Ramiz Mehdiyevin Naxçıvandan BAKIYA UZANAN HƏDƏSİ... - Jurnalist Prezidentdən KÖMƏK İSTƏDİ
Tarix: 3-01-2022, 11:28 | Çap et
Ovqat.com saytını baş redaktoru, tanınmış jurnalist Heydər Oğuz Prezident İlham Əliyevə açıq məktub ünvanlayıb. DİA.AZ Hurriyyet.az-a istinadən surəti Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə, eləcə də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova ünvanlanan məktubu oxucularına təqdim edir:
“Cənab Prezident!
İlk öncə başınızın Qarabağ, Zəngəzur dəhlizi, Avropaya inteqrasiya, regional əməkdaşlıqlar və s. kimi ciddi məsələlərə qarışdığı bir zamanda diqqətinizi başqa bir mövzuya yönəltdiyim üçün bu təşəbbüsümü üzrlü saymanızı rica edirəm. Məni mühüm siyasi məsələlərin müzakirə olunduğu indiki məqamda bu məktubu yazmağa vadar edən səbəb var və zənnimcə, Sizə ünvanladığım bu məktubda üzərində dayanacağım Naxçıvan məsələsinin heç də digər problemlərdən önəmsiz olmadığını düşünürəm. Yəqin, Siz də mənimlə razılaşarsınız ki, Qərbə inteqrasiyadan tutmuş, Zəngəzur dəhlizinə, Böyük Türk Birliyinə, işğaldan azad olunmuş Qarabağ torpağının beynəlxalq ticarət xətlərinə qoşulmasına qədər bütün milli geosiyasi və strateji layihələrimizin son düyün nöqtəsi məhz Naxçıvandır. Naxçıvan bu böyük milli və transmilli layihələrə hazır olmadıqca, həmin projelərin tamamlanması da mümkün deyil. Mən də bir vətəndaş və jurnalist kimi məhz bu məqamları əldə rəhbər tutaraq araşdırma yazılarımda Muxtar Respublikanın üz-üzə olduğu problemləri qələmə alır, orda yaşayan insanların şikayətlərini işıqlandırmağa çalışıram. Sözsüz ki, bu təşəbbüsüm də cavabsız qalmır, müxtəlif təzyiqlərlə qarşılaşıram.
İşıqlandırdığım problemlərin bir çox yerli məmurların maraqlarına toxunduğunu anladığımdan indiyədək şəxsimə yönəlmiş təhdidləri olduqca normal qəbul etmiş və giley-güzarımı dilə gətirib başqalarına əlavə baş ağırısı verməmişəm, bundan sonra da verməyəcəyəm. Əvvəla, ona görə ki, bunun özünüreklam kimi dəyərləndirilə biləcəyini düşünürəm və belə məsələlərdə ucuz reytinq dalınca qaçmağı müqəddəs bir davanın sui-istifadəsi halı kimi görürəm.
İkincisi, ona görə ki, məni təhdid edənlərdən fərqli olaraq, Azərbaycanda artıq qolçomaqlıq erasının keçmişdə qaldığına və müasir dövlətçilik dəyərlərinin getdikcə oturuşduğuna inanıram. Mənim inancıma görə, bu ölkənin müvafiq qurumları hələ də orta əsrlərin feodal təfəkküründən ayrıla bilməyən kəslərə istədikləri özbaşınalığı həyata keçirmək imkanı verməzlər. Təxminlərimdə yanılaramsa, başıma gələnləri “Allahın yazqısı” bilib və “Vətən sağ olsun” deyib yoluma davam edəcəyəm. Həzrət Əli demişkən, kimlərsə öz pis əməllərindən əl çəkmək istəmirlərsə, mən niyə yaxşı hesab etdiyim işləri davam etdirməkdən vaz keçməliyəm?
Fəqət, son günlər qarşılaşdığım bir təhdidin yalnız mənə qarşı yönəlmədiyinə, həm də ictimai əhəmiyyət kəsb etdiyinə, hətta məndən daha çox, Sizi və komandanızı hədəfə aldığına inanıram. Sizi narahat etməyimin əsas səbəbi də məhz budur və zati-alilərinizi bu barədə xəbərdar etməyi özümün vətəndaşlıq borcu hesab edirəm.
Cənab Prezident!
Vaxtınızı çox almadan sözümün əsas məğzınə keçmək istəyirəm.
Bir neçə gün öncə Naxçıvan DİN-də çalışan polis əməkdaşlarının redaksiyamıza ünvanladığı şikayət məktubları əsasında hazırladığım növbəti məqaləni yayımladıqdan sonra Asem Kazimov adlı facebook istifadəçisinin həmin paylaşımın altında əvvəl yazıb sonra sildiyi bir rəylə qarşılaşdım. Rəydə diqqətimi ən çox çəkən isə bu cümlələr oldu: “Sən cənab Rəşad İsmayılovu nə haqla Vilayət Eyvazovla müqayisə edirsən? Naxçıvanda bir daxili işlər naziri var; o da Rəşad İsmayılov! Mən bilirəm, sənin arxanda kimlər durub. Sən canlı yayımda müraciət etdiyin şəxslərə arxalanırsan. Amma əmin ol ki, onlar sənə kömək edə bilməyəcək. Sən bir gün qandallanıb gətiriləcəksən Naxçıvana. Əmin ol ki, həmin vaxt mən özüm şəxsən sənin o barmaqlarını sındıracam. Onda biləcəksən ki, cənab Sədrimiz, cənab Nazirimiz Rəşad İsmayılov barədə yazmaq nə deməkdir… Rəşad müəllimin özü səni Naxçıvan Daxili İşlər Nazirliyinin podvalında başa salacaq. Həmin vaxt güvəndiyin heç kim sənə kömək edə bilməyəcək” (Sözügedən rəyin foto-sürəti məktuba əlavə olunur).
Göründüyü kimi, Asem Kazımov adlı bu şəxs təkcə məni təhdid etməklə qalmır, həm də Naxçıvan həbsxanalarında dustaqlara ağır işgəncələr verildiyindən, hətta yeri gələndə qanunsuz göz altına alınanların barmaqlarının sındırıldığından danışır. Bundan əlavə, Naxçıvan DİN-in bir ağası olduğunu, bu qurumda Azərbaycan DİN-in şələsinin fırlanmadığını etiraf edir. Ən əsası isə, mənim arxalandığım şəxslərin Naxçıvanda sözünün keçmədiyini də gizlətmir. Sual oluna bilər: bəs mühəddidin (təhdid edən şəxsin) nəzərincə, “mənim güvəndiyim” o adamlar kimlərdir?
Bu suala Asem Kazımovun özü aydınlıq gətirərək bildirir: “Sənin canlı yayımda müraciət etdiyin şəxslər”. Cənab Prezident, ərz edim ki, bəhs olunan canlı yayımda üz tutub səsləndiyim 3 şəxs var idi: onlardan biri Siz - Azərbaycan Prezidenti İlham Əliyev, digərləri isə I vitse-pezident Mehriban xanım Əliyeva və Daxili İşlər naziri Vilayət Eyvazov idi. Dolayısıyla Asəm Kazımov adlı bu şəxs Naxçıvan Muxtar Respublikasında haqqında danışılan dövlət yetkililərinin də acizliyindən bəhs edirdi. Doğrusu, bu rəyi özümə qarşı təhdid, dövlət yetkililərinə qarşı isə həqarət kimi qiymətləndirdim və nə yazıq ki, buna başqa ad vermək də mümkün deyildi.
Cənab Prezident!
Açığını deyim ki, həmin rəydə məni öz həyatım qədər düşündürən məsələlərdən biri də Sizin Naxçıvan MR hakimiyyəti qarşısında acizliyiniz barədə irəli sürülən fikirlərdir. Asəm Məmmədov adlı bu dövlət yetkilisi həmin sözlərlə əslində Konstitusiyanın müxtəlif maddələri ilə təsbit olunmuş suverenlik, ərazi bütövlüyü, unitarlıq və s. kimi dövlətçilik prinsiplərimizə və Sizin vətəndaş hüquq və azadlıqarının təminatçısı sifətinizə kölgə salırdı. Nədən ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin I. Bəndinə əsasən, “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur”. Əsas qanunun 7-ci Maddəsinin III Bəndinə, 99-cu Maddəsinə görə isə, icra hakimiyyəti sizə mənsubdur. Dolayısıyla, mənim hüquq və azadlıqlarımı qorumaq Sizin borcunuzdur və Naxçıvan MR yetkilisinin sözlərinə görə, bu diyarda Siz vətəndaşlar qarşısında öz borcunuzu yerinə yetirmək iqtidarında deyilsiniz (bunları nəql etmək belə, mənə dəhşətli gəlir və göstərdiyim cəsarətə görə əfvinizə sığınıram).
Bundan əlavə, Konstitusiyanın 8-ci maddəsinə görə, “Prezident ölkə daxilində və xaricində Azərbaycanı təmsil edən yeganə şəxsdir”. Məhz bu səbəbdən yalnız sizin iştirakınızla keçirilən diplomatik görüşlərdə Azərbaycan bayrağı qoyulur. Məhz Siz harasa rəsmi səfərlərə gedəndə Azərbaycan himni səsləndirilir. Kiminsə bəyənib-bəyənməməsindən asılı olmayaraq, Siz Azərbaycan bayrağı, himni və digər dövlət simvolları ilə bütövləşmiş birisisiniz və Prezidentə yönəldilən hər hansı aşağılayıcı tövr digər milli siyasi rəmzlərimizdə olduğu kimi mənim dövlətimə ünvanlanır. Məhz bu səbəbdən də Siz hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarını qorumağa borclu olduğunuz kimi, hər bir Azərbaycan vətəndaşı da Sizə hörmət etmək məcburiyyətindədir. Nə yazıq ki, Konstitusiyanın vətəndaşlar qarşısında qoyduğu dövlət rəmzlərinə ehtiram öhdəliyi (Maddə 23) Naxçıvan MR-in yüksək yetkili məmuru tərəfindən kobud şəkildə pozulur və bildiyimə görə, həmin şəxs hələ də layiq olduğu cəzanı almayıb. Üstəlik, həmin rəsmi şəxs Naxçıvanın Daxili İşlər nazirinin Vilayət Eyvazov yox, Rəşad İsmayılov olduğunu açıq şəkildə dilə gətirərək sanki iki fərqli dövlətdən danışır.
Soruşa bilərsiniz: Sizə, I Vitse-prezidentə və Daxili İşlər nazirinə meydan oxuyan bu şəxs kimdir?
Onun barəsində topladığım qısa məlumatı sizinlə paylaşıram. Ümidvaram ki, bir jurnalist kimi əldə etdiyim məlumatlar Sizin və müvafiq dairələrin də diqqətini çəkər, təkcə mənə yox, həm də dövlətçilik dəyərlərimizə qarşı yönələn təhdidin hardan gəldiyini aydınlaşdırmağınıza yardımçı olar.
Asəm Kazımov - 02.02.1988-ci ildə anadan olub. Naxçıvan Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Rütbəsi polis-mayorudur. Hazırda Naxçıvan DİN-in xüsusi səlahiyyətli şöbəsində (dövlət sirri sayıldığından bu şöbənin adını açıqlaya bilmirəm) xidmət edir. Nazir əvəzi Rəşad İsmayılovun ən güvəndiyi adamlardan biridir. Eləcə də Naxçıvan DİN-in xüsusi səlahiyyətli şöbəsinin rəisi Tofiq Qarayevin sağ əlidir. Naxçıvan DİN-in hazırkı rəhbərliyinin bütün qara-qura işlərini görən şəxslərdən sayılır. Məlumata görə, əslən Şərur rayonundan olan Asəm Kazımov el arasında “boz kardinal” ləqəbilə ün qazanmış Ramiz Mehidyevin həmkəndlisidir. Hətta ona qohumluğunun çatdığı da vurğulanır. Deyilənə görə, Şərur rayonunun Qarxun kəndindəndir.
Bildirilir ki, Azərbaycan dövlətçiliyinə qarşı meydan oxuyan Asəm Kazımovun arxası xeyli güclüdür. Nə Naxçıvan Daxili İşlər Nazirliyinin sabiq rəhbəri Əhməd Əhmədov, nə də onun xələfi Fazil Ələkbərov dəfələrlə cəhd etsələr də, bu adamı yerindən tərpədə bilməyiblər. Onun Ramiz Mehdiyevin rəhbərliyi altında hələ də fəaliyyətini sürdürən “5-ci kolon”unun Naxçıvandakı uzantısının qollarından biri olduğu barədə iddialar var.
Cənab Prezident!
Yəqin Siz də razılaşarsınız ki, Naxçıvan MR rəhbərliyinin mənə qarşı irəli sürdüyü təhdidlər həm də Sizə və dövlətimizin digər qurumlarına yönəlmiş başqaldırı, qiyamdır. Yenə altında Sizin imzanız olan Konstitusiyamızın 54-cü Maddəsinin II. Bəndinə əsasən “Dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək Azərbaycan Respublikasının hər bir vətəndaşının hüququdur”. Mən isə bunu təkcə hüququm kimi yox, həm də vətəndaşlıq borcum kimi görürəm. Odur ki, yaxalanaraq Naxçıvana aparılıb barmağımın kəsilməsinə söz verən Muxtar Respublika hakimiyyətini çox əziyyətə salmadan özüm onların ayağına getməyi planlaşdırıram. Yeganə məqsədim Naxçıvan şəhərinin mərkəzində ucaldılmış Mirzə Cəlilin heykəli qarşısında kəsilməsi vəd edilən 2 barmağımı (şəhadət və orta barmağımı) qaldırmaqdır. Nəzərinizə çatdırıram ki, bu iki barmaq həm də Viktoriya (qələbə) rəmzini ifadə edir və mən bu barmaqları Sizin və digər adı çəkilən dövlət adamlarının əvəzinizə qaldırmaq istəyirəm. Çünki mənim davam şəxsi maraqlarımdan yox, Sizin vətəndaş hüquq və azadlıqlarının təminatçısı adınızın qorunması niyyətimdən irəli gəlir. Odur ki, mən Naxçıvandan barmaqlarımla bərabət qayıda bilsəm, bu, məndən çox, Sizin Müzəffər Ali Baş Komandan aktivinizə yazılacaq. Yox əgər barmağımı Naxçıvanda itirib geri qayıdaramsa, canım cəhənnəmə, qoy 1-0 Naxçıvan MR Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun xeyrinə olsun. Qoy, Vasif Talıbov öz əyan-əşrəfinin başına toplayıb Sizin üzərinizdə növbəti möhtəşəm qələbəsini xüsusi təmtəraqla qeyd eləsin. Mənə barmaqlarımın qələbə rəmzi (ya Sizin, ya da Vasif Talıbov həzrətlərinin) kimi Azərbaycan siyasət tarixinə düşməsinin təsəlləsi yetər.
Böyük ehtiramla: Ovqat.com-un Baş redaktoru Heydər Oğuz
03.01.2022”.
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
|