etdiyi” fikrini ifadə edib. Başqa sözlə, təşkilatın öz üzvünün təhlükəsizliyinin təmin edilməsi məsələsində qeyri-fəal olduğunu bildirib.
İrəvanın xarici siyasət və təhlükəsizlik sistemini dəyişməsi ehtimalının müzakirə olunub-olunmaması ilə bağlı suala Xandanyan kifayət qədər sadə cavab verib. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrində islahatlar aparır, bu islahatlar davam edir və respublika müdafiə sahəsində konstruktiv qarşılıqlı fəaliyyətdə maraqlı olan bütün ölkələrlə əməkdaşlığa açıqdır.
Eyni zamanda, məlum olduğu kimi, Ermənistan yaxın vaxtlarda ABŞ-la birgə hərbi təlimlər keçirəcəyini açıqlayıb. “Bu, regionda vəziyyətin sabitləşməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə kömək etmir”, – deyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov həmin gün açıqlama verib.
Ermənistan və Amerika sülhməramlılarının təlimləri İrəvanın KTMT üzrə müttəfiqləri ilə son vaxtlar kəskinləşən fikir ayrılıqları fonunda baş tutacaq. Belə ki, ötən çərşənbə axşamı məlum olub ki, Ermənistan KTMT-dəki daimi nümayəndəsini geri çağıraraq, onu Niderlandda səfir və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatında (KSQT, mənzil-qərargahı Haaqada) daimi nümayəndə təyin edib. Eyni zamanda, Ermənistanın KTMT-dəki daimi nümayəndəsi postunu kimin tutacağı hələ də qaranlıq qalır.
Ermənistan KTMT-yə üzvlüyünü saxlamaqla bir neçə aydır ki, təşkilatın işində iştirak səviyyəsini ardıcıl olaraq azaldır. Bu ilin yanvarında İrəvan KTMT-nin Kollektiv Çevik Reaksiya Qüvvələrinin təlimlərinə ev sahibliyi etməkdən imtina edib və ardınca Ermənistan hərbi kontingenti təşkilata üzv olan digər ölkələrin ərazisində keçirilən analoji tədbirlərdə iştirak etməyib. Həmçinin mart ayında İrəvan hərbi blokun Baş katibinin müavini postuna verdiyi kvotadan imtina edib.
Eyni zamanda, respublika rəhbərliyi KTMT-nin ünvanına tənqidi fikirlər səsləndirib, onu 2022-ci ilin sentyabrında “Azərbaycan Silahlı Qüvvələrinin Ermənistana qarşı təcavüzünü” qiymətləndirmək və müttəfiqinə real yardım göstərmək istəmədiyinə görə qınayıb.
Xatırladaq ki, sentyabrın 6-da Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Boqdan Bezpalko Ermənistanın KTMT-dən çıxması təhlükəsinin olduğunu bildirmişdi.
Beləliklə, Ermənistanın tezliklə KTMT-dən çıxmağa cəhd etməsi ehtimalı varmı? Onun üçün təhlükəsizdirmi? Ermənistanın bu blokdan çıxmasının qarşısını almaq üçün Moskva öz tərəfdən nə edə bilər?
DİA.AZ bildirir ki, AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.
Rusiyanın “Demokratik Seçim” siyasi partiyasının həmsədri, Liberal Missiya Fondunun idarə heyətinin üzvü Sergey Javoronkov:
“Hesab edirəm ki, Ermənistan üçün KTMT indi bir növ “qulpsuz çamadan”dır. Daşımaq rahat deyil, atmaq heyifdir. KTMT-nin Ermənistan-Azərbaycan nizamlanması prosesindən uzaqlaşdığı bir şəraitdə bunun nə məna daşıdığı o qədər də aydın deyil, lakin bu formatdan sadəcə olaraq, elə-belə çıxmağın da mənası yoxdur.
Və indi dünya elə bir məqamda deyil ki, məsələn, Avropa, ABŞ bu prosesə ciddi şəkildə müdaxilə etməyə hazır olsun - onlar diqqətlərini təbii ki, başqa yerdə - Ukraynada cəmləşdiriblər.
Rusiya rəhbərliyinə gəlincə, o, Qafqazda vəziyyətin dondurulmasında maraqlıdır ki, Moskva həm Ermənistan rəhbərliyinə, həm də Azərbaycan rəhbərliyinə təsir rıçaqlarına malik ola bilsin. Düşünmürəm ki, Rusiya Federasiyası indi iki ölkə liderləri arasında mürəkkəb şəxsi münasibətləri nəzərə alaraq, Ermənistana hər hansı hədiyyə verməyə ciddi hazırdır.
Və KTMT-yə üzvlük elə valyuta deyil ki, onun üçün sövdələşmənin ciddi mənası olsun. Ciddi valyuta Ermənistanda Rusiya bazalarının mövcudluğu məsələsidir. Ermənistan rəhbərliyi bunu şübhə altına alarsa, bu, sövdələşmə üçün müəyyən zəmin yarada bilər, amma nəticə qeyri-müəyyən ola bilər”.
Azad Rusiya Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin direktoru (Tbilisi), politoloq Yeqor Kuroptev:
“Ermənistan rəhbərliyi, bir çox ölkələr kimi, başa düşür ki, Putin Rusiyası nəinki istəmir, hətta nə Ermənistana, nə də başqasına istəsə də, kömək edə bilməz. Paşinyanın bu yaxınlarda düzgün dediyi kimi, Rusiyanın “kömək edəcəyi heç bir şey yoxdur”. Baxmayaraq ki, heç vaxt xüsusi istək olmayıb, çünki Kremlin yeganə məqsədi İrəvanla Bakı arasındakı münaqişəni səngitməkdən ibarət olub, birdəfəlik həll etməkdən yox.
Ermənistan indi başa düşür ki, Azərbaycanla münaqişənin diplomatik həllində irəliləyişin olmaması nəticəsində yeni hərbi eskalasiya riskləri var və İrəvan təcili olaraq Qərblə bütün əlaqələri yaxşılaşdırmalıdır ki, heç olmasa, siyasi dəstək əldə edə bilsin. Fikrimcə, İrəvanın addımlarını diktə edən və Kremli tənqid etməsinin səbəbi də elə budur.
Bir neçə gün əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan hətta Mariya Zaxarovanı “hansısa katibə” adlandırmışdı, bunu əvvəllər təsəvvür etmək çətin idi, baxmayaraq ki, mən bu deyimlə razıyam.
Ermənistan başa düşür ki, Putin Rusiyası Ukraynadakı müharibədə uduzacaq. Qərb birləşəcək. Ən yaxşı “stavka” öz müstəqilliyi və demokratik dünya ilə əməkdaşlıqdır.
Ola bilsin ki, gələcəkdə bu, Bakı ilə diplomatik nizamlanmaya daha aktiv keçid demək olacaq, çünki heç kim regionda növbəti müharibə görmək istəmir. Onsuz da heç bir səbəb olmadan minlərlə insan həyatını itirərkən, daha aktiv kompromis axtarışları və diplomatik həll yolu əvəzinə başqa bir müharibə görmək ağlasığmazdır.
Kreml çətin ki, ciddi bir iş görsün, hərçənd o, Ermənistanın öz müstəqilliyini müdafiə etməsinə və Rusiyanın təsirindən çıxmasına mane olmaq üçün çox çalışacaq. Amma İrəvan Moskvanın bu təzyiq və şantajına tab gətirə bilsə, istər iqtisadi, istərsə də siyasi olsun, Ermənistan üçün daha çox müsbət perspektivlər açılacaq. Hansını ki, təəssüf ki, qonşu Gürcüstan haqqında demək olmaz.
Burada hakimiyyət, əksinə, mövcud vəziyyətdən istifadə edərək, bütün mümkün Rusiya pullarını qazanmağa qərar verdi. Belə olan halda Gürcüstanın suverenliyi və müstəqilliyi növbəti dəfə ciddi risk altındadır. Bu fonda Ermənistanın “stavkası” daha praqmatikdir və kiminsə konkret pul kisəsini deyil, dövlətin maraqlarını qorumağa yönəlib”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
• Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04 |
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
|