“Spero Hospital“da qalmaqal .....                     Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender .....                     Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır .....                     Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır .....                     "O pulu sizə halal etmirəm" .....                     Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət .....                     “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” .....                     Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır .....                     Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək .....                     Rüfət Səfərovun həbsinə nə səbəb olub? .....                     "Oğlumun qanını yerdə qoymayacağam" .....                     Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... .....                     Suriyadakı proses Ukraynada da təkrarlana bilər .....                     Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? .....                     ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir .....                     "Ya oxumağını et, ya da kinoya çəkil..." .....                     “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı .....                     Rüfət Səfərova HÖKM OXUNDU .....                     Avropa Ukraynanı fəda etmək niyyətində deyil: .....                     310 min manatlıq torpaq maxinasiyası... .....                     Turan ideyasına qarşı yaradılan “gizli əl” .....                     Generalın şikayəti təmin edilmədi .....                     Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil .....                     Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar .....                     Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? .....                     Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir .....                     Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır .....                     Ədliyyə naziri onu rəis TƏYİN ETDİ .....                     “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” .....                     "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… .....                     Bu rəhbər şəxslərə şiddətli töhmət verildi .....                     "Azpulmat" və "Manato" qaydaya əməl etmir... .....                     Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? .....                     Rütte Kiyevi hələ səbrli olmağa çağırıb .....                     “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi .....                     Messi və komanda yoldaşları Bakıya gəlir .....                     Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... .....                     Arabir yağış yağacağı gözlənilir .....                     Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib .....                     "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." .....                 

ZİYA MƏMMƏDOVUN AVTOBUS AYIBI
Tarix: 14-03-2012, 17:32 | Çap et
ZİYA MƏMMƏDOVUN AVTOBUS AYIBI

NN-NİN 798,3 MİLYON DOLLAR XƏRCLƏDİYİ AVTOBUSLARDA BİABIRÇILIQ

DİA.AZ: - Sərt keçən qış aylarında qısa fasilələrlə davam edən küləkli-çovğunlu qar paytaxtın avtobus nəqliyyatındakı problemləri daha da qabartdı. Təxminən ay yarım davam edən bu vəziyyət paytaxtın sərnişin nəqliyyatı infrastrukturunda idarəetmə sisteminin yarıtmaz vəziyyətdə olduğunu üzə çıxardı. Güclü qarlı və şaxtalı hava şəraitində Nəqliyyat Nazirliyi avtobusların iş qrafikini rəsmi olaraq yarıya qədər azaltdı. Qarlı və şaxtalı günlər geridə qaldıqca başqa bir problem özünü büruzə verməyə başladı. Bu dəfə avtobus salonlarına yayılan palçıq qarışıq su evdən işə, işdən evə tələsən sərnişinlərin üst-başını çirkləndirməklə ictimai narazılıq yaratdı. Qardan sonra yuyulmayan avtobuslarda salonlardan qalxan toz-torpaq isə sərnişinlər arasında növbəti narahatlığa səbəb oldu. Elə indi də paytaxt sakinlərinin narazılığına səbəb olan problemlərdən biri sərnişindaşıma xidməti göstərən avtobuslarda antisanitariya şəraitinin hökm sürməsidir. Belə ki, ilk görünüşdə avtobusların salonunda və oturacaqlardakı natəmizlik dərhal diqqət çəkir.

798,3 milyon dolların «yuduğu» avtobuslar

Mütəxəssislər mövcud problemi avtoparklarda nəqliyyat vasitələrinə texniki qulluğun göstərilməməsi ilə əlaqələndirirlər. Ekspertlərin fikrincə, bu problem daha çox nəqliyyat şirkətlərinin və sürücülərin laqeydliyindən, qismən də avtobusların köhnəliyindən yaranır. Ancaq qəribədir ki, hazırda Bakıda sərnişindaşıma xidməti göstərən avtobusların əksəriyyəti dövlətin ayırdığı vəsait hesabına Nəqliyyat Nazirliyi tərəfindən xaricdən yenicə gətirilib. Hətta bu avtobusların bir qisminin xəttə buraxılmasının hələ bir ili tamam olmayıb.
Xatırladaq ki, Nəqliyyat Nazirliyi Bakı şəhərində sərnişindaşıma xidmətinin yaxşılaşdırılması məqsədilə 2008-ci ildən xaricdən iritutumlu avtobuslar gətirməyə başlayıb. Həmin il avtobusların alınmasına və gətirilməsinə dövlət büdcəsindən Nəqliyyat Nazirliyinə 25 milyon manat ayrılıb. Ümumilikdə isə Azərbaycan hökuməti 2008, 2009 və 2010-cu illərdə Almaniya, Koreya, Çin, Özbəkistan və Belorusdan 948 ədəd iri və orta tutumlu avtobus alaraq paytaxtın daxili sərnişindaşıma sistemini tamamilə yenidən qurub. Bu müddət ərzində müxtəlif markalı avtobusların xaricdən alınmasına və gətirilməsinə 798,3 milyon dollar xərc çəkilib. Dövlət büdcəsi hesabına Bakıya gətirilən bahalı və keyfiyyətli avtobusların hər birinə ən azı 100 min dollar xərclənib. Hətta bəzi markalardan olan avtobusların alınma və gətirilmə xərclər daha yüksək olub. Məsələn, Almaniya istehsalı olan «MAN» markalı avtobusların biri Azərbaycan hökumətinə 250 min dollara başa gəlib.

Çirkli avtobuslarla «Eurovision»?

Maraqlıdır, bu qədər böyük məbləğli vəsaitlərin xərcləndiyi avtobuslarda xidmətin səviyyəsi niyə bu qədər aşağıdır? Paytaxtın avtobus parkının tam şəkildə yenilənməsinə baxmayaraq, avtobuslardakı mövcud natəmizlik Nəqliyyat Nazirliyini, onun müvafiq qurumlarını narahat etmirmi? Bəs, «Eurovision» kimi beynəlxalq səviyyəli tədbirə hazırlaşan Bakıda sərnişin avtobuslarının fiziki görünüşü, xidmətin səviyyəsi şəhərə təşrif buyuran avropalı qonaqları razı salacaqmı?
Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov həmişəki kimi nikbindir. Onun sözlərinə görə, hazırda paytaxtın nəqliyyat sektorunda çox cüzi problemlər var ki, onlar da «Eurovision» yarışmasına qədər həllini tapacaq. Nazirlik rəsmisi avtobusların salonlarının çirkli və toz-torpaqlı olmasının bir səbəbini də şəhərin özünün natəmiz olması ilə əlaqələndirir. Onun sözlərinə görə, son illər paytaxtda genişmiqyaslı tikinti və yenidənqurma işləri aparıldığından şəhərdə toz və palçıq çoxalıb. Bu isə gün ərzində 12 saatdan çox xidmət göstərən sərnişin avtobuslarının da çirklənməsinə səbəb olur: «Belə məsələlər daha çox Bakı Şəhər İcra Hakimiyyətindən asılıdır. Onlar şəhəri təmiz saxlasalar, küçələrdə, yollarda qazıntı işləri aparılmasa, avtobuslar da təmiz olar».

Avtobuslar parklarda yox, həyətlərdə «gecələyir»

Xatırladaq ki, hələ sovet dövründə Bakıda sərnişindaşıma xidməti göstərən avtobuslar iş saatı başa çatdıqdan sonra bir qayda olaraq avtoparklarda saxlanılırdı. Burada avtobuslar hər gün yuyulmaqla yanaşı, texniki servis xidmətlərində xüsusi yoxlamalardan da keçirdi. Sürücülər isə adətən, səhər saatlarında avtoparka gələrək yuyulmuş və texniki baxışdan keçmiş avtobusları götürüb işə başlayar və axşam yenidən avtoparka qaytarardı.
Namiq Həsənov deyir ki, eyni növ xidmət hazırda da var və sərnişinlərin daşındığı avtobuslarda təmizliyə, sanitar vəziyyətə mütəmadi olaraq nəzarət olunur. Ancaq onun sözlərinə görə, sovet dövründə bu nəzarət sistemi vahid mərkəzdən idarə olunurdu və avtobuslar avtoparka daxil olan kimi ilk olaraq yuyulurdu: «İndi isə Bakıda sərnişindaşıma xidməti özəl şirkətlərin əlindədir və avtobuslarda təmizliyə, sanitar və texniki vəziyyətə də şirkətlər özü məsuliyyət daşıyır. Mənim bildiyimə görə, indi Bakıda sərnişindaşıma xidməti göstərən şirkətlərin, o cümlədən «Nihad motors»un, «Transgeyt»in, «Saf» LTD, «Çinarlı» MMC-nin özünün avtoparkları var və orada avtobuslara bu xidmətlər göstərilir. Nəqliyyat Nazirliyi isə ümumi nəzarəti həyata keçirir».
Nəqliyyat Nazirliyinin rəsmisi onu da bildirir ki, təmsil etdiyi qurum avtobuslarda xidmətin səviyyəsinin yüksəldilməsi, sürücülərin yol hərəkəti və sərnişinlərlə davranış qaydalarına necə əməl etdiyini yoxlamaq məqsədilə mütəmadi reydlər keçirir. Onun sözlərinə görə, belə reydlərdə avtobusların texniki vəziyyətinə və təmizlik məsələlərinə xüsusi diqqət yetirilir: «Yoxlamalar zamanı hansısa qüsurlar aşkarlanırsa, həmin avtobusun qapıları möhürlənir və məsələ araşdırılır. Əgər avtobusun natəmiz olmasında sürücünün, yaxud da həmin nəqliyyat vasitəsinin hüquqi sahibinin günahı sübut olunursa, müvafiq qaydada cəzalandırılır. Köhnə marşrutlarda belə problemlər daha çoxdur. Ancaq paytaxta yeni gətirilən avtobuslarda natəmizliyin ciddi problem olduğunu düşünmürəm».
Amma ortada olan reallıq bundan ibarətdir ki, marşrut avtobuslarında təmizlik işlərinə lazımi diqqət yetirilmir. Avtobuslarda atılan tullantılar həftələrlə təmizlənmir. Yağış yağanda sərnişinlərin ayağında avtobusun içərisinə yayılan palçıq yuyulmur. Belə halların üstündən bir neçə gün keçməsinə baxmayaraq, növbəti dəfə marşruta minəndə vəziyyəti ötən gün gördüyün kimi görürsən. Avtobusların salonlarında hökm sürən natəmizliyə görə sürücülərin günahlandırmaq düzgün deyil. Günah paytaxtın yollarında olan palçıqdadır. Paytaxt küçələri palçıq içərisindədir. Sərnişin ayaqqabısı palçıqlı halda marşruta minir, bu zaman zir-zibil salonda qalmalı olur. Sürücü avtomobili idarə etməlidir, təmizlik işləri ilə isə qarajlarda məşğul olmalıdırlar. Avtobuslar xəttə buraxılmazdan əvvəl yuyulub təmizlənməli, texniki baxışdan keçməlidir. Bu işlərlə avtodayanacaqlarda məşğul olmalıdırlar. Lakin avtobusların böyük əksəriyyəti heç qarajlara da getmir, onlar gecələr parklarda yox, sürücülərin öz həyətlərində saxlanılır. Ona görə də avtobusların salonları aylarla yuyulmur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52
Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42
Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38
Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34
"O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10
Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08
“İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03
Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39
Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36
Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31
"Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04
Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02
Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55
Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53
ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30
"Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26
“Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23
Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20
Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15
310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09
Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04
Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01
Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59
Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56
Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53
Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49
Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47
Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51
“Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49
"Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53
Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41
"Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20
Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16
Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07
“Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04
Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01
Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59
Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52
"Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48
Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44
8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38
Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34
Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28
Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19
“Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16
Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58
Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56
Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54
Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru