
BAYRAM GÜNLƏRİ “TRAFİK CANAVARI” KÜKRƏYİB
Bayram günləri Azərbaycanda baş verən yol qəzalarının statistikası açıqlanıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 20-dən 25-dək respublikada 31 yol nəqliyyat hadisəsi baş verib.
Nəticədə 17 nəfər ölüb, 33 nəfər xəsarət alıb. Baş verən yol qəzalarının böyük əksəriyyətinə yüksək sürət səbəb olub.