“Spero Hospital“da qalmaqal .....                     Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender .....                     Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır .....                     Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır .....                     "O pulu sizə halal etmirəm" .....                     Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət .....                     “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” .....                     Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır .....                     Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək .....                     Rüfət Səfərovun həbsinə nə səbəb olub? .....                     "Oğlumun qanını yerdə qoymayacağam" .....                     Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... .....                     Suriyadakı proses Ukraynada da təkrarlana bilər .....                     Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? .....                     ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir .....                     "Ya oxumağını et, ya da kinoya çəkil..." .....                     “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı .....                     Rüfət Səfərova HÖKM OXUNDU .....                     Avropa Ukraynanı fəda etmək niyyətində deyil: .....                     310 min manatlıq torpaq maxinasiyası... .....                     Turan ideyasına qarşı yaradılan “gizli əl” .....                     Generalın şikayəti təmin edilmədi .....                     Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil .....                     Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar .....                     Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? .....                     Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir .....                     Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır .....                     Ədliyyə naziri onu rəis TƏYİN ETDİ .....                     “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” .....                     "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… .....                     Bu rəhbər şəxslərə şiddətli töhmət verildi .....                     "Azpulmat" və "Manato" qaydaya əməl etmir... .....                     Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? .....                     Rütte Kiyevi hələ səbrli olmağa çağırıb .....                     “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi .....                     Messi və komanda yoldaşları Bakıya gəlir .....                     Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... .....                     Arabir yağış yağacağı gözlənilir .....                     Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib .....                     "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." .....                 

“TOPAZ”IN 186 MİNLİK YALANI
Tarix: 7-10-2011, 12:11 | Çap et
“TOPAZ”IN 186 MİNLİK YALANI

MƏQSƏD “CAN VERƏN” FUTBOL QUMARINA YENİ NƏFƏS VERMƏKDİR

DİA.AZ: - Ötən həftə »Topaz»ın yaydığı bir məlumat ölkə mətbuatının başlıca müzakirə mövzularından birinə çevrildi. Söhbət »Topaz»da rekord sayılacaq uduşun qeydə alınmasından gedir. Verilən rəsmi məlumata görə, hələ adı açıqlanmayan bir türk vətəndaşı 4 matça »Qol Cəmi» oyununun 7+ əmsallarına 2 manat pul qoyuluşu edib, nəticədə 93 347 əmsal toplayaraq, tam 186 min 694 manat qazanıb və bununla da rekorda imza atıb.

Qeyd edək ki, bu »Topaz»da, o cümlədən, 9 illik fəaliyyəti ərzində Türkiyənin »İddaa» markasında belə qeydə alınmayan uduş məbləğidir.

Bu verilən rəsmi açıqlamadır, amma qeyri-rəsmi mənbələrdən əldə etdiyimiz məlumatlar informasiyanın həqiqiliyini şübhə altına salır. »Gündəm-xəbər» olaraq həmin şübhəli məqamların üzərinə işıq salmağa və bəzi qaranlıq mətləblərə aydınlıq gətirməyə çalışacağıq. Beləliklə...

Bu nə deməkdir, cənablar?

Gəlin, ondan başlayaq ki, »Topaz» fəaliyyətə başladığı ilk gündən futbol proqnozu ilə məşğul olanların sərt təpkisi ilə üzləşdi. Oyunlara verilən əmsalları bir neçə dəfə azaldan »Topaz» bununla da iştirakçıların nəzəri baxımdan mümkün olan uduş perspektivinə balta çalmış oldu. »Topaz»da yalnız böyük risqlər hesabına udmağın mümkünlüyü, 10 oynayandan 9-nun isə bəri başdan məğlubiyyətə məhkum olunması isə kontorun fəaliyyət göstərdiyi ilk günlərdəcə üzə çıxdı. Bu isə qazanmaq ehtirası ilə alışıb-yanan »Topaz» başbilənlərini acı reallıqla üz-üzə qoyurdu: Bir-birinin ardınca »Topaz» məntəqələri bağlanır, mərc qoyanların statisitikasında danılması mümkünsüz olan hədsiz azalma müşahidə olunurdu. Əvəzində isə daha yüksək əmsallar təklif edən və »qara bazar» adlandırılan qeri-rəsmi kontorlara müraciətlər artmaqda davam edirdi. »Topaz»ın görünən iflasının qarşısını almaq üçün məhz bu məqamda ayrı-ayrı dövlət qurumları işə cəlb edirldi: Başda Vergilər Nazirliyi olmaqla bir çox strukturlar »qara bazarın» üzərinə hücum çəkdi və onların fəaliyyəti tam dayandırılmasa da (axı onların da arxasında müxtəlif vəzifəli şəxslər dayanır-red), fəaliyyət dairələri minimuma endirildi. Amma bu da »Topaz»ın işinə yaramırdı. Belə olan halda tək bircə yol qalırdı...

»Topaz»ın »möhtəşəm reklamı»

Bəli, »Topaz»ın böyük və səs-küylü bir reklam çarxına böyük ehtiyacı vardı. Hər həftə maksimum uduş sahiblərini qəzet səhifələrinə çıxartmaq düşünülən faydanı vermirdi. İndi daha böyük, imic dəyişikliyinə səbəb olacaq reklama ehtiyac vardı. Düşündülər və tapdılar: Guya hansısa türk vətəndaşı (niyə məhz türk vətəndaşının seçilməsinə bir qədər sonra aydınlıq gətirəcəyik) 4 oyunun hamısına 7+ (yəni, hər 4 oyunda qolların sayı ən azı 7 olacaq-red) əmsalına cəmi ikicə manat pul qoyuluşu etməklə nə az-nə çox, düz 186 min 694 manat pul udub. Gəlin ondan başlayaq ki, 4 oyunun hər birinə 7+ əmsalına pul qoyuluşunun edilməsi inandırıcı görünmür. Hər halda biz futbol oyunlarına pul qoyuluşu edən bir neçə şəxslə söhbətləşdik və onlar belə bir qoyuluşu sadəcə olaraq, anormal saydıqlarını dedilər. Çünki, hər hansı oyunda 7 və ya 7-dən artıq qolun qeydə alınmasının özü sensasiya sayılır, o ki qala eyni kuponda yazılmış 4 oyunun hamısında qolların sayı 7-dən artıq ola. Təbii ki, burada hansısa fırıldaq var və bu fırıldaq »Topaz»ın zədələnmiş imicinə »süni nəfəs» vermək məqsədini daşıyır. Çox güman ki, »Topaz» başbilənləri həmin müəmmalı »uduşu» aşağıdakı kimi düzüb-qoşublar: Oyunlar yekunlaşıb, bundan sonra nəticələrə baxılıb və ən sensasiyalı və təbii olaraq ən yüksək əmsallı 4 oyun seçilərək bir kupona yazılıb və əvvəlki tarixə »qeydə alınıb». Sonrası isə məlumdur: böyük səs-küy, »Topaz»ın sevinc hayqırtıları, sadəlöhvlərin böyük təəccübü və s. Amma məlum olmayan bir məqam qalır...

Niyə məhz türk vətəndaşı seçilib?

Maraqlıdır, görəsən »uduş sahibi» kimi niyə məhz türk vətəndaşı seçilib? Axı bu fırıldağı həyata keçirmək üçün elə Azərbaycanın özündən də minlərlə arzulanan iştirakçı tapmaq olardı. Guya nə böyük işmiş, kiməsə 50 və ya 100 manat təklif edirsən, o da canla başla həmin tragikomediyanın baş rolunda çəkilməyə razılaşır, vəssalam. Amma yox, belə bir böyük ssenaridə məhz xarici vətəndaş rol almalıydı. Axı, uduş sahibi kimi hansısa azərbaycanlını seçsəydilər, onun özü də olmasa hansısa yaxın qohumu kiməsə ağzından nəsə qaçırardı. Azərbaycan kiçik, söz-söhbətin yayılma sürəti isə kosmikdir. Elə bunu nəzərə alan »Topaz» şefləri də gələcək təhlükədən bəribaşdan sığortalanmaq üçün türk vətəndaşını seçiblər. Hər halda »Topaz» yaxın günlərdə həmin türkün kimliyini açıqlayacağını vəd edib, inanırıq. Hansısa ad və ya soyad açıqlanacaq, ola bilsin həmin »bəxtəvər»dən telekanallar böyük müsahibələr də alacaq. Amma bütün bunlar »Topaz»ın »can verməkdə» olan bazarını dirildə biləcəkmi? Bax günün ən aktual sualı budur.

Kim bilmir ki, »Topaz» soyğunçudur?

Ən maraqlı məqam Azərbaycanda Türkiyənin »İddaa» adı altında keçirilən mərc oyunlarının analoqu yaradılmasıdır. Bütün dünyanın ələ salıb istehza etdiyi »İddaa»ya Azərbaycanda niyə qucaq açılıb? Dünya bu mərc sisteminə ona görə gülür ki, Türkiyə öz vətəndaşlarının xarici bukmekerlərə çıxışını bağlayaraq onları dünyanın ən aşağı və ən soyğunçu əmsalları ilə oynamağa məcbur edir. Nədən Azad Rəhimov bu işi, məsələn, »5Dimes», »BetJamaica», »Diamond Sportsbook», »Pinnacle Sports», »Victor Chandler» və s. yüksək reytinqli və özünə hörmət qoyan bukmeker şirkətləri ilə deyil, Avropada istehza obyektinə çevrilmiş »İnteltek»-lə görür və üstəlik, xarici saytlara çıxışı bağlamaqla Azərbaycan vətəndaşlarını da aşağı əmsallı ekspress-kuponlara pul qoymağa və iflasa sürükləyir? »Topaz» mərc oyunlarından »dərs keçən» türk qardaşımız Əhməd Sezer vasitəsilə bizə ədalətli oyun vəd edir. Ədalətli oyun isə rəqabətli mühitdə mümkündür. Və belə bir ədalətsiz qumarın təminatçısı rolunda Azərbaycan Respublikası təqdim olunur. Həm də dövlət adamlarının monopoliyasında...

Oliqarxlar »qumar masasında»

»Topaz» yaradılana qədər totalizator nisbətən inhisardan yan ötə bilən sektor sayılırdı, onu da idman və gənclər naziri Azad Rəhimovla nəqliyyat naziri Ziya Məmmədov (əslində nazir bu biznes »Hafka»ya tapşırıb-red). ələ keçirdi. Artıq Azərbaycanda bukmeyker işi adları çəkilən nazirlərin şəxsi biznesinə çevrilib. Kənardan hər şeyə dövlət nəzarəti olduğu təəssüratı yaranır. Əslində isə totalizator nəqliyyat naziri Z.Məmmədovun oğlu Anar Məmmədovun yeni biznesidir. Təsadüfi deyil ki, bütün maliyyə əməliyyatlarını onun sahibi olduğu deyilən »Bank of Azerbayjan» həyata keçirir. Belə ki, »Topaz»da 2 min manata qədər uduşlar kotorlar tərəfindən yerindəcə ödənilir, daha böyük məbləğlərin ödənmə mexanizmi isə adıçəkilən bank vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, »Topaz» söhbəti hələ 2009-cu ilin payızında ortaya çıxmışdı. Əvvəlcə, Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev canfəşanlıq edirdi, alovlu açıqlamalar verirdi. Dövlət məmuru deyirdi ki, pul möhtəkirlərin cibinə axır, həmin vəsaiti ölkə idmanının inkişafına sərf etmək lazımdır. Sonralar belə açıqlamalar çox olacaqdı, amma proses xeyli yubanacaqdı. Anar Məmmədov və komandası sahibkarları ilk dəfə keçən ilin aprelində aldatdı. Hamıya dedilər ki, gedin hazırlaşın, iyunun 11-də işə başlayırıq. Niyə iyunun 11-də? Çünki həmin gün futbol üzrə dünya çempionatı start götürürdü. Xeyli sahibkar icarəyə obyekt götürdü, təmir işlərinə başladı, amma iş iyunun 11-də başlamadı.

Xeyli adamlar bir neçə ay boş-boşuna obyektin icarə haqqını verəndən sonra geri çəkildi. Bax, beləcə, »Topaz» ilk gündən camaatın cibinə girməyə başladı. 2010-cu ilin aprelində hamıya »start» komandası verildi, amma ilin sonuna qədər işə başlanmadı. Kim müflis olmaz ki! Yanvarın 18-nə qədər »qoşundan ölən ölmüşdü, qırılan qırılmışdı». Qalanlar isə yavaş-yavaş sıradan çıxmağa başlayır...

Fırıldaqla başlanan iş

Ziya Məmmədovun oğlunu da bu məqam şirnikləndirdi. Hərçənd, totalizator biznesini ələ keçirmək ona asan başa gəlmədi. Bir ara Paşayevlərin bu biznesə qoşulduğu barədə xəbərlər yayıldı. Nə qədər qəribə səslənsə də, son nəticədə Anar Məmmədov daha cəld tərpəndi. Prosesin xeyli yubanmasının da məhz bu mövqe toqquşmaları üzündən baş verdiyi bildirilir.

Bütün bu səbəblərdən »Topaz»ın işə başlaması lazımi ajiotaj yaratmadı. Çoxları hesab elədi ki, yenə hamını aldadırlar. Geridə qalan müddətdə bir növ »Topaz»a inam sarsıldı. Anar Məmmədovun biznesinin fiaskosu da bundan başladı.

»Azinteltek» əvvəldən bir prinsipi əsas götürdü: müştərinin cibinə girmək. Elə şərtlər irəli sürdü ki, bu yolla istər-istəməz uduzmasınlar. »Topaz» kontorlarında müştərinin uduzması üçün Amerika kəşf etməyiblər, Sadəcə, tək oyunlardan imtina ediblər və əmsalları aşağı salıblar. Əlbəttə, »Topaz» artıq bəzi oyunlar üçün tək variantlar qəbul edir. Şərtlərdən təkcə müştərilər narazı deyil, sahibkarların da üzü gülmür. Şirkət kontorda yığılan məbləğin yalnız 6 faizini sahibkara verir. Kontorların əksəri aylıq 30 min manat həddini keçə bilmir. Təxminən qazanılan 1500 manat isə yalnız obyektin icarə haqqına çatır. Kim belə şərtlərlə işləyər ki?!

»Qara bazar»ın qara günləri

Azərbaycanda totalizator biznesi uzun illər »qara bazar»ın alverçilərinin əlində olub. Əlbəttə, onda obyektlər qanunsuz fəaliyyət göstərirdi, amma müştəriyə sərfəli şərtlər təklif edirdilər. İstənilən oyuna pul qoymaq mümkün idi, özü də istənilən məbləğdə. »Topaz»dan fərqli olaraq, limit tətbiq olunmurdu, oyunlar saf-çürük edilmirdi. »Topaz»da kimsə 6 min manat udanda hay-küy salırlar, amma elə yaxın keçmişdə kimsə Bakının qanunsuz işləyən kontorundan evinə 100 min manat aparırdı. Müştərinin seçim imkanı vardı, ən sərfəli şərtlər irəli sürən bukmeykerlər əməkdaşlıq edə bilərdi. Lakin indi müştərinin maraqları heç kimi maraqlandırmır, onun uduzması məntiqəuyğun sayılır. İndi Bakıda az sayda belə kontor qalıb.

Məhv olmuş gələcək

»Topaz»ın isə perspektivi görünmür. Vəziyyət o qədər ağırdır ki, Ziya Məmmədovun yaxınları da işləyə bilmir. Məsələn, onun sağ əli sayılan Hafiz Məmmədovun yeznəsi bir müddət əvvəl metronun »Memar Əcəmi» stansiyasına yaxın ərazidə yerləşən kontorunu bağlamaq məcburiyyətində qalıb. Səbəb sadədir: bu şərtlərlə işləmək alınmır. Heç bir müştəri uduzmaq üçün oynamaq istəmir. »Topaz» vəziyyəti xilas etmək üçün uğursuz cəhdlər göstərir: tək oyunların sayını artırırlar, mətbuatı reklam pullarıyla ələ almağa çalışırlar. Heç nə alınmır. İndiki halda bu biznesdən zərər görməmək mümkün deyil.

“DÜNYA” STRETEJİ ARAŞDIRMA QRUPU









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
Dünən, 21:52
Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
Dünən, 21:42
Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
Dünən, 21:38
Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
Dünən, 21:34
"O pulu sizə halal etmirəm" - Əməkdar artist
Dünən, 21:10
Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
Dünən, 21:08
“İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
Dünən, 21:03
Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
Dünən, 20:39
Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
Dünən, 20:36
Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
Dünən, 20:31
"Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
Dünən, 20:04
Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
Dünən, 20:02
Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
Dünən, 19:55
Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
Dünən, 19:53
ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
Dünən, 19:30
"Ya oxumağını et, ya da kinoya çəkil..."
Dünən, 19:26
“Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
Dünən, 19:23
Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
Dünən, 19:20
Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
Dünən, 19:15
310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
Dünən, 19:09
Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
Dünən, 19:04
Generalın şikayəti təmin edilmədi - QƏRAR
Dünən, 19:01
Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
Dünən, 18:59
Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
Dünən, 18:56
Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
Dünən, 18:53
Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
Dünən, 18:49
Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
Dünən, 18:47
Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
Dünən, 14:51
“Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
Dünən, 14:49
"Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 13:53
Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
Dünən, 13:41
"Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
Dünən, 13:20
Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
Dünən, 13:16
Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
Dünən, 13:07
“Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
Dünən, 13:04
Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
Dünən, 13:01
Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
Dünən, 12:59
Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:57
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
Dünən, 12:52
"Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
Dünən, 12:48
Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
Dünən, 12:44
8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
Dünən, 12:38
Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
Dünən, 12:34
Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
Dünən, 12:28
Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
Dünən, 12:19
“Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
Dünən, 12:16
Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
Dünən, 11:58
Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
Dünən, 11:56
Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
Dünən, 11:54
Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
Dünən, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru