Ukraynada yaşamaqdan alınan dərs... - oliqarxiya və populistlərin zərəri
Tarix: 27-05-2024, 14:02 | Çap et
Ukraynada sürdüyüm həyatdan öyrəndiyim əsas dərs odur ki, heç vaxt, heç bir halda ölkədə hakimiyyətin oliqarxiya və populistlərin, tamamilə hazırlıqsız və səriştəsiz insanların əlinə keçməsinə icazə verilməməlidir. Bütün bunlar son nəticədə dövlətin dağılmasına gətirib çıxara bilər. İndi Ukraynada baş verənlər də məhz budur. Təəsüf hissi ilə deməliyəm ki, Ukrayna artıq bir çox dövlətçilik atributlarını itirib.
Ukrayna tamamilə Qərb silahlarının tədarükündən və ona maliyyə yardımı göstərilməsindən asılıdır. Onlarsız Ukraynanın döyüşmək və maaş, pensiya ödəmək üçün heç bir imkanı olmayacaq. Bu aksiomadır. Buna görə də, dünyanın istənilən ölkəsinin rəhbərliyi, əgər müstəqilliyini möhkəmləndirməkdən narahatdırsa, onun maliyyə sabitliyini təmin etməyə, xarici borcunu azaltmağa, “dar gün” üçün müxtəlif növ fondlar formasında “ehtiyat bankı” yaratmağa borcludur.
Eyni zamanda, ölkə rəhbərliyi etibarlı, sınanmış müttəfiqlərdən texnologiyalar və ən müasir silahlar alaraq güclü və özünü təmin edən hərbi sənaye kompleksi qurmalıdır. Bütün bunlar külli miqdarda vəsait tələb edir. Amma burada öz ordusunu yedirtmək istəməyən ölkənin başqasının ordusunu yedirdəcək ifadəsi həmişəkindən daha çox özünü doğruldur. Ukraynada müstəqillik əldə etdiyi vaxtdan ordunun gücləndirilməsi və hərbi sənaye kompleksinin inkişafı heç vaxt prioritet məsələ olmayıb. Nə az, nə çox, bu sektorlar ancaq Pyotr Poroşenkonun prezidentliyi dövründə nəzarətə götürülüb. Və bu, zorən baş verdi, çünki Rusiya Krımı ilhaq etmiş və Donbassda müharibəyə başlamışdı.
Ukraynanın hazırkı Prezidenti Volodimir Zelenskinin dövründə o qədər səhv addımlar var ki, onların qeyri-professionallığı adamı şoka salır. Zelenski və komandası Rusiyanın genişmiqyaslı işğalına hazırlaşa bilmədilər, baxmayaraq ki, müttəfiqləri onlara bu barədə xəbərdarlıq etmişdilər. Zelenski özü açıq şəkildə bildirdi ki, onun üçün güclü ordu və hərbi sənaye kompleksi qurmaqdansa, yolların tikintisi daha yüksək prioritet idi. Və buna görə də, o, müttəfiqlərdən hərbi yardımın olmamasından şikayətlənəndə ona xatırladacaq bir çox şey var.
Gəlin davam edək. Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnını siyasi rəqib görən Zelenski onu Ukrayna ordusu sıralarından azad edərək, Böyük Britaniyaya səfir göndərib. Zalujnı ilə birlikdə müxtəlif səbəblərdən bir çox hərbi zabit Ukrayna ordusunu tərk etdi. Bunun nəticəsini hamımız cəbhədə görürük. İlin əvvəlindən 800 kvadratkilometrə yaxın Ukrayna ərazisi işğala məruz qalıb. Müqayisə üçün qeyd edim ki, 2023-cü ildə Rusiya ordusu cəmi 600 kvadratkilometr ərazini tuta bilmişdi.
Eyni zamanda, çox yaxşı xatırlayıram ki, Zelenski keçirdiyi mətbuat konfransları zamanı Ukraynanın son bir ildə heç bir xüsusi ərazi itkisi olmadığını vurğulamağa hər cür cəhd edib. Bütün komandasını dəyişmək istəyi ilə bağlı suallara isə Ukrayna Prezidenti mənfi və əsəbi cavab verdi. Vəziyyətin nəzarətdə olduğunu hamıya sübut etməyə çalışdı. Bu, doğru deyildi. İndi hər kəs bunu görə bilər.
Hər kəs indi daha çox şeyi görə bilər. “Birinci istehkam və mina xətti sadəcə mövcud deyildi. Düşmən, prinsipcə “boz” olmamalı olan bütün kordon xətti boyunca boz zonaya sərbəst daxil oldu!” - Volçansk yaxınlığında müdafiəni tutan ukraynalı komandir Denis Yaroslavski yazdı: “2 il ərzində Ukrayna sərhədində yeraltı 3 mərtəbəli beton istehkamlar olmalı idi. Amma heç biri yox idi. Biz belə qənaətə gəlirik ki, bu ya dəlicəsinə oğurluqdur, ya da qəsdən təxribatdır”.
“The Guardian” Ukrayna ordusunun veteranının sözlərindən sitat gətirir: “Ukrayna Silahlı Qüvvələrinin bölmələri “sadəcə döyüşməyə hazır deyildi”, “komandir heyəti Rusiyanın məşhur hücumuna hazır deyildi” və müdafiə strukturları düzgün yerləşdirilməyib. Sonda bütün bunların günahı Ukraynanın Ali Baş Komandanı Volodimir Zelenskinin üzərinə düşür.
Ancaq bu, hamısı deyil. Yaxşı xatırlayıram ki, Zelenski Zalujnının yarım milyon ukraynalının səfərbər edilməsi tələbinə heç cür məhəl qoymadı. O, Zalujnıdan dəqiq plan lazım olduğunu bildirdi. Bu, söz oyunundan başqa bir şey deyildi. Nəticə etibarı ilə biz gördük ki, tərkibində “Xalqın xidmətçisi” Partiyasının monoçoxluq təşkil etdiyi Ukrayna Ali Radası səfərbərlik haqqında qanunun qəbulunu 6 ay ləngitdi, nəhayət, onu çox, lap çox, yumşaq, qəribə formada qəbul etdi. Bu qanun tammiqyaslı rus işğalının ilk günlərindən döyüşənlərin ordudan çıxarılmasını nəzərdə tutmur.
Bu nəyə gətirib çıxardı? Böyük vaxt itkisinə və uzun müddət mübarizə aparanların yorğunluğuna. Amma onların sayı da azalır. Ukraynanın bir çox blogerləri və siyasətçiləri açıq şəkildə bəyan edirlər ki, ölkə rəhbərliyi öz reytinqinin daha da aşağı düşməsindən ehtiyat edərək səfərbərlik məsələsini şüurlu şəkildə sabotaj edir. Yük maşınlarının sürücüləri orduya çağırılmağa başlayırlar. Onları yolun ortasında saxlayıb, yoldan çıxarıb çağırış vərəqəsi verirlər. Nəticədə, bir çox yük maşını sürücüləri ölkəni tərk edərək, sadəcə olaraq ora qayıtmadılar.
Bu nəyə gətirib çıxara bilər? Bu barədə “Xvilya” internet nəşrinin baş redaktoru, bloger Yuri Romanenko öz proqnozunu verib. O, “Facebook” səhifəsində Ukraynanın iqtisadi çöküş olmasa da, ciddi problemlərlə üzləşəcəyini proqnozlaşdırıb: "Bu, təkcə nəqliyyata deyil, bütün digər sektorlara da aiddir. Çatdırılma qiyməti kəskin artacaq. Hətta ikiqat çizburger üçün də daha çox pul ödəməli olacaqsınız. Zibil yığımı ilə məşğul olan dostlarımın dediyi kimi, bəzi şəhərlərdə zibil yığılıb qalaqlanması realdır. Heç kim səbəblər və nəticələr haqqında düşünmək niyyətində deyil”.
Bu, Ukrayna hakimiyyətinin həvəskarlığının, qeyri-professionallığının daha bir sübutudur. Ancaq indi Ukrayna başqa bir böyük problemlə - kritik elektrik çatışmazlığı ilə üzləşib. Nəticədə, mayın 15-də saat 19:25-dən 22:00-a qədər “Ukrenerqo” Ukraynanın bütün regionlarında sənaye və məişət istehlakçıları üçün elektrik enerjisinin idarəolunan fövqəladə fasilələrini tətbiq edib. Eyni zamanda, qurum mayın 16-da saat 00:00-dan və bütün gün ərzində Ukraynanın bütün ərazisində məişət və sənaye istehlakçıları üçün planlaşdırılmış məhdudiyyətlərin tətbiq ediləcəyini bildirdi. İntervallar: 2-3-4, indi isə 2-4-3 saatdır.
Ukrayna hökuməti ona yaxın olan blogerlərin vasitəsilə bütün günahı ukraynalıların öz üzərinə yıxmağa çalışır. Məsələn, ukraynalı investisiya bankiri, “Dragon Capital”ın borc qiymətli kağızlarının satışı departamentinin mütəxəssisi Sergey Fursa artıq çıxış edib. “Ukraynalıların kondisionerləri işə saldığını, isinməyə başladığını, bu səbəbdən qıtlığın artdığını və son bir ayda olduğu kimi, təkcə sənayeni deyil, həm də əhalini söndürmək lazım olduğunu” ifadə edən mətn yayıb.
Sonra ittihamlardan hədə-qorxuya keçir: “Və bu, sadəcə olaraq, bir məşqdir, çünki qarşıda yalnız iyul, avqust var və heç kim qlobal istiləşməni ləğv etməyib. Daha da böyük bir kəsir olacaq. Hansı ki, idxalla tam əhatə oluna bilməz”.
Bunu niyə yazır? Əhali üçün elektrik enerjisinin daha bir bahalaşmasına haqq qazandırmaq üçün. O, iddia edir ki, “indi elektrik enerjisi əslində pulsuzdur, insanlar yalnız onun çatdırılma xərcini ödəyirlər”. Bu da tariflərin tezliklə artacağına dair açıq siqnaldır. Ukrayna enerjisi kimə məxsusdur? Oliqarxlara. İlk növbədə Rinat Axmetova. Hansı ki, bütün məsələlərdə indiki hakimiyyətlə razılaşdı. Deməli, bütün yük yenidən sadə ukraynalıların çiyninə düşəcək. Və bu, ölkədə hakimiyyətin oliqarxiya və onun əlaltılarının əlinə verildiyi vəziyyətin yanlışlığına bir daha sübut olacaq, bir daha sübut edəcək ki, onlar da başqa şeylərlə yanaşı, həvəskar və populistdirlər.
Müəllif: Əkbər Həsənov - AYNA.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
|