“Maliyyə Nazirliyinin pulu necə və harası ilə saydığını bilmərəm” - İTTİHAM
Tarix: 14-09-2021, 09:24 | Çap et
“2022-ci ildə dövlət büdcəsinə vergi yığımları üçün nəzərdə tutulmuş proqnoz tapşırıqdakı 1 milyar 888 milyon manat artım risklidir”. Ovqat.com xəbər verir ki, tanınmış iqtisadçı Elçin Qurbanov Maliyyə Nazirliyinin hazırladığı “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”nı şərh edən məqaləsində belə yazıb. Maraqlıdır ki, iqtisadçı öz analizini muğam sənətinin şöbələri üzərində qurub. Bunu isə Maliyə Nazirliyinin hazırladığı sənədin elmilikdən uzaq olması və oxuduqca muğam kimi yuxu gətirməsi “keyfiyyətləri” ilə əlaqələndirib. “Qərara almışam ki, bundan sonra məqalələrimi muğam üslubunda hissələrə bölüm, onsuz da oxuyub yatmaqdan başqa nəticə hasil etmək olmur”, - iqtisadçı belə yazır. İqtisadçı muziko- monetar analizinin “Bərdaş” bölməsində yazır:
Bərdaş Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hazırlanmış 2022-ci il üçün büdcə daxilolmalarının Dövlət Vergi Xidmətinin payına düşən hissəsi 9 milyard 138 milyon manat təşkil edir. 2021-ci ildə isə bu rəqəm 7 milyard 250 milyon manat təşkil edirdi. Etiraf etməliyəm ki, pandemiya zərbəsindən sonra vergi yığımlarında birdən-birə 1 milyard 888 milyon mnat artım zəlzələ təəssüratı yaradır. İşğaldan azad edilmiş ərazilərimizdə tikinti bərpa işlərinin intensivliyi dövlət əsaslı investisiya qoyuluşlarının artması sıçrayış effektli artım üçün o qədər də ciddi mənbə yarada bilməz. Vergilər üzrə artım tempi bir neçə paralel əlamətlərlə müşahidə olunmalıdır: ÜDM real və ÜDM nominal. Bu anlayışlara görə, vergi yığımları da nominal həcmdə böyüyə və ya kiçilə bilər. Biz ölçüsü bəlli bir kasanın içərisində xalq təsərrüfatının həcmini nominal ifadədə dəyişsək də real ifadədə dəyişə bilməyəcəyik. Çünki ÜDM-in həqiqi nəticəsinə effektiv təsir edən əsas məfhum ixracdır. Təsəvvür edin ki, ixrac artmır, amma vahid qapalı məkanda təxminən eyni tempdə dinamik olan təsərrüfat üçün yeni xərclər yaranır. Burada bir xoşagəlməz gözlənti ola bilər, o da inflyasiyanın səviyyəsinin artımıdır. Vergi yığımlarının dərhal post-pandemiya (karantin) dövründə sıçrayışla artımı büdcə gəlirlərini nominal göstəricidə artıracaq, amma əhalinin yaşayış səviyyəsinə mənfi təsir edəcək. Sahibkarlıq sahəsində tənəzzül artacaq. Mən Maliyyə Nazirliyinin pulu necə, harası ilə saydığını deyə bilmərəm , amma onu bilirəm ki, təklif etdiyi proqnoz bir ayaq üstündə verilmiş qərardır”.
İqtisadçı daha sonra Maliyyə Nazirliyinə iqtisadiyyat elminin əlifbası sayılacaq mətləbləri başa salmağı məsləhət bilir: “ÜDM = C + I + G + ( EX – İM) C – Əhalinin istehlak xərcləri I – Ümumi xüsusi investisiyalar G – Dövlət xərcləri EX – İxrac İM – İdxal ÜDM-in primitiv düstürunda EX –(ixrac) potensialının İM (idxal) potensialında müsbət artım fərqinə münasibətdə artım nəzərdə tutula bilər. Bizdə ixrac əməliyyatları üzrə qeyri-neft sektorunda artım demək olar ki, makrosferada nəzərəçarpmaz dərəcədə kiçikdir. Yəni bəlli ölçülü boşqabın içərisinə daxil olan nemətlər kənardan gələn valyuta ilə xarakterizə olunmalıdır. Boşqabın içərisindəki məhsulu sürətlə fırlatmaqla köpük effekti yaradaraq səviyyə nümayiş etdirmək yaxşı heç nə vəd etmir. Hərəkəti azaldan kimi şişirdilmiş köpük yoxa çıxdıqca məhsulun səviyyəsinin əvvəlkindən daha da aşağı düşdüyünü və yaxud tənəzzül etdiyini görəcəyik. Dövlət xərcləri və əhalinin istehlak xərclərindən yaranan dövriyyə ilə partlayış effektli vergi yığımları məntiqinə əsaslanan artım tətbiq etmək olmaz. Əks təqdirdə, böyük həcmdə yeni pul kütləsinin dövriyyəyə buraxılması məcburiyyəti yaranar ki, bu da inflyasiyanı şiddətləndirər. "Yenə də saxtakarlıq, yenə də yalan!”
Bu gün vergi daxilolmalarında artımın ən mükəmməl yolu gömrük orqanlarının yerli istehlak qiymətləri ilə ƏDV və rüsumlar toplamasının qarşısının alınmasıdır. Çox təəssüflər olsun ki, Dövlət Gömrük Xidmətinin fəaliyyəti həm vergi yığımına, uçot sisteminə , həm də qiymətlərin tənzimlənməsinə mənfi təsir göstərir. Bu gün Gömrük Xidməti yerli tələb və təklif üzərindən idxal və ixrac siyasətini həyata keçirmək, əməliyyatları həcmini tənzimləmək, yerli istehsalı kənar rəqabətdən qorumaq, qiymət siyasətində Mərkəzi Bank və digər qurumlarla komissiyon fəaliyyət göstərmək əvəzinə saxta ƏDV və rüsumlarla ölkə rəhbərinin rəğbətini qazanmağa çalışır. Yenə də saxtakarlıq, yenə də yalan!” İqtisadçı, analizinin “Maye” bölümündə İqtisadiyyat Nazirliyinin fəaliyyətinə işıq tutaraq vurğulayır: Maye Uğurlarımız; Mən İqtisadiyyat Nazirliyinin fəaliyyətini təqdirəlayiq hesab edirəm. Bu sahədə bir çox təkzibolunmaz böyük uğurlarımız oldu: iqtisadi mühiti təşviq edən qanunlar qəbul olundu, Vergi Məcəlləsinə çoxsaylı dəyişikliklər edildi. 2019-cu ildən qüvvədə olan yeni Vergi Məcəlləsi birbaşa mikro və kiçik sahibkarlıq subyektlərinin inkişafını və maliyyə risklərinin minimallaşdırılması məsələlərinə yönəldildi. Feili Mən əvvəllər vurğuladığım məsələlərin demək olar ki, bir qismi reallaşır. Artıq yanaşma da, sosial tələblərə münasibət də dəyişir. Bildiyiniz kimi inkişaf etmiş ölkələrdə fiskal proqozlaşdırmanın və büdcə daxilolmalarının əhəmiyyətli hissəsi üçün əsas mənbə fiziki şəxslərin gəlirləridir. 2019-cu ildən qüvvədə olan vergi qanunvericiliyi birbaşa mikro və kiçik sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına, fəaliyyətin fasiləsizliyinə, risklərinin minimallaşdırılmasına və əmək qabiliyyətli əhalinin sosial sığortasının gücləndirilməsinə xidmət edir. Bu da təsadüfi deyil; ölkədə mikro və kiçik sahibkarlıq subyektləri sayca çoxluq təşkil edirlər. Aparılan bu islahatlar həmin kateqoriyalara aid sahibkarlıq subyektlərinin məşğulluğun təmin edilməsində əhəmiyyətli paya malik olması deməkdir. Burada dövlət vergi risklərini minimallaşdıraraq sosial sığorta yığımlarına üstünlük verməklə qabaqcıl ölkələrin təcrübəsini tətbiq etdi. Bu islahatlar həm də yeni iş yerlərinin açılmasına, pandemiya şəraitində lokaut hallarının qarşısının alınmasında dəstək ola bildi. Eyni zamanda əlverişli sahibkarlıq və investisiya mühitinin yaranmasına şərait yaratdı. Digər tərəfdən, vergi mədəniyyətinin formalaşdırılması, elektron auditin tətbiqi, sahibkarlıq fəaliyyətinə maneə yaratmadan nəzarət sisteminin formalaşdırılması üçün imkanlar yaratdı. Yəqin ki, hər kəs əvvəlki Vergilər Nazirliyinin fəaliyyətini yaxşı xatırlayır. Təsərrüfat subyektlərində nəzarət tədbirləri nəinki sahibkarların, eynilə istehlakçıların da narahatlığına səbəb olurdu. Mən yaxın qonşu ölkələrdə hətta bizdəki vergi sisteminin nöqsanlarını eşidirdim. Əlbəttə ki, belə hallar hüquqi döləvlət üçün baş ucalığı gətirmirdi. Sahibkarlar üçün yaranmış narahatçılıqlar, onların əsassız vergi orqanlarına dəvət olunması çox ciddi narazılıqlara yol açırdı. Bu da çoxsaylı investorların ölkədən getməsinə səbəb olurdu. Amma bu gün Dövlət Vergi Xidmətinin fəaliyyəti, demək olar ki, tam şəkildə qanunvericiliyin tələblərinə uyğun təşkil edilib. Elektron auditin tətbiqi ilə İqtisadiyyat Nazirliyi bütövlükdə vergi sistemində pərakəndəliyi aradan qaldırmağa müvvəfəq olub. Məmur və sahibkar münasibətlərinin minimuma endirilməsi sahibkarların sərbəst fəaliyyəti üçün şərait yaradaraq korrupsiya və rüşvətlə mübarizənin effektliyini artırıb. Əlbəttə, bunlar bizim uğurlarımızdır. Hesab edirəm ki, vergi mühitinin sağlamlaşdırılması, hüquq münasibətində liberallaşdırılması investisiya mühitinin yaxşılaşdırılmasına, xarici inevstisiyaların da ölkəmizə axınına səbəb olacaq. Mikro və kiçik sahibkarlıq subyektlərinin uçot sisteminə nəzarət işinə güzəştli yanaşma isə demək olar ki, dövlətin daha çox sosial rifah siyasətinin əsas məqsəd olduğunu əks etdirir. Yəni şəffaflıq və hesabatlılıq proqramlarının tətbiqi, kölgə iqtisadiyyatının aradan qaldırılması kimi məsələlərdə mikro və kiçik sahibkarlıq subyektlərinə güzəştli yanaşma bunu deməyə əsas verir. Bidad Etiraf etmək lazımdır ki, şəfaflığın təmin olunmasında artıq istehlakçılar da yaxından iştirak edirlər. İstehlakçıların ƏDV-dən yararlanması, bunun üçün seçim etməsi şəffalığın vacibliyini diktə edir. Hesab edirəm ki, hazırda ƏDV məqsədləri üçün qeydiyyat daha çox könüllü xarakter daşıyır. Əks halda, rəqabət qabiliyyəti azalaraq sahibkarların istehlak bazarında uğursuzluqlarına gətirib çıxara bilər. Təsadüfi deyil ki, mikro sahibkarlıq subyektlərinə güzəştli vergitutmanın tətbiqi nəticə etibarilə dövlət üçün sosial yükün minimallaşdırılması deməkdir. Etiraf etməliyəm ki, bu gün əksər miktosahibkarlıq subyektlərinin fəaliyyəti orta və iri sahibkarlıq subyektlərindən aslıdır. Şəffaflığın da məhz buradan başladığını dövlət nəzərə alır. Kiçik bir mənzərənin təsvirini diqqətə çatdırmaq istərdim. Məsələn, bazar tipli ticarət mərkəzlərində, xırda mağazalarda satışı təşkil olunan malların böyük əksəriyyəti və yaxud hamısı iri şirkətlərə məxsusdur. Əsas şəffaflıq və uçot məsələləri elə buradan başlayır. İri şirkətlər öz bazarlarını genişləndirmək üçün kiçik pərakəndə satış obyektlərinin fəaliyyətindən faydalanırlar. Əgər diqqət yetirsəniz, görərsiniz ki, mikro və kiçik sahibkarlar ən az maliyyə riskləri üzündən sıradan çıxma təhlükəsi ilə üz-üzə qalırlar. Realizə etdikləri malların dəyərini və icarə haqqlarını ödəyə bilmirlər. Bəzi hallarda satdıqları və ya təqdim etdikləri əmtəə və məhsulların bütövlükdə dəyərini cari xərclərə ödəməklə təchizatçı şirkətlər qarşısında borclanırlar. Nəticədə müflisləşmə qaçılmaz olur. Sahibkarlıq subyekti sıradan çıxır və dövlətin yükü artmalı olur. Bütün bunları nəzərə alaraq mikro və kiçik sahibkarlıq subyektlərinin daha geniş dövlət qayğısına ehtiyacı olduğunu etiraf etmək yerinə düşər. Bütün bunları təsvir etməkdə məqsədim odur ki, həqiqi mənzərəni cənab Maliyyə Nazirliyinin rəsmiləri də başa düşə bilsin.
İdeal hədəfə çatmaq üçün uzun bir adaptasiya dövrü keçilməli, tədricən vergi mədəniyyətinin formalaşdırılması, könüllülük prinsipləri əsasında təşkili üçün zamana, təbliğata, dövlətə inam və etibarın gücləndirilməsinə ehtiyac var. Dövlətə inam və etibarın yaradılması hüququn hökmranlığı və qanunun aliliyi prinsiplərinin təşəkkül tapdığı bir cəmiyyətin formalaşdırılması ilə əlaqəlidir. Bu isə dövlət orqanlarının fəaliyyətində təcəssüm etməli və ümumilikdə cəmiyyətin əsas maraq dairəsinə çevrilməlidir. Vergi yükünü artırmaq hədəfə çatmaq deyil, əksinə sahibkarlıq və investisiya mühitinə zərbə vurmaqdır. Ona görə də vergitutma üçün rezervlər düzgün araşdırılmalıdır ki, inzibati yollarla sərt vergiqoyma siyasəti, bəzi hallarda isə qanunsuz mənbələrin yaradılması halları baş verməsin. Bütün bunlar da iqtisadiyyata mənfi təsir göstərməsin. ALLAH İNSAF VERSİN!
Elçin Qurbanov” Ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
• Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04 |
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
|