Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                 

“Rusiya geri addım atmadığı kimi, müharibədən əvvəlki vəziyyətinə də qayıtmayacaq” - İNCƏLƏMƏ
Tarix: 7-06-2024, 08:12 | Çap et
“Rusiya geri addım atmadığı kimi, müharibədən əvvəlki vəziyyətinə də qayıtmayacaq”
Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak UNIAN-a müsahibəsində Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsindəki son vəziyyət, sülhün əldə olunması kimi məsələlərlə bağlı müsahibə verib. AYNA müsahibədəki maraqlı məqamları istinadla təqdim edir:

- Çoxları deyir ki, Rusiya Federasiyasının hansısa ərazisində Qərb silahlarından istifadəyə icazə verilməsi bu müharibədə böyük qələbə, dönüş nöqtəsidir. Bu dönüş nöqtəsini görürsünüzmü?

- Biz illüziyalardan qurtulmalıyıq. Rusiya həmişə təhlükə olacaq. Rusiya itirməlidir. Rusiyanın uduzması üçün sadəcə lazım olan hər şeyi Ukraynaya vermək lazımdır. Rusiya sözdən anlamır, Rusiya müqavilələri başa düşmür, Rusiya müasir sivilizasiya üçün bu gün hakim olan qaydalar çərçivəsində yaşamağa hazır deyil.

Məncə, dönüş nöqtəsi silahların sayında paritetin olmasıdır. Rusiya ərazisinə zərbələrin endirilməsinə icazə diplomatik qələbə sayıla bilərmi - bəli, əlbəttə. Çünki bu, başqa səviyyəli müzakirədir. Bəli, hələ tam deyil, ancaq addım-addım hər şey lazım olduğu səviyyəyə qalxacaq. Mən hər zaman bu barədə danışıram ki, bütün qərarlar Ukraynanın xeyrinə veriləcək. Bütün növ silahlar Ukraynaya veriləcək. Bütün tabular aradan qaldırılacaq.

Bizim indiki problemimiz başqadır - bütün bunlar gec olmamalıdır. İstənilən anda müəyyən sayda silahımız olmalıdır. Bütün qadağalar aradan qaldırılmalı, strategiya, taktika və ya müharibə daxilində əməliyyat-taktiki hərəkətlər çərçivəsində zəruri hesab etdiyimizi etmək hüququmuz olmalıdır. Əgər bu icazə daha sonra verilsə, gec ola bilər. Çünki Rusiya tərəf artıq buna uyğunlaşa biləcək, hazırlaşacaq, müdafiə strukturları tikir.

Əgər bu müzakirələr – Ukrayna səmasının mühafizəsi, NATO silahlarının Rusiya ərazisində istifadəsinə icazə verilməsi və buraya xarici kontingentlərin yeridilməsi mümkünlüyü - vaxtında, tam hərbi əməliyyatların başlanmasının ilk iki-üç həftəsindən sonra aparılmalı idi.

Amma buna baxmayaraq, bu müzakirələrin bu gün getməsi faktı odur ki, həm buna ən mühafizəkar baxan ABŞ-dan, həm də cəmi üç il əvvəl Rusiyanın az qala tərəfdaşı sayılan Almaniyadan artıq konkret bəyanatlar var.

Rusiya Federasiyasının ərazisini vurmaq üçün icazə əgər davamlı olaraq raket çatışmazlığı varsa, heç nəyi ifadə etmir. Bu raketlər sadəcə olaraq, kifayət etməyəcək. Buna görə birlikdə nəticə verəcək bir sıra addımlar atılmalıdır.

- Söhbət hansı addımlardan gedir?

- Birincisi, silahların sayı artmalıdır, ikincisi aviasiya komponentləri, eyni zamanda, F-16-lar verilməlidir. Üçüncüsü, raketdən müdafiə sistemləri, dördüncüsü, müəyyən məhdudiyyətləri xüsusi olaraq aradan qaldıran xüsusi hüquqi icazələr olmalıdır. Çoxlu raket əleyhinə müdafiə sistemləri olmalıdır və onlar səmanı, o cümlədən cəbhə xətti boyunca daha effektiv şəkildə örtməyə imkan verməlidir.

- Bu dörd məqamdan hansı yerinə yetirilir, hansı ləngiyir?

- Hamısı icra olunur və hər şey ləngiyir. İstənilən halda bütün qərarları onlar, yəni tərəfdaşlar verəcəklər. Bir il yarım-iki il əvvəl biz HIMARS-ın təmin edilib-edilməyəcəyini müzakirə edirdik. Ümumiyyətlə, tərəfdaşlarımızın bunu təmin edəcəyini düşünmək belə mümkün deyildi. Sonra “Abrams”, “Leopard” və ondan əvvəl 777 - 155 kalibrli artilleriya haqqında danışırdıq. ATACAMS, F-16, bəzi “Patriot” və SAMP/T sistemləri ilə bağlı suallar artıq cavablanıb. Hamı bu silahları tədarük edəcəyini bəyan edib. Formula aşağıdakı kimi işləyir - hər kəs verəcək, sadəcə olaraq, bu düsturda həmişə bir əskiklik var - gecikmə ilə verilir.

Təəssüf ki, Qərb tərəfdaşlarımız “Baxın, Ukrayna bütün bu resursa sahib olacaq” demək əvəzinə, standart, mühafizəkar yolla – az-az təmin etməkdədirlər.

- Ukrayna Rusiyanın nüvə infrastrukturuna iki uğurlu zərbə ilə nüvə eskalasiyası nağılını məhv etməyə başladı və bütün dünya Rusiyanın da bu “qırmızı xətti” udduğunu başa düşdü. Kiyev bu addımlarla tərəfdaşlarının qərar qəbulunu sürətləndirə bilərmi?

- “Qırmızı xətlər” yoxdur, bu, əvvəldən aydın idi. Nüvə silahları yeni “Soyuq müharibə” konsepsiyasında çəkindirici rol oynamağa imkan verdi ki, bu da bizim məhdudlaşdırma konsepsiyası, geosiyasi proseslər çərçivəsində necə işlədiyimizə dair seminar və simpoziumlar keçirməyə çərait yaratdı. Əslində “qırmızı xətlər” yoxdur, Rusiya çox tez başa düşdü ki, Qərb tərəfdaşları nəzəri konstruksiyaları bəyənirlər və onları bir-birinin ardınca çəpərləməkdə davam edirdilər – prinsipcə, tamamilə təbliğat xarakterli olan qorxuları daim şişirdirdilər.

“Qırmızı xətlər” yoxdur. Ancaq mən burada sadəcə qeyd edərdim - Ukrayna nüvə infrastrukturuna zərbə vurmur, əksinə, Rusiyaya ərazimizdə baş verən hər şeyi izləməyə, raket və dron zərbələri endirməyə imkan verən üfüqdən kənar radar stansiyalarını məhv edir. Bu, tamamilə adi müharibə çərçivəsindədir.

İki illik müharibədən sonra indi baş verən hər şey açıq şəkildə göstərir ki, dünya tamam başqadır və mən “dünya” dedikdə demokratik ölkələri nəzərdə tuturam. Onlar Rusiya və Ukraynanı tamam başqa cür qəbul edirlər, bu müharibənin mahiyyətinə tamam başqa cür baxırlar, Ukraynaya tamam başqa cür kömək edirlər, əks-müharibə və anti-Rusiya təbliğatının həcmi və maliyyəsi tamam başqadır.

Hətta Rusiya ərazisinə zərbə endirməyə icazə verilməsi, Ukrayna səmasında passiv müdafiə yaratmaq üçün Qərbin hərbi texnikasından istifadə ilə bağlı müzakirələr - bu, dünən təsəvvür olunmayan səviyyədə müzakirələrdir. Bu isə onu deməyə əsas verir ki, dünya kəskin şəkildə dəyişib və Rusiya geri addım atmadığı kimi, müharibədən əvvəlki vəziyyətinə də qayıtmayacaq. Rusiya həmişə ekspansiyanı davam etdirməyə çalışacaq və deqradasiyaya uğramış, dəyərsiz bir ölkə olaraq qalacaq.

Qərb dünyası Rusiya Federasiyasına qarşı Merkel tipli tolerantlığına qayıtmayacaq və bu, bundan sonra baş verəcək hər şeyi əhəmiyyətli dərəcədə dəyişdirir. Ona görə də müharibədə həqiqətən ədalətli sona çatacağımıza böyük ümidlər bəsləyirəm.

- Qərbin Ukraynaya və xalqına qarşı fikirləri də dəyişdi...

- Bəli, böyük dəyişiklik oldu. SSRİ-nin dağılmasından sonra Ukraynanın və bir çox postsovet ölkələrinin düzgün mövqe tutmaması Qərb dövlətləri arasında belə bir illüziya yaratdı ki, postsovet məkanı Rusiyanın bu və ya digər peykləri olan dövlətlərdən ibarətdir. Belə hesab olunurdu ki, Rusiyanın bu məkanda istədiyi kimi davranmaq hüququ var. Amma biz bu illüziyanı aradan qaldırdıq. Göstərdik ki, Rusiya Federasiyası ilə sərhədimiz olsa da, Rusiya ilə vahid mədəniyyət və informasiya məkanına malik olsaq da, biz tamamilə fərqliyik. Yalnız son iki il ərzində bunu göstərə bildik, lakin bu, 2014-cü ildən sonra başa düşülməli idi. İndi tərəfdaş ölkələrin gözündə biz tamamilə fərqli insanlar kimi görünürük, ruslar kimi deyil, həm psixi münasibətlərdə, həm də psixo-emosional baxımdan onlardan fərqli olduğumuzu anlayırlar. Bu da çox yaxşıdır. Bu, açıq şəkildə göstərir ki, bu müharibə SSRİ adlı mifin son süqutu ilə başa çatacaq. 1991-ci ildə olmayanlar indi baş verir – Təəssüf ki, qanlı formada, həm də Ukrayna ərazisində.

- İndi Ukraynaya yardım və məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı beynəlxalq müzakirələr artıq o səviyyədədir ki, dünən biz bu barədə düşünə də bilməzdik. Biz bu səviyyəni yüksəldə bilərikmi?

- Düşünürəm ki, səviyyəni yüksəltməyə ehtiyac yoxdur, çünki o, artıq yüksək səviyyədə - düzgün müzakirə səviyyəsindədir. Bizim yaxşı lobbiçilərimiz var - həm Şimali Avropa, həm də Şərqi Avropada. Məsələn, ABŞ Konqresində və ya Birləşmiş Ştatların Senatında yaxşı lobbiçilərimiz var. Almaniyada isə fikrimcə, tamamilə keyfiyyətli müzakirələr gedir. Elitalar tamamilə fərqli mövqe tuturlar, onlar bu gün hansı səviyyədə müzakirələr aparırlar, görürük.

Gözləntilər nədir? Məncə, əsas üç şeyi başa düşməkdir. Birinci və ən vacibi Rusiyanın təcrid olunmasıdır. Siz eyni vaxtda bir əlinizlə onu tərbiyə edib cəzalandıra, digər əlinizlə isə onu yaxında saxlayıb ondan pul qazanmağa cəhd edə bilməzsiniz. Rusiyaya səs vermək hüququ verə və ya beynəlxalq tədbirlərə dəvət edə bilməzsiniz. Bu, neytral mövqe tutan ölkələrə Rusiyanın əlini sıxmaması ilə bağlı siqnal olacaq. Onlar Şimali Koreya kimi tamamilə iyrənc bir ölkəni gördükdə, Rusiyadan üz döndərəcəklər.

İkinci məqam isə müharibənin maliyyələşdirilməsidir. Rusiya qlobal ticarət, maliyyə və texnoloji bazarlardan kənarlaşdırılmalıdır. Və əgər kimsə rus uşaqlarına şokolad satmaq istəyirsə və şokolad yemək istədiklərini söyləyirsə, o zaman Ukrayna uşaqlarına qarşı müharibəni maliyyələşdirməyə kömək etdiyinə görə böyük məbləğdə cərimə ödəməlidir.

Müharibə, xüsusən də Rusiya Federasiyasının apardığı intensivlik və uzunmüddətli müharibənin səbəbi yaxşı öyrənilməlidir. Bu o deməkdir ki, Rusiyanın rentabelliyi var və sanksiyalar tam işləmir.

Üçüncüsü, silahların vaxtında tam şəkildə təkrar istehsalıdır. Anbarlar konkret siyasi iradədən asılıdır. Məsələn, Konqresdə və Senatda biz bunu gördük - altı-səkkiz ay ərzində heç bir yardım göstərilmədi, bu, kəskin şəkildə kəsirlərə və Rusiyanın illüziyasına səbəb oldu. Səfərbər edilmiş köhnə texnika ilə Ukraynanın işğalını davam etdirmək və ərazinin başqa bir hissəsini tutmaq eşqi yarandı. Ukraynada silah qıtlığı Rusiyanı bu addımları atmağa sövq etdi.

- İyunun 15-16-da İsveçrədə Ukrayna ilə bağlı Sülh Sammiti keçiriləcək. Bu Forumdan nə gözlənilir?

- Məncə, bu, Ukrayna Prezidentinin təklif etdiyi və təşəbbüskarı olduğu platformadır, burada çox mühüm aspektlər müzakirə oluna bilər. Hansılar: birincisi, qlobal liderlik, ikincisi, Rusiyanın indi “qeyri-bərabər etdiyi” qaydalar. Bu, beynəlxalq hüquqa qayıtmaq cəhdidir.

Bu Sülh Sammiti ABŞ və ya Çin Xalq Respublikası kimi ölkələrə deyir: “Bax, siz lider rolunu oynamaq istəyirsiniz, davranış qaydalarını müəyyənləşdirirsiniz, bu qaydalara bir çox dövlətlər tərəfindən əməl olunmasını istəyirsiniz. Amma bütün bunları Rusiya pozur. Bunun qarşılığında nə edəcəksiniz?”. Bu o demək deyil ki, bu Sammitdə Rusiyanı öz dəyərsizliyini dərk etməyə və itirməyə borclu olduğunu başa düşməyə necə məcbur etmək məsələləri həll olunacaq. Amma qlobal liderlik və qlobal qaydalar baxımından nə edilməli olunduğundan danışılacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru