Dehli Rusiya ilə Qərb arasında balansı pozmayacaq - GƏLİŞMƏ
Tarix: 9-07-2024, 12:36 | Çap et
Hindistanın baş naziri Narendra Modinin Rusiyaya səfərinə xeyli müddətdir hazırlıq gedirdi. Səfər Hindistanda parlament seçkilərinə görə təxirə salınmışdı. Modi seçkidə qələbə qazanaraq üçüncü dəfə baş nazir olduqdan sonra Kreml ona dəvəti təkrarladı. Modi sonuncu dəfə Rusiyada 2019-cu ildə olmuşdu. Əslində keçmişdə belə bir razılıq olub ki, iki ölkənin lideri ildə bir dəfə görüşüb fikir mübadiləsi aparsınlar. Ancaq müxtəlif səbəblərdən tərəflər buna riayət edə bilməyiblər. Misal üçün Rusiya Hindistanın rəqibi Çinlə daha tez-tez ortaq sammitlər keçirir. Buna baxmayaraq, Kreml Çinlə yanaşı Hindistanla təırəfdaşlığı da arxa plana atmaq istəmir. Narendra Modi ABŞ və Avropa ölkələri ilə sıx əməkdaşlığına baxmayaraq, Rusiya ilə münasibətləri də üst səviyyədə saxlamağa çalışır. Dehli Qərbin formalaşdırdığı anti-Rusiya blokuna qoşulmayıb. Eyni ilə Dehlinin Kremllə əməkdaşlığı Qərbə qarşı yönəlməyib. Dehli bunun əvəzinə Qərbi ölkələrinin bölgədə Çini durdurmaq üçün formalaşdırdığı birliklərə qoşulub. Misal üçün Dehli son vaxtlar Tokio ilə tərəfdaşlığı gücləndirib. Yaponiya Çinin hərbi dəniz donanmasının onun sahillərinə yaxınlaşmasından narahatdır. İki ölkənin müxtəlif adalarla bağlı mübahisələri davam edir. Dehli Pekinlə rəqabət içərisindədir. Vaşnqton bu səbəbdən Dehli ilə ələqaləri gücləndirib. ABŞ Nümayəndələr Palatasından rəhbərliyinin bir müddət əvvəl Dehliyə səfəri və Hindistanda yaşayan Dalay Lama ilə görüşləri də bundan xəbər verir. Dehlini Rusiyanın siyasəti ilə bağlı bir məsələ ciddi narahat edir. Rusiyanın Ukrayna savaşına zorla göndərdikləri içərisində Hindistan vətəndaşları da var. Bu Dehlini ciddi narahat edir. Narendra Modi Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bu mövzunu müzakirə edib. Putin ordudakı hindlilərin geri çağrılacacağını Modiyə vəd edib. Sanksiyalarla üzləşən Rusiya Hindistanla iqtisadi-ticarət əməkdaşlığını genişləndirməyə çalışır. “The Guardian” qəzetinin yazdığına görə, Hindistan Rusiya neftinin əsas alıcılarından birinə çevrilib. Nəticədə ticarət əlqələrində Rusiyanın xeyrinə 60 milyard dollarlıq disbalans yaranıb. Çünki Rusiya Hindistandan elə çox məhsul almır. Dehlinin Kremlin siyasətindən başqa narazılığı da var. Dehli hesab edir ki, Ukrayna müharibəsinə görə, Kreml balansı Çinin xeyrinə pozub və bu ölkə ilə daha da yaxınlaşıb. Hər halda Narendra Modinin Vladimir Putinlə görüşü və apardığı müzakirələr bir sıra suallara aydınlıq gətirməlidir. Rusiyanın Kursk şəhərində yaşayan hind əsilli Rusiya vətəndaşı Abhay Kumar Singh hakim Vahid Rusiya Partiyasının üzvüdür. Kursk şəhər sovetinin üzvü olan Kumar da hesab edir ki, Narendra Modinin Putinlə danışıqları iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa təkan verəcək. Narendra Modi Vladimir Putinlə ortaq layihələri də müzakirə edib. Bunlar biri şimal-cənub nəqliyyat dəhlizidir. Dehli bir müddət əvvəl Tehranla İranın Çabahar limanının idarəçiliyi ilə bağlı razılıq əldə etmişdi. Hindistan Çinə alternativ nəqliyyat dəhlizinə üstünlük verir. Hindistan məhsullarının İran və Cənubi Qafqaz üzərindən Avropaya daşınması aktuallaşıb. Bu məsələdə Kremli maraqlandıran Hindistanın sonrakı mərhələdə hansı marşrutu seçəcəyidir. Hindistan məhsulları İrandan sonra Azərbaycan və ya Ermənistan üzərindən Gürcüstan limanları üzərindən, ya da Rusiya üzərindən Avropaya daşınmalıdır. Kreml Dehlini inandırmağa çalışır ki, məhz Rusiya marşrutu seçilsin. Ukrayna müharibəsinə görə Rusiya Qərb texnologiyalarından yararlana bilmir. Hindistan isə informasiya-texnologiyaları sahəsində güclü mütəxəssislərə malik ölkədir. Hindistanda süni intellekt üzərində çalışmalar genişlənib. Hindistan şirkətləri çip istehsalına da böyük əhəmiyyət verirlər. Rusiya bu texnologiyalarda maraqlıdır. Modinin Rusiyadan son bir sıra Qərb ölkələrinə səfərləri nəzərdə tutulub. Bu ölkələrdən biri də Avstriyadır. Hindistanın Avstriyadakı səfiri Şambhu Kumaran deyib ki, baş nazir Narendra Modinin Vyanaya səfəri Hind-Avstriya münasibətlərinə çox lazım olan dinamizm və təkan verəcək. Modinin Avstriyaya qarşıdakı səfəri 41 ildə ilk səfər olacaq, sonuncu səfəri keçmiş baş nazir İndira Qandi 1983-cü ildə edib.
“Atlas” Araşdırmalar Mərkəzi Dia-az.İnfo
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|