İranla bağlı plan dəyişdi: Hücum olmayacaq, amma... – Qum hədəfdə
Tarix: 7-02-2024, 09:53 | Çap et
Politoloq Vüqar Zifəroğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- ABŞ-nin İordaniyadakı hərbi bazasına hücumdan sonra İrana adekvat cavabın veriləcəyi gözlənilirdi. Hətta ABŞ Prezidenti Co Bayden və müdafiə naziri Lloyd Ostin açıq formada Tehranı hədələmişdi. Amma zaman keçdikcə daha ehtiyatlı bəyanatlar verilməyə başladı. Baş verənlərin izahı necədir?
- Hücumdan sonra “ABŞ-İran müharibəsi başlayır” kimi şərhlər gəlməyə başladı. Mən isə ilk gündən deyirəm ki, heç bir müharibə olmayacaq, olsa da, lokal xarakterli əməliyyatlar olacaq. Bundan çoxunu gözləməyə dəyməz, məsələ bu qədər aydındır.
Əslində belə də olacağı gözlənilirdi. ABŞ və İranın yüksək vəzifələri rəsmilərinin açıqlamalarında da, birbaşa toqquşmadan yayınmağa dair mesajlar vardı. Bunu hər iki ölkənin prezidentləri də bildirdilər. İran və ABŞ birbaşa qarşıdurmanın hansı nəticələrə gətirib çıxaracağını yaxşı anlayır.
Bu, təkcə ABŞ-İran yox, bütün bölgə baxımından çox dəhşətli mənzərə ortaya çıxarardı. Buna görə də, tərəflər müharibədən yayınacaqlar. Ümumiyyətlə, Yaxın Şərqdə müharibələrin modeli dəyişib, xüsusən də 1970-80-ci illərdən sonra.
Əvvəllər bölgədə ölkələrin bir-birləri ilə müharibələrinin və kənar qüvvələrin buna dəstəklərinin şahidi olurduqsa, 70-ci illərin sonları – 80-ci illərin əvvəllərində bu proseslər proksi qüvvələr vasitəsilə həyata keçirilməyə başladı. Nəticədə bir sıra hərəkatlar yarandı. Məsələn, bu gün Qəzzada İsraillə savaşan HƏMAS 80-ci illərdə yaradılıb. Eləcə də bu gün qardaş Türkiyəni təhdid edən separatçı-terrorçu təşkilatlar... Həmin təşkilatlar da 70-ci illərin sonu – 80-ci illərin əvvəllərində yaradılıb.
Proksi savaşları radikal dini hərəkatların yaranmasına da təkan verdi. Bunu Əfqanıstan, Suriya, İraq və digər ərəb ölkələrində görə bilərik. Yəni Yaxın Şərqdə savaşların modeli dəyişdi, bu gün də bölgədə savaşlar proksi qüvvələr vasitəsilə aparılır. Əlbəttə, İordaniyadakı hücum da İranın proksi qüvvələri vasitəsilə həyata keçirilib. Amerika da məhz İrana ayrı-ayrı məntəqələrdəki proksi qüvvələrinə zərbələr endirməklə cavab verəcək. Yaxud bu cavab ABŞ-nin özünün proksi qüvvələri vasitəsilə ola bilər. Ssenari bu formada gedəcək. Belə prosesləri əvvəllər də görmüşük.
Əvvəlcə ABŞ, ardınca da İran Vyana müqaviləsindən çıxdıqdan sonra Qərb koalisiyasından Tehrana dörd istiqamətdən həmlələr edilməyə başladı. Bu həmlələrdən biri İranın “Ərəb baharı”ndan sonra öz ətrafında formalaşdırdığı “şiə hilalı”nın zəncirlərini qırmaq idi. Bunun da əsas yolu İranın həmin ölkələrdəki proksi qüvvələrini zəiflətmək, həmçinin Tehranın özünü bu ölkələrdən sıxışdırıb çıxarmaqdır.
Son iki ildə Suriya və İraqda gedən proseslər bundan xəbər verir. Livanla bağlı məsələni də qeyd etmək olar. Yəni proses gedir. Bəli, İordaniyadakı son gəlişmədən sonra proses daha açıq müstəviyə daşındı. Qərb mediasında bu olayın böyük piarı aparıldı, bundan sonra açıq zərbələr başladı. Buna təkan verən də, Qırmızı dənizdəki gəlişmələr oldu.
Son bir ayda Qırmızı dənizdən gedən proseslər çox ciddi gəlişmədir. Ərəb ölkələrinin orada baş verənlərə münasibəti ayrı bir təhlil mövzusudur. Bu proses Qırmızı dənizdə logistikanı dondurub, bu, ciddi iqtisadi itkilər deməkdir. Bu fonda da, belə bir addım atılmalı idi, İordaniyada bir olay baş verdi, ardınca da ABŞ həmlələrini etməyə başladı.
Ehtimal etmək olar ki, proses Qırmızı dəniz və Qəzzadakı hadisələr fonunda davam edəcək. Yəni İranın proksi qüvvələrinə qarşı müəyyən əməliyyatlar olacaq. Amma İran-ABŞ müharibəsi olmayacaq. ABŞ-nin İranı bombardman etməyə başlayacağını gözləməyə dəyməz, ən azı yaxın gələcəkdə belə bir gəlişmə gözləmirəm.
- ABŞ və İran arasında baş verənlər danışılmış prosesdirmi? Hər iki tərəfin diqqəti əsas məsələlərdən yayındıran həmlələri bu təəssüratı yaradır, sanki bir-birlərindən göründükləri qədər də narahat deyillər.
- Məsələnin o dərəcədə olduğunu düşünmürəm. Belə fərqli fikirlər həmişə olur. Məsələ budur ki, İran və ABŞ bir-birlərinin gedişlərini çox məharətlə oxuya, gərginliyi hansısa formada öz xeyirlərinə çevirə bilirlər. Bunu dəfələrlə görmüşük. Məsələn, həm ABŞ, həm də İran “Ərəb baharı” prosesindən öz xeyirləri üçün yararlanmışdı. Eləcə də Suriyadakı hadisələr...
Amma bu o demək deyil ki, öz aralarında razılaşdırılmış addımlar atırlar. Bir-birlərini oxuya bildikləri üçün addımlarını atarkən, qarşı tərəfin buna təpkilərinin necə olacağını da nəzərə alırlar.
ABŞ-nin Tehrandakı səfirliyində baş verən girov böhranından sonra Vaşinqtonla İran arasındakı gərginlik yalnız diplomatik və iqtisadi müstəvidə gedir. İndiyədək ABŞ və İran arasında hərbi müstəvidə gərginliyinin şahidi olmuşuqmu? Yox! Proksi qüvvələr arasında müəyyən toqquşmalar olub, bu yöndə lokal əməliyyatlar keçirilib, amma iki ölkə heç vaxt üz-üzə gəlməyib.
Yenə deyirəm: bu, o demək deyil ki, tərflər arasındakı gərginlik danışılmış və ya razılaşdırılmış prosesdir. Bu nəzəriyyəyə inanmıram. Sadəcə İran və ABŞ bir-birini yaxşı tanıyır və biri-birlərinə qarşı atdıqları addımlardan maksimum yararlanmağa çalışırlar.
- Bölgədəki proksi qüvvələrinin vurulması İrana necə təsir göstərə bilər?
- İran “Ərəb baharı”ndan sonra öz ətrafındakı bəzi bölgələrə nəzarəti məhz proksi qüvvələri vasitəsilə əldə edib. İndi bu proksi qüvvələrin hədəfə alınmasında məqsəd İranı bu bölgələrdən sıxışdırıb çıxarmaqdır. Eyni zamanda, Yaxın Şərqdə İrana müxalif olan şiə qüvvələrinin formalaşdırılmasına cəhdlər var. Bunu İraqda Müqtəda əs-Sədrin timsalında gördük. Söhbət Nəcəf-Qum mübahisəsinin genişləndirilməsindən gedir. Amerika bu kimi məqamlardan faydalanmaq niyyətindədir. Əlbəttə, proksi qüvvələrinə qarşı sistemli və ardıcıl həmlələlər olarsa, bu, İran üçün təhdidlər formalaşdıra bilər. Yəni İranın bölgədən çıxması baxımından...
Bəs bu olacaqmı? Buna indi cavab vermək çətindir, zamanla bəlli olacaq. Çünki bu polemika artıq səngiyib, bunu əvvvəldə qeyd etmişdik. Durum yumşalmasa da, ən azı daha ehtiyatlı bəyanatlar verilir. Bir sözlə, proksi qüvvələrə qarşı sistemli addımların atılıb-atılmayacağı zamana bağlı məsələdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|