MƏRKƏZİ UNİVERMAQDA NƏ BAŞ VERİR?
Tarix: 2-04-2012, 13:25 |
Çap et
MUM SƏHMDAR CƏMİYYƏTİ LƏĞV EDİLƏ BİLƏR
Bakı Mərkəzi Univermağının səhmdarları səhmdar cəmiyyətinin ləğvi məsələsini müzakirə edəcəklər. Bu, aprelin 5-də növbədənkənar yığıncaqda olacaq. Amma sirr deyil ki, müsbət qərar veriləcək.
Təkcə 29 martda Bakı Fond Birjasında Mərkəzi Univermağın 1300 səhminin alqı-satqısı üzrə 45 əqd qeydiyyata alınıb. Buna qədər fevralda onun səhmləri üzrə iki iri əqd bağlanılıb. Birja martın 3-dəki əqd üzrə məlumat yaymayıb. Ona görə əvvəlki günlərdə də MUM-un səhmlərinin alışı üzrə əməliyyatların olduğu mümkündür. SC-nin 500 səhmdarı var. Turan-ın məlumatına görə, əsas səhm paketi parlamentin iki deputatı arasında bölünüb və onların qızlarının adınadır.
SC-nin ləğvinin səbəbi məlum deyil. Univermağın binası tarixi abidə sayılır.
Mərkəzi Univermağın səhmlərinin alqı-satqısı üzrə əqdlər 6 manatadır. Amma səhmdarlar deyir ki, nominal qiyməti 2 manat olan səhmlər üçün onlara 30 manat verirlər. SC-nin nizamnamə kapitalı 1,46 mln manatdır.