Rusiya dibə yuvarlanır? .....                     Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil .....                     Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? .....                     Bakının COP29 TÖHFƏSİ... .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, .....                     Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı .....                     Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR .....                     “Başqa xalqların mahnılarını sırıyırlar” .....                     İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat .....                     Şuşa RMX-nin mebel və inventarla təchizatı .....                     Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib .....                     Uşaqpulu buna görə verilmir .....                     Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir .....                     Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir .....                     ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: .....                     Baboşun fanatının başı dərddə .....                     Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq .....                     Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib .....                     Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb .....                     Milli Məclisin plenar iclası başlayıb, .....                     Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” .....                     "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" .....                     İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... .....                     Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə .....                     "Niyə görə məni pensiyaya çıxarmırlar?" .....                     Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var .....                     Naxçıvansayağı təhsil siyasəti... .....                     “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var .....                     “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” .....                     Azərbaycanda DƏHŞƏT: .....                     “Bakı Telefon Rabitəsi” sığortaçı seçib .....                     Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib .....                     Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib .....                     Rusiya ordusu yeni hücuma hazırlaşır .....                     Bu gündən COP29 zolaqları qüvvədən düşüb .....                     İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... .....                     Kredit sənin üçün bitib, bizim üçün yox... .....                 

Üç od arasında: müharibə İsrail ərəblərini çətin seçim qarşısında qoyub - NƏ BAŞ VERİR?
Tarix: 19-11-2023, 08:15 | Çap et
Üç od arasında: müharibə İsrail ərəblərini çətin seçim qarşısında qoyub
7 oktyabr qırğınından və bunun ardınca İsrail müdafiə ordusunun (İMO) Qəzza sektorunda tam miqyaslı əməliyyata başlamasından sonra İsrail əhalisinin 20 faizini təşkil edən ərəblər çətin vəziyyətə düşdülər. Qəzzadakı soydaşları onlardan həmrəylik, İsrail isə loyallıq gözləyir.

Bu zaman İsrail hakimiyyəti daxili təxribatlardan çəkinir və ərəb icmasını xüsusi nəzarət altına alıb.

“Həbslər, sorğular, işdən çıxarmalar, kollecdən xaric edilmələr – ərəb vətəndaşlar İsrail təhlükəsizlik xidmətləri və hətta öz həmkarları tərəfindən təqib obyektinə çevrilir, bu da İsrail cəmiyyətini birləşdirən kövrək bağların qırılmasına səbəb ola bilər”, – solçu “Haaretz” qəzeti yazır.

İsraillilərin əhəmiyyətli hissəsi buna etiraz edib deyirlər ki, İsrail ərəblərinin bir çoxu HAMAS-ın törətdiyi qırğına görə sevincini gizlətmir və belələrini istibdad qurbanı saymaq olmaz.

Həqiqətən də müharibənin ilk iki həftəsində onlarla İsrail ərəbi sosial şəbəkələrdə açıq-aşkar fələstinpərəst yazılara görə həbs edildilər.

Onların arasında böyük sayda izləyiciləri olan influenserlər var, məsələn, Nazaretdə yaşayan müğənni Dalal Əbu Amna kimi. İsrail hakimiyyəti sosial şəbəkə auditoriyasının qızışdırılmasının ərəb vətəndaşlar tərəfindən yeni zorakılıq dalğasına səbəb olacağından ehtiyat edir.

Belə ssenari 2021-ci ilin mayında baş vermişdi: yeni gərginlik fonunda İsrail ərəbləri şəhərlərin infrastrukturunu və yəhudi qonşularını talan etməyə başladılar.

Amma indi əsas söz “müharibə”dir. İndi hər şey başqa cürdür.

“Qoy bircə zibil yeşiyini yandırmağa cəhd etsinlər”, – ölkənin mərkəzində yerləşən və ən böyük ərəb icmalarından birinin yaşadığı Ramle şəhərində sürücü işləyən Ezra deyir.

Bundan əlavə, bu ilin fevralında İsrail parlamentinin qəbul etdiyi qanun terrorçu fəaliyyətdə, ona təhrikdə və (və ya) Fələstin muxtariyyəti tərəfindən maliyyələşməkdə günahkar bilinən şəxsi vətəndaşlıqdan məhrum etməyə icazə verir.

İkinci mərhələdə həmin şəxslərin Fələstin ərazisinə, ya da qəbul etməyə hazır olan istənilən ölkəyə deportasiyası nəzərdə tutulub.

Yeni qanun hələ tətbiq olunmayıb, amma 7 oktyabr faciəsindən sonra İsrailin onu tətbiq etməyə hazır olduğuna az adam şübhə edir.

İsrail ərəbləri içində hansı əhval üstünlük təşkil edir? İndiki vəziyyət əvvəlki gərginliklərdən necə fərqlənir?

2 milyon İsrail ərəbi

Son məlumatlara görə, İsrail ərəblərinin sayı 2 milyon ətrafındadır. Bu da 9,3 milyonluq ölkə əhalisinin təxminən 20 faizini təşkil edir.

İcmanın 9 faizi katolikdir, qalanları İslama etiqad edir.

Əksəriyyət özünü fələstinli adlandırır, demək olar, hər ailənin Qəzza sektorunda və ya İordan çayının Qərb sahilində qohumları var.

İcmanın bir hissəsi sırf ərəb yaşayış məntəqələrində, bir hissəsi də qarışıq şəhər və kəndlərdə yaşayır, burada yəhudilərlə sıx ünsiyyətdə olur. Əksəriyyət ivritcə sərbəst danışır.

Hər il yüzlərlə müsəlman (bədəviləri saymadan) İsrail ordusunda xidmət etmək istədiyini bildirir, hərçənd onlar məcburi xidmətdən azaddırlar. 2020-ci ildə belələrinin sayı 600-dən çox idi.

İsrail ərəbləri yəhudilərlə bərabər hüquqlara, sosial müdafiəyə və səhiyyəyə çıxışa sahibdirlər.

Onlar 1949-cü ildə keçirilən ilk seçkilərdən bəri malik olduqları səs hüququndan fəal istifadə edirlər, parlamentdə onların maraqlarını ərəb partiyalarının bütöv bloku qoruyur.

Fələstin ərazilərində yaşayan sakinlərin əksəriyyəti heç bir ölkənin pasportuna malik olmadıqları halda, İsrail ərəbləri ölkə daxilində və dünyada sərbəst hərəkət edə bilirlər.

Onların itirəcəyi şeylər var, amma, sən demə, məsələ təkcə bunda deyil.

Üç əhvalat

İsrail ərəbləri üç şərti qrupa bölünürlər: HAMAS-ı dəstəkləyənlər, İsraili dəstəkləyənlər və əvvəlcə HAMAS-ı dəstəkləyən, amma oktyabrın 7-də baş verənlərdən dəhşətə gəlib konkret indiki situasiyada İsrailə rəğbət bəsləyən, amma ümumən Fələstin mübarizəsini dəstəkləyənlər.

Qeyri-adi vəziyyətdir. Əvvəlki gərginliklər vaxtı İsrailin ərəb icması artıq ənənəvi “işğalçı İsrail” narrativi ilə vahid cəbhədə Fələstindəki soydaşlarının tərəfini tuturdu.

Amma HƏMAS qəddarlığının mətbuatda və sosial şəbəkələrdə geniş yayılan şəkilləri bir çox İsrail müsəlmanlarını üşəndirdi.

LOD

2021-ci ilin mayında Lod yanırdı.

Şəhər Tel Əvivdən 20 km aralıdadır, burada İsrailin ən böyük “Ben-Qurion” beynəlxalq hava limanı yerləşir. İsrailin mərkəzi şəhərləri içində ən çox ərəb burada yaşayır. Ərəblər buradakı əhalinin (təxminən 82 min) 30 faizini təşkil edirlər.

O zaman – İMO-nun Şərqi Qüdsdə hərbi əməliyyatı fonunda – Lod ərəbləri bıçağa sarıldılar. Şəhərdən gələn məlumatlarda yoldan keçən yəhudilərə çoxsaylı hücumlardan xəbər verilirdi. Qaranlıq düşəndə yanacaqdoldurma məntəqələrini dağıdır, mağazaları talan edir, yaşayış evlərinin şüşələrini sındırırdılar.

İndi Lodda sakitlikdir.

“İndi vəziyyət ağırdır. Ərəblər qorxurlar ki, HƏMAS-ın etdiklərindən sonra yəhudilər qisas almaq istəyərlər”, – Lod şəhər şurasının üzvü, “Qadınlar silaha qarşı” hərəkatının həmtəsisçisi, ərəb Fida Şaheda deyir.

“Biz çoxmərtəbəli evdə yaşayırıq, xeyli yəhudi qonşumuz var. Onlar bizə elə baxırlar ki, hava həyəcanı siqnalı səslənəndə sığınacağa düşmürük”, – 52 yaşlı İsaf atmosferi belə təsvir edir.

Yəhudilərin belə əhvalının nə ilə bağlı olduğunu anlaması barədə suala İsaf müsbət cavab verir: “Biz özümüz də baş verənlərdən şokdayıq. Bu, artıq mübarizə deyil, müqavimət deyil, açıq-aşkar terrorizmdir. İndi Qəzzada yaşanan dəhşətdə də yalnız HƏMAS günahkardır”.

Fida Şaheda təsdiqləyir ki, Loddakı bir çox gənc ərəb HAMAS-la fəxr edirdi, onu ərəblər üçün nə isə edən yeganə təşkilat sayırdı. Amma informasiya gəldikcə, hadisələrə münasibətləri dəyişdi.

Bununla belə, İsaf İsrailin cavabını həddi aşmaq sayır. Onun fikrincə, İsrail nöqtə hərəkəti edə bilir, indiki halda isə dalbadal hamını cəzalandırır.

O, həm də izah edir ki, şəhərdəki gərginlik sadəcə yəhudilərin ərəblərin üzərinə atılacağı əndişəsindən doğmur. Daha çox ondan doğur ki, hazırda polisə hökumətdəki ən qatı islamofoblardan biri olan İtamar Ben-Qvir başçılıq edir.

Lod və beş kilometrdən də az məsafədə yerləşən Ramle qarışıq tipli iki böyük şəhərlərdir, burada adi hallarda həyatın episentri ərzaq bazarlarıdır. Artıq bir aydır ki, onlar qələbəlik deyillər, ərəb tacirlərin çoxu evdə qalmağa üstünlük verir.

“HAMAS etdiyini Qəzza ilə sərhəddə etdi, amma hesab et ki, ölkənin mərkəzinə gəlib çatdılar. Burada hər şey dəyişdi və biz hamımız da dəyişdik”, – İsaf deyir.

HAYFA

Hayfanın Amaqenim prospektində “Əbu Şaker” adlı humusiyə (humus adlı yemək verilən yer) var. O, sadəcə müəssisə deyil, Hayfanın görməli yerlərindən biridir.

Humusiyə 1930-cu ildə açılıb, ərəb ailəsinə məxsusdur, şəhər əhalisinin və turistlərin artıq bir neçə nəslini yedirdir.

Bütün bu illər ərzində sahibləri İsrailə loyallıqlarını gizlətməyiblər və ölkənin müxtəlif qurumlarına, məsələn, Magen David Adom (Davudun qırmızı qalxanı) milli səhiyyə xidmətinə ianələr ediblər.

Hayfa əhalisi 280 min nəfərdir, 14-18 faizinin ərəb olduğu təxmin edilir ki, onların da əksəriyyəti xristian ərəblərdir.

Humusiyənin mövcud olduğu illər ərzində Əbu Şaker ailəsinin israilpərəst fəaliyyəti yerli ərəb icmasında heç vaxt suallar doğurmayıb.

Amma oktyabrda icma arasında müəssisəni boykot çağırışı səsləndi. Bəzi məlumatlara görə, ailə təhdidlər də alıb.

Bu, müəssisənin 7 oktyabr hadisələrindən sonra İsrail əsgərlərinə pulsuz xidmət etməsi və hərbi hissələrə yemək göndərməsi ilə bağlıdır.

“Biz həmişə terroru qınamışıq və bu barədə danışmaqdan qorxmuruq. Bizim restoranımız hamı üçündür, burada ərəblərlə yəhudilər bir yerdə humus yeyirlər. Kim gəlmək istəmir – lazım deyil, gələnlərin hamısı xoş gəlir”, – müəssisənin sahiblərdən biri olan Osama İsrail mətbuatına belə deyib.

Boykot çağırışına cavab olaraq sosial şəbəkələrdə Əbu Şaker ailəsini müdafiəsi kampaniyası başlayıb.

Bir çox israillilər, o cümlədən stendapçı Hanox Daum kimi yüzminlərlə izləyicisi olan influenserlər restoranı dəstəkləməyə çağırdılar və bundan sonra orada növbələr yarandı.

“Boykota çağıranlar yerlilər deyil, Hayfa ərəbləri ailəni 100 ildir tanıyırlar. Buna kimsə quruluş verib”, – Corc adlı xristian ərəb deyir.

Osama da belə hesab edir. Onun sözlərinə görə, yüzlərlə İsrail ərəbi ailəyə və onun biznesinə dəstək olmağa gəlib.

“İnsanlar bilir ki, biz heç bir maddi qazanc güdmürük. Həmişə hərbçilərə, xüsusən də bu şəhərdə çox olan dənizçilərə, ianələr etmişik. Biz bunu restoran açılandan edirik və belə də davam edəcəyik”, – Osama İsrail ərəblərinin əfsanəvi ailəsinin adından deyir.

ŞƏRQİ QÜDS

Şərqi Qüdsün köhnə şəhərində (pandemiyanı saymasaq) yalnız 2000-ci illərin əvvəlində İkinci intifada dövründə belə az adam olub: turistlər yerli-dibli yoxdur, ərəb dükanlarının çoxu bağlı və küçələrdə İsrail polisinin gücləndirilmiş patrulu.

“Bizi addımbaşı yoxlayırlar, bir küçəni keçməmiş üç dəfə saxlayıb şəxsiyyət vəsiqəsinə baxa bilərlər”, – 23 yaşlı Abed deyir.

O, Dəməşq qapılarının yaxınlığında yaşayır, işlədiyi çörəkxana isə Aslan qapılarının yanındadır. Bu məsafə adətən 10-15 dəqiqəyə qət olunur, amma indi Abedin sözlərinə görə vaxtı hesablamaq çətindir.

Şərqi Qüds sakinlərini tam mənada İsrail ərəbi adlandırmaq olmaz. Tamhüquqlu pasport heç də hamıda yoxdur, çoxlarında İsrail ərazisində müddətsiz yaşamaq hüququ verən şəxsiyyət vəsiqəsidir.

Amma əhalinin bu hissəsinin əhvalını nəzərə almadan İsrail ərəbləri mühitindəki situasiyanın təhlili yarımçıq olardı.

Ərəb-İsrail konfliktinin gərginləşməsi əvvəllər nadir hallarda Köhnə şəhərin küçələrinin boşalmasına səbəb olurdu. Adətən əksi baş verir: Şərqi Qüdsün və Qərb sahilinin fələstinlilərindən ibarət kütlələr, əsasən gənclər, Məbəd dağı ətrafında və yəhudi məhəlləsi perimetrində fəallaşırdılar.

Amma indi, Abed deyir, vəziyyət elə gərgindir ki, az adam İsrail polisini və hərbçilərini təhrik etməyə cəsarət edir.

Ötən bazar ertəsi İrod qapıları yanında 16 yaşlı fələstinli sərhəd polisinin əməkdaşlarına bıçaqla hücum edərək iki nəfəri yaralayıb və yerində güllələnib.

7 oktyabr hadisələri ilə bağlı Abed HAMAS-ı birmənalı dəstəkləyir. Yaraqlıların dinc əhaliyə qarşı tətbiq etdikləri metodlar onu çəkindirmir.

Şərqi Qüdsün və Qərb sahilinin çoxlu ərəb gəncləri kimi o da Fələstin ərazilərinin bu hissəsini idarə edən FƏTH və Mahmud Abbasa nifrət edir.

Onun sözlərinə görə, Qərb sahilinin hakimiyyəti öz xalqı üçün heç nə etmir və yəhudi məskənlərinin Qərb sahilinin içərilərinə doğru irəliləməsinə səssiz tamaşa edir.

HAMAS-ın simasında isə Abed və dostları fələstinlilərin mənafeyinin əsl müdafiəçilərini görürlər.

“FƏTH İsraillə birlikdədir. HAMAS-ın məhvi onların xeyrinədir. O zaman Qəzza sektorunda hakimiyyəti özlərinə qaytara bilərlər”, – 23 yaşlı fələstinli deyir.

Vəziyyət nəzarətdən çıxa bilərmi?

Əlbəttə, HAMAS başladığı müharibəyə israilli ərəbləri da cəlb etməyə çalışdı, amma ərəb icmasının rəsmi mövqeyi elə həmin gün, oktyabrın 7-də səsləndi.

“Kədərli, faciəvi və pislənməli hadisələrin fonunda mən ərəb və yəhudi vətəndaşları təmkinlərini qorumağa, özlərini məsuliyyətli aparmağa, eləcə qanun və qaydalara əməl etməyə çağırıram”, -islamçı mühafizəkar RAAM partiyasının sədri Mənsur Abbas X sosial şəbəkəsində birinci yazdı.

O, həmçinin Qəzzadakı Fələstin qruplaşmalarına müraciət edərək əsirləri buraxmağa, İslam dəyərlərinə əməl etməyə çağırdı.

RAAM-dan olan deputatlar 1996-cı ildən mütəmadi Knessetdə yer alırlar. Partiya Fələstin dövlətinin yaranmasından yanadır, mühafizəkar ərəblər arasında populyardır, amma İsrail daxilində ərəb icmasının dinc yaşamasının tərəfdarıdır.

Digər ərəb deputat, hüquqşünas və “Hadaş” partiyasının lideri Əyman Ode HAMAS-ın təhrikinə qəzəbli reaksiya verdi: “Biz 1948-ci ildən işimizi görürük və bunu başımızı dik tutaraq edirik, çünki siyasi müstəvidə necə mübarizə aparmağı bilirik. Silahlı zorakılığa və İsrail daxilində ərəblər və yəhudilər arasında müharibəni qızışdırmağa yönəlik istənilən çağırış bizim üçün qəbuledilməzdir”.

Elə görünür, hazırkı məqamda İsrail ərəblərinin çoxu bu xətti tutur.

Hərçənd, onların bir çoxu İsrail hakimiyyətinin bundan sonra onları mikroskop altında yoxlayacağından, dövlətə loyal olduqlarını hələ uzun müddət sübut etməli olacaqlarından narahatdırlar.

Hazırladı: Yadigar Sadıqlı
Mənbə: https://www.bbc.com/russian/articles/cx817e15q14o
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21
Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17
Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10
Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01
“Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57
Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50
Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44
“Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39
İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35
Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33
Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25
Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22
Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20
Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43
ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27
Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20
Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08
Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06
Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05
Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04
"Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58
İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47
Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45
"Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41
Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38
Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30
“Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22
“Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17
Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12
“Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05
Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48
Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47
Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43
İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42
Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25
Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20
AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19
Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17
Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13
Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09
İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04
Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01
CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59
Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru