Şarl Mişel Azərbaycanı haqlı çıxardı .....                     Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək .....                     “Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” .....                     Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir .....                     Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib .....                     “Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” .....                     Şoltsun Putinlə gizli ittifaqı? .....                     Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir .....                     Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! .....                     Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU .....                     Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? .....                     Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib .....                     Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? .....                     İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini .....                     Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub .....                     Ararat Mirzoyan COP29-a dəvət alıb .....                     "MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... .....                     Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” .....                     Bakıda şirkət rəhbəri həbs edildi .....                     QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR .....                     "Qısa zamanda sülh müqaviləsi imzalana bilər” .....                     Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir .....                     Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? .....                     Kərki ilə Qazaxın 3 kəndini nə vaxt qaytarırsınız, Nikol Paşinyan?! .....                     Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir .....                     Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb .....                     Paşinyan COP29-da iştirak üçün dəvət alıb .....                     ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... .....                     DEM partiyasının baş ofisinə hücum olub .....                     Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir .....                     Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib .....                     “Avropa liderləri İlham Əliyevdən dərs almalıdırlar" .....                     DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik? .....                     “Sabah”ın afrikalı uşaqlarının İsveçrə macərası: Azərbaycan futbolunu kimlər biabır edir? .....                     Sülh sazişini bu formada imzalamağa hazırıq .....                     "COP29 Azərbaycanın dünya əhəmiyyətli dövlətə çevrildiyini göstərir" .....                     “İdarə rəhbərinin bizi görməyə gözü yoxdur...” .....                     Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb .....                     Həm maaş, həm də pensiya alan deputatlar .....                     Qonşu ölkədə dollar kəskin bahalaşdı .....                 

Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?
Tarix: 24-09-2020, 10:28 | Çap et
Korrupsioner məmurlara qarşı YENİ DALĞA...
Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının antikorrupsiya əməliyyatları əhalinin ürəyincə olan addımdır. Ekspertlər hesab edir ki, bu cür əməliyyatların davam etməsi zərurəti var, çünki qanunsuz əməllərindən əl çəkməyənlər hələ də çoxdur.

Mətbuatda, sosial şəbəkələrdə korrupsiya cinayətləri, əməlləri ilə bağlı bəs deyincə məlumat-siqnallar var. Ötən ilin dekabrından başlanan əməliyyatlar çərçivəsində bu günə qədər nazir müavini də daxil olmaqla, 10-dan çox yüksək vəzifəli məmur rüşvət və korrupsiya ittihamı ilə qandallanıb. Amma bəzi məmurların “köhnə qaydalar”dan əl çəkməməsi də sirr deyil.

Elementar bir nümunə: Bakının Türkan qəsəbəsində 2 ahıl qadını “öldürən” icra nümayəndəsi Rahil Babayev qanunlara meydan oxuyur, “milyon verib işimi görərəm” kimi fikirlər səsləndirməkdən belə çəkinmir. Yerlərdə onun tipində olan vəzifəlilər az deyil və əhali arasında narazılıq yaratmaqda davam edirlər. Bilgəh qəsəbəsində vaxtilə bələdiyyə sədri və icra nümayəndəsi olmuş, eks deputat Qalib Salahzadənin də vəzifədə olarkən törətdiyi qanunsuzluqlar bu günə qədər araşdırılmayıb. Cəzasızlıq mühiti isə qanunsuzluqların koronavirus kimi yayılmasına yol açır. Hazırda qanunsuzluqlara görə istintaq altında olan məmurlar sırasında 6 icra başçısı, bir nazir müavini və Mədəıniyyət Nazirliyinin idarə rəisi var. Həbsə alınan məmurlar İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev, Ağstafanın icra başçısı Nizaməddin Quliyevin, Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, Yevlağın sabiq icra başçısı Qoca Səmədov, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Məharət Mustafa oğlu Mustafayevdir. DTX əməliyyatçılarının qandalladığı mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov da həbsdədirlər. Həbsə alınan məmurların ittiham olunduqları maddələr də demək olar ki, üst-üstə düşür. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dələduzluq, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı...

Tutulanların iş yerlərində və çoxsaylı villalarında aparılan axtarışlar zamanı külli miqdarda pul aşkar olunaraq götürülüb. Nəzərə almaq lazımdır ki, həbs olunan icra başçılarının maaşları 880-1045 manat arası dəyişir.

Bundan əlavə, başçıya dövlət hesabına ev, kommunal xidmətlər xərci, xidməti avtomobil, həmin avtomobilin təmir, yanacaq xərcləri və s. xərclər üçün də əlavələr verilir, dövlət büdcəsindən ödənilir. Və günlərin birində başçının başı üstündə “qara maskalılar” peyda olanda üzə çıxanlar göz qamaşdırır.

İmişlinin artıq keçmiş icra başçısı Vilyam Hacıyevin mənzilində aparılmış əməliyyat çəkilişi zamanı təkcə ortalıqda olan avro, dollar, manat bağlamalarını xatırlamaq kifayətdir. Həmin məbləği saymamış da aydın idi ki, İmişlidə ehtiyacı olan hər bir adama 190 deyil, 290 manat da paylasalar, yenə də pul bitib-tükənməzdi... İqtisadçı alim Qubad İbadoğlu hesablamışdı ki, Vilyam Hacıyevin həbsi zamanı evindən müsadirə edilən maliyyə vəsaitləri 5 milyon manatdan artıqdır. O, başçının həbsi zamanı çəkilərək ictimailəşdirilən fotoları nəzərdən keçirib jurnalistlərə demişdi ki, əgər bu şəkil tapılan pulların hamısını özündə əks etdirirsə, orada 2 milyon 480 min dollar, 450 min avro var.

Ekspert əlavə etmişdi ki, əgər evdə xarici valyutada bu qədər vəsait nağd şəkildə gizlədilibsə, heç şübhəsiz ki, xarici və yerli banklarda yerləşdirilən vəsait bundan dəfələrlə çoxdur. Bundan əlavə, pulların ondan da çox hissəsi biznesə və əmlaka yatırılır.
“Bu hesabla Vilyam Hacıyevın varidatı ən azından 10 milyonlarla dollarla ölçülə bilər. Bu da büdcə üçün əlavə maliyyə qaynağıdır” deyə, ekspert bildirmişdi.

Daha bir iqtisadçı ekspert Əkrəm Həsənov da deyir ki, bu gün həbsdə olan icra başçılarının rüşvət aldığı, əmlakını mənimsədiyi vətəndaşlar istintaq orqanına müraciət etməlidirlər: “Əgər vətəndaş könüllü şəkildə istintaqa - bu halda Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib - məsələn, Biləsuvarın icra başçısının ondan 10 min manat rüşvət tələb edib aldığını deyirsə, bu halda vətəndaş rüşvət vermə cinayəti ilə əlaqəli məsuliyyətdən azad olunur. Əks halda, yəni bu məsələni istintaq təsbit edərsə, bu halda vətəndaşı da rüşvət verməyə görə cəza gözləyir. Bu baxımdan həbs olunan icra başçılarına məcbur olub rüşvət vermiş vətəndaşlar ləngimədən istintaqa bu haqda xəbər verməlidirlər”.

Hüquqşünas Əkrəm Həsənov deyib ki, həbs olunan icra başçılarının, məmurların üzərinə həbs qoyulan əmlakları haqda məlumatlar ictimailəşdirilməlidir.

Barələrində ittihamedici hökm çıxarılacağı halda, həmin əmlakların şəffaf şəkildə hərracdan satılması üçün ləngidilmədən tədbirlər görülməlidir. Əks halda, antikorrupsiya əməliyyatlarından dövlət büdcəsinə daxilolmalar dəfələrlə azala bilər. Hazırda həbsdə olan məmurları gözləyən cəzalara gəlincə isə onları 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda başladılan antikorrupsiya tədbirlərinin davamlı olması ümumilikdə ölkəmizin hərtərəfli inkişafı üçün zəruridir: “Bu gün ən müxtəlif qurumlarda, nazirliklərdə əyri yollara əl atan vəzifə sahibləri, məmurlar var. Belə vəzifə sahiblərinin həbsi, qandallanması olduqca vacibdir. Dövlət Təhlükəsizliyi Xidmətinin ötən ilin dekabrından başlayaraq həyata keçirdiyi əməliyyatlar ümumilikdə ölkədə ab-havanı dəyişdi, feodal təfəkkürlü icra başçılarının sərhədsiz qanunsuzluqları nisbətən də olsa aradan qalxdı. Belə tədbirlərin davamlı olması ümumilkdə duruma müsbət təsir edəcək. Zaman-zaman qanunsuzluq edən, dövlətin xalqa, millətə yönəlik addımlarına kölgə salan icra başçıları, nazirlər öz cəzalarını alırlar. Zərdabda bir icra nümayəndəsinin, bir bələdiyyə sədrinin tutulması, bundan əvvəl Masallıda da oxşar əməliyyatın baş tutması, göründüyü kimi, dövlətin bu istiqamətdə niyyətini ortaya qoyur. Nəzarətdə saxlayırlar, araşdırırlar, yeri gələndə həbsə alır, cəzaya çatdırırlar. Kimliyindən asılı olmayaraq iş yerində korrupsiyaya, rüşvətə yol verirsə, əvvəl-axır onlar cəzasını alacaq”.

Hüquqşünas deyir ki, qanunun sərt üzü tam şəkildə korrupsiyaya bulaşmış məmurlara tətbiq olunmalıdır: “İcra başçıları, nazir müavinləri, bələdiyyə sədrləri və digər məmurlar həbs olunur. Qanuna görə, həbsə alınan şəxslərin mal-mülklərinin üzərinə həbs qoyulur, həmin əmlaklar həbsə alan orqanın sərəncamında olur. Məhkəmənin hökmündən asılı olaraq həmin əmlaklar dövlət nəfinə keçə də bilər. Hər şey son nəticədə məhkəmənin çıxardığı hökmdən asılıdır. Məhkəmələr belə hallarda birmənalı şəkildə korrupsiya əməli təsdiq olunan məmurun əmlakının müsadirəsi haqda qərar verməlidir. Əks halda, korrupsiyanın kökünü kəsmək çətin olacaq.

Nazir, icra başçısı düşünür ki, bacardığım qədər oğurlayım, büdcədən ayrılan vəsaiti talayım. Həbs olunundan sonra 3-5 il ”yatıb" çıxaram, ömrümün axırına qədər oğurladığımı xərcləyib şad-xürrəm yaşayaram. Bu düşüncə məmurları daha çox oğurlamağa, daha çox talamağa sövq edir. Odur ki, məhkəmələr müsadirə məsələsində ortaya konkret praktika qoymalıdırlar. Əks halda, korrupsiya ilə mübarizə istənilən effekti verməyəcək. DTX-nın əməliyyat çəkilişlərində bizlər icra başçısı Vilyam Hacıyevin həyətində “Bentley” markalı maşın gördük. Bu maşının real bazar qiyməti 300 min manatdır. Başqa avtonəqliyyat vasitələrini də onun villiasının həyətində gördük. Bax həmin maşınların bazar qiymətləri 400 min manata yaxındır. Bu maşınların icra başçısının əmək haqqı ilə alması sadəcə mümkün deyil. Başqa hansı yol var? Əlbəttə ki, korrupsiya! Ona görə də korrupsiya əməli məhkəmə hökmü ilə təsdiqlənən məmurun əmlakı qeyd-şərtsiz müsadirə olunmalı, onun taladığı sahəyə, rayona qaytarılmalı, xalqın, millətin bu çətin günündə rifahına xərclənməlidir".

Hüquqşünas deyir ki, Azərbaycanda müsadirə praktikası var: “15 ildir ki, bu praktika tətbiq olunur. Nazirlərin, məmurların əmlakları müsadirə olunur. Lakin çox vaxt hakimlər müsadirə məsələsində tərəddüd edirlər. Cəmiyyət müsadirə məsələləri haqda məlumatlanmır. Amma yaxşı olardı ki, müsadirə olunmuş əmlaklarla bağlı ayrıca ictimaiyyətə məlumat verilsin. Hər kəs bilsin ki, dövlətdən oğurlanan əmlak gec-tez geri alınır. Başçılar, məmurlar tərəfindən sahibkardan, iş adamlarından alınan əmlaklar, pullar da həmin o müsadirə olunan əmlakların, pulların hesabına sahiblərinə qaytarılmalıdır. Bu gün həbsdə olan icra başçılarının rüşvət aldığı, əmlakını mənimsədiyi vətəndaşlar çəkinmədən istintaq orqanına müraciət etməlidirlər”.

Natiq Ələsgərov DTX və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyatlarının davamlı olmasının vacib olduğunu vurğulayıb.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şarl Mişel Azərbaycanı haqlı çıxardı - DETALLAR
Bu gün, 18:10
Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək - 30 ildir 85 min dollar borcu var
Bu gün, 18:08
“Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” - GƏLİŞMƏ
Bu gün, 18:05
Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir - Rusiyalı eksperti
Bu gün, 18:03
Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib - KİV
Bu gün, 17:43
“Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” - Fəzail Ağamalı
Bu gün, 17:39
Şoltsun Putinlə gizli ittifaqı? – Rusiya Avropanı belə parçalayır
Bu gün, 17:36
Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir - GİLEY
Bu gün, 17:29
Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! - AXI NİYƏ?..
Bu gün, 17:15
Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU - ÖZBAŞINALIĞA ACİL MÜDAXİLƏ...
Bu gün, 17:12
Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:06
Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib - RƏSMİ
Bu gün, 17:04
Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 17:01
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini İŞDƏN ÇIXDI
Bu gün, 17:00
Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub - BELƏ HARA GEDİRİK?
Bu gün, 16:57
Ararat Mirzoyan COP29-a dəvət alıb - KİV
Bu gün, 16:55
"MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... - Sabirabad sakini nəvələrinin qəyyumluğunun oğluna verilməsini istəyir...
Bu gün, 16:50
Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” - TƏFƏRRÜAT
Bu gün, 16:48
Bakıda şirkət rəhbəri həbs edildi - Yarım milyonluq fırıldaq
Bu gün, 16:46
QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR - Atası səlahiyyətli şəxslərdən kömək istəyir
Bu gün, 16:41
"Qısa zamanda sülh müqaviləsi imzalana bilər” - deputat
Bu gün, 16:37
Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir - BARIŞIQ İSTƏMİRLƏR...
Bu gün, 16:34
Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? - AKTUAL
Bu gün, 16:33
Kərki ilə Qazaxın 3 kəndini nə vaxt qaytarırsınız, Nikol Paşinyan?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:31
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir - FOTO
Bu gün, 16:27
Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb - FOTO, VİDEO
Bu gün, 16:21
Paşinyan COP29-da iştirak üçün dəvət alıb - Ermənistan XİN
Bu gün, 16:19
ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... - FOTO
Bu gün, 16:17
DEM partiyasının baş ofisinə hücum olub
Bu gün, 15:04
Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir - Başqa yolu yoxdur...
Bu gün, 14:00
Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib
Bu gün, 13:58
“Avropa liderləri İlham Əliyevdən dərs almalıdırlar" - Rusiyalı politoloq
Bu gün, 13:56
DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik? - Ekspert AÇIQLADI
Bu gün, 13:50
“Sabah”ın afrikalı uşaqlarının İsveçrə macərası: Azərbaycan futbolunu kimlər biabır edir? - FOTOLAR
Bu gün, 13:42
Sülh sazişini bu formada imzalamağa hazırıq - Qriqoryan
Bu gün, 13:39
"COP29 Azərbaycanın dünya əhəmiyyətli dövlətə çevrildiyini göstərir" - Vüqar Oruc
Bu gün, 13:33
“İdarə rəhbərinin bizi görməyə gözü yoxdur...” - NARAZILIQ VAR...
Bu gün, 13:30
Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb - SƏBƏB
Bu gün, 13:16
Həm maaş, həm də pensiya alan deputatlar - SİYAHI
Bu gün, 13:09
Qonşu ölkədə dollar kəskin bahalaşdı – Azərbaycanı nə gözləyir?
Bu gün, 13:01
Xankəndidə ölən erməni qadının qızı: “Bura gətirə bilmədik” - "Bir müddətdir anamla danışmırdım"
Bu gün, 12:59
Bakıya getməyə məcburuq - Erməni jurnalist
Bu gün, 12:57
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:55
Payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir - VİDEO
Bu gün, 12:53
"Hüseynoglu Residence" YAŞILLIĞA QƏNİM KƏSİLİB - cəzasız qalmadı...
Bu gün, 12:51
BRİKS Qlobal Cənub üçün "yapışdırıcı" ola bilər - İndoneziya xarici işlər naziri
Bu gün, 12:47
Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: - “Apple" və “NVIDIA”ya yatırımlar kəskin artıb
Bu gün, 12:42
Aİ Rusiya əleyhinə sanksiyaları gücləndirir: - ABŞ-da siyasət dəyişikliyi gözlənilir
Bu gün, 12:37
“Ermənistan və Türkiyə nümayəndələrinin görüşü olacaq” - “News.am”
Bu gün, 12:30
Saleh Məmmədovun müşavirinin oğlu da ölkədən pul çıxarıb? - “Siracoglu” MMC hakim qarşısında
Bu gün, 12:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru