"Hamı bir-birindən qaçır, çünki bir-birinə çörəkpulu borcludur..." - GİLEY
Tarix: 27-11-2019, 09:45 | Çap et
“Təklif etdikləri torpaq sahələrinə görə bizə sənəd verilmir. İllərdir ki, sənədsiz torpaqları əkirik. Sənədsiz torpaqsa kəndlinin deyil, istənilən vaxt həmin torpaqdan məhrum ola bilər. Kənd sakinlərinin çoxu bundan ehtiyat edərək torpaqları əkməkdən əl üzür. Bu isə onsuz da baş alıb gedən səfaləti daha da dərinləşdirir. Hamı işsiz, hamı çörəksiz… Hamı bir-birindən qaçır, çünki bir-birinə çörəkpulu borcludur”.
DİA.AZ-ın məlumatına görə, Şabranın Xırdaoymaq kənd sakinləri danışırlar ki, 400-dən çox sakinin yaşadığı kənddə pay torpağı olan çox az sakin var. Kəndin ərazisi böyük olsa da, torpaq sakinlərə verilmir, yaxud da verilən torpaq sənədləşdirilmir. Kəndlilərsə hesab edir ki, sənədsiz torpaq onların deyil və istənilən vaxt əllərindən alına bilər. Buna görə də onlar belə torpaqları istifadəyə götürməyə ehtiyat edirlər. Kənd sakinləri danışır ki, illərdir istifadələrində olan torpaq sahələrini sənədləşdirməyə çalışırlar. Ancaq buna nail ola bilmirlər.
“Kənddə belə torpaqların təxminən 80 hektarı kəndlilərə verilib. Ondan da istifadə edə bilmirik. Çünki həmin torpaqlara görə bizə sənəd verilməyib. Bu isə kəndli üçün həmin torpaqları əkmək həm risklidir, həm də sənədsiz torpağa görə güzəştli gübrə, su, aqrotexnika, subsidiyalardan faydalana bilmirik. Bu güzəştlər olmayanda da kəndli o torpaqdan xeyir götürə bilmir – çəkdiyi xərcin mayasını da çıxara bilmir”, – adının çəkilməsini istəməyən sakin deyir.
Kənd sakinlərinin tələbi istifadələrinə verilən torpaq sahələrinə görə Dövlət Aktlarının paylanmasıdır:“Dövlət Aktı olmayan torpaqdan istifadə etmək mümkün deyil. Kəndliyə nə lazımdır – torpaq, su, bir də dövlətin qanunla nəzərdə tutulan güzəştlərdən yararlanması… Vəssalam, əksin, satsın, başını saxlasın. Xırdaoymaqlılar işsizlik bataqlığında çabalayır. İşsiz, gücsüz gənclər pis vərdişlərə qaçırlar, avaraçılıq, tüfeylilik baş alıb gedir. Dövlət kəndliyə təsərrüfatla məşğul olmağa şərait yaratsa, hərə bir tərəfdə başını öz torpağı ilə qatar, əkər, məhsul götürər, satar, dolanar… Ancaq əkin torpaqlarına görə sənəd verilmədiyi üçün kəndli əvvəla, o torpağı özününkü hesab eləmir, sonrası da güzəştlərdən yararlana bilmir və zərərə düşməmək üçün əkinə baş qoşmur. Kəndə girirsən, görürsən ki, hamı əli cibində gəzir, torpaqlar bomboş qalıb”.
Kənd sakini Əbülfəz Məmmədovun da istədiyi odur ki, istifadəsində olan torpaq sahəsi sənədləşdirilsin, fermer təsərrüfatları yaradılsın: “Hər ailəyə 1.5 hektar torpaq sahəsi verilib, ancaq heç birinin Dövlət Aktı yoxdur. İstədiyimiz odur ki, həm bu torpaqlar, həm də kənddəki boş torpaqlar sənədləşdirilsin. Kəndlilər qruplar şəklində birləşin fermer təsərrüfatları yaratsın, əkin, heyvandarlıq inkişaf etdirilsin. Torpaqları növbəli qaydada əkək, məhsul götürək… İşimizi quraq, dövlətin güzəştlərini əldə edək, vergisini ödəyək, bir yerə çıxaq, özümüzü nəyəsə yararlı hiss edək. Bilək ki, nəyə görə yaşayırıq. 40 yaşım var, gedib rayon mərkəzindən çörəyi nisyə alıb, gətirib uşaqlarıma yedizdirirəm. Halbuki, altı, üstü sərvət olan torpaqda yaşayıram”.
Nərminə Allahverənova deyir, həyat yoldaşının uzun illər müraciətindən sonra 50 sot torpaq sahəsi ayrılıb, ancaq sənəd verilməyib. Sahədə tərəvəz əkiblər, ancaq bir müddət əvvəl onlara xəbərdarlıq olunub ki, daha sahədə əkin işləri aparmasınlar: “Məhsulu Bakı bazarlarına göndərirdik. Gəlib sahədən yükləyib aparırdılar. İndi o da yoxdur. İstəyirik ki, başqa yerlərdəki kimi, burda da islahatlar aparılsın. Bizə verdikləri 1.5 hektar torpaq sahələrinə görə Dövlət Aktları paylansın. Biz də fermer işləri quraq, dövlətin güzəştlərindən yararlanaq, ailəmizi dolandıraq. İş yox, torpaq yox, heyvandarlığa şərait yox. Bu kəndli daş-kəsəklə dolansın? Yəni o regionların inkişafı proqramından bu Xırdaoymaqa, azca da olsa, pay düşmədi?”
Kəndin digər problemi örüş sahələri ilə bağlıdır. Kəndlilərin deməsinə görə, bu ərazilər sakinlərin ata-baba yurdu olsa da, torpaqlarında qonşu kəndlərin sakinləri istifadə edir: “Biz yaşadığımız yerdə iki inəyimizi otara bilmirik. Bizdən icra hakimiyyəti, bələdiyyə pul istəyir. Qonşu kəndin sakinlərindən pul alıb burada mal-qara otarmağa icazə verirlər, amma bizi yaxın buraxmırlar. Dədə-babadan burada yaşamışıq. Ancaq bizi sanki işğal altında saxlayırlar”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
|