Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? .....                     Trampın Qarabağla bağlı dedikləri... .....                     Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir? .....                     Xırdalanın abadlaşdırılması 2 milyon manata .....                     “2 gün mən, 2 gün də saxta həkimlər...” .....                     NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? .....                     Rusiya ABŞ-yə cavab olaraq Asiyada .....                     Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək .....                     MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə .....                     Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... .....                     Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı .....                     Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı .....                     Hərbi pilotların peşəkarlığı artırılır .....                     Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir .....                     Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... .....                     Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı .....                     Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! .....                     Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib .....                     Ermənistanda xarici borcun azalması deyil, .....                     Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması .....                     TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib .....                     Rusiya dibə yuvarlanır? .....                     Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil .....                     Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? .....                     Bakının COP29 TÖHFƏSİ... .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, .....                     Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı .....                     Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR .....                     “Başqa xalqların mahnılarını sırıyırlar” .....                     İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat .....                     Şuşa RMX-nin mebel və inventarla təchizatı .....                     Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib .....                     Uşaqpulu buna görə verilmir .....                     Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir .....                     Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir .....                     ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: .....                     Baboşun fanatının başı dərddə .....                 

Qərb Ermənistanı “suriyalaşdırmaq” planını AKTİVLƏŞDİRİR - İNCƏLƏMƏ
Tarix: 17-10-2023, 15:59 | Çap et
Qərb Ermənistanı “suriyalaşdırmaq” planını AKTİVLƏŞDİRİR
Ermənistan sözün hər mənasında odla oynayır. Rusiyanın dəstəyindən məhrum olan və Azərbaycan qarşısında aciz duruma düşən Ermənistan revanş etmək üçün bütün vasitələrdən istifadə edir. Lakin Paşinyan başda olmaqla Ermənistanın digər başbilənləri bir məsələni unudurlar ki, “qonşuya ümid olan gecə şamsız qalar”.

Heç bir dövlət, bu lap ABŞ və yaxud Fransa olsa belə, gəlib ermənilərin əvəzinə Azərbaycanla vuruşmayacaq. Amma bölgəyə gətirilən hər bir dövlətin öz maraqları var.

Həmin maraqların icrası üçün Ermənistana girmək sadəcə bir vasitədir. Son nəticədə gələn əcnəbi dövlətlər Ermənistanı öz maraqlarına qurban verəcəklər.

Bu isə heç də qansız ötüşməyəcək. Bu gedişlə yaxın zamanlarda Ermənistan da Suriya, İraq və digər ölkələr kimi qlobal güclərin hərbi-siyasi poliqonuna çevriləcək. Sözügedən ssenari Ermənistanın sonunu gətirə bilər. Təbii ki, region üçün də bu ziyansız ötüşməyəcək.

Qərb Ermənistana hansı adla girir?

Rusiya ilə bütün körpüləri yandıran Paşinyan nicat yolunu Qərbin bu və ya digər şəkildə Ermənistanda maraqlarını təmin etməkdə gördü. Bu məqsədlə əvvəlcə Araz sahilində ABŞ-İran-Hindistan-Ermənistan birgə iqtisadi layihə reallaşdırmaq istədi. Bu layihə uğursuzluğa düçar olandan sonra Qərblə hərbi əlaqələrin genişlənməsinə start verildi. İlkin olaraq 11-20 sentyabr tarixlərində ABŞ-la birlikdə “Qartal tərəfdaşı 2023” təlimi keçirildi. Bunun ardınca oktyabrın 10-da Fransa hərbçiləri Ermənistan gəldi.

ABŞ və Fransanın Ermənistanda daimi qalmaq planı

Xatırladaq ki, ABŞ-ın 85, Fransanınsa 56 hərbçisi təlim adı ilə Ermənistana gəlib. Hələ ABŞ hərbçilərinin gəlişi zamanı bir çox beynəlxalq ekspertlər bildirmişdilər ki, onlar getmək üçün yox, qalmaq üçün gəliblər.

Məsələn, Türkiyəli general Yücel Karauz yazırdı ki, ABŞ hərbçilərinin böyük bir qisminin fərqli adlar altında orada qala biləcəyi ehtimalı yüksəkdir:

“Əlbəttə, sözügedən təlimdə əsas məqsəd Rusiyaya siyasi mesaj verməkdir. Ancaq fikrimcə, ABŞ-ın göndərdiyi 85 hərbçinin böyük bir qisminin təlimdən sonra təlim-tədris, təşkilati işlər, hərbi məsləhətçi, müşavir və s. adlar altında Ermənistanda qalma və fəaliyyət göstərmə ehtimalı çox böyükdür”.

Son günlər yayılan məlumatlar deyilən fikri sübut etdi. Eyni zamanda, bir sıra beynəlxalq ekspertlər iddia edirlər ki, hazırda Ermənistanda Qərbin güclü casus bazası var. Onlar əsasən anti-Rusiya təbliğatı aparırlar. Məqsəd odur ki, erməni xalqı ayağa qalxsın və Rusiyanın Ermənistandakı 102-ci ordusu bu ərazilərdən çıxarılsın. Lakin hələlik, “qazanlar qapalı qaynayır”.

Anti-Rusiya kampaniyası sürətlə böyüyür

Nəzərə alaq ki, istər Ermənistanın siyasi elitasında, istərsə də sadə ermənilər arasında Rusiyaya bağlı xeyli sayda qruplar var. Bu bağlılıq daha çox iqtisadi əsaslara söykənir. Yəni sadə erməni ailələri bu və ya digər şəkildə Rusiyadan gələn yardımlar hesabına yaşayırlar.

Bundan əlavə, Ermənistan iqtisadiyyatı da Rusiyaya birbaşa bağlıdır. Ermənistanın karbohidrogen məhsullara olan ehtiyacının 85 faizini Rusiya ödəyir. Ermənistanın nəqliyyat və turizm sektoru da mayasını Rusiyadan gələn gəlirlərdən tutur. Bundan başqa hər il Rusiya Ermənistan büdcəsinə xeyli miqdarda yardımlar edir.

Həmçinin Ermənistanda həyata keçirilən bütün iri layihələrin ya sifarişçisi, ya da icraçısı Rusiya vətəndaşlarıdır. Ona görə də Paşinyanın planları Ermənistanda ciddi qarşıdurma yarada bilər. Bu hətta vətəndaş müharibəsinə qədər gətirib çıxara bilər.

Bundan başqa Rusiya Paşinyanın bir sözü ilə 102-ci ordusunu Ermənistandan çıxarısı deyil. Çünki Ermənistandan çıxmaq Rusiya üçün birdəfəlik Cənubi Qafqazı itirmək deməkdir. Ona görə də Rusiya Ermənistanda qalmaq üçün sona qədər müqavimət göstərəcək. Bu müqavimətin hərbi qarşıdurma səviyyəsinə qalxması da ehtimallar arasındadır. Bu isə bir növ Rusiya-Ermənistan müharibəsinin başlaması deməkdir.

Doğrudur, Ukraynada müharibənin davam etdiyi müddətdə bu variantın reallaşması ehtimalı azdır. Amma yox deyil. Əgər Rusiya Ermənistana müharibə elan eləsə ermənilərin arxasında nə ABŞ, nə Fransa, nə də İran dayana bilməyəcək. Bu ancaq Ermənistanın xarabalığa çevrilməsi ilə sonlana bilər.

Paşinyan region ölkələrinin əsəbləri ilə oynayır

Burda başqa, bir məsələ də var. ABŞ və Fransa təkcə Rusiyanı bölgədən çıxarmaq üçün Ermənistana gəlmir. Bu dövlətlər həm İrana, həm də Türkiyəyə daha yaxın olmaq istəyirlər. Təbii ki, ABŞ və Fransanın bu istəyi Türkiyə və İran tərəfindən cavabsız qalmayacaq. Bu da Ermənistanda yeni müharibə ocağının yaranması ehtimallarını artırır.

Bir sözlə, Paşinyan özünü çox ağıllı bilib qlobal güclərin maraqlarını Ermənistan üzərində cəmləşdirmək və bundan xeyli qazanclı çıxmaq istəyir.

Lakin Nikol unudur ki, qlobal güclərin toqquşması zamanı xırda dövlətlərin maraqları yox, taleləri belə heç kimin marağında olmur.

Bu isə o deməkdir ki, Paşinyan bilərəkdən və bilməyərəkdən Ermənistanı məhvə sürükləyir. Əgər ən yaxın zamanda Paşinyan hakimiyyətdən getməsə və yaxud hərəkətlərində redaktə aparmasa, onda Ermənistanın vəziyyəti həqiqətən “rusca” olacaq.

Surxay Atakişiyev, Bizim.Media









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35
Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32
Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25
Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21
Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18
Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14
Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12
Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04
Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02
Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00
TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58
Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21
Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17
Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10
Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01
“Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57
Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50
Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44
“Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39
İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35
Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33
Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25
Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22
Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20
Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43
ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27
Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20
Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08
Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06
Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05
Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04
"Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58
İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47
Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45
"Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41
Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru