“Adıma külli miqdarda pul götürərək yoxa çıxıblar” - GİLEY
Tarix: 8-02-2021, 10:28 | Çap et
Masallı rayonu, Həsənli kənd sakini Camal Əhmədağa oğlu Hüseynov iddia edir ki, “Turan Bank” işçisi və bir neçə nəfər tərəfindən aldadılıb: “Hadisə 2015-ci ilin sentyabrında olub. Bakıda fəhlə işlədiyim dövrlərdə naxçıvanlı tanışım gəldi ki, köməyin lazımdır. Bir nəfər maşınını sənin adına keçirmək istəyir. Dedi ki, narahat olma, sənlik heç bir iş yoxdur. Mən də həmin oğlanı tanıdığım üçün etiraz etmədim. Növbəti gün Anar adlı bir nəfərlə görüşdük. O söylədi ki, maşını mənim adıma sənədləşdirəcəklər. Hətta zarafatla əlavə etdi ki, istəsən maşını bizim əlimizdən ala da bilərsən. Bunlar maşını mənim adıma keçirdilər. Yəni texniki pasportda maşın mənim adımadır. 2008-ci il istehsalı olan “Prado” “90-UJ-844” dövlət nömrə nişanlı maşın idi. Bunlar avtomobili mənim adıma sənədləşdirəndən sonra “Turan Bank”ın Binəqədi filialına girov qoyaraq, yenidən mənə müxtəlif sənədlərə qol çəkdirdilər. Sonra da dedilər ki, vəssalam, gedə bilərsən. Narahat olma, qalan işlər bizlikdir. Mobil nömrə verdilər ki, nə problem yaransa, bizimlə əlaqə saxla. Bununla da məsələ bağlandı. Onu da deyim ki, həmin adam mənə dedi ki, qardaşım “Turan Bank”da işləyir. Yəni onlar iki qardaş əlbir olub mənim başıma bu oyunu açdılar. Qardaşlardan biri Anar Əsədov Kamil oğludur, Zəngilan qeydiyyatındadır. Digəri haqqında heç bir məlumatım yoxdur”.
Şikayətçi deyir ki, hadisənin üzərindən bir il keçəndən sonra Həsənli kəndinin poçtuna onun adına üç radar məktubu gəlib. Məsələni aydınlaşdırmaq məqsədilə ona verilən nömrəyə zəng edib:
“Zəngləşəndən sonra görüşdük, avtomobilin cəriməsini ödəyəndən sonra məndən mülki etibarnamə aldılar. Bunlar elə bir oyun oynayıblar ki, maşını kim necə sürür, bəlli deyil. Hətta nömrəsini dəyişiblər. Hadisədən yarım il vaxt keçəndən sonra Masallı Məhkəməsindən məktub gəldi ki, “Turan Bank” məni məhkəməyə verib. Görmüşük ki, bank kreditini gecikdirəndə adama xəbərdarlıq edərlər. Heç bir bank kredit borcuna görə ilyarım gözləyib, sonra xəbərdarlıq etmədən məhkəməyə vermir. Yəni bir ay gecikmə olan kimi zəng edirlər. Bunlar mənə necə kələk gəliblər, üzərindən ilyarım vaxt keçəndən sonra “Turan Bank” məni məhkəməyə verib. Özü də məndən xəbərsiz. Kredit borcu ilə bağlı ilyarım ərzində xəbər etsəydilər, vaxtında işin üstünə düşə bilərdim. Xəbərdarlığı bilərəkdən etməyiblər, çünki məqsədləri məni aldatmaq olub. Götürdükləri 18.500 dollar faiz və cəriməsi isə yığılaraq 22.794 dollar 37 sent olub. Masallı Məhkəməsində hakim tövsiyə etdi ki, avtomobili tapın. Neçə ildir ki, məktub yazmadığım yer qalmayıb. Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə, həmçinin Baş Cinayət Axtarışı İdarəsinə, bütün aidiyyatı orqanlara müraciət etmişik. Hətta fevralın 17-də Bakı Apelyasiya Məhkəməsində işimizə təkrar baxılacaq. Lakin “Turan Bank” məsələnin həll olunmasında maraqlı deyil, çünki işin üstünün açılmağını istəmirlər. Gəlib yaşayışıma baxsınlar. Görsünlər ki, mənim elə bahalı maşın sürməyə imkanım varmı? Haradandır elə bahalı maşınım ki, banka girov qoyub pul götürüm? İkinci qrup əliləm, işləmirəm. Dövlətdən 230 manat təqaüd alıram. Üç körpə uşağım var. Həyat yoldaşım da xəstə adamdır. Yaşayışımızı görən qorxar. Divarlar nəmişlikdən uçub tökülür. Döşəmə çürüyüb, şifer qırılıb, yağış yağanda evə tökülür. Pulum olsa evimi düzəldərəm. Bu evdə heç heyvan da yaşamaz, amma biz yaşayırıq. Beş-on manat deyil ki, deyəsən balalarımın başına sədəqə. Qırx min manat pul məndə nə gəzir”.
“Turan Bank” ASC-nin Problemli Kreditlərlə iş Departamentin direktoru Kamil Hüseynli Meydan TV-nin şikayətlə bağlı sorğusuna “Məsələni araşdıracağıq. Həmin şikayətçini dəvət edib, işinə baxacağıq”, - deməklə kifayətlənib.
Vəkil Əsabəli Mustafayev deyir ki, adətən bu kimi hallarda aldanmış adamlar məsələnin mahiyyətindən xəbərdar olurlar. Əvvəlcədən razılaşdırılaraq, onlara müəyyən məbləğdə pul təklif olunur:
“Məsələn, təklif olunur ki, sənin adına pul götürəcəyik. Sənə də müəyyən məbləğdə pul verəcəyik. Yəni həmin adam güman ki, hansı riskə getdiyini müəyyən mənada bilir. Tam məlumatsız olmur. İkinci bir məqam, imzalanan sənədləri mütləq oxumaq lazımdır. Sonra ciddi problemlə üzləşərkən məsuliyyətdən yayına bilməyəcəklər. Həmin şəxs sənədlərə qol çəkibsə, məsuliyyətdən yayına bilməz. Sənədləri imzalayıbsa, prosesin içindədir, icraçılarından biridir. Sənədləri bankda imzalatdırıblarsa, hansısa məcburiyyətdən söhbət gedə bilməz. Belə hallar çox yayılıb, kiçik bir məbləğə aldanaraq, böyük məbləğin altına girirlər. İnsanlarda səthi, məsuliyyətsiz yanaşma var. Sonradan da bu kimi hallarla rastlaşıb, əziyyətini çəkirlər. Bu kimi məsələləri ictimailəşdirmək, insanları hüquqi cəhətdən maarifləndirmək lazımdır”. //kommersant.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|