Fransa bu ölkə ilə hərbi əməkdaşlığa niyə üstünlük verir? - AKTUAL
Tarix: 1-05-2024, 10:32 | Çap et
Fransa üzdə digər Qərb ölkələri ilə ittifaqda olsa da, bir sıra hallarda Qərbin rəqibləri ilə əməkdaşlıqdan çəkinmir. Misal üçün Fransa prezidenti Emmanuel Makron Qərb dövlətlərini İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırarkən, Fransanın İrəvandakı səfiri Ermənistanın təhlükəsizliyi mövzusunda Parisin Tehranla əməkdaşlıq etdiyini bildirib. Fransanın Ermənistana göndərdiyi hərbi texnikanın bir qisminin İran üzərindən İrəvana çatdırıldığı istisna deyil. ABŞ və Avropa İttifaqı ölkələrinin Çinlə münasibətlərində xeyli problem var. Buna baxmayaraq, Paris Pekinlə də əməkdaşlığı inkişaf etdirməyin yollarını arayır. Buna misal olaraq Fransa Silahlı Qüvvələri ilə Çin Xalq Azadlıq Ordusu hərbi əməkdaşlıq üçün yeni mexanizm yaratdığını söyləmək olar. “South China Morning Post” nəşrinin yazdığına görə, iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq qarşılıqlı etimadı və əməkdaşlığı daha da dərinləşdirəcək, həmçinin regional təhlükəsizlik və sabitliyi birgə töhvə verəcək. Nəşr Çin Müdafiə Nazirliyinə istinadən bunları yazıb. Belə çıxır ki, ABŞ, Böyük Britaniya, Yaponiya, Hindistan, Avstraliya, Yeni Zellandiya və Çinə qonşu olan digər dövlətlər Pekinin qərarlarından narahat olarkən, Fransa Çinlə hərbi əməkdaşlıq mexanizmlərini müzakirə edir. Ancaq bu iki ölkənin rəqabət etdiyi bölgələr də var. Çin Afrikada Fransanın sıxışdırılmasından istifadə etməyə çalışır. Çin təkcə Afrikanın ən böyük ticarət tərəfdaşı deyil, həm də onun ən böyük ikitərəfli kreditorudur. Son 15 ildə Çin və Afrika ölkələri arasında ticarət 282,1 milyard dollara çatıb. Çinin ixracın böyük hissəsi Cənubi Afrika, Anqola və Konqo Demokratik Respublikasına yönəlib. Nigeriya isə Çin mallarının ən böyük idxalçısıdır. Afrikanın böyük təbii ehtiyatlarına və strateji infrastrukturuna çıxış üçün Çin və Afrika dövlətləri arasında müxtəlif ikitərəfli müqavilələr imzalanıb. Çin şirkətləri Afrikanın infrastruktur müqavilələrinin 31 faizində iştirak edir. Bu, əsasən köhnə ticarət marşrutlarını - İpək Yolu (quru ilə) və Dəniz İpək Yolunu canlandırmaq məqsədi daşıyan Çinin “bir kəmər, bir yol” təşəbbüsü tərəfindən dəstəklənib. Çin Keniyada dəmir yolları, Cibuti və Nigeriyadakı limanlar kimi bir neçə meqalayihəni maliyyələşdirib. Bununla belə, Çinin Afrikadakı bir neçə infrastruktur layihəsi borc tələsi olduğu üçün tənqidlərə məruz qalıb. Bir sıra ölkələr Çini “borc tələsi diplomatiyası” yürütməkdə ittiham edir, nəticədə Afrika yüksək iqtisadi tarifləri qəbul edir. ABŞ-ın keçmiş dövlət katibi Reks Tillerson bəyan edib ki, Çinin strategiyası qeyri-müəyyən müqavilələr, soyğunçu kreditlər və dövlətləri borcla yükləyən və onların suverenliyini aşındıran, davamlı inkişafa mane olan korrupsiya sövdələşmələri vasitəsilə asılılığı gücləndirir. Çinə ən çox borclnanan Afrika ölkəsi Keniyadır. Pekin Keniyanın borc üzrə faizlərin təxirə salınması təklifini rədd edib. Fransa Çinin Afrikadakı fəallığını əngəlləyə bilmir. Buna baxmayaraq, Afrika ölkələrinin Çinə artan borcları Parisdə məmnuniyyətlə qarşılanır. Fransada düşünürlər ki, Afrika ölkələrinin Çinlə münasibətləri gərginləşərsə, həmin dövlətlər yenidən Parislə əməkdaşlığa üstünlük verə bilərlər. Ancaq Fransanın kolonial siyasəti Çinin siyasətindən fərqlənmir.
“Atlas” Araşdırmalar Mərkəzi dia-az.life
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
|