Müxaliflərin iddiasına görə, Tacikistanda ən yaxşı torpaq sahəsi prezident Rahmonun qohumuna verilib
Tarix: 2-01-2024, 12:54 | Çap et
Tacikistan hökuməti bu yaxınlarda minlərlə hektar məhsuldar torpağı bir özəl şirkətə verib. Hökumətin əleyhdarları həmin şirkətə ölkənin avtoritar prezidenti Emomali Rahmonun yaxın qohumunun nəzarət etdiyini deyirlər.
AzadlıqRadiosunun tacik xidməti noyabrın 29-da Rəhmonun imzaladığı rəsmi sənədin bir nüsxəsini əldə edib. Sənəd sözügedən torpaq üzərində mülkiyyətin, müvəqqəti olaraq, "Ismoili Somoni Holding Company" şirkətinə verilməsi haqdadır.
Hökumətin biznes qeydiyyat sisteminə görə, həmin şirkətin rəhbəri Rahmatullo Asadulloyeviç Sadulloyevdir. Rahmonu tənqidə tutanlar bu adamın Rahmonun qaynı olduğunu deyirlər.
AzadlıqRadiosu açıqlama üçün Tacikistan hökumətinə üz tutsa da, material dərc edilinədək heç bir cavab almayıb.
Ən baxımlı, ən verimli torpaqlar onundur Sözügedən sənəddə hökumətin 8 min 500 hektar torpağı nədən özəl şirkətə vermək qərarına gəldiyi açıqlanmır. Söhbət paytaxt Düşənbə yaxınlığındakı yaxşı baxımlı ərazilərdə yerləşən otlaq, meşə və əkin sahələrindən gedir.
Sənəddə deyilir ki, torpağın yeni sahibi qarşıdakı 20 il boyunca ona nəzarət edəcək.
Ərazisinin 93 faizi dağlıq olan, 10 milyon insanın yaşadığı Tacikistanda torpaq çox dəyərlidir. Sıradan tacikistanlılar mal-qarasını otarmaq, qida yetişdirmək və ev tikmək üçün torpaq çatışmazlığından gileylənirlər. Dövlət qeydiyyat sistemindəki bilgiyə görə, "Ismoili Somoni Holding Company" 2006-cı ildə qurulub və o zamandan bəri, tikinti də daxil, müxtəlif sahələrdə fəaliyyət göstərib. Rəsmi sənədlərdə şirkətin rəhbəri Rahmatullo Sadulloyev haqqında hər hansı məlumat, yaxud onun fotosu yoxdur.
Korrupsiya girdabında boğulan Tacikistan Ölkənin siyasi müxalifətinə yaxın media qurumlarının fikrincə, o, Tacikistanın Birinci xanımı Azizamo Asadulloyevanın nüfuzlu Sadulloyev qardaşlarından biridir. Onlar korrupsiya girdabında boğulan bu ölkədə çox sayda gəlirli biznesə nəzarət edirlər.
AzadlıqRadiosu şirkət rəhbərinin gerçəkdən həmin ailənin üzvü, ya onun biznes portfoliosu olduğunu müəyyənləşdirə bilməyib. Tacikistanda adının içində "İsmoili Somoni" olan başqa özəl şirkətlər də var.
Tacikistanın Birinci xanımının böyük qardaşı Rahmatullo Sadulloyevin ölkənin cənubundakı Xatlon vilayətində kənd təsərrüfatı torpaqlarına və bizneslərə nəzarət etdiyi bildirilir. O, siyasətdən uzaq durur və hər hansı hökumət vəzifəsi tutmaqdan çəkinir.
İddia edilir ki, Sadulloyev bir dəfə bu sözləri deyib: "Mən Xatlonun prezidentiyəm; Rahmon Düşənbənin prezidentidir".
Ötən ilin martında Rahmon Xatlonda Beynəlxalq Prezident Məktəbinin açılışına qatılıb. Hökumətin rəsmi saytı məktəbi yerli işadamı Rahmatullo Sadulloyevin tikdirdiyini yazsa da, işadamı haqqında əlavə bilgi verməyib.
Qayınlar Prezidentin qayınları arasında ən çox Hasan Asadullozode tanınır. Onun soyadı əvvəllər Sadulloyev olub və böyük biznes portfoliosuna iri maliyyə qurumu sayılan "Orien Bank" və "Somon Air" hava yolları da daxildir. Hasanın əkiz qardaşı Huseyn Xatlon bölgəsində neft məhsulları satan bir şirkətə nəzarət edirmiş. O, ötən il 54 yaşında xəstəlikdən dünyasını dəyişib.
Qardaşlardan daha biri - Amonullo Sadulloyev ölkənin şimalında çox sayda gəlirli biznesə nəzarət edən "Somon Suğd" korporasiyasının sahibidir. Amirullo Asadullo adlı daha bir qardaş Xatlon əyalətinin mərkəzi sayılan Boxtarın meri olub.
Birinci xanım və qardaşları öz soyadlarının müxtəlif variantlarından yararlanırlar. Rahmon 1992-ci ildən bəri Tacikistanı dəmir yumruqla yönəldir. Ölkənin əksər sakinləri uzun zamandır ağır yoxsulluq içində yaşasa da, Rahmon vəzifəsindən sui-istifadə edərək özünü və qohumlarını varlandırmaqda ittiham olunur.
Ölkənin, demək olar, bütün iri bank və şirkətlərinə Rahmonun dost və dəstəkçiləri nəzarət edirlər.
Prezidentin doqquz uşağının bir neçəsinin həm özəl şirkətləri, həm də yüksək hökumət vəzifələri var.
Rahmonun böyük oğlu Rustam eyni zamanda iki önəmli vəzifə tutur: o, həm parlamentin yuxarı palatasının sədri, həm də Düşənbənin meridir. Yuxarı palatanın sədri vəzifəsi onu ölkənin ikinci şəxsinə çevirir; atası vəzifəsini icra edə bilməsə, Rustam prezident olacaq. Rahmonun qızlarından biri, Ozoda prezident administrasiyasının qərargah rəisidir. Onun əri Camoliddin Nuraliyevsə daha öncə maliyyə nazirinin və Milli Bank sədrinin birinci müavini olub.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
|