“Aqrar Tədarük və Təchizat” ASC KİMƏ XİDMƏT EDİR? - ARAŞDIRMA
Tarix: 23-07-2021, 10:31 | Çap et
...Daxil olmuş oxucu sorğusunu və şikayəti əsas tutaraq bu gün hər bir istehlakçının, deməli, hər birimizin maraqlarına xidmət edən bir problemi araşdırmaq qərarına gəldik. Söhbət ölkədə topdansatış və pərakəndə satışla məşğul olanların uydurduğu qiymətlər arasındakı kəskin fərqin mövcudluğundan gedir... O fərqdən ki, müharibədən çıxmış və 30 il ərzində Ermənistanın işğalçılıq siyasətindən bu və ya digər formada maddi-mənəvi və sosial ziyan görmüş bir ölkənin bu gün onsuz da sosial durumu narahat olan vətəndaşlarının cibinə-ailə süfrəsinə uzanan nankor adamların əllərdən keçir...
İstehsalçı fermerin və istehlakçıların topdan və pərakəndə satışda pozulan hüquqları və dükan- bazarlarda alıcıların “qulaqkəsilmə”ləri...
Azərbaycan Prezidenti 16 iyun 2017-ci il tarixli, 1460 saylı fərmanı ilə yerli məhsul istehsalçılarımızın təkrar istehsalçılığını müəyyən edən tələbləri ortaya qoyub. Belə ki, “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında olan adı çəkilən fərmanda istehlakçı hüquqlarının qorunmasına aydın şəkildə təminat verilir. Fərmanın icrası üçün digər çoxsaylı qərarlar və direktiv sənədlər də qəbul olunub və bu barədə geniş danışmağa ehtiyac görmürəm. Çünki mətləb və məna aydındır. Amma sözümüzün və söhbətimizin bir vacib məqamı var: necə olur ki, min bir əziyyət və xərclərlə kənd təsərrüfatı məhsulu əkib-becərən fermer mövsüm başa çatanda borclarının altından, bu məhsulların topdan və pərakəndə satışı ilə məşğul olanlar isə var-dövlətinin aşıb-daşan gəlirlərinin altından çıxa bilmirlər? Fermer məhsulunu su qiymətə güclə satır, topdan və pərakəndə satışla məşğul olanlar isə, necə deyərlər, yoğurmadan, yapmadan hazırca kökə tapmış olurlar...
“Belələrinə bəzən “Qaz vurub qazan dolduranlar” deyirlər”
Alver! Yəni, al və ver! Sadə xalq dilində desək, alverlə məşğul olmanın bir mənası da odur ki, malı istehsalçıdan alıb alıcılara, yaxud istehlakçılara satırsan. Belələrinə bəzən “Qaz vurub qazan dolduranlar” deyirlər. O vaxt ki, bu alıb-satan, yəni alverçi insafı əldən versin, ticari qaydaları nəfsinə qurban versin. İndi belələri gerçəkdən meydan sulayır...
***
Qubadan redaksiyamıza gəlmiş fermer Adil Həsənovun gileyli söhbətini dinləyəndən sonra ortada çoxsaylı sualların olduğunu görməmək mümkün deyildi. “Bilirsiniz ki, neçə ildir Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” (ATT) Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Cəmiyyətin İdarə Heyətinin sədri Aqil Quliyevdir. Qısa desəm, ASC-nin əsas vəzifəsi biz fermerlərlərin əməyinin və maddi marağının stimullaşdırılmasıdır ki, biz də maraqlı olub bol məhsul yetişdirək. Mənim bağımda bu il də, ötən il də 20 tona yaxın şaftalı yetişdirildi. Davası-dərmanı, əziyyəti, yay-qış aqrotexniki qulluq da öz yerində. Amma məhsulu məndən “Meyvəli”də su qiymətinə alınıb marketlərdə üçqat qiymətə satılmasını görəndə məyyus oldum... Mən calaq işini çox gözəl bilirəm. mənim becərdiyim şaftalıları yüz növün içindən dərhal tanıyaram. Bu günlərdə Bakının mərkəzi küçələrinin birindəki məndən yerində alverçilərə 0,8-1 manata satdığım, topdansatışda isə 1 manat 40 qəpiyə təklif edilən şaftalının dükanda 3 manat 50 qəpiyə satıldığını görəndə dəli oldum. Əyilib şaftalının birini götürdüm, əlimdə sığalladım, tumarladım, yavaşca “qulağına” dedim ki, məni bağışla, vallah, mən sənin qiymətini yaxşı bilirdim, amma bu alverçilər imkan vermir ki, camaat səni satdığım qymətdən azacıq baha və cibinə uyğun alıb yesin. Səni bu qiymətə kim alar, pullular, imkanlılar. Amma mən istəmişəm ki, sən kasıbların da süfrəsinin bəzəyi olasan...”. Satıcı üzümə baxıb dilləndi: “A kişi, o şaftalıya nə danışırsan elə???”. Dedim, mən danışmıram, siz məni danışdırdınız. O şaftalını yetişdirən mənəm, siz isə 3 qat qiymətə satırsınız? Mən isə çəkilən xərcimi güclə çıxarıram. İnsafınız yoxdurmu???”.
...Aqil kişinin narahatlığını başa düşmək çətin deyildi. Və bu narahatlığın səbəb- ünvanını tapmaq üçün paytaxtda və “Meyvəli” bazardakı topdansatışla məşğul olanların gün-güzəranını görüb müşahidələrimizi davamlı etdik...
Bəli, uzun-uzadı danışmağa da əsas görmürəm. Amma əsaslı səbəb isə ortadadır. Bilənlər bilir ki, Prezidentin sərəncamları ilə hər il “Aqrar Tədarük və Təchizat” ASC-nə fermerlərə aqrar kreditlər verilməsi üçün külli miqdarda vəsait ayrılır. Həmin vəsaitlərin hesabına ucuz və bol kənd təsərrüfatı məhsulları yetişdirilməlidir ki, ölkə əhalisinin ərzaq təhlükəsizliyi təmin edilsin. Çünki daxili bazarda kasadlıq yaranan kimi, ölkədən valyuta axını başlayır, işbazlar qonşu ölkələrdən, hətta Afrika ölkələrindən... geni bəlli olmayan mer-meyvə, kartof-soğan və s. daşıyıb gətirirlər. Öz fermerimiz isə özünə faydalı məşğulluq tapa bilmir, topaqlarımız əkilib-becərilmir... İndi siz deyin: Bakının ən böyük topdansatış bazaları kimi tanınan “Meyvəli”də, “8 KM Kolxoz bazarı”nda, bəlkə Nəsimi, Mikrorayon və s. kimi tanınan topdansatış bazarlarında “Aqrar Tədarük və Təchizat” ASC-nin hansısa xüsusi nümayəndələrinə rast gəlmisiniz? İstər “Meyvəli”də, istərsə də “8 KM Kolxoz bazarı”nda rayonlardan “QAZel”llərdə meyvə və digər kənd təsərrüfatı məhsulları gətirmişlərin hansı birindən “”Aqrar Tədarük və Təchizat”dansınızmı”? deyərək soruşsaq da, demək olar hamısı belə bir qurumun adını indi eşitdiklərini söylədilər.
Bu da “Aqrar Tədarük və Təchizat” ASC-nin rəsmi məramı...
ASC-nin Nizamnaməsindəki əsas vəzifəsini oxuyuruq: “-Kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılmasına nail olaraq kənd təsərrüfatı sektorunun təşviqi və dəstəklənməsi yolu ilə ölkənin qeyri-neft sektorunun inkişafında özünəməxsus rol oynamaq;
-Dövlət vəsaitlərindən səmərəli istifadəni təmin edərək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq;
-Dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək...”.
Yəqin, bu cümlələri oxuyan fermerləri gülmək tutdu. Təkrar etmək istəmirik, diqqət edirsinizmi, nə qədər bərbəzəkli ifadələr, vədlər, şüarlar!
***
...İki il əvvəl bu mövzuya toxunmuşduq. Bu yaxınlarda isə təsadüfən də olsa, yolumuzu yenidən Ağcabədidən salmalı olduq. Maraq üçün “Aqrar Tədarük və Təchizat” ASC-nin Ağcabədi tədarük bazasına baş çəkmək istədik. Təsəvvür edirsinizmi, hazırkı mer-meyvənin bolluğu şəraitində Ağdam-Ağcabədi magistral yolun düz üstündə yerləşən və bərbəzəkli, möhtəşəm binası olan bazanın darvazası bağlı idi. Halbuki hazırda bazaya məhsul gətirən fermerlərin yük avtomobillərinin əlindən burada tərpənmək mümkünsüz olmalıydı. Amma...
***
Bəli, olmalıydı, olmadı! Niyə? Çünki biz hələ ki kağız üzərində işləyirik. Dövlətin yayın qızmarında ölkəmiz üçün (faktlar isə göstərir ki, onlar alverçilər üçün çalışır) məhsul istehsal edən fermerlərə ayırdığı dəstək-stimul vəsaitini ünvanına çatmağa qoymayan kağızbazlar hələ də var! Hansı ki, onlar başa düşməlidirlər ki, Azərbaycan Prezidentinin dəmir yumruğu təkcə Paşinyan üçün deyildi, həm də paşiyanlar üçündür-dövlətin rəhbərinin etibar və etimadına nankorluq edənlər üçün!
“Aqrar Tədarük və Təchizat” ASC-nin şüarçılığı və...
Rəsmi mətbuatı izləyirəm ki, görüm, ümumiyyətlə, bu qurumun fəaliyyətinin bəlkə bilmədiyimiz tərəfləri var! Sən demə varmış. Məsələn, AzərTAC-ın bir məqaləsindən bəlli olur ki, ASC-nin “...rəhbər şəxsləri Quba, Qusar və Xaçmaz rayonlarında yerli fermerlərlə və qida məhsulları istehsalçıları ilə görüş keçirib. Bu rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərində baş tutan görüşlərdə fermerlər ATT-nin fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək planları barədə məlumatlandırılıb. Fermer və qida məhsulları istehsalçıları qurum tərəfindən həyata keçirilən “Kənddən Şəhərə”, “Şəhərdən Kəndə” və AFAQ layihələrinə qoşulmağa dəvət edilib. Həmçinin, fermerlərin problemləri yerindəcə dinlənilib, müraciətləri qeydə alınıb. Görüşdə çıxış edən “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova (əvvəlki sədr.RED.) rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə fermerlərə məlumat verib: “Qurum olaraq əsas vəzifəmiz dövlət vəsaiti hesabına fermerlərdən yetişdirdikləri kənd təsərrüfatı məhsullarını satın almaq və bu məhsullarla müxtəlif dövlət qurumlarının qida təchizatını həyata keçirməkdir...”.
Diqqət edin, Leyla Məmmədova daha sonra fermerləri ATT tərəfindən həyata keçirilən layihələrə qoşulmağa dəvət edir: “Bildirmək istəyirəm ki, həyata keçirdiyimiz layihələr sizə öz məhsullarınızı daha tez və sərfəli qiymətə satmağa kömək edəcək. Hər birinizi layihələrimizə qoşulmağa dəvət edirəm. “Kənddən Şəhərə” layihəsi çərçivəsində Bakı şəhərində iki satış mərkəzi fəaliyyət göstərir. Mütəmadi olaraq hər həftəsonu paytaxtın müxtəlif nöqtələrində “Kənddən Şəhərə” yarmarkaları təşkil edirik. Bütün bu yarmarka və satış mərkəzlərində paytaxt sakinlərinə sizin yetişdirdiyiniz məhsullar təqdim edilir. Yarmarkalarda iştirak edən fermerlər öz məhsullarını birbaşa alıcılara satırlar...”.
AzərTAC daha sonra əlavə edir ki, “Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbər şəxsləri mütəmadi olaraq müxtəlif regionlarda fermerlərlə görüşlər keçirirlər. Bax burda, necə deyərlər, Qəribi ağlamaq tutmasın, neyləsin?.. Araşdırmalarımızla bağlı bu günlərdə ölkənin ən çox soğan istehsalçılarının cəmləşdiyi Ağcabədi və Ağdam rayonlarında, xüsusən də Ergi adlı yaşayış ərazisində olduq. Havanın orta temperaturunun təxminən 45-50 dərəcə olduğu bu düzənlik ərazidə (iyulun 26-da) fermerlər (sahədə çalışanların 80 faizi qadınlar idi) yaylıq soğan yığımı ilə məşğul idi. Onlardan “Aqrar Tədarük və Təchizat” ASC rəhbərlərindən kiminsə gəlib görüşdüyünü, yaxud onlara aqrar kredit xətti ilə hansısa yardımın edildiyini soruşduq. Təəssüf ki, müsbət cavab almadıq. Halbuki ASC rəhbərliyi həm də fermerlərin sosial problemlərini də diqqətdə saxlamalıdır. Qızmar istidə çalışanların kölgəliyi belə yox idi. Onların belə qızmar açıq havada çalışması yolverilən idimi, ay Əmək Müfəttişlərimiz???
Ən maraqlısı: fermerlərdən hazır kisələrdəki məhsullarını alanların kimliyi və qiyməti ilə də maraqlandıq. Məlum oldu ki, alıcılar alverçi-sürücülərdir. Onlar kimlərdənsə pul alıb bu məhsulun qiymətini öldürdükdən sonra (sifariş verir, sonra yalandan bəhanə gətirirlər ki, alıcı tapa bilmirlər və fermer məcbur olub məhsulu batmasın deyə, qiyməti bir neçə qəpik də aşağı salır. Təsəvvür edin, soğanı sahədən kq-ı 6-7 qəpiyə verirlər!) fermeri bezdirib su qiymətinə alıb aparırlar. Bir sözlə, fermerlər başını, “Aqrar Tədarük və Təchizat” ASC isə nə iş görməli olduğu barədə məsuliyyətini itirib. Mənim təsəvvürüm belə idi...
Fermerin topdansatış bazalarına su qiymətinə satdığı məhsulu nədən marketlərdə və dükanlarda iki, bəzən üçqat qiymətə satılır???
ASC-nin Nizamnaməsində də qeyd olunur ki, fermerlərdən satın alınan məhsulun istehlakçılara çatdırılmasına nəzarət etmə ixtiyarı və dövləti mexanizmi var. Amma bu nəzarətin necə olduğu sual altındadır. Yəqin ki bu sətirləri oxuyan hər kəs az qala hər gün meyvə-tərəvəz alıcısıdır. Təbii ki, topdansatışda meyvə-tərəvəzi, yaxud digər kənd təsərrüfatı məhsullarını minimum 10, 20 kq həcmində satırlar. Odur ki, biz istehlakçılar məcburuq paytaxtın (yaxud bölgələrdəki dükanların) rəflərindən ehtiyaca uyğun 2-3 kq olmaqla alaq. Apardığımız müşahidələr isə həqiqətən təəssüfləndiricidir: fermerdən 14-18 qəpiyə alınıb topdansatışda kq-ı 35-40 qəpiyə satılan xiyar marketlərdə (dükanlarda) 80 qəpiyə, bəzi yerlərdə 1 manata, 1,3 manata, kq-ı yenə də fermerdən 20-25 qəpiyə alınıb topdansatışda 30-40 qəpiyə satılan pomidor meyvə-tərəvəz dükanlarında 0,80-1,40 qəpiyə satılır. Kq-ı fermerdən 0,7-1 manata alınan və topdansatışda 1,2-1,5 manata olan şaftalı nədən bu dükanlarda 2,70-3,5 manata satılmalıdır? Kq-ı topdansatışda 20 qəpiyə olan soğan meyvə-tərəvəz dükanlarında 50-60 qəpiyə, 40-50 qəpiklik kartof 80-1,2 manata satılırsa, kq-ı 2-2,7 manata olan qara və ya ağ gilas dükanda 5-7 manata satılırsa, niyə də fermer “Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbərliyindən inciməsin?! Axı hər bir ticari əməliyyatın gəlirlilik faizi var. “Sahibkaram” deyib ağıla gələn qiyməti yazıq, imkansız, çarəsiz istehlakçıya sırımaq nəinki insafdan deyil, heç adamlıqdan da deyil!
Süni qiymət artımı və inhisarçılıq haramlıqdan doğan bir əməldir. Dövlətin Anti-İnhisar siyasəti və bu sahədə qanunu, İqtisadiyyat Nazirliyi yanında o boyda Xidməti də var. Di gəl ki, qabağa durub bu dövlətə, millətə, xalqa xidmət edən yoxdur! Varsa da, görmürük... Bu hələ harasıdır, adını çəkdiyimiz kənd təsərrüfatı məhsulları restoran və şadlıq evlərinin masalarında isə heç bilirsiniz müştəriyə hansı qiymətə sırıdılır? Son bir həftədə 4 toy mərasimində iştirak etmişəm. İstərdim, “Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbərliyi və digər aidiyyəti dövlət qurumlarının rəsmiləri bu fakta diqqət etsinlər: fermerin su qiymətinə satdığı quzu ətinin bir kilosu 50-60 manata, pendirin kq-ı süfrəyə 45-70 manata, meyvənin kq-ı 35-45 manata və s. gətirilir. Bunlar söz deyil, adını hələ ki çəkmək istəmədiyimiz məmurlara məxsus şadlıq sarayları və restoranların toy menyularında yazılıb, əlimizdədir. Lazım olarsa, təqdim etməyə də hazırıq...
Bəs “Aqrar Tədarük və Təchizat” ASC-nin bölgə idarələri nə işlə məşğuldur?
Düşünürdük ki, yəqin “Aqrar Tədarük və Təchizat” ASC-nin başı fermerlərə qarışıb deyə, tədarük və təchizat sahəmizdə qarışıqlıqdır... Amma araşdırarkən məlum oldu ki, az qala hər il İH sədri dəyişdirilən ASC-nin rayonlarda çoxsaylı idarələri də varmış. İnanmırsınız? Budur, ASC-nin Regional İdarələri:
Salyan regional idarəsi (rəis Ağaşov Rəhman Səfəralı oğlu)
Əhatə edir: Biləsuvar, Hacıqabul, Şirvan, Neftçala, Salyan rayonları
Bərdə regional idarəsi (rəis İmanov Müşviq İskəndər oğlu)
Bərdə, Tərtər, Goranboy, Naftalan, Xocalı rayonları
Xaçmaz regional idarəsi (rəis Zeynalov Eldar Gülağa oğlu)
Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonları
Kürdəmir regional idarəsi (rəis Kərimli Azad Azər oğlu)
Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Zərdab,
Cəbrayıl rayonları
Yevlax regional idarəsi (rəis İsmayılov Səbuhi Zülfiqar oğlu)
Yevlax, Ağdaş, Mingəçevir, Ucar, Göyçay rayonları
Masallı regional idarəsi (rəis Ələkbərov Vüqar Tofiq oğlu)
Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad rayonları
Tovuz regional idarəsi (rəis Bayramov Hafis Yunis oğlu)
Tovuz, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy rayonları
Şamaxı regional idarəsi (rəis Nurəliyev Gülalı Talıb oğlu)
Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan rayonları
Gəncə regional idarəsi (rəis v.m.i.e. Məmmədzadə Altun Mahir oğlu)
Gəncə, Göygöl, Samux, Daşkəsən, Kəlbəcər rayonları
Ağcabədi regional idarəsi (rəis Şadlinski Elçin Nizami oğlu)
Ağdam, Beylaqan, Füzuli, Ağcabədi, Laçın, Xocavənd rayonları
Zaqatala regional idarəsi (Muradov Nəzir İbadulla oğlu)
Balakən, Qax, Zaqatala, Şəki, Oğuz rayonları...
...İndi təsəvvür edin, çoxsaylı Regional İdarələrin çoxsaylı tabe rayon idarələrinin hər bir rəisinin ayrıca kabineti, aparatı, xidməti maşını, bu xidməti maşınların yanacaqdan tutmuş digər illik xidmət məsrəfləri... Bunlar binəva fermerin min bir zəhmətlə becərdiyi və su qiymətinə alverçilərə satdığı (“Meyvəli” bazarda alıcılar arasında bir nəfər də olsun “Aqrar Tədarük və Təchizat” ASC-nin alıcı-nümayəndəsinə rast gəlmədik, hamısı dükan və bazarların alverçiləri idi. Eləcə də satıcılar arasında da. Satıcılar fermerlərdən mal almış alverçilər idi. Adını tədarükçü qoyublar) məhsulun maya dəyərində oturur... Apardığım müşahidə və araşdırmalar həqiqətən də qanqaraldıcıdır. Məsələn, bu günlərdə övladına toy edən Bakı şəhər sakini Vaqif Muradov yazır ki, “...Restoran (anti-reklam olmasın deyə hələ ki adını gizli saxlamalı olduq.Red.) mənə adambaşına düşən 110 manatlıq menyunu təqdim etdi. Məsələn, menyuda quzu kababının bir adam payı 9 -10 manat idi. Nəzərə alsaq ki, bir şişə 3-4 tikə gedir, 1 kq quzu ətindən 5 şiş kabab alınır. O hesabla, bu restoranda quzu ətinin 1 kq-ı 50-60 manata hesablanırdı...”.
Sual olunur: necə olur ki, həmin quzunu saxlayıb-becərən fermer 1 kq əti 8-10 manata satır, hazırca “kökə tapan” restoran sahibi isə qaz vurub qazan doldurmaqla istehlakçılara bu qədər fırıldaq gəlir? Mer-meyvənin, bostan məhsullarının da qiyməti eyni vəziyyətdədir. Əlavə şərhə ehtiyac olmasa da, əlavə araşdırmaya ehtiyac var...
Asif MƏRZİLİ //tezadlar.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
• Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04 |
|
|
|
|