Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                     Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: .....                     Paşinyanın qadın “batalyon”u .....                     Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır .....                     Azərbaycanda bu deputatlara mənzil verildi .....                     DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... .....                     Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? .....                     "Səni 12 ildir mən gözəlləşdirmişəm" .....                     İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil .....                     Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... .....                     Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək .....                     Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? .....                 

Türkiyə və BRICS? - Ankaradan 180 dərəcəlik dəyişim
Tarix: 12-09-2024, 06:45 | Çap et
Türkiyə və BRICS?
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Ömər Çelik ölkəsinin BRICS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) qoşulma prosesinə başladığını təsdiqləyib. O, Türkiyənin BRİCS-ə üzv olmaq arzusunu ifadə edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərini xatırladıb: “Tələbimiz aydındır, proses davam edir, bununla bağlı konkret bir xəbər yoxdur, olan kimi sizə məlumat verəcəyik”.

“Bloomberg”in xəbər verdiyinə görə, Türkiyə hökuməti bir neçə ay əvvəl Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma perspektivlərindən məyusluq ifadə edib, həmçinin Ankaranın Rusiya ilə əməkdaşlığı davam etdirməsi səbəbindən NATO ölkələri ilə mübahisələr fonunda BRICS-ə üzvlük üçün müraciət edib. Agentlik qeyd edib ki, bu yolla Türkiyə dünyada nüfuzunu gücləndirməyə və inkişaf etməkdə olan ölkələrlə əlaqələri genişləndirməyə çalışır.

Bu yaxınlarda BRICS-ə yeni üzvlərin - İran, BƏƏ, Efiopiya, Misir, Səudiyyə Ərəbistanı, o cümlədən Azərbaycan, Malayziya və Taylandın qoşulacağı gözlənilir. Təşkilatın növbəti genişlənməsi onun oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində keçiriləcək sammitində müzakirə oluna bilər.

BRICS özlüyündə G7 qrupu, Dünya Bankı və Beynəlxalq Falyuta Fondu kimi Qərb maliyyə institutlarının geosiyasi rəqibi hesab olunur. Yeni üzvlər öz inkişaf bankı vasitəsilə maliyyələşməyə uyğun ola bilər və ticarətin inkişafı üçün üzvlük üstünlüklərindən yararlana bilər.

Yayın əvvəlində Türkiyənin xarici işlər naziri Avropa İttifaqına daxil olmaq üzrə danışıqlarda irəliləyiş əldə olunmamasından məyusluq dilə gətirib və bu səbəbdən BRICS ilə yaxınlaşmadan danışıb. Beləliklə, Ankaranın qərarı çox əhəmiyyətlidir, xüsusən də nəzərə alsaq ki, Türkiyə NATO-nun tamhüquqlu üzvü olaraq qalır və eyni zamanda 1999-cu ildən Aİ üzvlüyünə namizəd statusuna malikdir.

BRICS-ə üzvlük Türkiyə üçün hansı faydalar, perspektivlər vəd edə bilər? AYNA mövzunu Türkiyənin tanınmış ekspertləri müzakirə edib.

Politoloq və jurnalist Hakan Aksay:

“Bu sensasiyalı xəbər barədə təkcə Türkiyədə danışılmır. Söhbət, təbii ki, Türkiyənin BRICS-ə mümkün üzvlüyündən gedir. Bununla bağlı rəsmi, aydın izahat yoxdur. Yalnız üzvlük prosesi ilə bağlı ümumi ifadələr səsləndirilir. Məsələ BRICS-in Türkiyə üçün maraqlı olması və s. deyil. Amma qəribə də olsa, Rusiyadan daha aydın sözlər eşitdik. Rusiya Federasiyası Prezidentinin müşaviri Yuri Uşakov Türkiyənin BRICS-ə üz tutduğunu bildirib.

Naraqlıdır ki, son vaxtlar Türkiyə ilə bağlı belə mühüm hadisələr Ankaradan daha çox Moskvada işıqlandırılır. Bu yaxınlarda türk qoşunlarının Suriyadan çıxarıla biləcəyindən danışan nazirlərimizdən biri deyil, Sergey Lavrov idi. Bu, maraqlıdır. Bəziləri son vaxtlar Rusiyanın Türkiyəyə təsirinin artmasından danışırlar.

Bütün bunlar ötən ilin may ayında Türkiyədə keçirilən prezident seçkilərindən sonra Putin ilə Ərdoğan arasında müəyyən soyuqluğun olması fonunda baş verir. Yenə də deyəsən, Putin bir qədər məyusdur, çünki o, “Qazprom” qazı ilə bağlı problemləri nəzərə alaraq, Ərdoğanın seçkilərdə qələbə qazanmasına mənəvi, siyasi və maliyyə cəhətdən kömək edib. Putinin Türkiyəyə səfəri çoxdan gözlənilirdi, amma hələ də baş vermir. Başqa ölkələrə - Azərbaycana, Monqolustana gedir, Türkiyəyə yox. Yəni bir növ soyuma var.

Söhbət ondan getmir ki, münasibətlər pisləşib. Türkiyə və Rusiyanın bir-birinə ehtiyacı var və görünür, sövdələşmə və danışıqlar davam edir. Ola bilsin, söhbət Suriyadan gedir, müxtəlif başqa məsələlərdən, o cümlədən Qərbin bu və ya digər şəkildə iştirak etdiyi məsələlərdən gedir. Onlar həmişə olduğu kimi bir-birindən Qərbə qarşı istifadə edirlər.

Türkiyənin BRICS-ə üzv olması ehtimalını nə dərəcədə ciddi qəbul etməliyik? Bunu demək çətindir. Birincisi, Türkiyədə bəziləri deyirlər ki, BRICS heç də konkret təşkilat deyil. Bu, sadəcə bir növ platformadır. Heç bir nizamnamə, aşkar, aydın veb-sayt yoxdur. Bu, sadəcə olaraq, Qərbə qarşı olan platformadır. Təşkilat olaraq onun yalnız öz İnkişaf Bankı var və hətta bu da olduqca məhdud imkanlara malikdir.

Türkiyədə bəziləri belə üzvlüyə qarşı çıxır. Müxalifət iddia edir ki, NATO üzvü olmaq və BRICS-ə qoşulmaq bir araya sığmır. Rusiyada da bəziləri Türkiyənin BRICS-ə üzvlüyünün Moskvanın maraqlarına uyğun olmadığını deyir. Yəni bu məsələ başqa cür qəbul edilir. Görünür, bu gediş Qərb, Rusiya və Türkiyə arasında bir növ müntəzəm siyasi rəqsdir - biz bunu son illərdə tez-tez görürük. Ola bilsin ki, bu, sadəcə olaraq Qərblə Moskva arasında sövdələşmədir.

Onu da xatırladım ki, Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olmasa da, dialoq tərəfdaşıdır. O, uzun müddətdir ki, bu statusdadır və əvvəlcə bu mövzuda bir çox suallar yaranırdı, lakin bu, hələ də Türkiyə siyasətində heç bir xüsusi dəyişikliyə səbəb olmadı. Qarşıda BRICS-in Kazan sammiti var və onun nəticələrinin nə olacağını söyləmək hələ tezdir.

Amma başqa bir misalı da xatırlaya bilərik: bir neçə il əvvəl Türkiyə maraqlı şəkildə S-400 kompleksini Rusiyadan 2,5 milyard dollara almışdı. Məlum oldu ki, bu, sadəcə pəncərələrin bəzədilməsi deyil - nəticədə Türkiyə Amerika hərbi təyyarələrini almaq imkanını itirdi və kifayət qədər pul itirdi”.

Politoloq, tarix elmləri doktoru, Moskva Dövlət Universitetinin Asiya və Afrika Araşdırmaları İnstitutunun elmi işçisi Mehmet Perincek:

“Türkiyənin belə bir qərarı sürpriz deyil. Prezident Ərdoğan çoxdandır ki, Türkiyənin BRICS-ə qoşulmaq niyyətində olduğunu bildirib. Və bu, geosiyasi standartlara görə təəccüblü deyil. Çünki Türkiyə ilə Qərb arasında çox ciddi, dərin qarşıdurma var. Türkiyə rəsmi olaraq, de-yure NATO-nun üzvüdür, lakin digər tərəfdən, faktiki olaraq Alyansın hədəfinə çevrilib. Biz Suriyada kürd məsələsində belə bir qarşıdurma görürük. ABŞ və blok ölkələri terror təşkilatı PKK-ya dəstək verir, onu silahlandırır, həmin terrorçuları yetişdirir. Və onlar Türkiyəni deyil, PKK-nı Yaxın Şərqdə özlərinin əsas müttəfiqi hesab edirlər.

Belə qarşıdurma Şərqi Aralıq dənizində də müşahidə olunur. ABŞ orada Yunanıstan, Fransa, Cənubi Kipr və İsraildən anti-türk bloku yaratdı. Amerika qoşunları və bazaları Yunanıstanın Egey adalarında yerləşdirilib. Biz bilirik ki, Amerika tanklarının lülələri Türkiyəyə tərəf yönəldilib. Onlar orada təkcə Rusiyaya qarşı dayanmır.

ABŞ Türkiyə hökumətini devirməyə cəhd etdi, onlar FЁTO terror təşkilatı olan gülənçilərin hərbi çevriliş cəhdini dəstəklədilər. ABŞ siyasətçiləri Türkiyə iqtisadiyyatını təhdid edir. Dövlətlər Türkiyənin milli iqtisadiyyatını məhv etmək istəyir. Onlar Türkiyənin məhsuldar qüvvələrini boğmaq istəyirlər.

Üstəlik, Türkiyənin Aİ-yə girməsinin havada olduğu ortaya çıxdı. Digər tərəfdən, bu, Türkiyə üçün tələdir. Bu proses Türkiyənin milli maraqlarına xələl gətirir. Hər dəfə Türkiyənin maraqlarını pozan yeni şərtlər qoyurlar və bununla da Qərb düşərgəsi türk dövlətçiliyini zəiflətmək istəyir. Onlar Türkiyənin Aİ-yə üzvlük prosesindən onu zəiflətmək üçün istifadə edirlər.

Ona görə də Türkiyənin gələcəyi Qərbdə deyil. Türkiyə BRICS ölkələri ilə daha etibarlı əlaqələr qura bilər. Və bu yolla - Avrasiya ölkələri, Qərbin təcavüzündən də əziyyət çəkən BRICS ölkələri ilə əməkdaşlıqla Qərbdən gələn təhdidlərə qarşı dura bilər. Bu, Türkiyə üçün iqtisadi böhrandan çıxmaq baxımından önəmlidir. Hamı bilir, hətta Qərb iqtisadçıları və maliyyəçiləri də etiraf edirlər ki, dünya iqtisadiyyatının mərkəzi Atlantikadan Avrasiyaya doğru irəliləyir. Dünyanın əsas iqtisadi qüvvələri BRICS-də toplaşıb və Türkiyə iqtisadi səbəblərdən BRICS-ə qoşulmağa hazırlaşır”.

AYNA.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58
Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32
AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30
"İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27
Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21
"The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17
"Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14
BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10
"Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07
Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru