Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə Regional şöbəsinin KOR NALBƏNDİ... - İLGİNC FAKTLAR
Tarix: 5-06-2021, 11:06 | Çap et
Gəncə şəhər sakini Ələsgərov Sənan Bəhman oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi təqdim edirik:
“Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna aid olan vəzifələrə qəbulu və işdən çıxarılması “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Lakin Ayaz və Niyazi Rəhimov qardaşlarına bu qanunvericilik aktları tətbiq olunmur. Onlar istədikləri zaman dövlət qulluğuna aid vəzifələrə imtahansız qəbul olunurlar.
A.Rəhimov hazırda 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsində çalışır. Onun əmək fəaliyyətinə nəzər yetirsək, qanunsuz əməllərinə şahid olarıq. O, 23 aprel 2012-ci il tarixli, 1E1X02R000100 nömrəli müddətsiz əmək mü-qaviləsinə əsasən, Azərbaycan Respublikasının Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq (AzTEST) Mərkəzinin Gəncə ərazi sınaq və sertifikatlaşdırma şöbəsinə sektor müdiri vəzifəsinə qəbul olunub. Daha sonra onun müqaviləsinə dəyişiklik edilərək, əlavə iş yeri kimi 1E1X02R000101 nömrəli müddətli əmək müqaviləsi ilə həmin şöbənin bölmə müdiri vəzifəsinə keçirilib. 01 noyabr 2015-ci il tarixli, 1E1X02R000200 nömrəli müddətli əmək müqaviləsinə əsasən, o, həmin Komitə yanında Texniki Tənzimləmə və Standartlaşma üzrə Dövlət Nəzarəti Xidmətinə baş məsləhətçi vəzifəsinə qəbul olunub. Bu vəzifə dövlət qulluğuna aid vəzifə olduğundan, A.Rəhimov müsabiqə və müsahibədən keçə bilmədiyinə görə, uzun müddət bu vəzifədə müddətli əmək müqaviləsi ilə çalışıb və dövlət qulluqçusu statusu qazana bilməyib. Elə buna görə də, ona vəzifə maaşına əlavələr hesablanmayıb.
17 aprel 2017-ci il tarixdə bu vəzifədən azad olunub və əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a”bəndinə əsasən, müəssisənin ləğvi ilə əlaqədar olaraq xitam verilib. Həmçinin, “AzSert” MMC-də əlavə iş yeri olaraq çalışıb.
Ölkə qanunvericiliyinə görə, dövlət qulluğuna aid vəzifə tutan şəxslərin müəyyən elmi və pedaqoji fəaliyyətlər istisna olmaqla, əlavə iş yerində çalışması qadağan edilmişdir. Lakin komitədə məsul vəzifə tutan Niyazi Rəhimov qardaşı Ayaz Rəhimovu qanunvericiliyin bu məhdudiyyətindən azad edib. O, 01 noyabr 2015-ci il tarixli, 1E1X02R000300 nömrəli müddətli əmək müqaviləsinə əsasən, “AzSert” MMC-də audit vəzifəsinə təyin etdirib. 21 iyun 2016-cı il tarixli, 1E1X02R000301 nömrəli müddətli əmək müqaviləsinə əsasən, növbəti müddətə əlavə iş yerində əmək fəaliyyətini davam etdirib. Həmin əmək müqaviləsinə 11 may 2017-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilib.
12 may 2017-ci il tarixli, 1E1X02R000400 nömrəli müddətli əmək müqaviləsi ilə “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik Hüquqi Şəxsinə aparıcı-auditor vəzifəsinə qəbul olunub. İşəgötürənin 11 sentyabr 2018-ci il tarixli müvafiq əmri ilə bu vəzifədən azad olunub və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilib. Ayaz və Niyazi Rəhimov qardaşları Azərbaycan Respublikasının Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvindən sonra öz şəxsi biznes fəaliyyətlərini “AQROSERT” MMC-də (VÖEN 1003957541) davam etdiriblər. Niyazi Rəhimov uzun müddət Azərbaycan Respublikasının Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb. Ayaz Rəhimov 29 sentyabr 2018-ci il tarixdə “AQROSERT” MMC-nin direktoru vəzifəsinə təyin olunub. Onun bu təyinatı saxtalaşdırılıb. 31 mart 2019-cu il tarixli, 1E1X02R000300 nömrəli müddətli əmək müqaviləsi bildirişi 29 sentyabr 2018-ci tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə daxil olunub. Saxtalaşdırma bununla da bitməyib. O, həmin cəmiyyətdə tutduğu direktor vəzifəsindən 26 dekabr 2018-ci il tarixdə “Dövlət qulluğu haqqında “ Azərbaycan Respublikası qanununun 33.1.1. maddəsi ilə azad olunub. Nazirliyin elektron informasiya sistemində xitam 27 dekabr 2018-ci il tarixli, 1E1X02R0005X0 nömrəli bildirişlə qeydə alınıb. Onun əmək müqaviləsi gələcəkdə rəhbər vəzifəyə təyinat ala bilməsi üçün saxtalaşdırılıb və nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində əvvəlki tarixə rəsmiləşdirilib.
A.Rəhimovun eyni vaxtda ayrı-ayrı iki iş yerində əsas iş yerində işləməsinə dair əmək müqaviləsi bildirişinin nazirliyin elektron informasiya portalına daxil edilməsi korrupsiya halını təsdiq edən faktdır.
Digər bir saxtakarlıq isə, qanunazidd olaraq dövlət qulluğuna aid olmayan bir fəaliyyət sahəsində çalışan Ayaz Rəhimovun işə qəbulu və işdən azad olunması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq 68 maddəsinin 2- ci hissəsinin “a” bəndinə əsasən yox, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanununa istinad olunaraq həyata keçirilmişdir. Bu hal qanunvericiliklə qadağan olunub və yolverilməzdir.
Tərəfimdən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə 16 oktyabr 2019-cu il tarixdə etdiyim rəsmi müraciətə cavab olaraq İmtahan Mərkəzi tərəfindən daxil olmuş 28 dekabr 2019-cu il tarixli 03/08-22/4635 saylı məktubda bildirilmişdir: “Müsahibələrdə şəffaflığın təmin edilməsinə nümunə olaraq məktubunuzda adını çəkdiyiniz Ayaz Süleyman oğlu Rəhimovla keçirilən müsahibəni qeyd etmək olar. A.S.Rəhimov 30.05.2019-cu il və 06.11.2019-cu il tarixlərində dövlət qulluğuna qəbul üzrə keçirilən ümumi müsahibələrdə iştirak etmiş, müsahibə komissiyasının rəyinə əsasən, iddia etdiyi vəzifələrə uyğun hesab edilməmişdir”.
Buna baxmayaraq, Ayaz Rəhimov 2018-ci ilin dekabr ayından rəis vəzifəsinə uyğun olmadığı halda hal-hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetində şöbə müdiri vəzifəsində işləyən Niyazi Rəhimovun qardaşı olduğu üçün nazir Sahil Babayev tərəfindən qanunvericiliyin tələbləri pozularaq ƏƏSMN-nin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə Regional şöbəsinin rəisi vəzifəsində işləyir.
Cənab Prezident!
Çıxışlarınızda dəfələrlə yüksək vəzifəli məmurlar tərəfindən qanunlarımızın pozulmamasını, məmur-vətəndaş münasibətlərində vətəndaş məmnunluğunun yaradılmasını, qohumbazlığın və korrupsiya hallarının qarşısının alınmasını qeyd etməyinizə baxmayaraq, ƏƏSMN-də qanunların pozulması və vətəndaşların konstitusion hüquqlarının pozulması halları nazir Sahil Babayev tərəfindən davam etdirilir. Xalqda dövlətə qarşı inamsızlıq yaradır”.
Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Bu gün, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Bu gün, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
|