BƏƏ bankları Rusiyadan ödənişləri bloklamağa başlayıb - BELƏ DAVAM EDƏRSƏ...
Tarix: 28-08-2024, 09:33 |
Çap et
Avqust ayında BƏƏ bankları Rusiya şirkətlərinin elektronika alışı ödənişlərini rədd etməyə başlayıb, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir. Distribyutorlardan birinin nümayəndəsinin sözlərinə görə, alınan elektronika avadanlığı BƏƏ-nin daxili bazarında mövcud olmadığı hallarda əməliyyatlar bloklanır.
Dia-az.İnfo xəbər verir ki, bütün noutbukların təxminən 10-20%-i Rusiyaya BƏƏ-nin tədarük kanalları vasitəsilə çatdırılır, digər məhsul kateqoriyaları üzrə pay isə 30%-ə çatır. Bildirilir ki, bloklama Çin tərəfinin təşəbbüsü ilə həyata keçirilir. Çin bankları Dubaydakı təşkilatlardan aldıqları vəsaitlərin mənşəyi haqqında məlumat və gömrük bəyannaməsini tələb edirlər.
Rusiya şirkətləri maliyyə əməliyyatlarını həyata keçirməyin yolunu tapsalar da, qışın əvvəlində ölkədə avadanlıq çatışmazlığı və qiymətlərin 8-10% artacağı gözlənilir.
Rusiyadan beynəlxalq pul köçürmələri ilə bağlı problemlər 2022-ci ildə Ukraynada müharibənin başlamasından və Moskvaya qarşı ilk sanksiyaların tətbiq olunmasından sonra başlayıb. ABŞ prezidenti Co Bayden ikinci dərəcəli sanksiyalarla bağlı fərman imzaladıqdan sonra vəziyyət daha da pisləşib.
Baydenin fərmanından sonra təkcə Çin və BƏƏ-nin deyil, Türkiyə və Mərkəzi Asiya ölkələrinin də bankları Rusiyadan ödənişlərdən daha tez-tez imtina etməyə başlayıb.