GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİNDƏ BİABIRÇILIQ - Vəkilsiz müttəhim, 5 dəqiqəlik proses və prokurorluq edən hakim...
Tarix: 12-12-2019, 09:59 | Çap et
Bir xeyli əvvəl Gəncə şəhərində ölümlə nəticələnən mübahisə ilə bağlı maraqlı məqamlar ortaya çıxıb. JAMAZ.İNFO xəbər verir ki, 15 sentyabr 2018-ci ildə baş vermiş hadisə Daşkəsən rayon Almalı kənd sakini, 20 yaşlı Asəf İsayevlə Şəmkir rayon sakini Bahadur Qasımov arasında baş verib.
Belə ki, Bahadur Qasımovun bacısı qızı Asif İsayev tərəfindən qaçırılıb. Lakin bir həftə sonra İisayev qızı geri qaytarıb. Məsələ ilə bağlı qızın valideynləri bir neçə dəfə qızı qaçıran şəxslə görüşməyə, problemin nədən qaynaqlandığını araşdırmağa, habelə qızla oğlanı barışdırmaq üçün danışmağa çalışıblar. Lakin bütün cəhdlər nəticəsiz qalıb.
Cinayət işində müttəhim qismində qeyd olunan Bahadur Qasımovun qardaşı Şakir Qasımov bununla bağlı JAMAZ.İNFO-ya açıqlama verib. O bildirib ki, rəsmi məlumatda yazılanlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, qardaşı Bahadur Rusiyada yaşayıb və Şəmkirə gəldikdən sonra bacısı qızının başına gələnlərdən xəbər tutub. Bununla bağlı, Asif İsayevlə görüşmək istəyib. Hətta görüşə qədər Asifə xəbər göndərib ki, əgər hər hansı maddi və mənzil problemi varsa, onu həll etməyə hazırıdır. “Qardaşımın Gəncədə evi vardı. Onu bacım qızı ilə Asifə verməyə hazır idi. Deyirdi ki, iş məsələsi də problem deyil və o, bu məsələni həll edə bilər. Asif İsayevlə görüşə getməkdə məqsədi də yaranmış vəziyyəti düzəltmək, problemi aradan qaldırmaq olub. Rəsmi məlumatda yazılır ki, guya, qardaşım Aasiflə Gəncədə evdə görüşüb. Yalandır. Qardaşım onunla Asifgilin evinin yaxınlığında görüşüb. Hətta görüşdən əvvəl onun valideynlərini, ağsaqqallarını da görüşə çağırıb ki, birlikdə problemi yoluna qoysunlar. Ancaq görüşə tək Asif gəlib”.
Şakir Qasımov deyir ki, görüş zamanı qardaşım Asifdən xahiş edib ki, daşı ətəyindən töksün. “Ona bütün köməklikləri etməyə hazır olduğunu bildirib. Biz istəmirdik ki, Şəmkirdə adımız pisə çıxsın. Çünki günah bizdə deyildi, Asif qızı tək yox, anası və daha bir neçə nəfərlə qaçırmışdı. Sonra da geri qaytarmışdı. Saytlar yazırdı ki, guya, biz gedib qızı gətirmişik. Yalandır, onlar özləri qızı qovublar. Bizə maraqlı olan o idi ki, axı, bu adamların bizlə nə düşmənçiliyi var. Heç onları tanımırdıq da”.
Hadisənin necə baş verməsi ilə bağlı danışan ittiham olunan şəxsin qardaşı deyir ki, Asifin ölümü təsadüf baş verib. “Qardaşım görüşə kimisə öldürmək üçün getməmişdi. Əksinə, barışıq əldə etmək üçün çalışırdı. Adam öldürməyə gedən adam öldürəcəyi adamın valideynlərini, ağsaqqallarını görüşə çağırardımı? Bıçaq da Asifə məxsus olub, hətta qardaşıma silah çəkən də o olub. Bunu təsdiq edən 25 nəfər adam var. Lakin istintaq onların heç birini dəvət edib, ifadəsini almayıb”.
Şakir Qasımıv deyir ki, qardaşı Bahdurla Asif Gəncədə görüşüblər və mübahisənin səbəbkarı da elə ölən şəxsin özü olub. Onun sözlərinə görə, qardaşı hər vəchlə problemi aradan qaldırmağa çalışsa da, Asif onu təhqir etməyə, alçaltmağa çalışıb. “Bahadur əsəbi və ya qəddar biri olmayıb. Asif görüşdə onu təhqir edib. Deyib ki, istəsə onun özünü də zorlaya bilər. Bu təhqirlərə dözməyən Bahadurla aralarında mübahisə yaranıb. Həmin vaxt Asif İsayev cibindən bıçaq çıxarıb və qardaşıma hücum çəkib. Qardaşım özünü müdafiə etmək üçün yerdən ağac tapıb. Sonra isə iş gəlib əlbəyaxa davaya çıxıb. Asif bir neçə dəfə qardaşıma bıçaq atsa da, onu vura bilməyib. Bu vaxt imkan edən qardaşım bıçağı onun əlindən almağa çalışıb. Ancaq necə olubsa bıçaq Asifin boğazına saplanıb. Ekspertiza da təsdiq edir ki, hadisə yerindən tapılmış bıçaqda Bahadur Qasımovun əl izi yoxdur. Üstəlik, həmin vaxt ərazidə kanalizasiya qazıntısı aparan 25-ə yaxın fəhlə də hadisəyə şahid olublar. Onları nə istintaqa, nə də məhkəməyə çağırdılar. Halbuki biz bununla bağlı vəsatət də qaldırmışdıq. Elə fəhlələrin bir neçəsi məhkəmədə ifadə verməyə hazır olduqlarını desələr də, qəbul etmədilər. Eyni zamanda, Bahadur hadisədən sonra özü polisə gedib və hadisəni danışaraq, təslim olub”.
Şakir Qasımov deyir ki, Gəncə Şəhər Prokurorluğunda aparılan istintaq tamamilə qərəzli və saxtadır. Onun dediyinə görə, istintaq zamanı nə şahidlər dindilib, nə əsaslar araşdırılıb, nə də xüsusatlara diqqət yetirilib. “Mən əminm ki, işin bu şəkildə aparılması sifariş əsasında baş verib. Bunu indiyə qədər keçirilən iki məhkəmə instansiyalarındakı proseslər də təsdiq edir. Çünki dəhşətli dərəcədə ədalətsizliklər var”.
Bahadur Qasımovun qardaşı bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəm prosesləri o qədər saxtakarlıq və eybəcərliklə müşahidə olunub ki, onlar nə edəcəklərini belə bilməyiblər. “Dəfələrlə vəsatətlər qaldırdıq. Sübut etdik ki, istintaqa verilən ifadələrlə şahid ifadələri arasında ziddiyyətlər var və onlar araşdırılmadı. Hakim hər vəchlə qardaşımı günahkar çıxarmağa çalışdı. Əvvəl düşündük ki, istintaqın saxtakarlığı və bivecliyi məhkəmədə araşdırlacaq və tədbir görüləcək. Lakin tam tərsi baş verdi. Qardaşıma haqsız olaraq 18 il həbs cəzası verildi. Halbuki qardaşım Asifi öldüməyib. Bu ehtiyatsızlıqdan baş vermiş hadisədir. Bunu prokurorluq da, məhkəmə də görürdülər, lakin mövqelərini dəyişmirdilər”.
Lakin daha biabırçı hadisə Gəncə Apellyasiya Məhkəməsində baş verib. JAMAZ.İNFO-ya danışan Şakir Qasımov qeyd edir ki, hakim Teyyub Muxtarov işə baxıb. “Əslində, buna işə baxmaq demək olmaz. Cəmi üç məhkəmə prosesi keçirilib. Onun da biri baş tutmayıb. Lakin biabırçılıq odur ki, hakim Teeyub Muxtarov heç nəyi nəzərə almayıb. Üstəlik, nə qardaşıma, nə də prokurora danışmaq imkanı verməyib. Ən dəhşətlisi odur ki, qardaşım vəkilsiz halda ittiham edilib. Belə ki, Bahadur məhkəmə prosesində vəkili Rəşid Məhərrəmlidən imtina edib. Və bunu yazılı şəkildə hakimə təqdim edib. Bildirib ki, vəkili indiyə qədər onunla maraqlanmayıb, heç bir işini araşdırmayıb və müdafiəsini də təşkil etməkdə passivlik göstərib. Eyni zamanda, yeni müqavilə bağladığı vəkil Elxan Osmanovun oderini qəbul etməsini xahiş edib. Lakin hakim Teyyib Muxtarov isə vəsatətə baxmaq yerinə, qardaşımın və vəkilin üzərinə çığıraraq, onlardan sonuncu çıxışlarını etməyi tələb edib. Üstəlik, vəkil Elxan Osmanovun oderini də qəbul etməkdən imtina edib”.
Şakir Qasımov bildirir ki, hakim Teyyub Muxtarov özünü hakimdən daha çox, prokuror kimi aparırdı. “Vəkil Rrəşid Məhərrəmlinin üstünə çığırırdı ki, əgər çıxış etməsə, onunla bağlı Vəkillər Kollegiyasına təqdimat göndərəcək. Lakin vəkil hakimə dedi ki, axı, o, çıxış edə bilməz, çünki müvəkkili onun xidmətindən imtina edib. O, hakimdən müvəkkili ilə 5 dəqiqəlik görüşmək istədiyini desə də, Teyyub Muxtarov heç onu dinlımədi və müşavirə otağına getdi. 5 dəqiqə sonra gələrək, qərarını oxudu. Bu ciddi qanun pozuntusudur və bir hakim tərəfindən edilərsə, daha ciddi qanunsuzluq anlamı daşıyır”.
Bahadur Qasımovun qardaşı deyir ki, məhkəmənin qərarı ilə onun cəzası daha 1 il artırılaraq, 19 il edilib. “Biz görmüşük ki, məhkəmə ədalətli olar, cəzanı mümkün qədər aşağı salmağa çalışar. Lakin Teyyub Muxtarov cəzanı heç bir şeyi araşdırmadan və əsas olmadan daha bir il artırdı. Belə başa düşürəm ki, qardaşımın daha ağır cəza alması sifarişdir. Çünki bir hakim bu qədər qanunlara hörmətsizlik edib, müdafiəsiz qalmış, vəkilsiz, son söz deməmiş şəxsə 5 dəqiqə içində 19 il cəza verirsə, deməli, iş sifarişlidir”.
Şakir Qasımov üzləşdiyi ədalətsizlikdən dolayı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Xanım Əliyevaya müraciət edib. O dövlət başçısı və birinci xanımdan xahiş edib ki, qardaşının işinin ədalətli şəkildə araşdırılması, məhkəmələrin ədaləti hökm çıxarmasına yardımçı olsunlar. “Cənab Prezident, hörmətli Birinci Vitse-Prezident, Sizdən xahiş edirəm ki, qardaşım Bahadur Qasımovun işini nəzarətinizə götürərək, ədalətli şəkildə araşdırılmasına yardımçı olasınız. Teyyub Muxtarov kimi hakimlər insanların taleyi ilə oynayır, onların gələcəklərini əlindən alır və cəmiyyətdə məhkəmələrə qarşı inamsızlıq yaradır. Sizdən onu da xahiş edirəm ki, belə hakimləri məhkəmə sistemindən uzaqlaşdırın. Çünki belə “hakim”lər sizin həyata keçirdiyini islahatlara, reallaşdırdığınız işlərə öz əməlləri ilə kölgə salırlar”.
Qeyd edək ki, yazıda adı keçən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq. JAMAZ.İNFO
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
|