Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                 

Generalitetə qarşı repressiya və “təmizləmə” - Putin klanları zərərsizləşdirir
Tarix: 14-05-2024, 19:02 | Çap et
Generalitetə qarşı repressiya və “təmizləmə”
Yenidən Rusiya Prezidenti olan Vladimir Putin ölkənin müdafiə sistemində radikal dəyişikliklərə gedir. Ukraynaya qarşı təcavüzkar müharibə aparan ölkənin Prezidenti yeni hökumət kabinetində uzun illərdir müdafiə naziri olan Sergey Şoyqunu görmək istəmədi, generalı Təhlükəsizlik Şurasının katibi postuna göndərdi. Putin federasiya Şurasına təklif göndərib ki, yeni müdafiə naziri postunda Andrey Belousovu görmək istəyir. Federasiya Şurası Belousovu təsdiqləsə, Putin onun nazir təyinatı barədə sərəncam imzalayacaq.

Ekspertlər hesab edirlər ki, federasiya Şurası Kremldən gələn təklifi müsbət qarşılayacaq və Belousovun namizədliyini təsdiqləyəcək. Dünya mediasında Putinin müdafiə sistemi ilə bağlı addımları müzakirə olunmaqdadır. Nəzərə almaq lazımdır ki, Belousov hərbçi deyil – iqtisadçıcır. “Putinin əsgəri” adnlandırılan Belousovun müdafiə naziri təyinatını dəyərləndirən bəzi ekspertlər hesab edirlər ki, bu, ordudakı korrupsiyanın qarşısını almaq və müdafiə sistemini iqtisadi cəhətdən gücləndirmək məqsədi daşıyan addımdır.

“Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə fərqli düşünür. Analitik AYNA-ya müsahibəsində deyib ki, Putinin müdafiə sistemində apardığı dəyişiklik, Şoyqunun müdafiə naziri postundan uzaqlaşdırması və generalın əvəzinə nazirliyə mülki şəxsi rəhbər təyin etməsi Kreml sahibinin ənənəvi siyasətinin davamıdır:

- Putin Rusiyada hakimiyyətə gələndən bu yana müdafiə naziri postunda olanların heç biri hərbçi olmayıb. Şoyqunun özü də hərbçi deyil. Bu şəxs vaxtilə Fövqəladə Hallar Nazirliyindən gəlib Moskva vilayətinin qubernatoru olmuşdu. Ondan sonra Şoyqu bütün komandası ilə birlikdə Müdafiə Nazirliyinə rəhbər gəldi. Uzun illər idi ki, hərbçi olmayan general nazir idi. Bunun özü də təzadlı haldır. Belousovun, yəni bir iqtisadçının işğalçı müharibə aparılan zaman müdafiə naziri təyin edilməsi də Şoyqunun vaxtilə təyinatına bənzəyir. Dediyim kimi, Putinin ənənəvi təyinat siyasətinin davamıdır.

- Bu təyinatın Rusiyanın ordu sistemindəki korrupsiya halı ilə bağlı olduğu şərh edilir. Bildirilir ki, Putin rüşvətə bulaşmamış Belousovu nazir təyin etməklə ordudakı korrupsiyanın qarşısını almaq istəyir...

- Əlbəttə, bu təyinat heç də korrupsiya ilə bağlı deyil. Putinin siyasətində bu xətt hakimiyyətə gəldiyi zamandan var. Məqsəd də Müdafiə Nazirliyinin hərbçilərin əlində olmamasını təmin etməkdir. Çünki hərbçilər Putinin FSB komandasına daxili müxalifətdir. Putin çalışır ki, Müdafiə Nazirliyinin başındakı öz adamı olsun. Korrupsiya Putin hakimiyyətinin işlək mexanizmidir. Müdafiə Nazirliyindəki korrupsiyalardan, maxinasiyalardan əlbəttə ki, Putin xəbərdardır. Bundan xəbəri olmaması mümkün də deyil.

Müharibənin uduzulmasının, belə deyək, ciddi uğur əldə edilməməsinin səbəbi elə həmin korrupsiyadır, idarəçilik sisteminin yararsızlığıdır.

- Müharibə davam etdiyi bir vaxtda müdafiə nazirinin dəyişdirilməsi maraq doğurur. Putin bu addımı müharibənin uzanacağı ehtimalına görə atdı? Belə fikirlər var ki, Kreml rəhbəri düşünür ki, hərbi sistemdə iqtisadi vəziyyət gücləndirilməlidir ki, uzunmüddətli müharibə aparıla bilinsin...

- Düşünmürəm ki, Belousovu nazir təyin etmək Ukraynaya qarşı aparılan müharibəyə görədir. Putin ilk növbədə öz hakimiyyətini möhkəmləndirmək üçün yaxın adamı olan iqtisadçı Belousovu nazir postuna əyləşdirir.

Qeyd edim ki, dəyişikliklər Şoyqu ilə bitməyəcək. Bilirsiniz ki, onun müavini bu yaxınlarda həbs edildiYəqin ki, Şoyqunun ardınca digər müavinlər də istefaya göndəriləcək. Orada Şoyqunun birinci müavini var – Ruslan Tsalikov. Tsalikov da vəzifəsindən kənarlaşdırılacaq. Yeri gəlmişkən, Tsalikov da, həbs olunan müavin Timur İvanov da əvvəllər Şoyqu ilə birgə Moskva qubernatorluğunda rəhbər vəzifədə olublar.

Məncə, bu repressiya dalğasına Rusiya Baş Qərargahındakı müəyyən generallar da düşəcəklər. Yəqin ki, Baş Qərargahdan da kimlərsə vəzifəsindən kənarlaşdırılacaq. Ola bilsin ki, həbslər də baş versin. Putinin məqsədi ordunu öz iradəsinə tabe etdirməkdir.

- Rusiya ordusu Putinin iradəsindən kənarda idi?

- Tam iradəsi altında deyildi. Məqsəd ordunun siyasətə qarışmasını əngəlləməkdir. Çünki indiki dönəmdə Müdafiə Nazirliyində dəyişiklik etmək, naziri dəyişmək müharibə aparan ölkənin müharibədə uğursuzluğu ilə nəticələnə bilər. Putin bunu başa düşür. Amma bu addımı atırsa, demək ki, məsələ son dərəcə ciddi olub.

- Maraqlıdır ki, Putin Şoyqunu cəzalandırmadı, Təhlükəsizlik Şurasının rəhbəri postuna göndərdi?

- Şoyqunun Təhlükəsizlik Şurasına katib gətirilməsi və bu vəzifədən Nikolay Patruşevin uzaqlaşdırılması da eyni məqsədə xidmət edir. Putin hökumətinin daxilində iki ciddi qruplaşma var idi – biri təhlükəsizlik orqanlarında ciddi dayaqları olan Patruşevin rəhbərlik etdiyi quruplaşma idi, digəri ordu daxilində ciddi dayaqları olan Şoyqunun rəhbərlik etdiyi klan idi. Putin demək olar ki, bu qruplaşmanın zərərsizləşdirməyə başladı. Şoyqunun bir müavini həbs olunub, yəqin ki, digər müavini də istefaya gedəcək. Baş Qərargahdan da yəqin ki, generallar istefaya göndəriləcək, ya da həbs olunacaq. Bu, birinci qanadın zəiflədilməsidir. İkinci qanadın zəiflədilməsi isə Patruşevin yola salınması və onun yerinə Şoyqunun gətirilməsidir. Təbii ki, Şoyqu yeni vəzifəsində Patruşev qədər təsirə malik olmayacaq.

Putin Patruşevin oğlunu Baş nazirin müavini təyin etməklə həm Patruşevə güzəştə getmiş kimi oldu, həm də onun rəhbərlik etdiyi qrupu zərərsizləşdirdi. Yəqin ki, müəyyən müddətdən sonra təhlükəsizlik qurumlarında da vəzifələrdən kənarlaşdırılma baş verəcək. Ola bilsin ki, Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkin vəzifəsindən göndərilsin. Daxili işlər naziri Vladimir Kolokoltsev və hətta FSB-nin rəhbəri Aleksandr Bortnikov da vəzifəsindən kənarlaşdırıla bilər. Bütün bu addımların məqsədi müdafiə sistemini gücləndirmək və müharibəni udmaq deyil. Əlbəttə, Putin istəyir ki, müharibədə qələbə qazanılsın. Müharibə uzanacaq, bu, məlumdur. Amma Putinin prioriteti hakimiyyəti qorumaq, hakimiyyətin bütün qanadlarını nəzarətinə almaqdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14
Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru