İnam Kərimovla Mikayıl Cabbarovun köhnələrdən fərqi... - HƏLƏ Kİ GÖRÜNMÜR!
Tarix: 16-03-2021, 09:40 | Çap et
 Afrika haqda həmişə bir fikir yayğındır ki, zəngin qitənin yoxsul insanları bu coğrafiyada yaşayırlar. Hər bir sərvətə malik qitənin əsrlərdir səfalət, aclıq və xəstəlik girdabında yaşaması az qala normaya çevrilib. Dünya qəbul edib ki, afrikalılar kasıb, ac, ümidsiz olmalıdırlar. Bu absurd reallıqla barışan qitənin insanları da dünyanın aparıcı ölkələrinin onların daş-qaşlarını, ləl-cəvahirətlərini, sərvətlərini daşıması, istismar etməsi, sümürməsi və taleləri ilə sanki barışıblar. Amma Afrika qitəsində yerləşməyən, Avropa Şurasının üzvü, Avropa İttifaqı ilə assosiativ saziş imzalamağa hazırlaşan, Xəzərindən neft çıxan, TAP, TANAP layihələri işə düşən, qazını Avropa bazarına çıxaran Azərbaycanda da əhali sərvəti bol olan afrikalılar kimi yoxsul yaşayırlar. Dünyadakı ən kasıb 49 ölkədən 34-ü Afrikadadır. Amma əmin ola bilərsiniz ki, Azərbaycan da həmin 49 ölkə cərgəsində bir yer alır. Anaxeber.info təklif edir ki, əhalinin rifah halını, dolanışıq səviyyəsini ölçən cihaz olmasa da, bazarlarda, marketlərdə mənzərə etalondur. Bu çılpaq həqiqətlə Azərbaycan hökuməti tanışdır, sadəcə, toxun acdan xəbəri olmadığı kimi, vəzifələrdə oturanların da xalqdan xəbəri yoxdur. Daha doğrusu, hər şey onlara agah olsa da, biveclik və talançılıq tamahı vicdan hissinin itirilməsi ilə nəticələnir. Bir baxın - xalq Novruz ərəfəsində bazarlardan, marketlərdən bayramlıq sovqatları, ərzaqları qram-qram, yarım-yarım alarkən, “mart gəldi, dərd gəldi” deyərək ailə başçıları külfətini doyurmaq, uşaqlarını bayramda necə sevindirmək haqda baş sındırarkən, ən aşağı rütbəli məmurlar və balaları yağ-bal içində yaşayırlar. Kimisi COVİD testi verib təyyarəyə bilet alıb hansı ölkəyə getməyi, kimisi hansı şəhərdə, hansı bahalı oteldə Novruzu qarşılamağı fikirləşir, xalqa heç bir xidməti olmayan baş nazirin müavini Yaqub Eyyubov 16 milyona bağ sahəsi alır, hansısa nazir uşağı kef-əyyam çəkir, kasıb millət isə pandemiya vaxtı daha da səfil vəziyyətdə şükür etməklə ömür yola verir. Həmin kasıbın balası Qarabağda şəhid olsun, həmin kasıb neft gəlirlərindən məhrum edilsin, nemətlərə tamarzı qalsın ki, varlıların, xalqın pulunu oğurlayanların, heç bir istedadı olmayan nazirlərin balaları xoşbəxt, tox yaşasınlar, ilaxır çərşənbəni ehtiyacsız, ciblərindəki pulu götür-qoy etmədən qeyd etsinlər. Bu talançılıq, mənimsəmə, yağmalama adını verdiyimiz məmurların oğurluqları, qarətçilikləri bir yana qalsın, bizi afrikalıların gününə salan həm də idarəetmə sistemi, səlahiyyətli şəxslərin yarıtmaz fəaliyyətidir. Adi bir misal - bazarlarda qiymətlər “od tutub yanır”, amma Qərb təhsili almış gənc nazirlər, islahatçı olduqları deyilən Mikayıl Cabbarovla İnam Kərimovun “tükü tərpənmir”. Onlar ölkənin iqtisadiyyat və kənd təsərrüfatı kimi əhəmiyyətli sahələrinə rəhbərlik edirlər. Amma nə iqtisadiyyat naziri M.Cabbarov və onun tabeliyində olan Antiinhisar xidməti süni qiymət artımına qarşı səfərbər olaraq kompleks şəkildə mübarizə aparır, nə İ.Kərimovun Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bazardakı məhsulların bahalığı təftiş edilir. Bu kadrların təyinatında o zaman məqsəd nə olub? Təkcə fiqur dəyişikliyi? Əgər sadə azərbaycanlı bazardan məhsulu yenə baha qiymətə alırsa, onun üçün bayram nemətləri həmişə olduğu kimi əlçatmazdırsa, çərəzləri, quru meyvələri, qoz-fındığı qram-qram, 250-300 qram çəkdirib alırsa, onda onun üçün bu sahəyə cavabdeh olan nazirin Mikayıl Cabbarov, İnam Kərimov, yoxsa Şahin Mustafayev, İsmət Abbasov, Heydər Əsədov olmasının fərqi nədir?! Deməli, bu sahədə heç bir real işlər görülməyib, vitrin dəyişib, adlar yenilənib, idarəetmədə yanaşma ənənəvi qaydalara söykənir, xalq da “islahat”ları vecinə almayan monopolistlərin ucbatından ələ baxır. Ona görə mif dağılmağa başlayır, xalqa sırınan gənc nazirlərin mahiyyəti, idarəçilik qabiliyyəti, səriştəsi üzə çıxmaqdadır. Onların köhnələrdən fundamental şəkildə ciddi fərqləri yoxdur və yarıtmırlar. Gəlin bazarlarda qiymətlərə nəzər yetirək, dəhşətli bir bahalaşma dalğası müşahidə olunur; istər yağ, çay, düyü, şəkər tozu, ağartı, istər ət, toyuq, kosmetik, gigiyenik məhsullar olsun, istərsə də Novruz nemətləri - hər şeyin qiyməti fantastik dərəcədə artıb, hökumətin səsi çıxmır. Heç bir qurum təftiş etmir ki, pandemiya dönəmində bir az da kasıblaşan əhali, ailə başçıları evlərinə necə bayram bazarlığı etsinlər. Ona görə də xalqın mədəsi müharibədə zəfərdə dolmur, sosial siyasəti köklü şəkildə dəyişmək lazımdır. Anaxeber.info

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|