Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var .....                     Naxçıvansayağı təhsil siyasəti... .....                     “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var .....                     “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” .....                     Azərbaycanda DƏHŞƏT: .....                     “Bakı Telefon Rabitəsi” sığortaçı seçib .....                     Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib .....                     Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib .....                     Rusiya ordusu yeni hücuma hazırlaşır .....                     Bu gündən COP29 zolaqları qüvvədən düşüb .....                     İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... .....                     Kredit sənin üçün bitib, bizim üçün yox... .....                     Elmi-Tədqiqat Kardiologiya İnstitutu .....                     AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib .....                     Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI .....                     Vilsondan bəri ən ermənipərəst administrasiya… .....                     Bahar Muradova Faiq Ağayevi təriflədi .....                     İpoteka və Kredit Zəmanət Fondu .....                     Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib .....                     Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik .....                     CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi .....                     Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin .....                     Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... .....                     Yeni iş tapa bilməyən şəxslər üçün... .....                     `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... .....                     Burda müştərini rəsmən QARƏT EDİRLƏR .....                     Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... .....                     Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... .....                     Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? .....                     Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb .....                     Aqrar sektor niyə sürətlə geriləyir? .....                     Bayden Trampa qədər nüvə savaşı başladacaq .....                     Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram .....                     Gəlirlərin artması üçün yeni yol tapılıb .....                     “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq .....                     Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... .....                     COP29-un tarixi uğuru nə oldu? .....                     Köçəryan sirləri açdı: .....                     Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                 

İsrail kəşfiyyatının uğursuz əməliyyatı ölkəyə nəyin bahasına başa gəldi? - GƏLİŞMƏ
Tarix: 5-12-2023, 05:57 | Çap et
İsrail kəşfiyyatının uğursuz əməliyyatı ölkəyə nəyin bahasına başa gəldi?
HAMAS-ın oktyabrın 7-də İsrailə hücumu çoxları üçün gözlənilməz oldu. Çünki İsrail kəşfiyyatının belə böyük miqyaslı, bir gün ərzində hazırlanmadığı məlum olan hücumdan xəbər tutmaması ağlasığmaz görünürdü. Bəziləri hətta konspirologiyaya yuvarlanaraq, Qəzzaya hücum bəhanəsi qazanmaq üçün Tel-Əvivin aksiyaya qəsdən göz yumması kimi absurd versiya irəli sürdülər.

Həqiqətən də xeyli heyrətamiz kəşfiyyat nailiyyətləri və inanılmaz əməliyyatları olan İsrail kəşfiyyatı dünyada ən güclülərdən sayılır. Amma onun da uğursuzluqları, özü də ciddi uğursuzluqları yox deyil. Bunlardan ən böyüyü HAMAS-ın hücumundan düz 50 il əvvəl baş verdi. Bir sıra məlumatlara baxmayaraq, kəşfiyyat Misirin hərbi əməliyyatlara başlamasını qaçırdı və İsrail qəfil yaxalandı.

Geniş kütlələrə çox da məlum olmayan başqa uğursuzluqlar da var. Bunlardan biri də HAMAS liderlərindən Xalid Meşala uğursuz sui-qəsd cəhdi – “Sayrus” əməliyyatıdır.

***

Fələstin problemini sülh yolu ilə həll etməyə çalışan baş nazir İshaq Rabinin qətlindən 6 ay sonra keçirilən seçkilərdə sol düşərgə məğlub oldu. Məğlubiyyətdə HAMAS terroru da ciddi rol oynadı. Solçuların sülh yolunun perspektivinə inamını itirən elektorat sağa səs verdi. Sağçıların qələbəsindən və Benyamin Netanyahunun ilk dəfə baş nazir olmasından sonra xeyli müddət terror olmadı.

1997-ci il martın 21-də kamikadze terrorçu Tel-Əvivin “Apropo” kafesində özünü partlatdı: 3 nəfər öldü, 48 nəfər yaralandı. Dörd ay sonrakı növbəti akt isə daha qanlı oldu. İyulun 30-da iki kamikadze Qüdsün Mahane Yehuda bazarında dalbadal partlayış törətdi. Nəticədə 16 nəfər öldü, 178 nəfər yaralandı.

Belə şeylərə alışmayan Netanyahu HAMAS-a ciddi qulaqburması vermək fikrinə düşdü. Götür-qoydan sonra təşkilatın liderlərindən birini öldürmək qərara alındı. HAMAS-n əsas lideri şeyx Əhməd Yasin hələ 1989-cu ildə həbs olunmuşdu və ömürlük həbs cəzası çəkirdi. Seçim Xalid Meşal ilə Musa Əbu Mərzuk arasında edildi və birinciyə üstünlük verildi. Əməliyyata “Sayrus” adı verldi.

Qərar əvvəldən səhv idi. Çünki Meşal (elə Əbu Mərzuk da) İordaniyanın paytaxtı Ammanda yaşayırdı. Bu ölkə isə 1994-cü ildə İsraillə sülh bağlayaraq, Misirdən sonra İsraili tanıyan və diplomatik münasibətlər quran ikinci ərəb dövləti olmuşdu. Tel-Əviv Ammanla münasibətlərə xüsusi önəm verirdi. Sülh müqaviləsini imzalayan İshaq Rabin hətta “Mossad”a İordaniyada kəşfiyyat əməliyyatlarını dayandırmağı tapşırmışdı. İndi isə həmin ölkədə qətl törətmək planlaşdırılırdı.

***

Mossadın “Qeysəriyyə” adlı xüsusi əməliyyatlar bölməsinin agentləri İordaniyaya gedərək, Meşal haqda məlumatı sıfırdan toplamağa başladılar. HAMAS-ın ofisi, Meşalın evi, hərəkət qrafiki, vərdişləri – hamısını öyrənmək lazım idi. Buna vaxt lazım idi, hökumət isə tələsdirirdi.\

İordaniya Livan deyildi, burada qətl törətsən belə, onu səs-küysüz həyata keçirmək lazım idi: güllədən, partlayıcıdan istifadə etmədən. Hətta qətl olduğu bilinməsə, lap yaxşı. Buna görə də zəhərdən istifadə etmək qərara alındı.

Meşal haqqında müəyyən məlumat toplanandan sonra xüsusi zəhər – güclü anestetik olan fentalinin törəməsi – hazırlandı. Həmin zəhərin bir neçə damcısının bədənin istənilən hissəsində dəriyə düşməsi nəticəsində insan əvvəlcə huşunu itirir, sonra komaya düşür, axırda ölürdü. Üstəlik, orqanizmdən tez çıxdığından yarılma zamanı aşkar etmək də mümkün deyildi. Beləcə, qurbanın ya təbii, ya da naməlum səbəbdən ölməsi qənaəti yaranacaqdı.

Zəhəri atmağın da orijinal üsulu düşünüldü. İki nəfər Meşala yaxınlaşacaq, onlardan biri içində qazlı su olan dəmir bankanı açacaq, ikincisi həmin an su tapançası kimi bir alətdən zəhəri atacaqdı. Elə təsəvvür yaranacaqdı ki, bankadakı su sıçrayıb. Mossad əməkdaşları Tel-Əviv küçələrini gəzərək düşünüləni dəfələrlə sınaqdan keçirdilər; təbii, bu zaman ziyansız maddə səpilirdi.

Mossad tələsmək istəmirdi, amma sentyabrın 4-də HAMAS növbəti terror törətdi. Qüdsün yalnız piyadalar üçün nəzərdə tutulan Ben Yəhuda küçəsində üç kamikadze partlayışı nəticəsində 8 nəfər öldü, 181 nəfər yaralandı. Bundan sonra hökumət kəşfiyyatçılardan tələsməyi tələb etdi.

Sentyabrın 25-nə təyin olunan əməliyyatda iştirak edəcək 6 agent saxta Kanada pasportu ilə Ammana gəldi. Əməliyyatın tələsik hazırlanmasını belə bir fakt da sübut edir ki, “Mossad”çılar cəmi bircə dəfə Meşalı evdən “Fələstin yardım cəmiyyəti” adlanan, əslində HAMAS-ın ofisi olan yerə qədər müşayiət etmişdilər. Onun hərdən uşaqlarını da götürməsi və özü düşəndən sonra sürücünün uşaqları məktəbə aparmasından xəbərləri yox idi.

Aksiya günü də uşaqlar maşında idi, amma şüşələr qara olduğundan onları görmək mümkün deyildi. Meşalı izləyənlərdən HAMAS ofisinə yaxınlaşması siqnalını alan iki agent də yaxınlıqda mövqe tutdular. Xalid maşından düşüb binaya tərəf gedəndə agentlər də hərəkətə keçdilər. Bu zaman maşının arxa qapısı açıldı və Xalidin qızı atasını çağırdı.

Meşal səs gələn tərəfə döndü. Fors-major vəziyyət agentləri karıxdırdı. Onlardan biri bankanı açmadı – gecikdimi, yoxsa əməliyyatın təxirə salınmalı olduğunu düşündüyündənmi, məlum deyil. İkinci agent isə zəhəri atdı, amma Xalidin başı döndüyündən boynuna düşməli olan zəhər qulağına töküldü.

Həyatının təhlükədə olduğunu anlayan HAMAS lideri maşınına tərəf qaçdı. Agentlər hadisə yerindən uzaqlaşa bildilər, amma bir qədər getdikdən sonra onları təqib edən HAMAS üzvləri tərəfindən yaxalandılar. Bəxtlərindən polis özünü tez yetirdi və onları kütlənin linçindən xilas etdi. Digər dörd nəfər isə tələsik İsrail səfirliyinə sığındı.

Tutulanlar kanadalı olmalarında israr edərək, kütlənin onlara niyə hücum etdiyini anlamadıqlarını söylədilər. Amma polisə çağırılan Kanada səfirliyinin əməkdaşı onların kanadalı olmadığını aşkar etdi. İordaniya polisi üçün işgəncəyə müraciət etməyin problem olmadığını anlayan agentlər də “Mossad” əməkdaşı olduqlarını etiraf etdilər.

Bu zaman Xalid Meşal artıq huşsuz vəziyyətdə xəstəxanada idi. Onu tənəffüs aparatına qoşmuşdular.

***

Hadisə İordaniya kralı Hüseyn bin Talalın möhkəm qəzəbinə səbəb oldu. İsraillilər onunla hesablaşmadan ölkəsində qəsd təşkil etmişdilər. Bu, təhqiramiz idi, üstəlik, ölkədə çoxları bunu kralın razılığı ilə edildiyini düşünəcəkdi. Zatən İsraillə sülh bağlamasına görə istər ölkəsində, istər ərəb dünyasında ona münasibət birmənalı deyildi.

Hüseyn sərt davranmağı qərara aldı. Bununla həm üzərinə düşə biləcək şübhələrdən qurtulacaqdı, həm də Tel-Əvivə bir daha belə davranmaması üçün dərs verəcəkdi. Dörd nəfərin gizlənildiyi səfirlik hərbi qüvvələr tərəfindən mühasirəyə alındı. İsrailə bildirildi ki, əgər Meşal ölərsə, tutulan iki nəfər də edam olunacaq.

“Mossad”ın direktoru Deni Yatom təcili Ammana gələrək vəziyyəti izah etməyə, kralı yumşaltmağa çalışdı. Amma Hüseyn bildirdi ki, ilk növbədə Meşalın həyatını xilas etmək lazımdır. Bunun üçün isə yəhudilər İordaniyaya zəhər əleyhinə zərdabı – padzəhr – verməlidirlər. Meşal ölsə, tutulanlar edam olunacaq, səfirliyə sığınanların çıxmasına da imkan verilməyəcək.

Məsələyə İsrail-İordaniya sülhünün xaç atası sayılan Bill Klinton da qarışdı və Netanyahuya vəziyyəti xilas etmək üçün bütün addımları atmağı tövsiyə etdi. Baş nazirin göstərişi ilə padzəhr Ammana aparıldı və həkimlərə verildi.

Netanyahu ölkəsinin Avropa Birliyindəki səfiri, kral Hüseynlə yaxın münasibətlərdə olan Efraim Halevini tələsik çağırdı. Haleviyə Ammana gedərək agentləri və İordaniya ilə münasibətləri xilas etmək tapşırıldı. Nazirlər Kabinetinin fövqəladə toplantısında iştirak edən Halevi sonrakı müsahibələrinin birində deyir:

“İclasda səsləndirilən bütün təkliflər qeyri-aktual idi. Diskussiyanın sonunda bildirdim ki, İordaniyaya münasibətdə elə addımlar atılmalıdır ki, ərəb dünyası bunu İsrailin iordaniyalılara kompensasiyası kimi deyil, İordaniyanın gücü kimi interpretasiya etsin”.

Netanyahu ondan nə demək istədiyini soruşanda, Halevi şeyx Əhməd Yasinin və daha bir neçə nəfər fələstinli dustağın həbsdən buraxılmasının belə bir addım ola biləcəyini deyir. Baş nazir razılaşmır. Amma ertəsi gün səhər tezdən zəng edərək razı olduğunu deyir və Halevi Ammana uçur.

Hüseyn onu dərhal qəbul etmir. Nəhayət, qəbul edəndə, şeyx Yasinin azad edilməsinin ona ərəb dünyasında necə böyük nüfuz qazandıracağını anlayaraq, razılaşır. Amma razılıq səfirliyə sığınan dörd nəfərə aid idi. Həbs olunan iki nəfərin taleyi Meşalın sağalıb-sağalmamasından asılı idi.

Halevi dörd agenti özü ilə İsrailə apardı, Əhməd Yasin və daha 70 fələstinli azad edildi. Xalid Meşal sağalanda həbsdəki iki nəfər də buraxıldı və İsrailə göndərildi. Böhran həll olunsa da, İsrail-İordaniya münasibətlərində izsiz ötüşmədi. Üstəlik, İsrail-Kanada münasibətləri də korlandı. İsrail XİN Ottavaya rəsmi üzrxahlıq etdi.

Uğursuz qəsd Xalid Meşalın nüfuzunu xeyli yüksəltdi. Amma az sonra kral Hüseyn HAMAS-ın bütün qurumlarını və üzvlərini ölkədən çıxardı. Meşal da Qətərdə məskunlaşdı. Efraim Halevi 1998-ci ildə “Mossad”ın direktoru oldu.

Şeyx Əhməd Yasin isə İkinci intifada çərçivəsində HAMAS terroru görünməmiş vüsət aldıqda 2004-cü il martın 22-də Qəzzada helikopterdən endirilən raket zərbəsi ilə öldürüldü.

Amma bütün bunlar sonra oldu və “Sayrus” əməliyyatının İsrail kəşfiyyatının ən ciddi fiaskolarından biri olması faktını dəyişmədi.

Müəllif: Yadigar Sadıqlı - Mənbə: Pressklub.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38
Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30
“Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22
“Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17
Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12
“Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05
Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48
Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47
Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43
İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42
Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25
Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20
AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19
Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17
Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13
Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09
İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04
Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01
CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59
Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56
Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49
Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41
`Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30
Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22
Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17
Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11
Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05
Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11
Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07
Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03
Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru